Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-34/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh “X1 Zavodu” ASC-yə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) borcun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı “X1 Zavodu” ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsindən (hakim Leyla Əliyeva) “X1 Zavodu” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Zavodu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 191.764 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh “X1 Zavodu” Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə iddiaçı həmin zavoda nisyə olaraq tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil verməyi, zavod isə həmin ehtiyat hissələrini ondan qəbul etdikdən sonra malların dəyəri olan pul borcunu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz növbəsində bağlanmış müqavilənin şərtinə əməl edib rəsmi qaimə əsasında zavoda 361.794 manat dəyərində tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil vermiş və zavodun maddi məsul şəxsləri də həmin ehtiyat hissələrini ondan təhvil almaları barədə tərtib olunmuş qaimələrdə imza edərək bu əməliyyatların reallığını zavod rəhbərliyinin imzası və zavoda məxsus olan dairəvi möhürlə təsdiq etmişlər. 2016-cı ilin dekabr ayının sonuna qədər zavod ona olan 361.794 manat məbləğində borcundan 115.000 manat ödəmiş, xx xxxxxx 2017-ci il tarixə 246.764 manat məbləğində pul borcunu qalıq borc kimi saxlamışdır. xx xxxxxx 2017-ci tarixdə həmin borcdan 50.000 manat, 2017ci ilin dekabrında isə 5.000 manat ödənilmiş və bu günə kimi 191.764 manat borclu qalmışdır. Dəfələrlə zavoddan ona olan borcunun ödənilməsi rəsmi və şifahi formada tələb edilsə də, müxtəlif bəhanələrlə borc ödənilməmişdir. xx xxxxxx 2017-ci il tarixdə cavabdehlə qarşılıqlı üzləşdirmə aktı bağlanmış və həmin akta əsasən də cavabdeh xx xxxxxx 2017-ci il tarixə 246.711,54 manat məbləğində qalıq borcunun olmasını etiraf etmişdir. xx xxxx 2020-ci il tarixdə cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Zavodu” ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı və qaimə-fakturaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “X3 Zavodu” ASC cavabdeh İddiaçı MMC-dən 246.711 manat məbləğində mal almamış, qeyd edilən məbləğ tamamilə şişirdilmiş və Cəmiyyətin mühasibatlıq sənədlərində həmin malların qəbul edilməsinə dair heç bir mötəbər sənəd mövcud deyil. Buna baxmayaraq həmin aktı imzalayan zaman “X1 Zavodu” ASC-nin həmin dövrdəki direktoru İbrahim Vəlibəyov mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Qeyd etməyi zəruri hesab edir ki, müqavilədə və qaimə-fakturada qeyd edilən mallar “X1 Zavodu” ASC-yə təqdim edilməyib. Həmin qeyd edilən mallar yalnız kağız üzərində olub. Sözügedən malların İddiaçı MMC tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sənəd və sübut yoxdur. İddiaçı MMCnin həmin dövrdəki rəhbərliyi ilə “X1 Zavodu” ASC-nin direktor əvəzi A.S.Babayev əlbir olub həmin dövrlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 və X2 dövlət tərəfindən ayrılmış pul vəsaitlərini öz mənafeləri üçün silmək məqsədilə rəsmiləşdirmə aparmışlar. Həmçinin xx xxxx 2016-cı il tarixli müqaviləyə 1 N°-li Əlavə də mövcud deyil Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi ilə ilkin iddiası təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamədən “X1 Zavodu” ASC apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edlməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MMC ilə “X1 Baza Zavodu” arasında bağlanmış xx xxxx 2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrindən, xx xxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117131 saylı, xx xxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117132 saylı, xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117133 və 117134 saylı, xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117139 və 117140 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117141 saylı və 117142 saylı, qaimə-fakturaya Həmin müqaviləyə əsasən satıcı alıcıya mal-material satmağı, xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117147 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117148 saylı, xx xxxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117153 saylı, xx xxxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117158 və 117159 saylı, xx xxxxxx 2016-cı il tarixli, GĞJ seriyalı, 117166- 11770 saylı qaimə fakturalardan və xx.xx.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiq edilir ki, tərəflər arasında yazılı olaraq bağlanmış alqı-satqı müqaviləsi əsasında ilkin iddia üzrə cavabdehə müxtəlif tarixlərdə nisyə mallar satılmış, xx.xx.2017-ci il tarixə “X1 Baza Zavodu”nun İddiaçı MMC-yə borcu nisyə satılmış mallara görə qalıq borcu 246.711,54 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, xx xxxxxx 2017-ci tarixdə həmin borcdan 50.000 manat, 2017-ci ilin dekabrında isə 5.000 manat ödənilmiş və 191.764 manat borc isə ödənilməmişdir. “X1 Baza Zavodu” ASC məhkəməyə qeyd edilən məbləğin ödənildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən normaların tələblərinə əsasən iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “X1 Zavodu” ASC qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların həqiqətən Azərbaycan Respublikasına iddiaçı tərəfindən gətirilməsi barədə gömrük sənədlərinin, malların “X1 Zavodu” ASC-nə təhvil verilməsi barədə sübutlar olmadığı üçün ilkin iddianın rədd edilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Vergi qanunvericiliyində və mühasibat uçotu qaydalarında malların təqdim edilməsinin qaimələrlə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. Göründüyü kimi, həm qanunvericiliyə, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən malların təhvil təsliminin qaimə-faktura ilə rəsmiləşdirilməsi nəzərdə tutulduğundan iddiaçı iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün əlavə sübutlar təqdim etməyə borclu deyil. “X1 Zavodu” ASC qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində qaimə fakturaların və üzləşmə aktının formal bağlandığını göstərsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edildiyinə dair hissədə də məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apelyasiya şikayətini isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)- 483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia üzrə cavabdeh “X1 Zavodu” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, e-2-2 (113)-483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-34/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-34/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver