Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-335/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “İddiaçı” şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 268/BBA/AGC/16-05- 205 saylı alqı-satqı müqaviləsinə əsasən 113436,80 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 016ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 36000 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 007-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 1250 Avro, xx.xx.2016-cı il tarixli 006-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 209274,14 ABŞ dolları, xx.xx.2016-cı il tarixli AL-AT/16 saylı alqı-satqı müqaviləsinə əsasən 40320 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 009-ALF-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən 540 Avro, xx.xx.2016-cı il tarixli 011-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 796,10 Avro, xx.xx.2016-cı il tarixli 017-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən 56350 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 020/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 74678,80 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 0xx/xx/16208 saylı alqı-satqı müqaviləsinə əsasən 108076,50 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 11-1-16381 saylı alqı-satqı müqaviləsinə əsasən 587917 ABŞ dolları, xx.xx.2016-cı il tarixli 019/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 42750 ABŞ dolları, xx.xx.2017-ci il tarixli 038/17-ATL- AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 56840 ABŞ dolları, xx.xx.2017-ci il tarixli 17/569-ALF-GM saylı alqı-satqı müqaviləsinə əsasən 6198,90 Avro, xx.xx.2017-ci il tarixli 4/05/2017 saylı alqı-satqı müqaviləsinə əsasən 8784 ABŞ dolları, xx.xx.2017-ci il tarixli 028/17-AGRSC-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən 25000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli BRİTEX-Cavabdeh 0707-17 saylı alqı-satqı müqaviləsinə əsasən 1700 ABŞ dolları, xx.xx.2017-ci il tarixli 268/BBA/AGC/17-05-139 saylı alqı-satqı müqaviləsinə əsasən 256737 ABŞ dolları, xx.xx.2018-ci il tarixli AM-290118AG-AN saylı alqı-satqı müqaviləsinə əsasən 55183,85 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 001 AGRİTEMA-Cavabdeh saylı alqı-satqı müqaviləsinə əsasən 1058 Avro, xx.xx.2019-cu il tarixli 19/116-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 20040 ABŞ dolları, xx.xx.2019-cu il tarixli 19/117-RTMATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 15600 ABŞ dolları, xx.xx.2019-cu il tarixli 19/159-RTM-ATL-Cavabdeh-A saylı alqısatqı müqaviləsinə əsasən 31200 ABŞ dolları, xx.xx.2019-cu il tarixli 19/153-KMPCO-ATL- AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən 72000 ABŞ dolları, xx.xx.2019-cu il tarixli 19/118-RTM-ATLCavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən 84480 ABŞ dollarının, ümumilikdə 1.896.368,09 ABŞ dolları və 9843 Avro məbləğində vəsaitin Cavabdeh MMCdən tutularaq iddiaçı “İddiaçı” şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-150/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehin hazırki maddi vəziyyətini və qətnaməni icra etmək iqtidarında olub-olmadığını araşdırmamışdır. Belə ki, ümumi borc məbləği cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmənin diqqətinə çatdırılmışdır ki, həmin borcu birdəfəlik şəkildə "Cavabdeh" MMC-nin ödəməsi və qətnaməni icra etməsi qeyrimümkündür. Eyni zamanda məhkəmə iclaslarında cavabdehin nümayəndəsi qətnamənin birdəfəlik qaydada icrasının mümkünsüzlüyünü hakimin diqqətinə çatdırmış və məhkəmədən qətnamənin icra qaydasını və müddətini müəyyən etməsini, qətnamənin icrası üçün cavabdehə 24 ay müddət verilməsini xahiş etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən, nəticə hissəsində qətnamənin hansı müddət ərzində və hansı formada icrası qaydasını müəyyən etməmiş və bu barədə vəsatətə münasibət bildirməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, “İddiaçı” şirkəti ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 268/BBA/AGC/16-05-205 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 357436,80 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 016-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 36000 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 007- ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1250 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 006-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 584640 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli AL-AT/16 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 40320 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 009-ALF-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 540 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 011- ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 796,10 Avro məbləğində mal, xx.xx.2016-cı il tarixli 017-ATL/AGRC-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 56350 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 020/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 74678,80 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 0xx/xx/16208 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 94000 ABŞ dolları və 15439,50 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 11-1-16381 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 587917 ABŞ dolları məbləğində mal, xx.xx.2016-cı il tarixli 019/17- ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 42750 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 038/17-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 56840 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 17/569-ALF-GM saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 6198,90 Avro məbləğində mal, xx.xx.2017-ci il tarixli 4/05/2017 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 8784 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 028/17-AGRSC-ATL-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 25000 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli BRİTEX- Cavabdeh 07-07-17 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1700 ABŞ dolları məbləğində mal, xx.xx.2017-ci il tarixli 268/BBA/AGC/17-05-139 saylı alqısatqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 596736,00 ABŞ dolları məbləğində mal, xx.xx.2018-ci il tarixli AM-290118AG-AN saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1207823,8 ABŞ dolları məbləğində mal, xx.xx.2018-ci il tarixli 001 AGRİTEMA-Cavabdeh saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 1058 Avro məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/116-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 20040 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/117-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 15600 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/159- RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 31200 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/153-KMPCO-ATL-AGR-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 72000 ABŞ dolları məbləğində mal, xx.xx.2019-cu il tarixli 19/118-RTM-ATL-Cavabdeh-A saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfindən alıcıya 84480 ABŞ dolları məbləğində mal satılmışdır. Müqavilələr üzrə bütün mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilələr üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və ümumilikdə 1.896.368,09 ABŞ dolları və 9843 Avro məbləğində vəsaiti ödəməmişdir. Cavabdeh iddia tələbində göstərilən məbləğdə borcun mövcud olduğunu etiraf edir, lakin həmin borcu ödəmək üçün şirkətin kifayət qədər maddi vəsaitinin olmadığını bildirir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, cavabdehin maddi vəziyyəti iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun hissə-hissə ödənilməsi və ya borcun ödənilməsinə möhlət verilməsi məsələləri isə qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-150/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-335/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-335/2020
08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver