Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-337/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-3896/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixdə 2508,75 manat dəyərində (xx.xx.2021-xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBBL saylı 177711 nömrəli, 3470,18 manat dəyərində (xx.xx.2021-xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBBL saylı 177746 nömrəli, 2776 manat dəyərində (xx.xx.2021-xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBBL saylı 177903 nömrəli, 2668 manat dəyərində (xx.xx.2021-xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBBL saylı 177937 nömrəli, 1758,40 manat dəyərində (xx.xx.2021xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBBL saylı 177979 nömrəli, xx.xx.2022-ci il tarixdə 2337,30 manat dəyərində (xx.xx.2021- xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBCİ saylı 649993 nömrəli, 2607,30 manat dəyərində (xx.xx.2021-xx.xx.2021-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBCİ saylı 650018 nömrəli, 814,50 manat dəyərində (xx.xx.2022- xx.xx.2022-ci il tarixdə təhvil verilən diri forel balığına görə) EBCİ saylı 650062 nömrəli elektron qaimələr olmaqla ümumilikdə təhvil verilən diri forel balığına görə 18940,43 manat dəyərində elektron qaimə təqdim olunmuş, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci il tarixdə 1941,82 manat olmaqla ümumilikdə 6441,82 ödəniş edilmişdir.
2. Tərəflər (satıcı qismində Cavabdeh MMC və alıcı qismində İddiaçı MMC) arasında bağlanmış xx.xx.2020-ci il tarixli təchizat müqaviləsinin 2.4- cü bəndinə əsasən alıcının alınmış mala görə borc məbləğinin əvəzində yalnız İddiaçı MMC-nin təsərrüfatında yetişdirilmiş və emal olunmuş dondurulmuş və ya soyudulmuş halda balıq məhsulu ilə barter edilə bilməsini razılaşdırmışlar. Göründüyü kimi, tərəflər müqavilədə emal olunmuş balıq məhsulunu barter (dəyişmə) oluna biləcək mal kimi razılaşdırmışlar.
3. xx.xx.2020-ci il tarixli təchizat müqaviləsi üzrə Cavabdeh MMC 61418,75 manat dəyərində balıq yemini xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İddiaçı MMC-yə satmış, İddiaçı MMC xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 32000 manat ödəniş etmiş, tərəflər xx.xx.2021-ci il tarixdə üzləşmə aktı tərtib edərək İddiaçı MMC-nin Cavabdeh MMC-yə 24325 manat borcunun olduğunu təsdiq etmişlər. İddiaçı MMC-nin hazırkı iddiasının əsasını təşkil etdiyi sübut qismində təqdim etdiyi elektron qaimələrdən görünür ki, iddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə təqdim olunan diri balıqlara görə xx.xx.2021-ci il tarixdə 13181,33 manat dəyərində iddiaçıya elektron qaimə təqdim etmişdir. 2021-ci ilin aprel ayında İddiaçı MMC-nin 32000 manat ödəniş etdiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi diri balıqlar cavabdehin etirazında qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixli təchizat müqaviləsi üzrə barter olunmaq üçün təqdim olunmuş olsa, xx.xx.2021-ci il tarixdə üzləşmə aktı tərtib olunarkən nəzərə alınmalı, İddiaçı MMC-nin üzləşmə aparılan xx.xx.2021-ci il tarixdə qalıq borcu üzləşmə aktında qeyd olunduğu kimi 24325 manat deyil, 16237,42 (61418,75 manat - 32000 manat (nağd ödənilən məbləğ) - 13181,33 manat (iddiaçının təqdim etdiyi balığın dəyəri)) manat təşkil etməli idi.
4. Təqdim olunan ödəniş sənədlərindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci il tarixdə 1941,82 manat iddiaçıya ödəniş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12497,80 manat əsas borc, 624 manat faiz borcunun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında diri forel balıqlarının alqı-satqısına dair bir neçə dəfə əməliyyatlar aparılmışdır. Aparılmış alqı-satqı əməliyyatları ilə iddiaçı tərəfindən cavabdehə 18938,80 manat dəyərində diri forel balıqlarının satışı həyata keçirilmişdir. Təqdim edilmiş mallara dair müvafiq qaydada elektron qaimə tərtib edilərək cavabdehə təqdim edilmişdir. Mallara dair təqdim edilmiş elektron qaimələr üzrə cavabdeh tərəfindən az miqdarda ödəniş edilmiş, borc bu günədək tam ödənilməmiş olaraq qalmaqdadır. Belə ki, cavabdeh ona təqdim edilmiş malların müqabilində cəmi 6441 manat ödəniş etmişdir. Nəticədə cavabdehin ümumilikdə 12497,80 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılsa da, bununla bağlı şifahi xəbərdarlıqlar edilsə də, heç bir müsbət nəticə əldə edilməmişdir. İşin hallarına və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən, cavabdeh ona olan borcunu vaxtında ödəməyərək gecikdirmişdir. Belə olan halda isə 12497,80 manat borcun iddiaçının hesabına ödənilməsini gecikdirdiyi üçün əsas borcla yanaşı illik 5% məbləğində 624 manat faiz borcu ödənilməlidir. Odur ki 12497,80 manat əsas borc, 624 manat faiz borcu, 200 manat xərc və ödənilmiş 131 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3896/2023 nömrəli qətnaməsi ilə (hakim Nərmin Əhmədova) iddia qismən təmin edilmiş, Cavabdehndən 12497 (on iki min dörd yüz doxsan yeddi) manat 80 (səksən) qəpik əsas borc, əsas borca illik 5 faizlə hesablanan 72 (yetmiş iki) manat pul olmaqla ümumilikdə 12569 (on iki min beş yüz altmış doqquz) manat 80 (səksən) qəpik məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıya 61418,75 manat dəyərində balıq yemi satıldığını, iddiaçı balıq yeminin dəyərindən 33000 manat nağd ödəniş etdiyini, barter (dəyişmə) üçün isə 18940,43 manat dəyərində diri balıq təqdim etdiyini və iddiaçının xahişinə əsasən təqdim olunan diri balığın dəyərindən 6441,82 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənildiyini bildirmişdir. 9.Cavabdeh MMC tərəfindən 61418,75 manat dəyərində balıq yeminin xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə İddiaçı MMC-yə satıldığını nəzərə alan məhkəmə cavabdehin qeyd etdiyi halı əsaslı hesab etməmiş və qeyd etmişdir ki, İddiaçı MMCnin 1 ildən artıq müddətdə Cavabdeh MMC-yə borcu olduğu nəzərə alındıqda qeyd olunan borca görə barter olunmaq üçün təqdim olunan malın dəyərinin bir hissəsini Cavabdeh MMC-nin İddiaçı MMC-yə qaytarması ağlabatan deyildir.
10. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etdiyi elektron qaimələr xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə (üzləşmə aktı tərtib olunan tarixdən sonra) təhvil verilən 5759,10 manat diri forel balığına görə olmuş, cavabdehin nümayəndəsi də iddiaçının 2022-ci ilin yanvar ayına qədər balıq təqdim etdiyini təsdiq etmişdir. İş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(117)-1244/2022 saylı qətnaməsindən (məhkəmə aktlarının vahid elektron bazasından müəyyən olunur ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmişdir) görünür ki, Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli təchizat müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən tərəflərin qalıq borc kimi təsdiq etdiyi 24325 manat borcu tələb etmiş, iddia tələbi əsas borc hissəsində tam təmin edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etirazında qeyd etdiyi hallar mövcud olsa, Şəki Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən İddiaçı MMC-nin ona təqdim etdiyi malların dəyərini nəzərə almaqla tələb irəli sürərdi. X1 Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)- 1244/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh MMC iddia ilə müraciət edərkən nə üzləşmə aktına qədər, nə də üzləşmə aktından sonra İddiaçı MMC tərəfindən elektron qaimələr əsasında təqdim olunan diri balıqların dəyərini nəzərə almış, qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda Cavabdeh MMC-nin hazırda etirazının əsası kimi İddiaçı MMC tərəfindən ona təqdim olunan balıqların barter (dəyişmə) üçün təqdim olunmasına istinad etməsi hüquqdan sui-istifadə olmaqla qanunla yolverilməzdir.
11. Məhkəmə bildirmişdir ki, hazırkı iddianın əsasını təşkil edən elektron qaimələrin satılmış mallara görə təqdim olunduğuna dair iddiaçının dəlilləri əsaslıdır, cavabdehin etirazda qeyd etdikləri isə əsassız olmaqla iddianın rədd olunması üçün əsas hesab oluna bilməz.
12. Məhkəmə iddianın faiz borcu tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının satdığı malların dəyərini təşkil edən məbləği cavabdehdən ilk dəfə tələb etməsinə dair sübut qismində ilkin mediasiya sessiyası barədə cavabdehə xx.xx.2023-cü il tarixdə çatdırılmış bildiriş (pretenziya məktubu AVİS vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur) nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Tərəflər arasında yazılı müqavilənin olmadığını, iddiaçının öhdəliyin icrasına dair iradəsinin xx.xx.2023-cü il tarixdə cavabdehə çatdığını, lakin cavabdehin ağlabatan müddətdə öhdəliyi icra etmədiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdən əsas borca illik beş faizlə hesablanmış məbləğ cavabdehdən tutulmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3896/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən vermiş olduğu e-qaimələrə alqı-satqı müqaviləsi kimi yanaşmışdır. Halbuki, tərəflər arasında yalnız bir müqavilə olmuş, həmin müqavilə üzrə cavabdeh iddiaçıdan balıq yemi almış, müqavilə şərtlərinə əsasən müəyyən məbləğdə borc naturada əvəzləşdirilmişdir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən Mülki Məcəllənin tələblərini pozmuşdur və düzgün tətbiq etməmişdir. Belə ki, "xxxx" MMC-nin İddiaçı MMC qarşısında icra olunmamış öhdəliyi yoxdur. Əksinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcu vardır. Belə ki, Təchizatçı Cavabdeh MMC ilə alıcı İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02 nömrəli təchizat müqaviləsinə əsasən təchizatçı balıq yemini bazar qiymətlərinə uyğun olaraq alıcıya təhvil verməyi, alıcı isə həmin malları bu müqavilə ilə müəyyən edilmiş şətrlərlə qəbul etməyi, yoxlamağı və ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən və işin materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, Cavabdeh MMC ümumi dəyəri 61418 manat məbləğində İddiaçı MMC-yə balıq yemi satmışdır. Satılmış malların dəyərindən İddiaçı MMC tərəfindən 33000 manat kassa mədaxil qəbzi ilə vəsait ödənilmişdir. Yerdə qalan vəsait tərəflər arasında bağlanılmış müqavilənin 2.4-cü bəndinə əsasən İddiaçı MMC təsərrüfatında yetişdirilmiş və emal olunmuş, dondurulmuş və ya soyudulmuş balıq məhsulu ilə barter edilmişdir. İşin materiallarında görümür ki, İddiaçı MMC tərəfindən balıq məhsullarının satışına görə Cavabdeh MMC-yə ümumilikdə 18940,43 (on səkkizmin doqquz yüz qırx manat, 43) manat dəyərində e-qaimə verilmişdir. Bu mallara görə 6441 manat vəsait "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilmiş, qalan məbləğdə isə balıq məhsulu Cavabdeh MMC tərəfindən “ARAZ”supermarket şəbəkəsinə satılaraq əldə edilmiş vəsait hesabına borc məbləği əvəzləşdirilmişdir. İddiaçı MMC tərəfindən öhdəliklər yerinə yetirilmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş və Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-1244/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilməklə cavabdeh İddiaçı MMC-dən 24325 manat məbləğində əsas borc, 1000 manat dəbbə pulu, 149,43 manat mediasiya xərci, 150 manat vəkilə ödənilmiş pul tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bu günki günə İddiaçı MMC-nin Cavabdeh MMC-yə 15919 manat borcu qalmaqdadır. Bazar iqtisadiyyatı və azad sahibkarlıq şəraitində mülki hüquq münasibətlərinin iştirakçısı olan fiziki və hüquqi şəxslər öz aralarında cox saylı hüquq münasibətlərinə girirlər. Belə bir şəraitdə istisna deyil ki, ayrıayrı şəxslər müxtəlif hüquq münasibətlərinə daxil olurlar və iki şəxs arasında qarşılıqlı tələb hüququ yaranır. Belə qarşılıqlı tələb hüquqları iki şəxs arasında qarşılıqlı öhdəliklər olduqda baş verir. Qarşılıqlı tələb hüququna malik olan iki şəxs arasında həmin tələblərin əvəzləşdirilməsiilə xitam verilməsi imkanı nəzərdə tutulmuşdur.Belə qarşılıqlı tələblərin əvəzləşdirilməsinə bir qayda olaraq həmin tələblərin icra müddəti çatdıqda yol verilir. Belə ki, icra müddəti çatmış tələblər icra edilməlidir. Məhz bu şəraitdə tələblərin əvəzləşdirilməsi yolu ilə tərəflər həmin tələbləri icra etmək vəzifəsindən azad edilirlər və bu tələblərin əsasında duran öhdəliklərə xitam verilir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
16. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
17. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə-alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir. 600.4-cü maddə-əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddə-borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 445.7-ci maddə- (əvvəlki redaksiya) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3896/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış, ümumilikdə iddiaçı tərəfindən cavabdehə təhvil verilən diri forel balığına görə 18940,43 manat dəyərində elektron qaimə təqdim olunmuş, Cavabdeh MMC tərəfindən təqdim edilmiş qaimələr üzrə İddiaçı MMC-yə ümumilikdə 6441,82 manat ödəniş edilmiş, 12497,80 manat borc qalmışdır.
21. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili bundan ibarətdir ki, əslində tərəflər arasında alqı-satqı müqaviləsi deyil, barter müqaviləsi barədə razılaşma olmuşdur. Belə ki, aralarından bağlanmış xx.xx.2020-ci il tarixli təchizat müqaviləsinin 2.4cü bəndində nəzərdə tutulmuşdur ki, alıcının alınmış mala görə borc məbləğinin əvəzində yalnız İddiaçı MMC-nin təsərrüfatında yetişdirilmiş və emal olunmuş dondurulmuş və ya soyudulmuş halda balıq məhsulu ilə barter edilə bilər.
22. İşdəki sübutlara əsasən müəyyən edilmişdir ki, qeyd edilən müqavilə əsasında Cavabdeh MMC 61418,75 manat dəyərində balıq yemini xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə İddiaçı MMC-yə satmış, İddiaçı MMC xx.xx.2021, xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 32000 manat ödəniş etmiş, tərəflər xx.xx.2021-ci il tarixdə üzləşmə aktı tərtib edərək İddiaçı MMC-nin Cavabdeh MMC-yə 24325 manat borcunun olduğunu təsdiq etmişlər. Bundan sonra Cavabdeh MMC həmin borcun qarşı tərəfdən tutulması barədə iddia qaldırmış, iddia Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e2-2(117)- 1244/2022 saylı qətnaməsi ilə təmin edilmişdir.
23. Məhkəmə apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, xx.xx.2020-ci il tarixli təchizat müqaviləsində Cavabdeh MMC-nin satdığı balıq yemini İddiaçı MMC-nin təsərrüfatında yetişdirilmiş və emal olunmuş balıq məhsulu ilə barter etmək hüququ nəzərdə tutulsa da, cavabdeh bu hüququndan istifadə etməmiş, satdıqları malların barter edilməsi barədə aralarında razılaşma imzalanmamışdır.
24. Tərəflər arasında bu barədə şifahi razılaşmanın olması da işdəki heç bir sübutla təsdiq edilmir. Həmçinin Cavabdeh MMC-nin satılmış balıq yeminin qalıq dəyərinin İddiaçı MMC-dən tutulması barədə sonuncuya qarşı iddia qaldırması (hazırda həmin qətnamə icra mərhələsindədir) belə bir razılaşmanın mövcudluğunu istisna edir. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisə birinci instansiya məhkəməsi tərəfindən düz həll edilmiş, hər hansı maddi və ya prosessual pozuntuya yol verilməmişdir. 25.. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3896/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3896/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.