Məhkəmə qərarları › İş №2-2(103)-332/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-332/2022

04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-332/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9914,51 manat məbləğində əsas borcun, 37278,56 manat məbləğində cərimə, 200 manat məbləğində mediasiya xərcinin və 32 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 47425,07 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak və bank hesabları üzərindəki pul vəsaitlərinə və depozitlərə həbs qoyulmasının və cavabdehin qanuni nümayəndəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının təmin edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadından İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, e-2-2(113)-1063/2022 saylı iş üzrə Cavabdeh MMC-nin axırıncı rəsmi məlum olduğu yer üzrə AZ1122, Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvana Azərpoçt MMC vasitəsilə SS**********AZ və SS776386257AZ nömrəli poçt identifikatorları üzrə müvafiq olaraq sifarişli xəbərnaməli məktubla pretenziya və iddia ərizəsi göndərilmişdir. Lakin "xxxx" MMC tərəfindən rəsmi olaraq 15.01.2022-ci il tarixdə pretenziya məktubunun və 22.01.2021 tarixdə iddia ərizəsinin çatdırılmasının uğursuz olduğu bildirilmişdir. Məktublar cavabdehin rəsmi orqanlarda sonuncu qeydiyyat olduğu sonuncu ünvan kimi göstərilmişdir və iddiaçı pretenziya və iddia ərizəsinin həmin ünvana çatdırmışdır. Poçt göndərişlərinin izlənməsi barədə məlumatdan görünür ki, iddia ərizəsi və pretenziya məktubu cavabdehə göndərilmiş, lakin çatdırılma cəhdi uğursuz olmuşdur. Azərpoçtun rəsmi çıxarışı əlavə olunmuşdur. "xxxx" MMC-nin rəsmi çıxarışı və qəbzlər electron kabinet vasitəsilə də ayrıca əlavə olunmuşdur. Məhkəmənin işin qaytarılması üzrə məhkəmənin hazırki iş üzrə 27.01.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası MPM-nin 263.6-cı və 385-ci maddələrinin tələblərinə uyğun gəlmədiyindən yuxarıda qeyd olunan iş üçün əhəmiyyətli məlumatlar tam araşdırılmamışdır və bu səbəbdən çıxarılan həmin məhkəmə akt işin faktiki halları ilə uyğun gəlmir. Bakı Kommersiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)- 1063/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə təqdim edilməsi barədə sübut təqdim edilmədiyi üçün iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normalara istinad edərək düzgün olaraq geri qaytarılmışdır. İddiaçının elektron qaydada təqdim edilmiş iddia ərizəsinə və şikayət ərizəsinə əlavə etdiyi “poçt qəbzləri” adı altında yüklənmiş sənədlər düzgün yüklənmədiyindən açmaq və məzmunu ilə tanış olmaq mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, e-2-2(113)-1063/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar