Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-335/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23.11.2021ci il tarixli 2- 2(113)-4442/2021 nömrəli qətnaməsindən "xxxx"ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddiaya dəqiqləşmə verərək alqısatqı müqaviləsi üzrə yaranmış 9290,73 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 435,18 manat pul məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə İddiaçı MMC (əvvəlki adı “X2” MMC) arasında bağlanmış 07 iyun 2019-cu il tarixli, 157 saylı alqı-satqı müqaviləsinə əsasən, müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə (Spesifikasiya aktı) adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. İddiaçı MMC-dən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 8247,61 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. Alqı-satqı müqaviləsi imzalandıqdan sonra alıcı tərəfindən sifariş verilən mallar tam və vaxtında ona təhvil verilmişdir. Alqı-satqı mübadiləsi başa çatdıqdan sonra tərəflər müqaviləyə uyğun olaraq malların təhvil verilməsi və ümumi qalıq borcun dəqiqləşdirilməsi məqsədilə yekun üzləşdirmə aktı imzalamışlar. 20 iyun 2020-ci il tarixdə son dövr üzrə imzalanmış üzləşdirmə aktına əsasən, "xxxx" ASC-nin İddiaçı MMC-yə əsas məbləğdən 6989,50 manat, ƏDV məbləğindən isə 1258,11 manat olmaqla, ümumilikdə 8247,61 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini hal – hazıra kimi yerinə yetirməmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.11.2021-ci il tarixli 2- 2(113)-4442/2021 nömrəli qətnaməsi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiasının qismən təmin edilməsi, 8247,61 manat məbləğində əsas borc, 435,18 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 8682,79 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 07 iyun 2019 cu il tarixli 157 nömrəli müqaviləsinə istinad etmişdir. Sözügedən müqavilə "xxxx" ASC – nin müqavilə bazasında aşkar edilməmişdir. Müqaviləni "xxxx" ASC tərəfindən imza etmiş şəxs Həmidov Bürhan göstərilsə də imza həmin şəxsin imzası deyildir. 20.06.2020-ci il tarixli üzləşdirmə aktının "xxxx" ASC -də kim tərəfindən imzalandığı bəlli deyil. Qarşı tərəfdən həm mühasibin həm müəssisə rəhbərinin imzası olmasına baxmayaraq "xxxx" ASC tərəfində vəzifəsi və sahibinin bilinmədiyi imza mövcuddur. Cavabdehin nümayəndəsi bunu etirazında bildirməsinə baxmayaraq bu məsələyə münasibət bildirilməmiş və faktlar nəzərə alınmamışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 20.0.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi iclasın vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də sonuncu iclasa gəlməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.Bağırov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki iclasda iştirak etmiş iddiaçının nümayəndəsi V.Səfərli apellyasiya şikayətinə etirazını bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4545/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanmış 07.06.2019cu il tarixli, 157 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı "xxxx" ASC isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan EAAV seriyalı, 802157 saylı, 14.06.2017-ci il tarixli elektron qaiməyə əsasən 1409,501 manat məbləğində, EAAV seriyalı, 965842 saylı, 18.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 1539,90 manat dəyərində, EAAW seriyalı, 066663 saylı, 20.06.2019-cu il tarixli eektron qaiməyə əsasən 1298 manat dəyərində, EAAW seriyalı, 417224 saylı, 28.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 979,40 manat məbləğində, EAAW seriyalı, 458793 saylı, 29.06.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EAAX seriyalı, 259948 saylı, 17.07.2019-cu il tarixli elektron qaiməyə əsasən 1622,50 manat dəyərində, EAAY seriyalı, 000222 saylı, 01.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 973,50 manat dəyərində, EAAY seriyalı, 675589 saylı, 19.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 1947 manat məbləğində, EAAZ seriyalı, 206826 saylı, 30.08.2019-cu il tarixli elektron qaiməyə əsasən 2524,02 manat məbləğində, EAAZ seriyalı, 824262 saylı, 13.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1030,14 manat məbləğində, EAAZ seriyalı, 905930 saylı, 16.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 22597 manat məbləğində, EBAA seriyalı, 187662 saylı, 23.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAA seriyalı, 342243 saylı, 25.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 457,84 manat məbləğində, EBAA seriyalı, 478283 saylı, 28.09.2019-cu il tarixli elektron qaiməyə əsasən 1875,02 manat məbləğində, EBAA seriyalı, 769297 saylı, 04.10.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAC seriyalı, 370910 saylı, 12.11.2019-cu il tarixli elektron qaiməyə əsasən 2488,03 manat məbləğində, EBAD seriyalı, 531000 saylı, 06.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 1298 manat məbləğində, EBAE seriyalı, 122101 saylı, 19.12.2019-cu il tarixli elektron qaiməyə əsasən 607,70 manat məbləğində, EBAE seriyalı, 779450 saylı, 08.01.2020-ci il tarixli elektron qaiməyə əsasən 1338,12 manat məbləğində, EBAG seriyalı, 382136 saylı, 14.02.2020-ci il tarixli elektron qaiməyə əsasən 556,96 manat məbləğində və EBAM seriyalı, 117308 saylı, 08.07.2020-ci il tarixli elektron qaiməyə əsasən manat məbləğində mallar "xxxx" ASC-yə təhvil verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, elektron qaimələrin çox hissəsi "xxxx" ASC tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan İddiaçı MMC ilə "xxxx" ASC arasında imzalanmış 23.10.2019cu il-20.06.2020-ci il dövr üzrə üzləşdirmə aktına əsasən cavabdeh ASC-nin əsas məbləğdən 6989,50 manat və ƏDV məbləğindən isə 1258,11 manat olmaqla ümumilikdə 8247,61 manat borcu qalmışdır. Borc ödənilmədiyindən iddiaçı 13.09.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işdəki sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən təhvil verilmiş malların dəyərindən "xxxx" ASC-nin 20.06.2020-ci il tarixə 8247,61 manat borcu qalmışdır. İddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş satıcının standart şərtlərinin qiymət və ödəmə şərtlərindən malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 30 gün ərzində bank köçürülməsi və ya nağd hesablaşma yolu ilə satıcı malları təhvil verdikdən sonra ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə aldığı malın dəyərini vaxtında ödəmədiyindən iddia 8247,61 manat əsas borcun və həmin borca illik 5% miqdarında hesablanmış 435,18 manat əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulduğu, cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilmədiyinə dair qeyd edilənlər işin hallarına uyğun deyil. İşdən görünür ki, cavabdeh həm hazırlıq iclası, həm də məhkəmə baxışı iclaslarının vaxtı barədə xəbərdar edilmiş, iş üzrə 5 dəfə məhkəmə baxışı iclası keçirilmiş, cavabdehin nümayəndəsi 2-ci və 4-cü iclaslarda iştirak etmiş, nümayəndə işinin çoxluğu ilə əlaqədar sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə vəsatət vermiş, qeyd edilən hal iclasın təxirə salınması üçün üzürlü səbəb olmadığından məhkəmə tərəfindən təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayətində üzləşmə aktındakı imzanın cavabdehin səlahiyyətli şəxsinə aid olmadığını, bu hal etiraz ərizəsində qeyd edildiyi halda məhkəmə tərəfindən hər hansı hüquqi qiymət verilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası üzləşmə aktının imza ilə yanaşı, eyni zamanda cavabdehin möhürü ilə təsdiq edildiyini, möhür əksinin cavabdehə aid olması birinci instansiya məhkəməsində mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, həmin aktın cavabdeh tərəfindən təsdiq edildiyinə dair məhkəmənin iş üzrə gəldiyi nəticə düzgündür. Bu səbəbdən prosessual qənaət prinsipinə uyğun olaraq müqavilədəki və üzləşmə aktındakı imzanın kimə məxsus olduğunun müəyyənləşdirilməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə cavabdehin vəsatəti məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)- 4545/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx"ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 21.12.2021-ci il tarixli 2-2(113)-4545/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-335/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-335/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver