Məhkəmə qərarları › İş №2-2(103)-357/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-357/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-357/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "OBA Market” MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "OBA Market” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-65/2024 nömrəli qətnaməsindən iddiaçı "OBA Market” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Satıcı Cavabdeh (VÖEN **********) ilə alıcı İddiaçı (VÖEN **********) arasında bağlanmış 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə görə, bu müqaviləni imzalamaqla tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

2. - Alıcı malları vaxtaşırı satıcıdan sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq Alıcıya təhvil verəcək və alıcı malların dəyərini satıcıya müqavilədə (Müqavilənin müvafiq Əlavələri də daxil olmalqa) göstərilən qaydada ödəyəcəkdir (2.1-ci bənd).

3. - Həmin müqavilənin 8.9-cu bəndinə əsasən əgər 1 saylı əlavədə digər hal nəzərdə tutulmamışdırsa, qiymətə, ƏDV istisna olmaqla, bütün vergilər və digər oxşar dövlət ödənişləri, malların qablaşdırılması, daşınması, çatdırılması və müqaviləyə uyğun olaraq təhvil verilməsi, o cümlədən geri qaytarmaların geri götürülməsi xərcləri daxildir.

4. 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır.

5. 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi 100% olaraq müəyyən olunmuşdur.

6. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir.

7. 20 may 2022-ci il tarixli EBBW seriyalı 701689 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 11.348,61 manat (9.617,47 manat göstərilmiş xidmətin dəyəri + 1.731,14 manat ƏDV) dəyərində 2022-ci il aprel ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

8. 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 7.804,55 manat (6.614,03 manat göstərilmiş xidmətin dəyəri + 1.190,52 manat ƏDV) dəyərində 2022-ci il may ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

9. 04 avqust 2022-ci il tarixli EBCB seriyalı 334534 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil cəmi 7.347,72 manat (6.226,88 manat göstərilmiş xidmətin dəyəri + 1.120,84 manat ƏDV) dəyərində 2022-ci il iyun ayı üçün xidmətlərin göstərilməsi ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

10. Elektron qaimələr barədə məlumatdan (sistemdən çıxarışdan) görünür ki, İddiaçı MMC tərəfindən xidmətlərin göstərilməsi ilə əlaqədar Cavabdeh MMC-yə təqdim olunmuş EBBW seriyalı 701689 nömrəli və EBCB seriyalı 334534 nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiq edilmişdir”, EBBY seriyalı 588720 nömrəli elektron qaimə isə “təsdiq edilmişdir” vəziyyətdədir.

11. 28 fevral 2022-ci il tarixli EBBS seriyalı 000484 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 86.333,28 manat (73.163,80 manat malın dəyəri + 13.169,48 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

12. 20 aprel 2022-ci il tarixli EBBU seriyalı 825715 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 130.125,68 manat (110.276 manat malın dəyəri + 19.849,68 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

13. 11 may 2022-ci il tarixli EBBW seriyalı 048222 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən alıcı İddiaçı MMC-yə ƏDV daxil cəmi 272.385,06 manat (230.834,80 manat malın dəyəri + 41.550,26 manat ƏDV) dəyərində müxtəlif adda məhsulların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-39/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun tutulması” tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar 400 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 142,92 manat olmaqla, cəmi 18.383,66 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)- 428/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 4 may tarixli, 2-2(105)-55/2023 saylı qətnaməsi qismən - 17.640,74 manat əsas borcun tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 yanvar tarixli, 2-2(105)-10/2024 saylı qətnaməsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-39/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “cavabdeh İddiaçındən 17.640,74 manat məbləğində əsas borc məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh xeyrinə tutulması”- hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.

18. İddiaçı "OBA Market” MMC tərəfindən təqdim edilmiş MS-024 nömrəli 30 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 2022-ci il dövrünün əvvəlinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə olan borcu 22051.38 azn təşkil etmişdir. 2022-ci il ərzində toplam 449.148,62 AZN mal alınmışdır və 2022-ci ilin yekununda OBA Market MMC-nin CEM Group MMC-yə olan borcu 471.200 AZN olmuşdur ki, bunun da toplamı tərəflərindən bank vasitəsi ilə ödəniş olunmuşdur. 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndini nəzərə alaraq dövriyyədən 5% endirim 471.200 AZN * 5% = 23.560 AZN təşkil edir. Beləliklə, Cavabdeh MMC-nin arayış verilən tarixə İddiaçı MMC-yə olan yekun borcu 23.560 AZN təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26.500,88 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi onunla əsasandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC Cavabdeh MMC-dən qeyri-ərzaq mallarını almışdır. Həmin alğı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. 1 saylı əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565,39 manat təşkil etmişdir. Həmçinin 1 saylı əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 25.935,49 manat təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinə 1 saylı Əlavə üzrə hesablanan məbləğlərin cəmi 26.500,88 manat təşkil etmişdir ki, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə bir neçə dəfə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11.348,61 manat, xx.xx.2022-ci il 588720 №-li qaimə üzrə ödəniləcək məbləğ 7.804,55 manat və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7.347,72 manat olmaqla qaimə-fakturalar üzrə məbləğlərin cəmi 26.500,88 manat təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alğı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma, güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa nəzər yetirdikdə görünür ki, İddiaçı MMC tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, xx.xx.2022-ci il tarixli, 701689 №li qaimə və xx.xx.2022-ci il 334534 №-li qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, xx.xx.2022-ci il 588720 №-li qaimə isə Cavabdeh MMC tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır.

21. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 565,39 manat və malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 24442,20 manat məbləğində, ümumilikdə 25007,59 manat məbləğində borc pul vəsaiti və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-65/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Cavabdeh MMC-dən ƏDV daxil 7.804,55 manat məbləğində borcun və mediasiya xərclərinin əvəzi olaraq 130 məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 567, 587.1, 587.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1, 3.2, 3.3, 3.4, 3.5, 3.6-cı bəndlərinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 115.0.9, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2024-cü il tarixli qətnaməsini aşağıda qeyd edilənlərə əsasən qismən qanunsuz və qismən əsassız hesab edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC iddiaçıdan qeyri-ərzaq mallarını almışdır. Həmin alqı-satqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindənqarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565 (beş yüz altmış beş) manat 39 (otuz doqquz) qəpik təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24442 (iyirmi dörd min dörd yüz qırx iki) manat 20 (iyirmi) qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alqısatqı müqaviləsinə 1 saylı Əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-byəir neçə dəfə, xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11348,61 AZN, xx.xx.2022-ci il 588720 №-liqaimə üzrə ödəniləcək məbləğ 7804,55 AZN, və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7347,72 AZN təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AR NK-nin 02 fevral 2021-ci iltarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.1-ci bəndinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə) elektron qaimə-faktura tərtib edilir. Qaydaların 3.3-cü bəndinə əsasən Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektronqaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa nəzər yetirdikdə görünür ki, İddiaçı MMC tərəfindəngöndərilən elektron qaiməfakturalardan ikisi, xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə və xx.xx.2022-ci il 334534 №li qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, xx.xx.2022-ci il 588720 №-li qaimə isə Cavabdeh MMCtərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır. Bakı Kommersiya məhkəməsi bu qənaətə gəlmişdir ki, 20 iyun 2022-ci il tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Odur ki, həmin qaiməfakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir. Buna cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli, 89 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında AR NK-nin 02 fevral 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.1-ci bəndinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə) elektron qaimə-faktura tərtib edilir. Qaydaların 3.3-cü bəndinə əsasən Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Həmin Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İddia ərizəsinə əlavə edilən elektron çıxarışa nəzər yetirdikdə görünür ki, İddiaçı MMC tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə və xx.xx.2022-ci il 334534 №-li qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, xx.xx.2022-ci il 588720 №- li qaimə isə Cavabdeh MMCtərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır. Bakı Kommersiya Məhkəməsi bu qənaətə gəlmişdir ki, tələbin malların iddiaçı tərəfindən mərkəzi anbardan mağazalara çatdırılmasına görə 24442,20 manat məbləğində xidmət haqqının cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələblərinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdeh tərəfindən malların mağazalara deyil, mərkəzi anbara çatdırılmasını, həmin malların tərəflərindən mərkəzi anbardan mağazalara çatdırılmasını, malların bir hissəsinin cavabdeh tərəfindən mərkəzi anbara çatdırılması ehtimal edildiyi halda mərkəzi anbara çatdırılmış malların həcmini və dəyərini, malların mağazalara çatdırılmaması ilə bağlı cavabdeh tərəfindən malların qiymətinə endirim tətbiq edilməməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavab olaraq bildirir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020- ci il tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsi imzalanmış və İddiaçı MMC iddiaçıdan qeyri-ərzaq mallarını almışdır. Həmin alqı-satqı müqaviləsinə xx.xx.2022ci il tarixli 1 saylı Əlavə imzalanmışdır. 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565 (beş yüz altmış beş) manat 39 (otuz doqquz) qəpik təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən Malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24442 (iyirmi dörd min dörd yüz qırx iki) manat 20 (iyirmi) qəpik təşkil etmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alqısatqı müqaviləsinə 1 saylı Əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə bir neçə dəfə, xx.xx.2022- ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə elektron qaimələr göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 701689 №-li qaimə üzrə ödəniləcək məbləğ 11348,61 AZN, xx.xx.2022-ci il 588720 №-li qaimə üzrə ödəniləcək məbləğ 7804,55 AZN, və xx.xx.2022-ci il 334534 №- li qaimə üzrə ödəniləcək məbləğ isə 7347,72 AZN təşkil etmişdir. xx.xx.2020-ci il tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bütün bu sadalanan faktlar və sübutlar iş materiallarına əlavə edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, Cavabdeh MMC tərəfindən ödənilməmiş 25007 (iyirmi beş min yeddi) manat 59 (əlli doqquz) qəpik, 200 (iki yüz) manat məbləğində mediasiya xərci və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 998/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova İ.İbrahimli) iddiaçı "OBA Market” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-65/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

27. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 442, 443.1, 448.1, 567, 587.1, 587.2-ci, MPM-in 372.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.1-ci və 3.3-cü bəndləri üzrə - İddiaçı apellyasiya məhkəməsinin “2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaimə-faktura (ƏDV daxil 7804,55 manat dəyərində) istisna olmaqla digər elektron qaimə-fakturalar cavabdeh tərəfindən 5 gün ərzində təqsiqlənmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Odur ki, həmin qaiməfakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir” mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən göndərilən elektron qaimə fakturalardan ikisi, 2022-ci il 20 may tarixli, 701689 nömrəli qaimə və 2022-ci il 4 avqust tarixli 334534 nömrəli qaimə onlayn kargüzarlıq sistemi tərəfindən, 2022-ci il 20 iyun 588720 nömrəli qaimə isə cavabdeh tərəfindən təsdiq edilmiş, düzəliş üçün geri qaytarma və ya ləğv etmə olmamışdır. MPM-in 88-ci maddəsi üzrə - 1 saylı Əlavənin 2-ci (Mal, qiymət və digər şərtlər) bəndinin 2.7-ci yarımbəndinə əsasən Xarab (zədəli) malların satıcı tərəfindən qarşılanma dərəcəsi müəyyən olunmuşdur ki, həmin zədəli malların ümumi dəyəri 565,39 manat təşkil etmişdir. Həmçinin 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndinə əsasən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i məbləğində endirim tətbiq edilir ki, bu da 24.442,20 manat təşkil etmişdir. Beləliklə, 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə üzrə, həmin vəsaitin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə bir neçə dəfə, 2022-ci il 20 may tarixli, 2022-ci il 20 iyun tarixli və 2022-ci il 4 avqust tarixli elektron qaimələr göndərilmişdir. 2022-ci il 20 may tarixli EBBW seriyalı 701689 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 11.348,61 manat, 2022-ci il 20 iyun tarixli EBBY seriyalı 588720 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.804,55 manat, 2022-ci il 4 avqust tarixli EBCB seriyalı 334534 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil cəmi 7.347,72 manat təşkil etmişdir. 2020-ci il 13 may tarixli, SD-AS/2020-43 saylı alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən qiymətlərə 1 saylı Əlavədə göstərilən bütün endirimlər, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər tətbiq ediləcəkdir və hər hansı endirim, qiymətdə azaltma , güzəşt və sair kimi ödənişlərin tətbiq edilməsi digər endirim, qiymətdə azaltma , güzəşt və.s kimi ödənişlərin tətbiqini istisna etmir. Həmin Müqavilənin 8.10-cu bəndinə əsasən xidmətlər üçün ödənişlər və endirimlər Müqavilənin 1 saylı Əlavəsində göstərilmişdir. Bütün bu sadalanan faktlar və sübutlar iş materiallarına əlavə edilmişdir.

30. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-57/2025 saylı qərarı ilə (B.Məmmədli sədrlik edən məruzəçi, hakimlər B.Qəribov, E.Şamayev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli 2-2(103)-998/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sistem tərəfindən təsdiq olunmuş və dəyəri ödənilməmiş elektron qaimələrlə bağlı birinci instansiya məhkəməsinin o mövqeyi ilə razılaşmışdır ki, həmin qaiməfakturalar onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir. Kollegiya məhkəmənin həmin mövqeyini aşağıdakı səbəblərdən əsassız hesab etmişdir. Əvvəla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin (§ 29) məzmunundan aydın olur ki, elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Hazırkı halda iddiaçı cavabdehə təqribən iki ay yarım ərzində (2022-ci il mayın 20- dən avqustun 4-dək) 3 elektron qaimə göndərsə də, cavabdeh onun birini özü təsdiq edərək ödəniş etmiş, sistem tərəfindən təsdiq edilmiş digər qaimələrlə bağlı isə cavabdehin iddiaçıya hər hansı etiraz bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bununla belə, ən azından, birinci qaimənin mövcudluğundan məlumatlı olan (olmalı olan) cavabdehin hətta əvvəlki qaiməyə belə etiraz etməsi, yaxud da cavabdehin sözügedən qaimələrin əsaslılığını mübahisələndirmək üçün malları mərkəzi anbara deyil, bilavasitə mağazalara çatdırmasını təsdiq edən mötəbər sübutları işə baxan məhkəmələrə təqdim etməsi də iş materiallarından görünmür. Lakin apellyasiya instansiyası məhkəməsi həmin hissədə iş üzrə nəticəyə gələrkən, o cümlədən hazırkı işdə tərəflər arasında mövcud olan işgüzar təcrübəyə hüquqi qiymət verərkən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusatları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarında elektron qaimələrlə bağlı formalaşdırılmış hüquqi mövqeləri (§ 30) nəzərə almamış, nəticədə MPM-in 217.1-ci maddəsinə (§ 31) zidd olaraq əsassız qətnamə qəbul etmişdir.

32. Kassasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 442, 443, 448, 567, 587-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 416.1, 416.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və tərəflərindən təqdim edilən arayışa əsasən cavabdehin ona olan borcunun 24442,20 AZN deyil, 23560 AZN olduğunu etiraf edərək 23560 AZN məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakları olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

36. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

38. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

39. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

41. 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.

42. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: ... 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın

43. 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

44. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

48. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

51. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

57. Hazırki halda, qətnaməni yalnız iddiaçı mübahisələndirdiyindən, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-65/2024 nömrəli qətnaməsi qismən – cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, Cavabdeh MMC-dən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 23 560 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "OBA Market” MMC-nin xeyrinə ödənilməlidir.

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

60. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

61. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

62. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.

63. Hazırkı mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilməsi ilə əlaqədar təqdim olunmuş 2022-ci il 20 may, 20 iyun və 4 avqust tarixli 3 elektron qaimədən xronoloji ardıcıllıq baxımından ikincisi, yəni 20 iyun tarixli elektron qaimə bilavasitə cavabdehin özü tərəfindən, qalanları isə sistem tərəfindən təsdiq olunmuş, cavabdeh özünün təsdiq etdiyi qaimənin dəyərini iddiaçıya ödəmişdir.

64. Həmçinin iddiaçı "OBA Market” MMC tərəfindən təqdim edilmiş MS-024 nömrəli 30 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 2022-ci il dövrünün əvvəlinə İddiaçı MMC-nin Cavabdeh MMC-yə olan borcu 22051.38 azn təşkil etmişdir. 2022-ci il ərzində toplam 449.148,62 AZN mal alınmışdır və 2022-ci ilin yekununda OBA Market MMC-nin CEM Group MMC-yə olan borcu 471.200 AZN olmuşdur ki, bunun da toplamı tərəflərindən bank vasitəsi ilə ödəniş olunmuşdur. 13 may 2020-ci il tarixli SD-AS/2020-43 nömrəli alqısatqı müqaviləsinə xx.xx.2022- ci il tarixli 1 saylı Əlavənin 3-cü (Endirim, qiymətdə azaltmalar, güzəştlər və sair kimi ödənişlər) bəndinin 3.7-ci yarımbəndini nəzərə alaraq dövriyyədən 5% endirim 471.200 AZN * 5% = 23.560 AZN təşkil edir. Beləliklə, Cavabdeh MMC-nin arayış verilən tarixə İddiaçı MMC-yə olan yekun borcu 23.560 AZN təşkil edir.

65. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3 və 3.4-cü bəndlərinin məzmunundan aydın olur ki, elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

67. Hazırkı halda iddiaçı cavabdehə təqribən iki ay yarım ərzində (2022-ci il mayın 20- dən avqustun 4-dək) 3 elektron qaimə göndərsə də, cavabdeh onun birini özü təsdiq edərək ödəniş etmiş, sistem tərəfindən təsdiq edilmiş digər qaimələrlə bağlı isə cavabdehin iddiaçıya hər hansı etiraz bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

68. Bununla belə, iş materiallarından ən azından, birinci qaimənin mövcudluğundan məlumatlı olan (olmalı olan) cavabdehin hətta əvvəlki qaiməyə belə etiraz etməsi, yaxud da cavabdehin sözügedən qaimələrin əsaslılığını mübahisələndirmək üçün malları mərkəzi anbara deyil, bilavasitə mağazalara çatdırmasını təsdiq edən mötəbər sübutları işə baxan məhkəmələrə təqdim etməsi müəyyən edilmir.

69. Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin, yəni 23 560 AZN məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hissədə təmin olunmalıdır.

70. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan araşdırmanın nəticələrini nəzərə alaraq hesab edir ki, işin müəyyən edilmiş halları və qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbləri baxımından bu qənaətə gəlmək olur ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərək mübahisənin faktiki halları, tərəflərin münasibətləri üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar müəyyən edilmədiyindən, məhkəmə tərəfidən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən - cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilərək Cavabdeh” MMC-dən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 23 560 AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı "OBA Market” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-65/2024 nömrəli qətnaməsi qismən - cavabdehdən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-nin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh” MMC-dən malların anbara çatdırılmasına görə ümumi dövriyyənin 5%-i, yəni 23 560 AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar