Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-345/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-yə və X6 qarşı alqı-satqı müqaviləsi üzrə borcun, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizin tutulmasına dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim L.Əliyeva) ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC və X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X6 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 125.896,20 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər həmin məbləğə MM-nin 449-cu maddəsinə əsasən hesablanacaq bank uçot dərəcəsi ilə faizin Cavabdeh1 MMC-dən, 272.552,59 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər MM-nin 449-cu maddəsinə əsasən hesablanacaq bank uçot dərəcəsi ilə faizin X4, 30 dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X9 və Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan qarşılıqlı iddianın dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizələr verərək İddiaçındən 137.285,05 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 MMC-yə və X6 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia “Tural-İ-91” şirkətinin borclarına görə xarici hüquqi şəxslərə ödənilmiş 58932,95 manat məbləğində pulun tutulması hissəsində baxılmamış saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2 (103)-345/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianın bir hissədə baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və X4 89.139,18 manat məbləğində borcun tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC və X9 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən MPM-nin 10.11-ci maddəsinin tələbinə riayət etməmiş, qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qərardad məhkəmə iclasında açıq elan edilməmişdir. Məhkəmənin qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qərardadından 10 gün ərzində X5 apelyasiya şikayəti vermək hüququ olduğu halda məhkəmə qərardadla eyni gündə qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmişdir. İddiaçı “Tural-İ-91” şirkəti cavabdeh X9 və Cavabdeh1 MMC ilə 2015-ci ildən etibarən birgə fəaliyyət göstərmişlər. Xaricdən gətirilən mərmər və digər daşlar iddiaçı “Tural-İ-91” şirkətinin adına rəsmiləşsə də, malların nəqliyyat və gömrük xərclərini, eyni zamanda bank vasitəsi ilə götürülən vəsaitlərin qalıq qalan hissələrini nəğd şəkildə, eləcə də alınan malların bir hissəsinin dəyərini “Tural-İ-91” şirkətinin adından köçürmə yolu ilə İsax Hüseynov ödəmişdir. Eyni zamanda “Tural-İ-91” şirkətinin rəhbəri İslam Abdıyevin borclarını İsax Hüseynov ödəmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, gömrük haqqının kim tərəfindən ödənilməsi konkretləşdirilməmişdir. Bu halın sübut olunması üçün “Tural-İ-91” şirkətinin mühasibi Əhəd Əzizovun məhkəməyə dəvət olunmasını və təqdim olunmuş videoyazıya baxış keçirilməsi barədə vəsatət verilmiş, lakin təmin edilməmişdir. “Tural-İ-91” şirkətinin adına gətirilmiş mərmər daşlarının gömrükdən keçirilməsi üçün İ.Hüseynov “Tural-İ-91” şirkətinin adından Bakı Baş Gömrük İdarəsinə 47.000 manata yaxın pul ödəmişdir. İ.Hüseynov qarşı tərəfin məhkəməyə təqdim etdiyi 2017-ci ildə tərtib edilmiş müqaviləyə məzmununu oxumadan imza etmişdir. İ.Hüseynov “Tural-İ-91” şirkətinin satdığı mərmərlərin pulunu ödəmədiyini görüb onunla münasibətləri kəsərək öz qızının adına Cavabdeh1 MMC yaratmışdır. İ.Abdiyev Cavabdeh1 MMC-yə elektron fakturalar göndərərkən bildirmişdir ki, şirkətin satdığı malları silmək üçün formal göndərir, sonradan İ.Hüseynov duyuq düşməsin deyə 21.000 ödəniş edilməsi barədə order də göndərmişdir. Həmin fakturalar formal olmuş, Cavabdeh1 MMC əslində mal almamışdır. Mərmər daşlarının alveri ilə məşğul olan şirkətlər “Tural-İ-91” şirkətini tanımır. xx.xx.2017-ci ildə Aydoğan Maden və Mermer Ticaret LTD.ŞTİ tərəfindən göndərilən malların gömrük rəsmiləşməsinə 5.507.62 manat, nəqliyyat xərcinə görə 2500 ABŞ dolları, alınan malın dəyərinə görə 7300 ABŞ dolları məbləğində yerində ödəniş edilmiş, cəmi 22.167 manat ödənilmişdir. Birgə fəaliyyətin göstəricisi olaraq Cavabdeh1 MMC “Tural-İ-91” şirkətinə xx.xx.2017-ci ildə 23.461,53 manat dəyərində, xx.xx.2017-ci ildə 23.300,27 manat dəyərində, xx.xx.2017-ci ildə 24.723,07 manat dəyərində, xx.xx.2018-ci ildə 70.220,70 manat dəyərində, xx.xx.2018-ci ildə 31.673,76 manat dəyərində mərmər vermişdir ki, həmin malların dəyəri ödənilməmişdir. Bundan başqa işdəki sənədlərdə təsdiq olunur ki, İ.Hüseynov “Tural-İ-91” şirkətinin əvəzinə “OSF” şirkətinə 5093,91 ABŞ dolları, “Sabiroğlu Mərmər” şirkətinə 6530 ABŞ dolları, “Küçüklər 61 Nakliyyat Turizm” şirkətinin 10250 ABŞ dolları, “Merkuri Group 313” LTD şirkətinə 7750 ABŞ dolları İsak Hüseynov tərəfindən ödənilmişdir. “Tural-İ-91” şirkətinin İsax Hüseynova 88.289,1 manat borcu olduğu sübut edildiyi halda məhkəmə qarşılıqlı iddianı rədd etmişdir. Eyni zamanda məhkəmə işdəki ekspert rəyini nəzərə almamışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5, onun və Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək, eyni zamanda apelyasiya şikayəti ilə bağlı yazılı izahat verərək apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda iş üzrə qəbul edilmiş qətnamə apelyator tərəfindən tam mübahisələndirilir. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələblərinə mahiyyəti üzrə baxılmasını yekunlaşdırdıqdan sonra prosessual pozuntuya yol verərək qarşılıqlı iddianın bir hissəsini qanuni əsaslar olmadan baxılmamış saxlayaraq qarşılıqlı iddia üzrə iddiaçıların həmin qərardadı 10 gün ərzində mübahisələndirmək hüququ olduğunu nəzərə almadan həmin gün iş üzrə qətnamə qəbul etdiyindən, nəticədə baxılmamış saxlanılmış qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verilmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə tam ləğv edilərək həm ilkin, həm də qarşılıqlı iddia üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə ilk növbədə ilkin iddia tələbi ilə bağlı sübutara və apelyasiya şikayətinin dəlilərinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, “Tural-İ-91” şirkəti (mal satan) ilə “xxxxxxxxxxx” MMC (mal alan) arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli A/06 saylı müqaviləyə əsasən mal satan razılaşma protokoluna uyğun olaraq tikinti materiallarını, təbii daşlar – mərmər, qranit, travertin buraxmağı, mal alan isə onu qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh1 MMC-yə EAAB seriyalı, 253223 saylı, xx.xx.2017-ci il tarixli elektron qaimə əsasında 23.461,53 manat məbləğində, EAAB seriyalı, 543815 saylı, xx.xx.2017-ci il tarixli elektron qaimə əsasında 23.300,27 manat məbləğində, EAAD seriyalı, 101375 saylı, xx.xx.2017-ci il tarixli elektron qaimə əsasında 24.723,27 manat, cəmi 71485,07 manat dəyərində mal təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli elektron qaimələr Cavabdeh1 MMC-nin möhürü ilə təsdiq edilmişdir. “Tural-İ-91” şirkəti (mal satan) ilə X9 (mal alan) arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli A/01 saylı müqaviləyə əsasən mal satan razılaşma protokoluna uyğun olaraq tikinti materiallarını (mərmər, qranit, şüşə və digər) buraxmağı, mal alan isə onu qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə əsasında xx.xx.2017-ci il tarixli, 659031 saylı qaimə-fakturaya əsasən 21.027,60 manat, xx.xx.2017-ci il tarixli, 659032 saylı qaimə-fakturaya əsasən 33469,52 manat dəyərində olan mallar “Tural-İ-91” şirkəti tərəfindən X6 təhvil verilmişdir. İ.Hüseynov qaimələri imzalamaqla həmin malları qəbul etdiyini təsdiq etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, EAAA seriyalı, 555095 saylı, xx.xx.2017-ci il tarixli elektron qaiməyə əsasən 22.417,26 manat dəyərində, EAAA seriyalı, 688190 saylı, xx.xx.20147-ci il tarixli elektron qaiməyə əsasən 33.252,40 manat dəyərində mallar “Tural-İ-91” şirkəti tərəfindən X6 təqdim edilmişdir. Elektron qaimələr İsax Hüseynov tərəfindən imzalanmaqla yanaşı, eyni zamanda elektron sistem vasitəsilə göndərilmişdir. Müqavilələrdə alınmış malların dəyərinin hansı müddətdə ödənilməsi nəzərdə tutulmamış, ilkin iddiaya əlavə edilmiş xx.xx.2018-ci il tarixi pretenziya məktublarından görünür ki, “xxxxxxxxxxx” MMC-dən və İ.Hüseynovdan iddia edilən borcun ödənilməsi “Tural-İ-91” şirkəti tərəfindən pretenziya qaydasında tələb olunmuşdur. xx.xx.2017-ci il tarixli, 842543 saylı kassa mədaxil orderinə əsasən müəyyən edilir ki, X9 tərəfindən “Tural-İ-91” şirkətinə 21.027,60 manat məbləğində pul vəsaiti ödənilmişdir. (2-ci cild səh. 61) İşdəki sübutlara əsasən təsdiq olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən “Tural-İ-91” şirkəti tərəfindən “xxxxxxxxxxx” MMC-yə ümumilikdə 71485,07 dəyərində, cavabdeh İ.Hüseynova isə ümumilikdə 110.166,78 manat dəyərində mal təhvil verilmişdir. Qarşılıqlı iddia ərizəsində “xxxxxxxxxxx” MMC tərəfindən iddiaçıdan 71485,07 dəyərində mal alındığı təsdiq edilərək malın dəyərindən xx.xx.2017-ci il tarixdə 23461,53 manat ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişi təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qarşılıqlı iddia ərizəsində xx.xx.2017-ci tarixli müqavilə əsasında “Tural-İ-91” şirkətindən alınan mallara görə İ.Hüseynovun borcunun 109166,78 manat olduğu qeyd edilsə də, məhkəmə tərəfindən 21.027,60 manat ödəniş nəzərə alınaraq müəyyən edilir ki, İ.Hüseynovun “Tural-İ-91” şirkətinə xx.xx.2017-ci tarixli müqavilə üzrə qalıq borcu 89.139,18 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, “Tural-İ-91” şirkətinin iddiası cavabdehlər Cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və X4 89.139,18 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, əsas borcla bağlı ilkin iddia qalan hissədə rədd edilməlidir. İlkin iddia üzrə İddiaçı cavabdehlər tərəfindən ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi ilə faizlərin hesablanaraq tutulması barədə tələbi məhkəmə tərəfindən əsassız hesab edilir. “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə ilkin iddia üzrə cavabdehlərin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı iş materiallarında sübutlar olmadığından ilkin iddia Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin tutulması hissəsində əsassız hesab edilir. İşdəki “xxxxxxxxxx” QSC ilə İddiaçı direktoru Abdiyev İslam Babaşxan oğlu arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsi ilkin iddia tələbini müəyyən edən fakt və hallarla bağlı olmadığından MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilmir. İş materiallarına əlavə edilən məhkəmə aktlarından görünür ki, X9 ilə İddiaçı direktoru Abdiyev İslam Babaşxan oğlu şifahi razılaşma əsasında mərmər ixracı və alqısatqısı üzrə uzun illər birgə fəaliyyət göstərmiş, sonradan münasibətləri pozulmuş və birbirlərinə qarşı iddiaları yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə X6 şirkətin ünvanına Türkiyə Respublikasından “Aydoğan Maden və Mermer San.Tic.” şirkəti tərəfindən göndərilmiş yükün alınması, gömrük əməliyyatlarının aparılması və yükün boşaldılması etibar edilmişdir. (1-ci cild 173-cü vərəq) Qeyd edilən sübut təsdiq edir ki, İddiaçı X9 ilə münasibətləri elə bir səviyyədə olmuşdur ki, şirkət öz mallarının qəbulunu və gömrük sənədləşdirilməsinin həyata keçirilməsini ona etibar etmişdir. Qarşılıqlı iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, qarşılıqlı əməkdaşlıq etdikləri dövrdə İddiaçı xarici ölkələrdən aldığı mərmər və digər məhsullara görə İsax Hüseynov tərəfindən 25993,5 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Belə ki, “Mercury-Group 313” LTD tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli sənədlərdən görünür ki, İddiaçınə göndərilmiş mallara görə İsax Hüseynov tərəfindən həmin şirkətə 2750, 2500 və 2500 ABŞ dolları olmaqla cəmi 7750 ABŞ dolları məbləğində ödəniş edilmişdir. (əsli 2 cild 64-66-cı vərəqlər) “X14 İhracat Şirkəti”nin məktubundan görünür ki, “Tural – İ-91” şirketinin Sabiroğlu Mermer şirkətindən aldığı mərmərin dəyərinin 3500 ABŞ dolları hissəsi “Tural – İ-91” şirketi tərəfindən, 6530 ABŞ dolları məbləğində pul vəsaiti X9 tərəfindən ödənilmişdir.(əsli 2 cild 67-ci vərəq) “X1 San.Tic.A.Ş”-nin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunur ki, xx.xx.2016cı il tarixdə “Tural-İ-92” şirkətinin adına göndərilən malların dəyəri (əlavə edilən fakturaya əsasən 1713,5 ABŞ dolları) İ.Hüseynov tərəfindən ödənilmişdir. (2-ci cild 68-ci vərəq) “Küçüklər 61 Nakliyat Turizm İNŞ.İTH.İHTR. San.Tic. LTD ŞTİ” –nin xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir kİ, “Tural-İ-91” şirkətin göstərilən yük daşıma xidmətinə görə cəmi 10.000 ABŞ dolları məbləğində daşınma xərci İ.Huseynov tərəfindən ödənilmişdir. (əsli 2-ci cild 118-ci vərəq) “X13 X8 Şirketi”nin xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, “Tural- İ-91” şirkətinin həmin şirkətə olan 3580 manat borcu İsax Hüseynov tərəfindən ödənilmişdir. Həmin məktubun və “OSF” şirkətinə 5093,91 ABŞ dolları ödənilməsi barədə əlyazma ilə tərtib edilmiş qəbzin əsli və ya lazımı qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmədiyindən məhkəmə tərəfindən həmin sənədlər qarşılıqlı iddia üzrə mötəbər sübut kimi qəbul edilmir. Belə ki, MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. “Tural-İ-91” şirkətinin nümayəndəsi məhkəmə iclaslarında tərəflərin birgə fəaliyyət göstərdiyini inkar etməmiş, lakin qarşılıqlı iddia ərizəsinin dəlillərinin əsassız olduğunu, “Tural-İ-91” şirkətinin ixrac etdiyi mallara görə bütün ödənişləri özünün həyata keçirdiyini göstərsə də, “Mercury-Group 313” LTD, Sabiroğlu Mermer şirkəti, “X1 San.Tic.A.Ş” və “Küçüklər 61 Nakliyat Turizm İNŞ.İTH.İHTR. San.Tic. LTD ŞTİ” –nə işdəki məktublarda qeyd edilən tarixlərdə və məbləğlərdə ödəniş həyata keçirilməsini və ya təqdim edilmiş məktublardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. “Tural-İ-91” şirkətinin nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən “X1 San.Tic.A.Ş” şirkəti tərəfindən “Tural-İ-91” şirkətinə mal göndərildiyini qəbul etmədiyindən ilkin iddia üzrə cavabdehlərin vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilmiş, Komitənin Bakı Apelyasiya Məhkəməsinin sorğusuna xx.xx.2020-ci il tarixli cavab məktubu ilə “Tural-İ-91” şirkətinə Türkiyənin “X1 San.Tic.A.Ş” şirkəti tərəfindən xx.xx.2016-cı il tarixli bəyannamə əsasında ümumi statistik dəyəri 3713,51 ABŞ dolları və “X13 X8 Şirketi” tərəfindən xx.xx.2017-ci il tarixli bəyannamə əsasında statistik dəyəri 13580,03 ABŞ dolları olan mallar göndərildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Tural-İ-91” şirkətinin adından onun ödəniş etməli olduğu şirkətlərə cəmi 25993,5 ABŞ dolları məbləğində (7750+6530+1713,5+10.000) pul vəsaitinin X9 tərəfindən ödənildiyi işdəki mötəbər sübutlarla təsdiq edildiyindən, tərəflər arasında işgüzar münasibətər olsa da, “Tural-İ-91” şirkəti tərəfindən İ.Hüseynova şirkətin adından ödəniş həyata keçirilməsi ilə bağlı yazılı və ya şifahi qaydada tapşırıq verildiyinə dair işdə sübutlar olmadığından həmin vəsait MM-nin 1090-cı maddəsinə əsasən (özgə işlərinin tapşırıqsız aparılması qaydalarına müvafiq olaraq) “Tural-İ-91” şirkətindən X5 xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində irəli sürülmüş İddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrinin formal olduğuna dair mülahizələr sübutlarla təsdiq edilmədiyindən əsassız hesab edilir. Məhkəmə Cavabdeh1 MMC tərəfindən İddiaçınə göndərilmiş 70.220,70 manat dəyərində olan mərmərin qaytarılması barədə EAAH seriyalı, 828482 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimə və 31.673,06 manat dəyərində olan mərmərin təqdim edilməsinə dair EAAH seriyalı, 838800 saylı, xx.xx.2018-ci il tarixli elektron qaimələrlə bağlı qeyd edir ki, İddiaçı Vergilər Nazirliyi yanında X3 xx.xx.2018-ci il tarixli məktubla müraciət edərək malların faktiki təqdim edilməməsi əsası ilə həmin qaimə-fakturaların ləğv edilməsini xahiş etdiyindən qaimələrdə qeyd edilən malların İddiaçınə faktiki təhvil verildiyini sübutetmə yükü Cavabdeh1 MMC-nin üzərinə düşdüyü halda məhkəməyə bu barədə hər hansı sübut (təhvil-təslim aktı, malların daşınmasına dair sənədlər) təqdim edilmədiyindən qarşılıqlı iddia İddiaçı Cavabdeh1 MMC-yə borclu olduğuna dair hissədə əsassız hesab edilir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 16961 saylı ekspert rəyində İddiaçı X6 olan borcu hesablanarkən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən sənədlər də nəzərə alındığından məhkəmə həmin rəyi tərəflərin qarşılıqlı borclarının müəyyənləşdirilməsi üçün mötəbər sübut hesab etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən İddiaçındən X5 xeyrinə 25993,5 ABŞ dolları pul vəsaiti tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia qismən təmin edilərək ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və X4 89.139,18 manat məbləğində borc tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən qarşılıqlı iddia üzrə iddiaçı X5 xeyrinə 25993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və X5 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-22/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia qismən təmin edilərək ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və X4 89.139,18 manat məbləğində borc tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən qarşılıqlı iddia üzrə iddiaçı X5 xeyrinə 25993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. 145 manat ekspertiza xərcinin 45 manatı İddiaçındən, 100 manatı X4 və Cavabdeh1 MMC-dən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-345/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-345/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver