Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-348/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “İddiaçı” şirkətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsinə əsasən yaranmış borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-451/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva ) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-451/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “İddiaçı” şirkətinin Cavabdehnə qarşı iddia tələbi təmin edilərək “İddiaçı” şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsinə əsasən 623.587 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsinə əsasən 469.583 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsinə əsasən 166.840 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/158-ATL- AFRT-A saylı alğı-satqı müqaviləsinə əsasən 1.342.572 ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı alğı-satqı müqaviləsinə əsasən 1.488.375 Avro, xx.xx.2018-ci il tarixli, 19/049-ATL-AZF-A saylı alğı-satqı müqaviləsinə əsasən 396.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı alğı-satqı müqaviləsinə əsasən 437.700 ABŞ dollarının, ümumilikdə 3.436.282 ABŞ dolları və 1.488.375 Avro məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “İddiaçı” şirkətinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, qətnamənin icra qaydasının və müddətinin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən cavabdehin maddi vəziyyətini, qətnaməni icra etmək iqtidarında olub-olmadığını araşdırmamışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraya 24 ay möhlət verilməsini xahiş etmiş, məhkəmə nəzərə almamışdır. MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydasını müəyyən etdiyi və onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmış, tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 451/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 18/008-ATL-AZFRTA saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın qiymətinə qablaşdırmanın və markalanmanın, malın gömrük rəsmiləşdirilməsi ilə bağlı xərclər daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 1.488.375 Avro olan 1984,5 MT Potassium Sulphate mineral gübrəni tərəflər arasında müqavilə imzalandıqdan sonra şifahi danışıqlara əsasən çatdırılmasını və alıcı isə satıcıya göstərilmiş məbləğin 100 faiz həcmində mallar çatdırılqdan sonra 180 iş günü ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdəki “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 19/049-ATL-AZF-A saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 396.000 ABŞ dolları olan 1 ədəd CASE İH özüyeriyən dərmansəpən Patriot 4430 avadanlığı tərəflər arasında müqavilə imzalandığı gündən 10 həftədən gec olmayaraq çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 100 faiz hissəsini mal çatdırılqdan sonra 180 gün ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı alğısatqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 437.700,00 ABŞ dolları olan 1 ədəd CASE İH 9240 Kombayn avadanlığı və 40 FT Kombayn başlığı tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 100 faiz hissəsini mal çatdırılqdan sonra 180 gün ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 1.468.395 ABŞ dolları olan 4.927,5 MT X4 B 50 kg mineral gübrənin dəyərini tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği satıcının bank hesabına öncədən köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 və 2 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya 1 nömrəli əlavə üzrə ümumi dəyəri 263.840,00 ABŞ dolları olan 544,00 MT Nitroamafosfat (Azofoska) NPK 16:16:16 50 kg və 2 nömrəli əlavə üzrə ümumi dəyəri 885.060,00 ABŞ dolları olan 2.970,00 MT X4 B 50 kg QOST 2-2013 mineral gübrənin dəyərini tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği tam və ya hissə-hissə satıcının bank hesabına öncədən köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya ümumi dəyəri 621.479 ABŞ dolları olan 2.085,50 ton X2 Grade B (50 kg bağlamalarda) tərəflər arasında müqavilə imzalandığı gündən alıcı mallar çatdığı tarixdən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği tam və ya hissə-hissə satıcının bank hesabına köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı alğı-satqı müqaviləsindən və onun 1 və 3 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya 1 nömrəli əlavə üzrə ümumi dəyəri 3.094.600 ABŞ dolları olan 7 ədəd Magnum 340 və 10 ədəd Magnum 250, habelə xx xxx 2018-ci il tarixli, 3 nömrəli üzrə ümumi dəyəri 1.721.700,00 ABŞ dolları olan 3 ədəd Quadtrac 600, 2 ədəd Quadtrac 500RR və 2 ədəd Puma 155 avadanlıqları tərəflər arasında müqavilə imzalandığı gündən 180 gündən gec olmayaraq çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 90 faiz hissəsini avans şəklində, 10 faiz hissəsini isə mal çatdırılqdan sonra alıcı tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı alğı-satqı müqaviləsinin xx xxxxxx 2018-ci il tarixli, 5 nömrəli əlavəsindən görünür ki, həmin müqavilənin 3 nömrəli əlavəsində qeyd olunan ümumi dəyəri 1.721.700,00 ABŞ dolları olan mallar tam çatdırıldıqdan sonra Satıcının bank hesabına köçürülməsini, həmçinin ödənişin hissə-hissə həyata keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddianı qismən etiraf edərək borcun məbləğini mübahisələndirməmiş, nümayəndəsi qəbul etmişdir ki, iddiaçıdan həqiqətən dəyəri tələb olunan mallar alınmış, lakin mallardan heç bir mənfəət əldə edildiyi və anbarda olduğu üçün cavabdeh borcu ödəyə bilməmişdir. Məhkəmə işindəki sübutlar və cavabdehin izahatına əsasən, cavabdehin iddiaçıya alqı-satqı müqavilələri üzrə tələb olunan məbləğdə borcu olduğunu müəyyən edərək və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 427.3-cü, 448.1-ci, 567-ci, 600.1-ci, 427-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayətində qeyd etdiyi hallar-borcu ödəmək üçün maddi imkanın olmaması, qətnamənin icrası üçün müddət müəyyən edilməsi və s. formal mülahizələr olmaqla qətnamənin apelyasiya qaydasında ləğvi üçün əsas ola bilməz. Məhkəmə izah edir ki, iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindikdən sonra icra mərhələsində cavabdeh MPM-nin 231-ci maddəsinə əsasən icraya möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-451/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-451/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-348/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-348/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver