Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-327/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2iq(82)-2017/2012 saylı qərardadından cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)- 2017/2012 saylı qiyabi qətnaməsi ilə iddiaçı “xxxx” ATSC-nin cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC-yə qarşı kredit borcunun tutulması tələbinə dair iddia təmin edilərək, iddiaçı “xxxx” ATSC və cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, KM HŞ № 001 saylı kredit müqaviləsinə əsasən Bakı-Nəqliyyat-7” ATSC-dən əsas borc 1.040.000,00 manat, faiz borcu üzrə 118.299,99 manat, ümumilikdə 1.158.299,99 manat kredit borcunun və 20 manat dövlət rüsumunun “Bakı-Nəqliyyat-7” ATSC-dən tutularaq “xxxx" ATSC-yə ödənilməsi qət edilmiş və qətnamə xx xxx 2013-cü il tarixdə icraya yönəldilmişdir. Cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2iq(82)-2017/2012 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayətə etiraz etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)-2017/2012 saylı qiyabi qətnaməsi xx xxxxxx 2012-ci ildə tərəflərin ünvanlarına göndərilmiş, xx xxx 2013-cü il tarixdə icraya yönəldilmiş və qətnamənin icrasının təmin edilməsi üçün bir sıra icra hərəkətləri yerinə yetirilmişdir. xx.xx.2020-ci il tarixdə isə cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC-nin həmin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)-2017/2012 saylı qiyabi qətnaməsi qəbul edilən vaxt onun surətinin cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC-yə rəsmi qaydada verildiyini təsdiq edən sübutlar olmasa da, onun həyata keçirilən icra hərəkətlərindən və məhkəmə qətnaməsindən məlumatsız olması inandırıcı deyil. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “Bakı-Nəqliyyat-7” ATSC xx.xx.2013-cü tarixdə “xxxx” ASC-yə məktubla müraciət edərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2iq(82)-2017/2012 saylı qiyabi qətnaməsi ilə ondan bankın xeyrinə borcun tutulduğunun qət edildiyini və borcun ödənilməsinin az bir vaxt ərzində təmin ediləcəyi bildirilmişdir (i/v 145-146). Göründüyü kimi “Bakı-Nəqliyyat-7” ATSC ən azı xx.xx.2013-cü tarixdə qiyabi qətnamənin mövcud olmasından xəbərdar olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC-nin həmin qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi Mülki Prosessual Məcəllənin 244-cü maddəsində göstərilən 10 günlük müddətdə verilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən uzun müddət, yəni 7 il keçdikdən sonra şikayət (ərizə) verilməsi hüquqi müəyyənlik prinsipinə də ziddir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələrdə işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində ifadəsini tapan ədalətli məhkəmə baxışının tərkib hissəsinin olmasını qeyd etmişdir. Məhkəmə göstərmişdir ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə müddətindən asılı olmayaraq istənilən vaxt yenidən baxılması hüquqi müəyyənlik prinsipini və deməli, ədalətli məhkəmə baxışına olan hüququ pozur. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsində isə təsbit olunmuşdur ki, Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Bakı-Nəqliyyat-7” ATSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2iq(82)-2017/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-327/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-327/2020
08.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver