Məhkəmə qərarları › İş №2-2(103)-351/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-351/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-351/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-824/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı cavabdehdən 110920 manat məbləğində əsas borc, 324000 manat məbləğində əldən çıxmış fayda şəklində zərər, 518,67 manat hüquqi müdafiə xərci və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işin icraatı yekunlaşana qədər cavabdehə məxsus: - nömrə nişanı: 90AJ905, markası: KAMAZ 5511 yük, buraxılış ili: 1983, rəngi: xaki, mühərrik nömrəsi: 233961, ban nömrəsi: KAB.344962 B-sız olan; nömrə nişanı: 99JD622, markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012, rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977576 olan; nömrə nişanı: 99JA536, markası: MAN TGS 33.360 6X4BB- WW yük, buraxılış ili: 2014, rəngi: qırmızı, mühərrik nömrəsi: **********3738, şassi nömrəsi: WMA26WZZ3EP052610 olan; nömrə nişanı: 99JF954, markası: KAMAZ 53215 yük, buraxılış ili: 2014, rəngi: ağ, şassi nömrəsi: XTC53215RE1295584 olan; nömrə nişanı: 99JD623 markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012 , rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977577 olan; nömrə nişanı: 90JR028, markası: SCANİA P380 yük, buraxılış ili: 2011, rəngi: albalı, şassi nömrəsi: XLEP6X**********3 olan; nömrə nişanı: 99JR796, markası: SCANİA yük, buraxılış ili: 2011, rəngi: albalı, mühərrik nömrəsi: 6657992, şassi nömrəsi: XLEP6X**********8 olan; nömrə nişanı: 90JR044, markası: SCANİA yük, buraxılış ili: 2011, rəngi: albalı, şassi nömrəsi: XLEP6X**********3 olan; nömrə nişanı: 90AM704, markası: MERCEDES 3340 AXOR yük, buraxılış ili: 2008, rəngi: ağ, mühərrik nömrəsi: **********1171, şassi nömrəsi: NMB**********9430 olan; nömrə nişanı: 99JD620, markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012, rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977574 olan; nömrə nişanı: 99JM814, markası: MAN TGA 41.480 yük. buraxılış ili: 2008, rəngi: albalı, mühərrik nömrəsi: **********1954, şassi nömrəsi: WMAH46ZZ88P006811 olan; nömrə nişanı: 90.JR038, markası: SCANİA P380 yük, buraxılış ili: 2011, rəngi: albalı. şassi nömrəsi: XLEP6X**********4 olan; nömrə nişanı: 10ZD687, markası: QKB 83** PN ***6 yarımqoşqu qoşqu, buraxılış ili: 1988, rəngi: boz, şassi nömrəsi: 68 olan; nömrə nişanı: 10ZX593, markası: LOWBED yarımqoşqu, buraxılış ili: 2015, rəngi: göy, ban nömrəsi: NPALST4SBFS800020 olan; nömrə nişanı: 99JA534, markası: MAN TGS 33.360 6X4BB-WW yük, buraxılış ili: 2014, rəngi: qırmızı, mühərrik nömrəsi: **********3738, şassi nömrəsi: WMA26WZZ0EP052595 olan; nömrə nişanı: 99JG399, markası: MERCEDES BENZ 3340K/36 yük, buraxılış ili: 2011, rəngi: ağ, mühərrik nömrəsi: **********9701, şassi nömrəsi: NMB**********7149 olan; nömrə nişanı: 99JP156, markası: MERCEDES BENZ yük, buraxılış ili: 2000, rəngi: narıncı, şassi nömrəsi: WDB9523041K536913 olan; nömrə nişanı: 99JG388, markası: MERCEDES BENZ 3340K yük, buraxılış ili: 2011, rəngi: ağ, mühərrik nömrəsi: **********0348, şassi nömrəsi: NMB**********7418 olan; nömrə nişanı: 90JR029, markası: SCANİA P380 yük, buraxılış ili: 2011, rəngi: albalı, şassi nömrəsi: XLEP6X**********2 olan; nömrə nişanı: 99JD624, markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012, rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977578 olan: nömrə nişanı: 99JR756, markası: SCANİA P380 CB6X4EHZ yük, buraxılış ili: 2011, rəngi: albalı. mühərrik nömrəsi: 6657812, şassi nömrəsi: XLEP6X**********3 olan; nömrə nişanı: 90JT750, markası: MERCEDES BENZ 3340K/36 yük, buraxılış ili: 2010, rəngi: ağ, mühərrik nömrəsi: **********2481, şassi nömrəsi: NMB**********3219 olan; nömrə nişanı: 90AG662, markası: KAMAZ 55111 yük, buraxılış ili: 1988, rəngi: qırmızı, mühərrik nömrəsi: 205055, şassi nömrəsi: 176279 olan; nömrə nişanı: 90JA595, markası: MAZ 64229 yük, buraxılış ili: 1990, rəngi: ağ, mühərrik nömrəsi: 30188108, şassi nömrəsi: 1227 olan; nömrə nişanı: 90JT744, markası: MERCEDES BENZ 3340K/36 yük, buraxılış ili: 2010, rəngi: ağ, mühərrik nömrəsi: **********2485, şassi nömrəsi: NMB**********3110 olan; nömrə nişanı: 99JM630, markası: MAN yük, buraxılış ili: 1998, rəngi: göy, şassi nömrəsi: WMAM391249Y039656 olan; nömrə nişanı: 90JX277, markası: MAN yük, buraxılış ili: 2008, rəngi: ağ, mühərrik nömrəsi: **********1999, şassi nömrəsi: WMAH28ZZ98M526292 olan; nömrə nişanı: 99JD619, markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012, rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977547 olan; nömrə nişanı: 10ZX199, markası: KRONE SDP27 yarımqoşqu, buraxılış ili: 2000, rəngi: boz qırmızı, şassi nömrəsi: WKESDP27000Y41357 olan; nömrə nişanı: 99JD621, markası: MERCEDES BENZ 3340 yük, buraxılış ili: 2012, rəngi: ağ, şassi nömrəsi: WDF9421631B977575 olan; nömrə nişanı: 90AM703, markası: MERCEDES 3340 AXOR yük, buraxılış ili: 2008, rəngi: ağ, mühərrik nömrəsi: **********6516, şassi nömrəsi:NMB**********7706 olan və nömrə nişanı: 99AA801, markası: LEXUS LX570 minik, buraxılış ili: 2014, rəngi: qara, mühərrik nömrəsi: 3215337, ban nömrəsi: JTJİİY00W604162740 olan - nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, həmin avtomobillərə dair alqı-satqı, bağışlama və sair hərəkətlərin aparılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və cavabdehin “xxxx” ASC-nin “Qara Qarayev" filialında olan AZ47AİİB********************, AZ37AİİB******************** saylı hesablarında olan pul vəsaitlərinin üzərinə iddia tələbi miqdarında, yəni 435468,67 manat məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Alqı-satqı müqaviləsi ilə bağlı elektron qaimə və elektron vergi hesab-fakturasının cavabdehə 2018-ci ilin avqust ayında təqdim edilməsinə baxmayaraq, iki ildən artıq müddətdir ki, cavabdeh satın aldığı nəqliyyat vasitələrinin dəyərini ödəməkdən yayınır. Halbuki, dəfələrlə şifahi olaraq cavabdehdən borcun ödənilməsi tələb edilmiş, sonuncu dəfə isə cavabdehə pretenziya məktubu ilə müraciət edilmişdir. Lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Bu isə cavabdehin bu hərəkətlərinin qərəzli olduğunu, adı gedən müqavilə üzrə borcunu qəsdən ödəmədiyini təsdiq edir. Göründüyü kimi, iddia təmin edildiyi təqdirdə, iki ildən artıq müddətdə borcunu ödəməkdən qəsdən yayınan cavabdehin gələcəkdə qətnamənin icrasından yayınacağı və bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirəcəyi və ya qeyrimümkün edəcəyi şübhəsizdir. İddia təmin edildiyi təqdirdə qətnamə qanuni qüvvəsini alanadək uzun müddət keçə bilər ki, bu müddətdə də cavabdeh çox rahatlıqla balansında olan nəqliyyat vasitələrini özgəninkiləşdirə bilər və qətnamənin icrasından yayına bilər. 110920 manat isə iddia tələbi üzrə əsas borcdur. Cəmi 6 ədəd nəqliyyat vasitəsinin dəyəri iddia tələbinin əsas borc olan 110920 manat hissəsini qarşılayırsa, demək olar ki, eyni xarakteristikaya, göstəricilərə malik olan qalan 25 nəqliyyat vasitəsinin dəyəri iddia tələbinin qalan hissəsi olan 324549 manat hissəsini qarşılayacaqdır. Beləliklə, iddianı təmin etmə tədbiri barədə ərizədə göstərilmiş nəqliyyat vasitələrinin dəyərinin iddia tələbinin həcminə uyğun olması təsdiqini tapmışdır və bu iş materiallarında olan sənədlərlə (müqavilə və s.) sübut olunur. Digər tərfədən isə, qanunvericiliyə əsasən iddianı təmin etmə tədbirləri qətnamənin gələcəkdə icrasım təmin etmək məqsədi ilə məhz müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2 və 397.2-ci maddələririnin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının ərizəsi qismən təmin edilməlidir. Belə ki, MPM-in 158.1.1-ci maddəsində isə nəzərdə tutulur ki, məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddinı tədbiri görə bilər. Həmin Məcəllənin 158.3.1-ci maddəsinə əsasən birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Birinci instansiya məhkəməsi mübahisələndirən qərardadında iddiaçının ərizəsini rədd etməsini onunla əsaslandırmışdır ki, iddianı təmin etmə tədbirinin seçilməsi zəruriliyini, qətnamənin icrasının çətinləşəcəyini kifayət qədər əsaslandırmamış, iddia tələbinin həcminə uyğun sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kolldegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının tələbindən göründüyü kimi iki hissədən ibarətdir:1) cavabdehdən 110920 manat məbləğində əsas borcun tutulması; 2)324000 manat məbləğində əldən çıxmış fayda şəklində zərərin tutulması. İş materialarından görünür ki, iddiaçı birinci tələbinin əsası kimi məhkəməyə əsaslandırıcı sübutlar (o cümlədən, xx.xx.2018-ci il tarixli alqı-satqı müqavitləsi, 6 ədəd nəqliyyat vasitəsinin təhvilinə dair xx.xx.2018-ci il tarixli akt, cavabdehə göndərilmiş elektron qaimə və ona ünvanlanmış pretenziya məktubu və s.), bundan əlavə, iddianı təmin etmə tədbiri barədə ərizəsində istinad etdiyi yük avtomobillərinin cavabdehin adına qeydiyatda olmasına dair AZ DİN Baş Dövlət X1 xx.xx.2012-ci il tarixli məktubu ilə ona ünvanlanmış arayışını məhkəməyə təqdim etmişdir. Belə olan halda, iddiaçının həmin avtomobillərin dəyəri olan 110.000 manat pul tələbi həddində, o cümlədən ən azından cavabdehə satdığı altı ədəd «SCANYA P380 markalı» yük avtomobilin üzərinə həbs qoyulması iddia tələbinə mütənsib hesab edilməyə bilməz. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli Qərarında da, məhz, Plenum qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İdddiaçının əldən çıxmış fayda ilə bağlı ikinci tələbinə gəldikdə isə bununla bağlı məhkəməyə əsaslandırıcı sübutların təqdim edildiyi müəyyən edilmir. İddia ərizəsində istinad olunan hallar isə iddiaçının formal və nəzəri xarakterli mülahizələrini əks etdirir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından isə görünür ki, məhkəmə prosessual qanunvericiliyin tələbləri baxımından, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, bütün bunlar isə sonda düzgün olmayan nəticəyə gətirib çıxarmışdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin cavabdehin gələcəkdə qətnamənin icrasından yayına biləcyi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə məxsus 6 ədəd SCANYA P380 markalı yük avtomobilin üzərinə həbs qoyulması iddiaçının əsas borc tələbi həddinə uyğun hesab olunmalıdır. Qalan hissələrində isə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi mümkünlüyü, iddia tələbinə mütənasib və sübutlara uyğun olmadığına görə istisna olunur. Beləliklə də qeyd olunanlara əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-824/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC-yə məxsus altı ədəd aşağıdakı nəqliyyat vasitələri üzərinə həbs qoyulsun: 1) «SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; 2) «SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; 3) «SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; 4)«SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; 5)«SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; 6) «SCANYA P380 Yük» markalı, buraxılış ili 2011, dövlət qeydiyyat nişanı **-JR- ***; Ərizə qalan hissədə təmin edilməsin. Qərardadın icra edilməsi AZ DİN Baş Dövlət X2 həvalə edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar