Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-331/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-280/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən HX 028/0620-saylı, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 10.530 manat və HA 003/0420-saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 23.297,30 manat qalıq borcun və mediator xidmətinə görə rüsum olaraq ödənilmiş 200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-280/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli, HA 003/0420 saylı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə verilməsini, həmçinin xx.xx.2020-ci il tarixli, HX 028/0620 saylı xidmət müqaviləsi üzrə avtokran texnikasının istifadəsini təsdiq edən xidmətlərin təhvil-təslim aktlarını məhkəməyə təqdim edə bilməmişdir. Həmin mallar cavabdehə gəlməmiş, təhvil verilməmiş, texnikanın istifadəsi cavabdeh tərəfindən həyata keçirilməmişdir. İddiaçı sübut kimi Cavabdeh MMC-yə heç bir aidiyyəti olmayan, başqa bir müəssisəyə "xxxx" ASC-yə aid xx.xx.2020-ci il tarixli, EBAV 350139 saylı və EBAV 349122 saylı elektron qaimələr təqdim etməklə kifayətlənmişdir. Bütün bunlara baxmayaraq məhkəmə iddiaçı tərəfindən təqdim etdiyi elektron qaimələri əsas götürmüş və əsassız qətnamə qəbul etmişdir. Cavabdehə xx.xx.2020-ci il tarixli, HA 003/0420 saylı alqı-satqı müqaviləsi üzrə və xx.xx.2020-ci il tarixli, HX 028/0620 saylı xidmət müqaviləsi üzrə heç bir elektron qaimələr təqdim edilməmiş, tərəflər arasında heç bir təhvil-təslim mövcud deyil. Eyni zamanda malların elektron qaimə əsasında verilməsinin iddia edilməsi yanlışdır. Belə ki, mallar təhvil verilən zaman Maliyyə Nazirliyinin 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş Ciddi hesabat blanklarının forma və rekvizitlərinə uyğun olaraq malların təhvil qəbul aktı tərtib edilməli idi və ya ən azından həmin malların qəbulunda dair aktı, bu olmadıqda elektron qaimədə qeyd edilən təhvil aldım hissəsində müvafiq imza/qeyd olmalı idi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 01 iyun 2020-ci il tarixli HX 028/0620 saylı xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı ona məxsus olan bir ədəd avtokran ilə (markası: MAZ5334-KS3571 XÜSAVTOKRAN YÜK:D.N.N: Az ** BE ***, Buraxılış ili: 1984) sifarişçinin verdiyi sifarişlər və müəyyən etdiyi texnika əsasında xidmətləri icra etməyi, sifarişçi isə bu xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixli HA 003/0420-saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqaviləyə əlavədə göstərilən malı və yaxud malları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qaydada dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, xidmət müqaviləsi üzrə cavabdehin sifarişi əsasında, tərəfindən bir ədəd avtokran texnika icarəyə verilmişdir. Bunun nəticəsində 2020-ci ilin iyun, iyul, avqust, sentyabr və oktyabr ayları ərzində həmin texnikadan istifadə olunmuş və işlər icra olunmuşdur. Həmin aylar üzrə və tərəflər arasında aktlar əsasında sifarişçinin, icraçıya ümumilikdə 10.530 manat müqavilə üzrə borcu yaranmışdır. Dəfələrlə cavabdehə bu barədə yazılı və şifahi müraciətinə baxmayaraq həmin pul ona ödənilməmişdir. Bundan başqa alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 30.541,30 manat olan mal satılmışdır. Alınan mallara görə cavabdeh (alıcı) tərəfindən iddiaçıya 7244 manat pul ödənilmiş, lakin müqavilə üzrə 23297,30 manat qalıq pul məbləği hazıra kimi ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir, öz etirazını şikayətində göstərilənlərlə əsaslandırır və əlavə olaraq bildirir ki, işin 57-61-ci vərəqələrində olan görülmüş işin təhvil-təslimi barədə 05 noyabr, 05 oktyabr, 04 sentyabr, 05 avqust, 06 iyul 2020-ci il tarixli aktlarda olan imzalar və işin 63-cü vərəqəsində olan xx.xx.2009-cu il tarixli aktda olan imza Cavabdeh MMC-nin keçmiş direktoru X5 məxsus deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. (xidmət müqaviləsi üzrə) Belə ki, tərəflər arasında xidmət müqaviləsi bağlanıb, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra etməyi, sifarişçi isə bu xidmət müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı da bildirir ki, o müqavilə üzrə texnikadan istifadə olunmuş və işlər icra olunmuş, lakin cavabdeh həmin işlərin dəyərini ona ödəməmişdir. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, İddiaçı məxsus ** BE *** DNN-lı Maz avtokran “Akkord” HCC-nin Qazax SKL-də HX 028/0620 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə əsasında iyun-oktyabr aylarında işləmiş və iş günlərinin müqabilində onunla bağlanmış müqavilə əsasında icarə haqqı olaraq 10.530 manat borc yaranmışdır. Akt Cavabdeh MMC-nin Qazax SKL-nin layihə rəhbərinin (o cümlədən dispetçer və mühəndis) imzası və möhürü, icraçının imzası ilə təsdiq edilmişdir. Həmçinin xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən müəyyən edilir ki, 2020-ci ilin iyun-oktyabr aylarında İddiaçı tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq 1.170 manat, 2.470 manat, 2.470 manat, 3.250 manat və 1.170 manat dəyərində olmaqla, cəmi 10.530 manat dəyərində xidmətlər göstərilmişdir. Cavabdeh müqavilədəki (alqı-satqı müqaviləsi də daxil olmaqla) imzaları mübahisələndirmir, lakin bildirir ki, təhvil-təslim aktlarında olan imzalar Cavabdeh MMC-nin direktoru X5 məxsus deyil. Həmin halların araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 may 2022-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, işin 159-163-cü vərəqələrində olan İddiaçı və "X2 Company” MMC-nin adlarından olan HA 003/0420 saylı 01 aprel 2020-ci il tarixli alqı-satqı müqaviləsində və həmin müqaviləyə 03 dekabr 2020-ci il tarixli 01 saylı əlavədə "X2 Company” MMC-nin direktoru X3 adından olan imzalar ilə işin 57-61-ci vərəqələrində olan görülmüş işin təhvil-təslimi barədə 05 noyabr, 05 oktyabr, 04 sentyabr, 05 avqust, 06 iyul 2020-ci il tarixli aktlarda "F.Əkbərov” yazıları qarşısındakı imzalar, 63-cü vərəqədə olan xx.xx.2020-ci il tarixli aktda "X2 Company” MMC-nin direktoru X6 hissəsindəki imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Göründüyü kimi müqavilədə və təhvil-təslim aktlarında cavabdehin direktorunun adından olan imzaların eyni şəxs, yəni cavabdehin keçmiş direktoru tərəfindən icra olunması ekspert rəyi ilə tam təsdiq olunur. Bu isə cavabdeh tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin qəbul edilməsi və həmin işlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 10.530 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia əsaslıdır. (alqı-satqı müqaviləsi üzrə) xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı məxsus tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi əsasında müəyyən edilmiş müxtəlif adda inşaat materiallarının dəyəri razılaşdırılmış qiymət əsasında 30.541 manat təşkil edir ki, ondan da 7.244 manat ödənilmiş, hazırda ödəniləsi qalıq borcları 23.297,30 manat təşkil edir. Həmin akt iddiaçı və cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Həmçinin təhvil-təslim aktında olan imzanın cavabdehin etiraz etmədiyi müqavilədəki olan imzalarla eyni şəxs, yəni cavabdehin keçmiş direktoru tərəfindən icra olunması yuxarıda qeyd olunan ekspert rəyi ilə tam təsdiq olunur. Göründüyü kimi tərəflərin imzaladığı alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi təhvil-təslim aktı ilə təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun bağlanan alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən həmin mallara görə ödənilməyən ümumilikdə 23.297,30 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunan ekspert rəyi ilə təhvil-təslim aktlarının cavabdehin keçmiş direktoru tərəfindən imzalanması tam təsdiq olunur. Əgər cavabdehin nümayəndəsinin bildirdiyi kimi həqiqətən də iddiaçı cavabdehə heç bir mal təqdim etməsəydi və ya xidmət göstərməsəydi, cavabdehin direktoru aktları imzalamaz və möhürlə təsdiq etməzdi. Qeyd olunan hallar isə iddiaçı tərəfindən müqavilələrdəki xidmətin göstərilməsini və malların təhvil verilməsini, cavabdeh tərəfindən bu halların təsdiq etməsini və həmin xidmətlərin və malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin kollegiya qeyd edir ki, hazırki mübahisənin predmeti iddiaçının fəaliyyətinin mühasibat uçotu qaydaları və vergi qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılmasından deyil, xidmət və alqı-satqı müqavilələri üzrə ödənilməli olan məbləğlərin cavabdehdən tutulmasından ibarətdir. Bu növ iddialar üzrə işin hallarının yalnız müəyyən sübutetmə vasitələri (maliyyə və vergi sənədləri) ilə təsdiq olunmasını müəyyən edən və digər sübutların təqdim edilməsini istisna edən qanun və ya digər normativ hüquqi akt isə mövcud deyildir. Ona görə də, elektron qaimələrin cavabdehə deyil, "xxxx" ASC-yə göndərilməsi, cavabdehə ümumiyyətlə elektron qaimələrin göndərilməməsi, Maliyyə Nazirliyinin 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blanklarının forma və rekvizitlərinə uyğun olaraq malların təhvil-qəbul aktının tərtib edilməməsi və s. bu məzmunlu dəlillər əsassızdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-280/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 140 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-331/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-331/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver