Məhkəmə qərarları › İş №2-2(103)-336/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-336/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-336/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı malların təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1638/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Şirkəti Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 1.200 metr X8 İzolasyon Bandı (25m) və 8.000 ədəd X2 20 (500 əd.) növündə malın və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1638/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC – yə qarşı malların təhvil verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1638/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddia ərizəsində cavabdehə qarşı tələb hissəsində tərəflər arasında mövcud olan 14 dekabr 2021-ci il tarixli, 14/12 saylı Alqı-satqı müqaviləsinə əsasən verilməli olan müxtəlif çeşidli mal-materialdan, verilməsi təmin edilməmiş hissəsində öhdəliyinin icrasına məhkəmə qaydasında cavabdehin məcbur edilməsidir.İddia üzrə cavabdehdən hər hansı məbləğləğin ödənilməsi deyil, müqavilədə şərtləndirilmiş malın naturada verilməsi tələb edilir. Bu baxımdan iddia qiymətləndirilməyən iddia olduğu qeyd edilir.Dövlət rüsusmu haqqında Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı - HökumətÖdəniş Portalından, Bakı KommersiyaMəhkəməsi üçün 100 manat dövlət rüsumu ödədiyini və bunun təsdiqinə dair “********** saylı mədaxil qəbzi” iddia ərizəsinə əlavə etdiyini qeyd etmişdir.İddiaçı tərəf həmçinin iddia ərizəsini məhkəməyə təqdim edərkən, hazırkı iddia tələbi ilə bağlı dövlət rüsumunun müəyyən edilməsi və ödənilməsi ilə bağlı qeyd olunan qanunvericiliyin tələblərinə iddiaçı tərəfindən tam şəkildə təmin edildiyi qeyd olunur. İddiaçı tərəf qeyd edir ki şikayət olunan qərardad qeyd olunan prosessual hüquq normasının tələbinə ziddir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.4-cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehdən alınmasını tələb etdiyi əmlakların sayını qeyd etsə də, həmin əmlakların dəyərini göstərməmiş, bu isə iddianın qiymətinin olmamasıdır. Çünki həmin əmlakların bir ədədinin dəyəri tərəflər arasında imzalanmış müqavilədə qeyd edilmişdir və belə olan halda iddiaçı həmin malların dəyərini müəyyən edərək iddianın qiymətini iddia ərizəsində göstərə bilərdi. İddiaçı şikayətində qeyd etdiyi dəlillərə məhkəmə münasibət bildirdiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiya məhkəmənin qərardadında qeyd edilən əsasları nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1638/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar