Məhkəmə qərarları › İş №2-2(103)-337/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-337/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-337/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin qanuni təmsilçisi Murat Aydının və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3834/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “İddiaçı” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 155095,81 manat məbləğində borcun, 9306 manat cərimə borcunun, 20000 manat əldən çıxmış faydanın məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 184431,81 manat pul vəsaitinin alınaraq iddiaçı “İddiaçı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı, iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin (VÖEN:**********) “xxxx” ASC-nin Sahil filialında olan (kod:501305, S.W.İ.F.T:AZFİAZ22, M/h:AZ81NABZ********************, h/h:AZ87AZFİ40040AZ**********001) bank hesabındakı pul vəsaitinin üzərinə iddia tələbi həcmində (184.431,81 manat) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi tam təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçı qətnamənin icrasının çətinliyi və ya mümüknüsüzlüyünə dair məhkəməyə sübutlar təqdim edilməmişdir. Qanunverici iddianı təmin etmə tədbiri barədə ərizənin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. İddianı təmini tədbiri əsaslandırma aparılmadan və ilkin sübut təqdimedilmədən təmin edilə bilməz. Məhkəmə isə qeyd olunan halları araşdırmadan ərizəni təmin etmişdir. Cavabdehin bank hesabına həsin qoyulması isə şirkətin sahibkarlıq nüfuzuna ciddi şəkildə xələl gətirmişdir. Belə ki, şirkətin icra etməli laytihələrin davam etdirilməsinə, tenderlərdə iştirakına, işçilərin əmək haqlarının ödənilməsinə ciddi çətinliklər yaradır və kreditorlarının hüquqlarının pozulmasına gətirib çıxarır. Halbuki, iddianı təmini tədbiri məsələsinə baxılarkən yalnız iddiaçının deyil, cavabdehin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Murat Aydın, nümayəndəsi Vəkil2 şikayəti dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını və iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin rədd olunması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 cavabdehin borcu ödəmədiyi halda, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməlidir. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: üzərinə həbs qoyulur. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, qeyd olunan prosessual əsaslara və ilkin olaraq iddia ərizəsinə əlavə edilmiş elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi, 155095,81 manat məbləğində mal təqdim edildiyi qeyd olunmaqla, iddianı təmin etmə tədbiri barədə ərizə tam təmin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə qismən razılaşır. Belə ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi qiymət verməli, iddia tələbi ilə tədbirlər arasında əlaqənin mövcud olub-olmamasını yoxlmalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmənin mübahisələndirilən qərardadından görünür ki, əsas borc tələbinə dair hissəsində, məhkəmə iddianı təmin etmə tədbirinin görülməsini zəruri edən faktlara istinadən, müəyyən əsaslandırma verilsə də, 9306 manat cərimə borcu və 20.000 manat əldən çıxmış fayda tələbləri hissəsi (cəmi 29306 manat) ilə bağlı heç bir aydınlıq gətirilmədən və əsaslandırma olmadan, iddiaçının həmin tələblər də daxil olmaqla, ümumilikdə onun 184.431,91 manat pul tələbi həcmində cavabdehin bank hesabındkı pul vəsaiti üzərinə həbs qoymuşdur. Halbuki, birincisi, işdə iddiaçının 9306 manat cərimə və 20.000 manat əldən çıxmış fayda tələbini əsaslandıran hər hansı sübutetmə vasitələri mövcud deyil. İkincisi, iddiaçının həmin tələbləri faktiki olaraq, cavabdehə qarşı 155095,81 manat məbləğində əsas borc tələbinin uğurlu nəticəsindən də əhəmiyyətli dərəcədə asılıdır. Üçüncü bir tərəfdən onu da qeyd etmək lazımdır ki, məhkəmə cavabdehin bank hesabındakı pul vəsaiti üzərinə həbs qoyarkən sonuncunun məcburi dövlət ödənişlərinə də münasibət bildirməmişdir. Beləliklə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci tarixli qərardadı ilə onun bank hesabındakı 29306 (9306+20.000) manat məbləğində pul vəsaiti üzərinə həbsin qoyulmasının əsassız olduğunu mübahisələndirən dəlilləri hissəsində ilə razılaşır və yekunda belə qənaətə gəlir: - onun şikayəti qisimən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3834/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərardadı ləğv olunmalı, iddiaçının iddianı təmin etmə tədbiri haqqında ərizəsi qismən təmin olunması, işə baxılıb qurtaranadək cavabdehin (VÖEN:**********) “xxxx” ASC-nin Sahil filialındakı (kod:501305,S.W.İ.F.T:AZFİAZ22, M/h:AZ81NABZ********************, h/h:AZxx xxxx 40040AZ**********001) bank hesabındakı pul vəsaiti üzərinə, əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 155095,81 ( bir yüz əlli beş min doxsan beş) manat həcmində həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi barədə yeni qərardad çıxarılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3834/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərardadı ləğv olunsun. İddiaçı “İddiaçı” MMC-nin iddianı təmin etmə tədbiri haqqında ərizəsi qismən təmin edilsin. İşə baxılıb qurtaranadək Cavabdeh MMC-nin (VÖEN:**********) “xxxx” ASC-nin Sahil filialındakı (kod: 501305, S.W.İ.F.T:AZFİAZ22, M/h: AZ81NABZ********************, h/h:AZ87AZFİ40040AZ**********001) bank hesabında olan pul vəsaiti üzərinə - əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoyulmadan, 155095,81 ( bir yüz əlli beş min doxsan beş) manat həcmində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar