Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-347/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndələri və vəkilləri X1, Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X3 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı 355822,70 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-2 (113)-233/2021 saylı qərardadından (hakim Z.Pirverdiyev) cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X3 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı 355822,70 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçı, iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb qurtarana qədər, cavabdehin bank hesablarında olan pul vəsaitlərinin üzərinə həbsin qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2602/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “X6 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətində olan H/h: AZ46KABA********************, M/h: AZ51NABZ********************, Kod: 509987, S.W.İ.F.T: KABAAZ22 hesabında olan pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 355822,70 manat həddində həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-233/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 354134,7 manatın “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X3 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 29,85 manat məbləğinn cavabdeh “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X3 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödənilməsi, qalan 0,15 manat məbləğin isə “Sinerji Proje Yönetimi Elektrik Elektronik ve X3 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin qərardadının dəyişdirilməsini, “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus “X6 Azərbaycan” Açıq Səhmdar Cəmiyyətində hesabında olan pul vəsaitlərinin üzərinə qoyulmuş həbsin götürülməsini, Filialın balansında olan cəmi ƏDV ilə birlikdə dəyəri 355.180 manat məbləğində ərizədə adları qeyd edilmiş müxtəlif adda daşınar əmlakların üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin “X6 Azərbaycan” açıq səhmdar cəmiyyətində yerləşən bank hesabının üzərinə həbs qoyulması, filialın digər şəxslərin qarşısında olan öhdəliklərinin yerinə yetirilməsində, o cümlədən gömrük və sair dövlət ödənişlərində çətinliklər yaradır. Beləliklə də, iddianı təmin etmə tədbiri kimi cavabdehin bank hesabına həbsin qoyulması cavabdehin hüquqlarını əsassız və lüzumsuz olaraq məhdudlaşdırmışdır. İddiaçının pul vəsaitinin qaytarılmasına dair irəli sürdüyü iddia tələbi üzrə borc məbləği tərəflər arasında bağlanmış “mallar üzrə satınalmalar” üzrə alqı-satqı müqaviləsindən irəli gəldiyindən və irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipi baxımından, məhz iddianın təmin tədbiri qismində həmin malların üzərinə həbsin qoyulması daha labüddür. Buna görə də cavabdeh hesab edir ki, hazırki iş üzrə iddianı təmin etmə tədbiri qismində cavabdehin bank hesabına qoyulmuş həbs cavabdehin mülkiyyətində olan daşınar əmlakların üzərinə qoyulması ilə əvəz edilməlidir. Sonda cavabdeh ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2602/2020 saylı qərardadı ilə cavabdeh “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialının ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, ərizədə adı, miqdarı və qiyməti qeyd olunmuş əmlakların cavabdehə məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin əmlakların kimə məxsus olması məlum deyildir. Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən cavabdehin iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə dair ərizəsində qeyd etdiyi əmlakların məhz cavabdehə məxsus olmasına dair məhkəməyə sübüt təqdim etməsi təklif olunmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə dair ərizəsində qeyd olunmuş və ərizənin qoşmasında göstərilmiş əmlaklar “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsusdur və onun balansındadır. Eyni zamanda hazırki şikayətin qoşmasında cavabdehin balansında olan və ümumi dəyəri 355.180 AZN məbləğində əmlakın cədvəl siyahısı, habelə həmin əmlakların “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olmasına dair arayış müəssisənin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq edilərək təqdim edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2 (113)-233/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2-2(113)-2602/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarına əsasən iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə-cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırkı halda məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasib olmaqla qətnamənin icrasını təmin etmək məqsədi daşıyır. Məhkəmə kollegiyası iddiaçının tələbinin pul tələbi olduğunu nəzərə alaraq hesab edir ki, məhkəmə tərəfindən görülmüş tədbir iddia tələbinə mütənasibdir. Cavabdeh iddianı təmin etmə tədbirinin dəyişdirilməsi barədə ərizəsini bununla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı cavabdehin gömrük və sair dövlət ödənişlərinin həyata keçirilməsində və hüquqi şəxslər qarşısında öhdəliklərinin icrasına maneə yaradır. Məhkəmə hesab edir ki. ərizədə qeyd edilən hallar iş üzrə görülmüş tədbirin dəyişdirilməsi üçün əsas ola bilməz. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehin hesablaşma hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Bundan əlavə iş üzrə iddianı təmin etmə tədbiri görülərkən cavabdehin mülkiyyətində olan əmlakla bağlı sərəncam hüquqlarının məhdudlaşması və hətta əmlak mənafelərinə ziyan dəyməsi mümkündür. Məhz buna görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164cü maddəsində nəzərdə tutulur ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Cavabdeh “X7 X2 X5” şirkətinin Azərbaycan Respublikasındakı Filialının şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-2602/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-347/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-347/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver