Məhkəmə qərarları › İş №2-2(103)-329/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-329/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-329/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-322/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdeh “xxxxxxxxxxx” DSKŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1514,29 manat məbləğində sığorta ödənişinin, 30.40 manat dövlət rüsumunun və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-322/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, “xxxxxxxxxxx” Dövlət X3 1514,29 manat məbləğində sığorta ödənişi, 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxxxx” X7 ödənilməsi və qalan hissədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2pellyasiya şikayətini müdafiə etdi. Cavabdehin nümayəndəsiməhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində, yəni dəbbə puluna dair tələblərin rədd edilməsi hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdə baş verən yolnəqliyyat hadisəsi nəticəsində “xxxxxxxxxxxx” ASC tərəfindən “avtokasko” qaydaları ilə sığortalanmış “Mazda 3” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və avtomobilə dəymiş zərərin məbləği 1664,29 manat qiymətləndirilərək 150 manat azadolma məbləği çıxılmaqla “xxxxxxxxxxxx” ASC tərəfindən sığorta olunan şəxsə 1514,29 manat məbləğində sığorta ödənişi edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinən şəxsin (X6 ) idarə etdiyi “Hyundai Sonata” markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxx” Dövlət X4 “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta olunduğundan iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilərək sığorta ödənişinin subroqasiya hüququ əsasında ödənilməsi tələb edilmiş, lakin müraciəti nəticəsiz qalmışdır. İddiaçı ödənilmiş 1514,29 manat sığorta ödənişinin və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun subroqasiya qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə puluna aid hissədə iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Həmin Məcəllənin 934.2-ci maddəsində isə təsbit olunmuşdur ki, sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Lakin hazırki işdə iddiaçı onun tərəfindən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı cavabdehə ünvanlanmış məktubları məhkəməyə təqdim etsə də, məhz Mülki Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərin cavabdehə rəsmi qaydada təqdim etməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda isə sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulunun hansı zamandan hesablanmalı olduğunu müəyyən etmək qeyri-mümkündür. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi də həmin hissədə iddianı rədd etmiş, lakin gəldiyi nəticəsi düzgün əsaslandırmamışdır. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 385.2ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-322/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəbbə puluna dair tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar