Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-335/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xidmət müqaviləsi üzrə borcun və dəbbə pulunun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2672/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə üzrə göstərilmiş xidmətlərə görə 5403,24 manat borc məbləği, hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi 7834,04 manat vəsait və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 13267,28 manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqaviləyə əsasən sifarişçi "xxxx" ASC-yə məxsus avtonəqliyyat vasitələrinə "İddiaçı" MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilir. Müqavilənin 1.1-ci bəndinə əsasən "İcraçı" öz üzərinə sifariş əsasında "Sifarişçi"nin avtonəqliyyat vasitəsinə servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, "Sifarişçi" isə görülmüş işi qəbul edir və hazırki Müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən "Sifarişçi" ödənişləri "İcraçı"nın təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən "Sifarişçi" göstərilən xidmətlərə görə ödənişi "İcraçı" tərəfindən hesabfaktura təqdim edildikdən 10 (on) iş günündən gec olmayaraq aparmalıdır. “xxxx” ASC-yə məxsus **-PL-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Transporter" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə, **-AA-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində göstərilmiş xidmətlərin dəyəri, ƏDV daxil ümumilikdə 5403,24 manat təşkil etmiş, cavabdehə həmin borclarla bağlı hesab-faktura və e-qaimələr göndərilməsinə baxmayaraq, cavabdeh borclu olduğu məbləği hal hazıradək ödəməkdən yayınmışdır. Belə ki, **-PL-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Transporter" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 3368,91 manat, **-AA-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Passat" markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 476,73 manat, xx.xx.2019-cu il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1380,60 manat və xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 177 (bir yüz yetmiş yeddi) manat təşkil etmişdir. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2020-ci il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və cavabdehə ödəniş olunmadığı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. "İddiaçı" MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilənin 5.4-cü maddəsinə əsasən "Sifarişçi" təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə ödəyir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, cavabdeh “xxxx” ASCdən 5403,24 manat borcdan əlavə, xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilənin 5.4-cü maddəsini rəhbər tutaraq yaranmış borclara hər bir gecikdirmə gününə görə sifariş məbləğinin 0,5%-i həcmində cərimə kimi hesablanan ümumilikdə 7834,04 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2672/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2672/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş hesab faktura, e-qaimə və təmir kartlarına nəzər saldıqda İddiaçı MMC tərəfindən “xxxx” ASC-yə məxsus avtonəqliyyat vasitəsinə texniki xidmətlərin və məhz hansı xidmətlərin göstərilməsini müəyyən etmək mümkündür. Həmin xidmətlərin göstərilməsini təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Qətnamə qəbul edilərkən İddiaçı MMC-nin hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, mübahisələndirilən qətnamədə İddiaçı MMC tərəfindən əsaslı sübutların təqdim olunmaması səbəbindən iddiasının rədd edildiyi əsaslandırılmışdır. Tərəflər arasında bağlanan xidmət müqaviləsi mübahisələndirilmir. Yəni həmin müqavilə əsasında işgüzar münasibətlər çərçivəsində tərəflər bir-birinə etimad göstərərək aralarında sifariş nəticəsində texniki xidmətə dair icra üsulları müəyyən edilmişdir. Yəni “xxxx” ASC sifariş verən tərəf kimi özünə məxsus avtomobilləri İddiaçı MMC-nin balansında olan avtomobillərə xidmət mərkəzinə təqdim etmiş, əvəzində iddiaçı tərəfindən xidmət göstərilmişdir. Nəzərə alsaq ki, təsdiq olunmuş müqavilədə tərəflər arasında yaranan münasibətlərin hər hansı aktla rəsmiləşdirilməsi nəzərdə tutulmamışdır, həmin müqavilə üzrə cavabdehin avtomobilləri xidmət mərkəzinə təqdim etməsi artıq sifarişin verilməsindən və avtomobillərin bütün məlumatları, eləcə də VİN/Ban nömrələrinin İddiaçı MMC-nin elektron sistemində mövcud olması həmin avtomobillərin xidmətə qəbul edildiyindən xəbər verir. Bundan əlavə mübahisələndirilən və ödənilməyən məbləğ cəmi 4 tarixdə təqdim olunmuş iki avtomobilə aiddir. Yəni cavabdehə məxsus “Volkswagen Transporter” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixdə, **-AA-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Passat” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərində İddiaçı MMC tərəfindən göstərilmiş xidmətlər üzrə hər hansı ödəniş olunmamışdır. Bu xidmətlərlə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına baxmayaraq hər hansı nəticə əldə etmək mümkün olmamışdır. Belə ki, həmin xidmətlərin icra olunmasına dair cavabdehin vergi elektron kabinetinə elektron qaimə göndərilərkən, cavabdeh tərəfindən e-qaimədə hər hansı düzəliş olunmaması və ya e-qaimənin ləğvə göndərilməməsi artıq icra edilmiş xidmətlərin qəbul edildiyini təsdiq edir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən xidmətin icra olunmasını təsdiq edən arqumentlərdən biri hesab edilə bilərdi. Elektron qaimənin göndərilməsi özlüyündə borcun olmasını təsdiq edir və cavabdeh tərəfindən həmin qaimələri görməmələri mümkün olan hal hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2672/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5403,24 manat borc, 540 manat cərimə, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC və “xxxx” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 24/C saylı avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilədən görünür ki, sifarişçi "xxxx" ASC-yə məxsus avtonəqliyyat vasitələrinə "İddiaçı" MMC tərəfindən sifarişə uyğun olaraq texniki xidmət göstərilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan elektron qaimələrdən görünür ki, tərəflər arasında bağlanmış xidmət müqaviləsinə əsasən cavabdehə göstərilmiş xidmətlərlə bağlı elektron qaimələr təsdiq edilmiş, lakin xx.xx.2019-cu il tarixdə 3368,91 manat, xx.xx.2019-cu il tarixdə 476,73 manat, xx.xx.2020-ci il tarixdə 1380,60 manat, xx.xx.2020-ci il tarixdə 177,00 manat, cəmi 5403,24 məbləğində göstərilmiş xidmətin dəyəri ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələbin əsaslı olduğunu təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Lakin məhkəmə iddiaçının təqdim etdiyi elektron qaimələri hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin sübut edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, sifarişçi ödənişləri “icraçı”nın təqdim etdiyi hesab-fakturalar əsasında həyata keçirir. Müqavilənin 2.1.2-ci və 2.1.6-cı bəndlərində nəzərdə tutulmuşdur ki, sifarişçinin sifarişi əsasında avtomobilə texniki baxış keçirib qüsurlar barəsində məlumat vermək, təmir başa çatdıqda texniki xidmət göstərilməsini və ehtiyat hissələrinin dəyişdirilməsini təsdiq edən təmir kartını sifarişçiyə təqdim etmək icraçının vəzifələrinə aid edilmişdir. İş materiallarından görünür ki, iddiaçı öz vəzifəsini icra edərək müqavilədə nəzərdə tutulmuş qaydada cavabdehə məxsus nəqliyyat vasitələrinin təmiri ilə bağlı təmir kartlarını tərtib etmiş, cavabdeh həmin kartları təsdiq etməsə də xidmətin göstərilməsi bağlı elektron qaydada göndərilmiş qaimələrə heç bir etiraz bildirməməklə həmin qaimələrdə öz əksini tapmış xidmətlərin iddiaçı tərəfindən göndərildiyini təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaiməfaktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun xidmətin göstərilməsini elektron qaimə ilə rəsmiləşdirdiyindən və cavabdeh tərəfindən həmin qaimələrin ləğv edilməsi üçün hər hansı tədbir görülmədiyindən xidmətlərin icra edilməsi və onların dəyəri qəbul edilmiş hesab olunur. Mülki Məcəllənin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia cavabdehdən 5403,24 manat borcun tutulması hissəsində əsaslıdır. Tərəflər arasında müqavilənin 5.4-cü bəndinə əsasən “Sifarişçi” təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan (10 gün) əlavə hər bir gecikdirilmiş gün üçün sifarişin məbləğinin 0,5% həcmində cərimə ödəyir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırda pul öhdəliyinin icrasının gecikdirilməsinə görə iddiaçı tərəfindən tələb edilən 7834,04 manat məbləğində dəbbə pulu əsas borc məbləğində artıq olduğundan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmin borc azaldılaraq 540 manat məbləğində müəyyən edilməli, dəbbə pulu tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)- 2672/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 5403,24 manat borc, 540 manat cərimə, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2 (113)-2672/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 5403,24 manat borc, 540 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 5973,24 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-335/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-335/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver