Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-348/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı satınalma müqaviləsi üzrə ödənilməmiş borcun, əldən çıxmış faydanın tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-4142/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx xxxxxxx 2019-cu il tarixli, 01/10/19 nömrəli “Satınalma müqaviləsi üzrə ödənilməmiş 39019,75 manat məbləğində borcun, xx xxxxxxx 2019-cu il tarixli, 01/10/19 nömrəli “Satınalma müqaviləsinin cavabdeh tərəfindən kobud şəkildə pozulması səbəbindən 15000 manat məbləğində əldən çıxmış faydanın və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi (qaytarılması) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin, iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəyə baxılıb qurtarana kimi cavabdehə məxsus bank hesablarına həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-4142/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, cavabdehə məxsus “xxxx” ASC-nin Babək filialında olan H\H-AZ79NBCB4003006AZN**********; VÖEN-**********; M\H- AZ39NABZ********************; Bank Kodu-502360; SWİFT: NABCBAZ22 nömrəli bank hesabı üzərinə işçilərinin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial) ödənilməsinə məhdudiyyət qoyulmadan 39019,75 manat həddində həbs qoyulması və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadı ləğv edərək iddiaçının ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi iddiaçı tərəfindən sübut kimi yalnız özləri tərəfindən imzalanmış qaimələr təqdim olunmuşdur ki, əlavə heç bir sübut növü ilə təsdiq olunmur. Belə olan halda yalnız məhkəmə araşdırmasında iddianın əsaslı olub-olmamasına qiymət verilə biləcəyi halda, indidən cavabdehin hesabına həbs qoyulması, indidən iddianın təmin olunacağı barədə məhkəmənin formalaşmış mövqeyinin olmasına dəlalət edir. Bəli əgər təkzibolunmaz sübutlarla təsdiq olunan iddia tələbi irəli sürülsəydi belə bir addımın atılması qəbul olunardı. Lakin iddia tam sübut olunan sübutlarla təsdiqlənmədiyindən hesaba həbs qoyularaq, hesabda olan vəsaitin dondurulması və həmin vəsaitin dövriyəyə buraxılmaması karantin rejiminin tətbiqi dövründə cavabdehin iqtisadi maraqlarına ciddi zərbə vurmuş olardı ki, bu cəmiyyəti daha da çətin maddi duruma düşməsinə səbəb olar. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil şikayəti dəlilərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında da məhz qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı tərəflər arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli, 01/10/19 nömrəli satınalma müqaviləsinə görə cavabdeph tərəfindən ödənilməmiş 39019,75 manat məbləğində əsas borcun və müqavilə şərtləriin pozulmasını səbəbindən 15000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, eyni zamanda, iddianın təmin etmə tədbiri qismində onun bank hesabına həbs qoyulmasunı xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən onun həmin ərizəsi qismən təmin edilmiş və “xxxx” ASC-nin Babək filialında olan bank hesabındakı pul vəsaiti üzrəinə, əmək haqqı və digər məcburi dövlət ödənişlərinəməhdudiyyət qoyulmadan əsas borc tələbi hədində, yəni 39019,75 manat məbləğində həbs qoyulmuşdur. Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, iddia tələbində istinad etdiyi hallara dair iddiaçı məhkəməyə tərəflər arasında bağlanmış satınalma müqaviləsini, eləcə də, həmin müqavilədən irəli gələn öhdəliklərinə görə cavabdehə göndərilmiş elektron qaiməni, ona ünvanlanmış xəbərdarlıq və pretenziya məktublarını məhkəməyə təqdim etmişdir. Qeyd olunan sübutetmə vasitələri ilə müəyyən edilən hallar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin bank hesabındakı pul vəsaiti üzrəinə, əmək haqqı və digər məcburi dövlət ödənişlərə məhdudiyyət qoyulmadan, əsas borc tələbi həcmində həbs qoyulması - iddiaçının tələbinə münasib olmaqla, həm də işdə olan sübutlara və prosessual qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından irəli gələn şərhə uyğundur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə gəldiyi nəticəni düzgün nəticə kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, cavabdehin şikayətinın həmin qərardadın əsassız olduğunu, sübutlara söykənmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)- 4142/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddianı təmin etmə tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-4142/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-348/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-348/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver