Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-33/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (VÖEN – **********) Cavabdeh-yə qarşı “müqaviləyə xitam verilməsi, icarə haqqı üzrə borcun, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair; qarşılıqlı iddia üzrə Cavabdeh-nin (VÖEN- **********; Bakı şəh., Yasamal ray., Cəfər Cabbarlı küç., ev 44; Qanuni təmsilçisi – X3; Dövlət qeydiyyatına alındığı tarix- xx.xx.2012-ci il) İddiaçına qarşı “maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və çəkilmiş xərcin tutulması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-57/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən iqtisadi işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən е t d i: İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh-yə qarşı “icarə haqqı üzrə borcun, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ödənilməmiş 104700 AZN icarə haqqının, 53041 AZN maddi (əldən çıxmış fayda) və 34900 mənəvi ziyanın, ümumilikdə 192641 AZN tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-8927/2016 saylı qərardadı ilə (hakim R.Əliyev) iddianı təmin etmək haqqında İddiaçı ərizəsi rədd edilmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində göstərilən iddia tələblərinin təmin edilməsi ilə yanaşı, cavabdehdən əlavə olaraq 13000 AZN icarə haqqının tutularaq iddiaçıya ödənilməsi və aralarında xx xxxxx 2014-cü il tarixdə bağlanmış İcarə Müqaviləsinə xitam verilərək cavabdehin ünvan 1 ünvanda yerləşən və iddiaçıya məxsus daşınmaz əmlakdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin rədd edilməsini və qarşılıqlı cavabdeh İddiaçı 200000 manat çəkilmiş xərc və əlavə olaraq 42000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-8927/2016 saylı qərardadı ilə Cavabdeh-nin qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi X2 aidiyyət barədə ərizəsi rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə aiddiyət haqqında ərizənin rədd edilməsi haqqında Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli, 2(004)-8927/2016 saylı qərardadından cavabdehin nümayəndəsinin verdiyi şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli, 2(103)-9012/2016 saylı qərardadı ilə (hakimlər C.Səfiyeva, V.Həsənov, N.Cəfərov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1247/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər V.İbayev, Ə.Əhmədov, M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2016-cı il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-4020/2017 saylı qərardadı ilə (hakimlər M.Məmmədov, M.Bağırova, S.Məmmədov) Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsinə xitam verilməsi və cavabdehdən ödənilməmiş 225700 manat icarə haqqının, 84788 manat maddi (əldən çıxmış fayda) və 75233 manat mənəvi ziyanın, ümumilikdə 385721 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə və cavabdehin icarəyə verilmiş əmlakdan istifadə etmək hüququna xitam verilməklə yanaşı, oradan çıxarılması, cavabdehdən ödənilməmiş 305 200 manat icarə haqqının, 110 728 manat maddi (əldən çıxmış fayda) və 101 733 manat mənəvi ziyanın, ümumilikdə 517 661 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçına qarşı “maddi ziyanın, işgüzar nüfuza dəymiş zərərin və çəkilmiş xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı cavabdeh İddiaçı 240000 (iki yüz qırx min) manat vurulmuş ziyanın, 200000 (iki yüz min) manat işgüzar nüfuza görə vurulmuş zərərin və 45000 manat məbləğində kondisioner sisteminin müvəqqəti təmiri üçün çəkilmiş xərcin Cavabdeh-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2014-cü il tarixdə iddiaçı, İddiaçı Cavabdeh ilə İcarə Müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən və iddiaçıya məxsus olan 1135.02 m2-lik sahəsi olan daşınmaz əmlak cavabdehə aylıq 15 000 manat olmaqla icarəyə verilmişdir. 2014-cü ilin aprel ayında iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilmişdir. İcarə obyektini cavabdehə vaxtında təhvil verdiyinə və müqavilə əsasında üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh İcarə Müqaviləsi əsasında öhdəliklərini tam olaraq yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən 104 700 AZN icarə haqqı məbləği indiyədək ödənilməmişdir. Bunu nəzərə alaraq, iddiaçı cavabdehə ünvanladığı çoxsaylı bildirişlərdə xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, İcarə Haqqını vaxtlı-vaxtında ödəməyi dəfələrlə xahiş etmişdir. Cavabdeh isə öz növbəsində maliyyə problemlərini əsas tutaraq, İcarə Haqqını ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh iddiaçıdan İcarə Haqqının azaldılmasını xahiş etmiş və İcarə Haqqının azaldılacağı təqdirdə onu vaxtlı-vaxtında ödəməyi və 2015-ci il üçün ödənilməmiş İcarə Haqqı məbləğini ödəyəcəyini bildirmişdir. Cavabdehin maliyyə problemlərini nəzərə alaraq onunla xx.xx.2016-cı il tarixdə 01 saylı Protokol bağlanmışdır. Həmin protokol əsasında aylıq İcarə Haqqının növbəti 1 il ərzində 12 000 manat məbləğində təyin edilməsi barədə öz razılığını vermişdir. Lakin cavabdeh ona təqdim edilən güzəştləri qiymətləndirməyərək, müqavilə şərtlərini açıq-aşkar şəkildə pozmaqda davam etdirir. Cavabdehə xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsinin 13-cü bəndinə əsasən İcarə Haqqı məbləğinin ödənilməsi barədə xx.xx.2016-cı il tarixdə bildiriş göndərilmişdir. Bildirişin cavabdeh tərəfindən alınmasından 5 aya yaxın müddətin kecməsinə baxmayaraq İcarə Haqqı bu günədək ödənilməmişdir. Bunun nəticəsi olaraq, xx.xx.2016-cı tarixdə cavabdehə yeni bildiriş göndərilmiş və müvafiq səlahiyyətli şəxslərin iştirakı ilə İcarə Müqaviləsinə xitam verilməsi ilə yanaşı İcarə obyektinin xx xxxx 2016-cı il tarixdə boşaldılması bildirilmişdir. İyun ayının 20-si olmasına baxmayaraq cavabdeh İcarə haqqını ödəməmiş və icarə obyektini tərk etməmişdir. Cavabdehin hal-hazırkı vaxta olan borcu 104 700 manatdır. Bundan başqa cavabdeh tərəfindən öhdəlik şərtləri yerinə yetirilməməsi ilə əlaqədar mülki qanunvericiliyin tələbləri pozulmuş və iddiaçıya 53041 AZN maddi (əldən çıxmış fayda) və AZN mənəvi ziyan dəymişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh tərəfindən xx xxxxx 2014-cü il tarixli müqavilədə göstərilən tələblər pozularaq, üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyindən, sözügedən müqavilənin və Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin müddəaları kobud surətdə pozulmuşdur. Belə ki, xx xxxxxx 2014-cü il tarixli İcarə Müqaviləsinin 4.2 bəndinə əsasən: İcarə haqqı 2014-cü il aprel ayından başlayaraq 2014-cü il avqust ayı daxil olmaqla ödənilməli olan təqvim ayının başa çatmasından sonra gələn növbəti ayın ilk beş (5) iş günü ərzində, 2014-cü il sentyabr ayından başlayaraq İcarə Müddəti ərzində hər ödənilməli olan təqvim ayının ilk beş (5) iş günü ərzində ödənilməlidir. 7-ci bəndinə əsasən: icarəçi İcarəyə Verənə, onun işçiləri və ya agentlərinə, bütün müvafiq vaxtlarda və aparılan işlərə lazımsız maneçilik törətmədən Daşınmaz Əmlaka daxil olmağa və yoxlamağa və işlərin hazırkı maddənin muddəalarına uygun aparıldığından əmin olmaq üçün şərait yaradacaq. Yoxlanış zamanı bu müddəaların pozulması aşkar edilərsə, icarəçi İcarəyə Verənin bu barədə əsaslandırılmış və ağlabatan bildirişini alan kimi pozuntunu mümkün olan ən qısa müddət ərzində aradan qaldırmaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək. 13-cü bəndinə əsasən: İcarə Haqqı və ya hazırkı müqaviləyə əsasən icarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin ödəmə vaxtı çatdıqdan sonra otuz (30) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən) İcarəyə Verən məsələni altmış (60) gün ərzində həll etmək üçün icarəçiyə bildiriş göndərməlidir. Əgər icarəçi həmin müddət ərzində məsələni düzəltməzsə, onda icarə sazişi ləğv ediləcək və icarəçi otuz (30) gün ərzində Daşınmaz Əmlakı boşaltmalı olacaq. Bu hal İcarəçini ödənilməmiş aylar üçün icarə haqqını ödəməkdən azad etmir; 21-ci bəndinə əsasən: Hazırkı icarə müqaviləsinə tərəflərin əməl etməməsi və ya onlardan birinin öhdəliklərinin pozulması ilə əlaqədar, yaxud hazırkı icarə müqaviləsini pozmasından irəli gələn hər hansı ziyan ilə bağlı digər tərəfin qaldırdığı iddialar əsasında İcarə Müqaviləsinin hər hansı müddəasına uyğun tələb irəli sürdüyü halda yaranan xərcləri və/və yaxud bu iddianın məcburi icrası nəticəsində yaranmış bütün qanuni xərcləri (o cümlədən zərərçəkən tərəfin ziyanın əvəzinin ödənməsi ilə bağlı çəkdiyi vəkil xərclərini) əleyhinə məhkəmə qərarı çıxarılmış tərəf ödəyəcək. Müqavilənin “Mübahisəli hallar” bölməsinə əsasən isə: Bu müqavilədə nəzərdə tutulan huquq və öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində yaranan bütün mübahisəli hallar tərəflərin qarşılıqlı razılığı əsasında həll olunmalıdır, belə bir razılıq əldə olunmadığı halda isə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi əsasında həll olunacaq. İddiaçı mövcud müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri vaxtında və hərtərəfli yerinə yetirdiyindən, cavabdeh qarşısında heç bir icra edilməyən öhdəliyi yoxdur. Həmçinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3, 149.2.4-cü maddələrinə əsasən), məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl xx xxx 2016-cı il, xx xxx 2016-cı il tarixlərdə yazılı qaydada bildirişlər göndərərək cavabdehin rəhbərliyi tərəfindən iddiaçıya ödəniləsi icarə haqqının həyata keçirilməsini tələb etmişdir. Cavabdeh icarəyə götürülmüş daşınmaz əmlakın istifadəsində çoxsaylı nöqsanlara yol vermiş və bu nöqsanlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2ci Ərazi Dövlət X4 tərəfindən yerində baxış keçirilərkən aşkarlanmışdır. İlkin iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4, 385.1, 386.1, 405.1, 421.2, 423.2, 424.2, 424.3, 425.1, 427.3, 442, 443.1, 443.2, 445.2.1, 445.4, 448.1, 448.2, 449.1, 466.2.3, 675, 684.2, 700.1, 700.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı cavabdeh iddia tələbində xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə əsaslansa da, qeyd olunan tarixdə heç bir müqavilə bağlanmamış, məhkəməyə təqdim olunan müqavilədəki imzalar nə cavabdehə, nə də təmsil etdiyi şirkətin hər hansı səlahiyyətli nümayəndəsinə aid deyildir. İmzalanmış müqavilə xx xxxx 2014-cü il tarixlidir və həmin müqavilənin şərtləri tamamilə başqadır. xx xxxxx 2014-cü il tarixdən artıq həmin ünvanda fəaliyyətə başlamışlar. Aydın görünür ki, qarşılıqlı cavabdeh məhkəməyə yalnış müqavilə təqdim edərək əsassız iddia irəli sürmüşdür. Cavabdeh niyə məhz Bakı şəhəri, Səməd Vurğun 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsini hansı səbəblə icarəyə götürmüşdür. Belə ki, Cavabdeh eyni zamanda ilk peşə-ixtisas təhsili müəssisəsi olan “Bakı Beynəlxalq Peşə Məktəbinin” təsisçisidir. Sözügedən təhsil müəsisəsi üçün cavabdeh tərəf lisenziyanın alınması üçün Təhsil Nazirliyinə müraciət edərkən, Təhsil Nazirliyindən bildirilmişdir ki, lisenziyanın verilməsi üçün istifadədə ayrıca olaraq qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmlakın olması vacib şərtdir. Həmin vaxta kimi Cavabdeh “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində icarə əsasında tədris fəaliyyətini davam etdirirdi. Təhsil Nazirliyinin iradından sonra 2013-cü ilin dekabr ayından Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki mülkiyyətçisi “xxxx” şirkətinin əməkdaşları ilə danışıqlar aparılmış və razılaşdırılmışdır ki, sözgedən qeyri-yaşayış sahəsində təmir işləri bitdikdən sonra icarə müqaviləsinə əsasən peşə-ixtisas təhsilli müəssisəsi açmaq üçün, Cavabdeh-nin istifadəsinə veriləcəkdir. Bakı şəhəri, Səməd Vurğun 77 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işləri bitdikdən sonra həmin qeyri-yaşayış sahəsinə 200350 manatdan çox vəsait xərclənərək, avadanlıqlar və maddi texniki vəsaitlər yerləşdirildi. Bundan sonra iddiaçı Ramil Məmmədovla cavabdeh arasında 10 il müddətinə xx xxxx 2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. İkinci olaraq Cavabdeh xx xxxxx 2014-cü il tarixindən etibarən həm “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində, həm də sözügedən qeyri-yaşayış sahəsində fəaliyyətini davam etdirməyə başlamışdır. “xxxx” MMC 2005-ci ildən “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində fəaliyyətini davam etdirmək üçün 120000 (bir milyon iki yüz min) manatdan çox olan vəsait xərcləmişdir. Ona görə də bu qədər nüfuza malik olan təhsil müəssisəsi üçün belə bir iddianın qaldırılması ölkənin sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirdiyi siyasətə ziddir. Çünki “xxxx” MMC və Cavabdeh il ərzində 30000 manat məbləğində vergi ödəyicisi kimi, ölkənin iqtisadi inkişafına təsir göstərir. Habelə, cavabdeh tərəf sözügedən qeyri-yaşayış sahəsində fəaliyyətə başladığı gündən eyni zamanda “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində fəaliyyətini davam etdirmişdir. Belə ki, həm 17000 manat məbləğində icarə haqqını “xxxx” şirkətinə ödəmiş, həm də 17000 manat məbləğində icarə haqqını 12 ay müddətində “xxxx” MMC-yə ödəmişdir. Habelə 2015-ci ilin aprel ayından 2015-ci ilin iyul ayına kimi 12000 manat məbləğində icarə haqqı ödəmişdir. Təbii ki, cavabdehin bir il ərzində fəaliyyətinin davam etdirilməsinin məqsədi 10 il ərzində fəaliyyətini davam etdirməyi planlaşdırdığı qeyriyaşayış sahəsinə özünün müştəri bazasını yönləndirmək idi. Belə ki, hamıya məlumdur ki, tədris fəaliyyəti ilə məşğul olan müəssisələr üçün fəaliyyət göstərdiyi yer iqtisadi önəm kəsb edir. Yəni “xxxx” MMC təhsil bazarında artıq bir brenddir və hər kəs “xxxx”in fəaliyyət göstərdiyi yerin “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4cü, 6-cı və 7-ci mərtəbələri olduğunu bilirdi. “Bakı Beynəlxalq Peşə Məktəbi” üçün lisenziyanın alınması məqsədi ilə icarəyə verən Ramil Məmmədov sözügedən yaşayış sahəsinin 1135.02 kv.m olduğunu göstərməklə cavabdehi aldatmışdır. Belə ki, xx xxxx 2014-cü il tarixli icarə müqaviləsinin 2-ci bəndinə əsasən sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsini göstərməklə inandırmışdır ki, qeyri-yaşayış sahəsinin bütün sahəsi üçün rəsmi qaydada sənədləşmə aparılmışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin yalnız 144.1 kv.m-i üçün daşınmaz əmlakın dövlət reyesterindən çıxarış əldə edilmiş və yalnız həmin sahə üçün müllkiyyət hüququ əldə etmişlər. Məhz bu hala görə notarial qaydada icarə müqaviləsi bağlana bilməmişdir. Bu hal isə sonradan məlum olmuşdur. Belə ki, “Bakı Beynəlxalq Peşə Məktəbi”nə lisenziyanın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edildikdən sonra məlum olmuşdur ki, yalnız notarial qaydada təsdiqlənmiş icarə müqaviləsi təqdim edilməlidir. Bundan sonra isə məcbur olaraq digər qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı notarial qaydada təsdiqlənmiş müqavilə imzalamışlar. Beləliklə, Ramil Məmmədovun yalan məlumat verməsinin nəticəsi olaraq, 12 ay ərzində “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrinin icarə haqqı üçün 17000 x 12 = 204000 manat məbləğində, habelə 3 ay üçün isə 12000 x 3 = 36000 manat, cəmi 240000 manat dəyərində ziyan dəymişdir. Üçüncü olaraq vurulan ziyan yalan məlumatın verilməsi nəticəsində “xxxx” MMC-yə ödənilən 240000 manat məbləğində edilən ödəniş deyildir. Belə ki, 2014-cü ildə obyekt icarəyə götürüldüyü andan obyektə 200.350.00 manatdan çox investisiya qoyulmuşdur. Bununla yanaşı 2 (üç) il ərzidə binanın saxlanılması, icarə haqqı, vergilər, kommunal ödənişlər və digər xərclər qismində 413.187 manat vəsait sərf olunmuşdur. Cəmi 613.537 manat vəsait sərf olunmuşdur. Yəni iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi və ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla bağlı tələbi təmin ediləcəyi halda 200.350 manat məbləğində maddi zərər dəyəcəkdir. Dördüncü olaraq, xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinin 19-cu maddəsinə əsasən “İcarə müddəti ərzində daşınmaz əmlak bütövlükdə və ya onun hər hansı bir hissəsi icarəçinin obyektindən istifadəsini və ya onu tutmasını qeyri-mümkün edən və lazımi qaydada istifadə etməsinə mane olan və nəzərə çarpan dərəcədə dağılarsa və ya zədələnərsə, bu icarə müqaviləsi ilə nəzərdə tutulmuş icarə haqqı, yaxud zədənin təbiətinə və miqyasına əsasən onların mütənasib hissəsi daşınmaz əmlakın istifadə üçün tam yararlı hala gətirilənə qədər təxirə salınacaq. Qeyri-yaşayış sahəsinin kondisioner sistemi tamamilə yararsız vəziyyətdə olmuşdur. Bununla bağlı olaraq dəfələrlə icarədara müraciət edilsə də heç bir tədbir görülməmişdir. Belə ki, aktlara əsasən binanın kondisioner sistemi tamamilə yararsız vəziyyətdədir. Həm yay, həm də qış fəslində kondisioner sistemi ciddi problemlər yaradır və nəticədə qeyri-yaşayış sahəsinin istifadəsinə ciddi şəkildə maneçilik törədir. Yaşayış sahəsinin kondisioner sisteminin yararlı vəziyyətdə saxlanılması üçün aylıq olaraq 1500 manat xərc çəkilir ki, 30 ay müddətində 30 x 1500 = 45000 manat dəyərində xərc çəkilmiş və icarədar Ramil Məmmədov tərəfindən hər hansı tədbir görülməmiş, yalnız icarə haqqı əsassız olaraq istənilmişdir. Eyni zamanda, iddiaçı icarə obyektinin istifadəyə verildiyi tarixdən obyektin mərkəzləşdirilmiş havalandırma sistemi istifadəyə yarasız olmuşdur. 2014-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək külli miqdarda vəsait periodik olaraq onun təmiri üçün sərf olunmuşdur. Bu problemin aradan qaldırılması üçün dəfələrlə müraciət olunsa da müraciətlərə heç bir reaksiya verilməmişdir. Bununla bağlı “xxxx” MMC-nin mühəndisləri binaya baxış keçirmiş və xx xxx 2016-cı il tarixli aktla 7 (yeddi) adda kobud nöqsan aşkarlamışdır. Aparılmış qiymət hesablamalarına görə mərkəzləşdirilmiş havalandırma sisteminin yenidən qurulmasına ƏDV daxil 75.835 AZN tələb olunur. Beşinci olaraq, iddiaçı tərəfindən iddia edilən icarə haqqı məbləği tamamilə əsassızdır. Belə ki, məhkəməyə təqdim edilən sübut, (vergilərin ödənilməsi ilə bağlı çıxarış) sübut edəcək ki, onlar tərəfindən ödənişlər edilmişdir. “Məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olan məlumatlardan biri ilə bağlı icarə müqaviləsi rəsmi olaraq Ramil Məmmədovla bağlansa da faktiki olaraq bütün danışıqlar “xxxx” MMC-nin nümayəndələri vasitəsi ilə aparılmış, hətta bütün ödənişlər “xxxx” MMC-nin səlahiyyətli şəxslərinə ödənilmişdir. Ona görə də “xxxx” MMC-nin əməkdaşları olan İlham Əhmədov və Rauf Məmmədovun müəssisəyə təşrif buyurması və icarə obyektində aparılan danışıqların mahiyyəti ilə hal-hazırkı iddia tələbi ziddiyyət təşkil edir. Yeddinci olaraq əmlakın faktiki sahibi xxxx Şirkətinin rəhbərliyi ilə əldə olunmuş bütün razılaşmaları pozaraq onlara qarşı bu formada münasibət göstərməsindən olduqca təssüfləndiklərini bildirirlər. Belə ki, xxxx şirkətinin bütün fəaliyyəti müqaviləyə xitam verərək icarə obyektindən dərhal çıxarılmaları üçün bütün mümkün və qeyrimümkün vasitələrdən istifadə etmək olmuşdur. Xəbərdarlıq göndərməklə yanaşı xxxx Şirkətinin rəhbərliyi və ya Ramil Məmmədov obyektin və Cavabdeh-nin fəaliyyətinin iflic olmasına yönəlmiş hərəkətlərini davam etdirmişdir. Belə ki, bununla bağlı Ramil Məmmədov icarə obyektinin fəaliyyətini iflic vəziyyətə salmaq üçün, Azərişıq ASC-yə müraciət edərək, icarə obyektinin ışığının kəsilməsini istəmişdir. Belə əməllərlə şirkətin nüfuzuna zərər vurur və şirkətin fəaliyyətinin dayandırılması niyyətinin olması belə birbaşa olaraq sahibkarlıq fəaliyyətinin təhlükə altına qoyulması deməkdir ki, belə bir riskin olması belə ciddi bir şəkildə şirkətin işgüzar nüfuzuna xələl gətirməkdədir. Ona görə də yuxarıda qeyd edilən müqavilə tələblərinin iddiaçı tərəfindən kobud şəkildə pozulması və qeyd edilən əməllərin nəticəsi olaraq Cavabdeh-yə 200000 min manat dəyərində işguzar nüfuz üçün zərər ödənilməlidir. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676.1, 680 və 700.3-cü maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-617/2017 saylı qərardadı ilə (hakim A.Hüseyn) iddiaçının iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka cavabdeh, onun əməkdaşlarının və digər 3-cü şəxslərin daxil olmasına və həmin əmlakdan istifadə edilməsinə qadağa qoyulmuşdur. İcra vərəqəsi icra olunması üçün Bakı şəhər Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-2(103)-328/17 saylı qərardadı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, S.Hüseynov) cavabdehin şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)-617/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-2(102)-306/2017 saylı qərarı ilə (hakimlər R.Nəbizadə, N.Rəsulbəyova, İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-2(103)-328/17 saylı qərardadı ləğv edilmiş, iddiaçının ərizəsi təmin edilməmişdir. xx.xx.2018-ci il tarixdə cavabdehin nümayəndəsi iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizalarının təyin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)- 57/2018-ci il nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-57/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Hüseyn) ilk iddia qismən təmin olunmuş, xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsi ləğv edilmiş, ilk iddia tələbi üzrə Cavabdeh-dən 232600 (iki yüz otuz iki min altı yüz) manat icarə haqqı borcu və 10 (on) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq ilk iddia tələbi üzrə İddiaçına ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, ilk iddia tələbi üzrə Cavabdeh-dən 124 (yüz iyirmi dörd) manat ekspertiza tədqiqatının dəyəri tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməsi, ilk iddia tələbi üzrə İddiaçı 62,65 (altmış iki manat altmış beş qəpik) manat ekspertiza tədqiqatının dəyərinin tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-57/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia tələbində xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinə əsaslansa da, aralarında qeyd olunan tarixdə heç bir müqavilə bağlanmamış, məhkəməyə təqdim etdiyi müqavilədəki imzalar nə ona, nə də təmsil etdiyi şirkətin hər hansı səlahiyyətli nümayəndəsinə aid deyildir. Tərəfindən imzalanmış müqavilə xx xxxx 2014-cü il tarixlidir və həmin müqavilənin şərtləri tamamilə başqadır. Cavabdeh xx xxxxx 2014-cü il tarixindən etibarən həm “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3-cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində, həm də sözügedən qeyri-yaşayış sahəsində fəaliyyətini davam etdirməyə başlamışdır. “xxxx” MMC 2005-ci ildən “xxxx” MMC-yə məxsus olan Caspian Plazanın 3cü korpusunun 1-ci, 4-cü, 6-cı və 7-ci mərtəbələrində fəaliyyətini davam etdirmək üçün ******* (bir milyon iki yüz min) manatdan çox olan vəsait xərcləmişdir. Bu qədər nüfuza malik olan təhsil müəssisəsi üçün belə bir iddianın qaldırılması ölkənin sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirdiyi siyasətə ziddir. Onlara vurulan ziyan yalan məlumatın verilməsi nəticəsində “xxxx” MMC-yə ödənilən 240000 manat məbləğində edilən ödəniş deyildir. Belə ki, 2014-cü ildə obyekt icarəyə götürüldüyü andan obyektə 200.350.00 (iki yüz min üç yüz əlli) manatdan çox investisiya qoyulmuşdur. Qeyri-yaşayış sahəsinin kondisioner sistemi tamamilə yararsız vəziyyətdə olmuşdur. Bununla bağlı olaraq dəfələrlə icarədara müraciət edilsə də heç bir tədbir görülməmişdir. İddiaçı icarə obyektini onların istifadəsinə verildiyi tarixdən obyektin mərkəzləşdirilmiş havalandırma sistemi istifadəyə yararsız olmuşdur. 2014-ci ilin aprel ayından 2017-ci ilin aprel ayınadək külli miqdarda vəsait periodik olaraq onun təmiri üçün sərf olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən icarəyə verən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz, dərəcə ilə vergini özü ödəməli olduğu halda tərəflər arasında bağlanmış müqavilədə icarəyə verən tərəfindən verilməli olan vergi qanunsuz olaraq Cavabdeh-dən tutulmuşdur. Cavabdeh tərəfindən vergilər ödənilmiş və qəbzlər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində təqdim edilsə də, qətnamə qəbul edilərkən nəzərə alınmamış tutulmalı olan məbləğdən silinməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(103)-663/2018 saylı qətnaməsi ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh-dən 106.350 manat icarə haqqı və dövlət rüsumu 10 manat iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-153/19 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim İ.Hüseynov) qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-663/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva, C.Yusifov) İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-663/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilmiş və kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 421/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-2(103)-663/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi hissəsində) ilkin iddia üzrə iddiaçının şikayətinə münasibətdə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddianın məzmununa uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişləri cavabdehin – ünvan 4 X9, 16-cı mərtəbə ünvanına göndərilmişdir. (ştrix kod – SS601835820AZ, bina sökülüb qeydi ilə geri qayıtmışdır; ştrix kod – SS602037971AZ, bu ünvanda yaşamır qeydi ilə geri qayıtmışdır). Cavabdehin qanuni təmsilçisi X1 ünvan 5 mən. 41 ünvanına göndərilmiş məhkəmə bildirişi şəxsən qəbul edilmişdir. Eyni zamanda, işin təkrar apellyasiya icraatına qədər cavabdehin iş materiallarında olan bütün nümayəndələrinin əlaqə nömrələrinə SMS xəbərdarlığı, cavabdehin email adresinə məhkəmə bildirişi göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alaraq onun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxsin izаhаtını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməməli, birinci instаnsiyа məhkəməsinin qətnaməsi mübahisələndirilən (birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmiş hissəsində) hissədə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin rədd olunmuş hissəsindən apellyasiya şikayəti verməmişdir. Ona görə də, məhkəmə kollegiyası apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddianın qismən təmin olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsi ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarına əsasən: -Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının “Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində DFGİ-arası komissiyanın xx.xx.2013-cü il tarixli 03 saylı rəyinin təsdiqi və vətəndaş Ramin Məmmədovun mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə” xx.xx.2013-cü il tarixli 14 nömrəli Sərəncamının surətində qeyd olunur ki, Nəsimi Rayon İcra Hakimiyyətinə, Topçubaşov küçəsi ev 98-də yaşayan İddiaçı ərizə ilə müraciət edərək, yenidənqurma işlərindən sonra onun mülkiyyətində olan S.Vurğun küçəsi 77 saylı ünvanda yerləşən mənzilin sahəsinin dəqiqləşdirilməsinə, mövcud vəziyyətdə istifadəsinə və qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. -Təqdim olunmuş sənədlərdən (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, seriya MA, ******* №-li çıxarış) məlum olmuşdur ki, 1 mərtəbəli, 2 otaqdan, yaşayış sahəsi 82,8 kv.m, ümumi sahəsi 144,1 kv.m olan S.Vurğun küçəsi 77 saylı ünvanda yerləşən mənzil İddiaçına məxsusdur. -İddiaçı (İcarəyə verən) Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, İcarəyə verən bununla mülkiyyətində olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 14 №-li, xx.xx.2013-cü il tarixli Sərəncamı əsasında ünvan 1 saylı 1135.02 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini (bundan sonra “Daşınmaz əmlak”) “icarəçi”nin istifadəsinə və sahibliyinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarəçi icarəyə verənə icarəyə verilmiş Daşınmaz Əmlaka görə aşağıdakı məbləğdə icarə haqqı ödəyir: tətbiq oluna bilən vergilər xaric 15000 (on beş min) manat aylıq icarə haqqı. 4.2-ci bəndinə əsasən İcarə haqqı 2014-cü il aprel ayından başlayaraq 2014-cü il avqust ayı daxil olmaqla ödənilməli olan təqvim ayının başa çatmasından sonra gələn növbəti ayın ilk beş (5) iş günü ərzində, 2014-cü il sentyabr ayından başlayaraq İcarə müddəti ərzində hər ödənilməli olan təqvim ayının ilk beş (5) iş günü ərzində ödənilməlidir. Cavabdeh və İddiaçı arasında xx xxxxx 2014-cü il tarixdə bağlanmış İcarə Müqaviləsinə dair 01 nömrəli Protokolda qeyd olunur ki, 1) Tərəflər bu Protokolu imzalamaqla xx xxxxx 2014-cü il tarixdə bağlanmış İcarə Müqaviləsinin 4.1-ci maddəsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 12-ci bəndi ilə nəzərdə tutulan İcarə haqqının azaldılaraq 12 000 (on iki min) AZN olmasına razılıq verirlər. Bu hal icarəçinin ağır maddi duruma düşməsi ilə əsaslandırılmışdır. 2) Bu Protokol imzalandığı andan qüvvəyə minir. 3) Bu Protokol imzalandığı tarixdən 1 (bir) il müddətinə qüvvədədir. İcarəyə verənin razılığı ilə bu Protokolun müddəti azaldıla və ya uzadıla bilər. İcarəyə verənin belə bir razılığı olmadıqda İcarə Haqqı xx xxxxx 2014-cü il tarixdə bağlanmış İcarə Müqaviləsinin 4.1-ci maddəsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 12-ci bəndi ilə nəzərdə tutulduğu məbləğdə ödəniləcək. 4) xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsinin bu Protokol ilə toxunulmayan bütün digər müddəaları dəyişilməz olaraq qalır. 5) Bu Protokol xx xxxxx 2014-cü il tarixli İcarə Müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 6) Bu Protokol 1 (bir) səhifədən ibarətdir. Azərbaycan dilində tərtib olunmuşdur və Tərəflərə təqdim olunur. İddiaçı tərəfindən Cavabdeh-nin direktoru Bəhram Qurbanova ünvanlanan xx.xx.2016-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, ilk iddia tələbi üzrə iddiaçı tərəflər arasında xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin bağlandığını, müqaviləyə əsasən aylıq icarə haqqının 15000 AZN müəyyənləşdirildiyini, aylıq icarə haqqının müqavilə şərtlərinə uyğun ödənilmədiyini, xx.xx.2014-cü il tarixdən 2015-ci ilin avqust ayına kimi icarə haqqının gecikmələrlə ödənilsə də, 2015-ci ilin avqust ayının icarə haqqının xx.xx.2015-ci il tarixədək hissə-hissə qismən ödəniş edildiyini, icarəçinin icarəyə verən qarşısında 2015-ci il üçün ümumilikdə 68700 AZN məbləğində ödənilməmiş icarə borcu yarandığını, bu barədə xəbərdarlığın ünvanlandığını, lakin məhəl qoyulmadığını, əksinə Cavabdeh-nin GR/12-013 nömrəli xx.xx.2016-cı il tarixli məktubu ilə icarəyə verənə müraciət edərək, 2016-cı il üçün icarə haqqının azaldılması və yaranmış borcun müəyyən olunmuş qrafik üzrə ödənilməsinin xahiş olunduğu, tərəflər arasında xx.xx.2014-cü il tarixli müqaviləyə xx.xx.2016-cı il tarixli protokolla dəyişiklik edilərək icarə haqqı məbləğinin 12 000 AZN müəyyən edildiyi, lakin Cavabdeh-nin icarə haqqının azaldılmasına baxmayaraq GR/12-015 nömrəli xx.xx.2016-cı il tarixli məktubunda özü tərəfindən təqdim etdiyi qrafik üzrə müəyyənləşdirilmiş zamanda öhdəliklərini icra etmədiyini, bu günki tarixədək icarəçinin icarəyə verən qarşısında artıq 68700 AZN – 2015-ci il üçün və 376xx xxx 2016-cı il üçün, ümumilikdə 106350 AZN məbləğində ödənilməmiş icarə haqqı borcunun yarandığını bildirmiş, 15 gün müddətində xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsinin Cavabdeh-nin direktoru və yaxud səlahiyyətli nümayəndəsinin iştirakı ilə ləğv olunması, xx xxxxx 2014-cü il tarixli icarə müqaviləsini və ona əlavə edilmiş xx.xx.2016-cı il tarixli protokol üzrə ümumilikdə ödənilməmiş 106350 AZN məbləğini “İcarəyə verən” İddiaçına ödəməklə xx.xx.2016-cı il tarixində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini boşaldaraq çıxması xahiş olunmuşdur. Cavabdeh tərəfindən “xxxx” şirkətinin direktoru İlham Əhmədov və Ramin Məmmədova ünvanlanan xx.xx.2016-cı il tarixli GC/12-150 saylı məktubun surətindən görünür ki, ilk iddia tələbi üzrə cavabdeh danışıqlar zamanı may ayının 8-də fevral və mart ayı üzrə borc öhdəliklərinin icra olunması və müqavilə üzrə icarə haqqının aprel ayından 10.000 manata keçirilməsi, ötən il üzrə yaranmış borc öhdəliyinin də yeni qiymətlərlə hesablanmasının müzakirə olunduğu və müəyyən razılıqlar əldə olunduğu, 2014-cü ildə obyekt icarəyə götürüldüyü andan obyektə 200.350 manatdan çox investisiya qoyulduğu, həmçinin 2 il ərzində binanın saxlanılması üçün cəmi 613.537 manat vəsait sərf olunduğu bildirilmiş, aprel ayının ödənişini dərhal ödəyərək əldə olunmuş razılıq əsasında icarə haqqının 10.000 manat olmaqla hər ayın 15-də ötən ayın icarə haqqının ödənilməsi qrafiki ilə ödənişləri həyata keçirməkdə davam edəcklərini, ötən il üçün qalıq borcun isə yaranmış fors-major vəziyyət səbəbindən iyun ayının sonu iyul ayının əvvəllərində göndəriləcəyini öhdəsinə götürdüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxx 2018-ci il tarixli, 8826 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh və İddiaçı adlarından olan xx.xx.2014-cü il tarixli müqavilədə “İcarəyə verənin adından və onun tapşırığı ilə” hissəsində “İmza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh və İddiaçı adlarından olan xx.xx.2014-cü il və xx.xx.2014-cü il müqavilələrdə “İcarəçinin adından və onun tapşırığı ilə” hissəsində “İmza” qrafalarındakı imzalar – X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh və İddiaçı adlarından olan xx.xx.2014-cü il tarixli müqavilədə “İcarəyə verənin adından və onun tapşırığı ilə” hissəsində “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxx 2018-ci il tarixli, 9103 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli müqavilələrdəki ştamp əksi relyef klişedən sənəd üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli icarə müqavilələrindəki ştamp əksi müqayisəli tədqiqat qismində təqdim edilmiş xx xxx 2017-ci il tarixli etibarnamədəki ştampın sərbəst nümunəsi ilə eynilik təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2014-cü il tarixdə müqavilə bağlanmış ilk iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 14 №-li, xx.xx.2013-cü il tarixli Sərəncamı əsasında ünvan 1 saylı ünvanda yerləşən, 1135.02 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh-yə icarəyə verilmişdir. Qeyd olunan müqaviləyə əsasən ilk iddia tələbi üzrə cavabdeh tərəfindən vergi xaric aylıq 15000 manat icarə haqqını 2014-cü ilin aprel ayından başlayaraq 2014-cü il avqust ayı daxil olmaqla ödənilməli olan təqvim ayının başa çatmasından sonra gələn növbəti ayın ilk 5 iş günü ərzində, 2014-cü ilin sentyabr ayından başlayaraq isə icarə müddəti ərzində hər ödənilməli olan təqvim ayının ilk beş günü ərzində ödənilməsi razılaşdırılmışdır. xx.xx.2016-cı il tarixdə tərəflər arasında xx.xx.2014-cü il tarixli müqavilədə nəzərdə tutulan icarə haqqınn azaldılaraq 1 il müddətinə 12000 AZN olması barədə razılıq əldə edilmişdir. İlk iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən müəyyən ödənişlər həyata keçirilsə də sonradan ödənişlərin həyata keçirilməsinin dayandırıldığını, bununla bağlı ilk iddia tələbi üzrə cavabdehə həm şifahi, həm də yazılı olaraq xəbərdarlıqlar edilməsinə baxmayaraq xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə 305 200 manat icarə haqqı borcu qaldığını bildirmiş, xx.xx.2014-cü il tarixli icarə müqaviləsinə xitam verilməklə, icarə haqqı borcunun, maddi və mənəvi ziyanın tutulmasını xahiş etmişdir. İlk iddia tələbi üzrə cavabdehin təqdim etdiyi sənədlərə əsasən 178050 manat icarə haqqı ödənildiyi görünsə də, ilk iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim olunan cədvəldə Cavabdeh tərəfindən ödənilmiş icarə haqqı məbləği 276300 AZN müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış bir il müddətinə icarə haqqının 12 000 manat müəyyən edilməsi barədə xx.xx.2016-cı il tarixli protokol da nəzərə alınmaqla xx.xx.2014-cü il tarixdən iddianı təmin etmə tədbiri barədə qərardad çıxarılan xx.xx.2017-ci il tarixə qədər ödənilməli icarə haqqı məbləği 508900 manat təşkil edir. Belə ki, aylıq icarə haqqı 15.000 manat müəyyən edildiyi təqdirdə günlük icarə haqqı 500 manat (15.000 manat : 30 gün), aylıq icarə haqqı 12.000 manat müəyyən edildiyi halda isə günlük icarə haqqı 400 manat (12.000 manat : 30 gün) təşkil edir. Tərəflər arasında icarə müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmışdır. 2014-cü ilin aprel ayı üçün ödənilməli icarə haqqı məbləği 10.000 manat (20 gün x 500 manat), 2014-cü ilin qalan səkkiz ayı üçün ödənilməli icarə haqqı məbləği 120.000 manat (8 ay x 15.000 manat), 2015-ci il üzrə ödənilməli icarə haqqı məbləği 180.000 manat (12 ay x 15.000 manat), 2016-cı ilin yanvar ayı üzrə (xx.xx.2016-cı il tarixli protokol imzalanana qədər) ödənilməli icarə haqqı 2500 manat (5 gün x 500 manat), 2016-cı ilin yanvar ayı üçün ödənilməli icarə haqqı məbləği (xx.xx.2016-cı il tarixli protokol imzalandıqdan sonra) 10400 manat (26 gün x 400 manat), 2016-cı ilin qalan on bir ayı üçün ödənilməli icarə haqqı məbləği 132.000 manat (11 ay x 12.000 manat), 2017-ci ilin yanvar ayı üçün (xx.xx.2016-cı il tarixli protokolun bitmə tarixinə qədər) ödənilməli icarə haqqı məbləği 2000 manat (5 gün x 400 manat), 2017-ci ilin yanvar ayı üçün (xx.xx.2016-cı il tarixli protokolun qüvvədə olma müddəti bitdikdən sonra) ödənilməli icarə haqqı 13.000 manat (26 gün x 500 manat), 2017-ci ilin fevral və mart ayları üçün ödənilməli icarə haqqı məbləği 30.000 manat (2 ay x 15.000 manat), 2017-ci ilin aprel ayı üçün (iddianı təmin etmə tədbiri barədə qərardadın çıxarıldığı xx.xx.2017-ci il tarixədək) ödənilməli icarə haqqı məbləği 9000 manat (18 gün x 500 manat) təşkil edir ki, ilk iddia tələbi üzrə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ödənilmiş icarə haqqı barədə məlumatda qeyd olunan ödənilmiş icarə haqqı 276300 (iki yüz yetmiş altı min üç yüz) AZN çıxıldığı təqdirdə, ödənilməli icarə haqqı məbləği 232600 (iki yüz otuz iki min altı yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddia tələbi icarə haqqı üzrə borcun tutulması hissəsində qismən təmin edilməsi, ilk iddia tələbi üzrə Cavabdeh-dən 232600 (iki yüz otuz iki min altı yüz) manat icarə haqqı borcu tutularaq ilk iddia tələbi üzrə İddiaçına ödənilməsi qənaəti iş materiallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin 4.2-ci bəndində icarə haqqı məbləğinin verilməsi müddəti müəyyən edilsə də məhkəmə araşdırması zamanı ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən 232600 manat ödənilməmiş icarə haqqının olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia tələbi üzrə cavabdeh tərəflər arasında olan razılaşmanı əhəmiyyətli dərəcədə pozduğundan və ilkin iddia tələbi üzrə iddiaçı əldə edəcəyinə ümid etdiyi məbləğdən məhrum olduğundan xx.xx.2014-cü il tarixli icarə müqaviləsi ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin dəlili kimi göstərilən “bu qədər nüfuza malik olan təhsil müəssisəsi üçün belə bir iddianın qaldırılması ölkənin sahibkarlıq fəaliyyəti ilə bağlı həyata keçirdiyi siyasətə zidd olması” ilə bağlı qeyd edilməlidir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin hansı səviyyədə işgüzar nüfuza malik olması, iddiaçının iddia qaldırmasına mane ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəni yuxarıda qeyd edilən qaydada həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı mаddələrini rəhbər tutub qət е t d i: Cavabdehtərəfindənverilmiş apellyasiya şikayətitəminedilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-57/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsimübahisələndirilən (birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilmiş hissəsində) hissədə dəyişdirilmədənsaxlanılsın. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-33/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-33/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver