Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-359/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin xx.xx.2022-ci il tarixə dövlət büdəcəsinə 5166,86 manat borcu mövcuddur.
2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin məcburi dövlət sosial sığorta haqqı üzrə dövlət büdcəsinə borcu mövcuddur.
3. Hüquqi şəxs haqqında məlumatlarla təsdiq edilir ki, hər iki hüquqi şəxsin qanuni təmsilçisi xx xxxxxx 1972-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda doğulmuş (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) Maraqlı şəxsdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********7947600 nömrəli bildirişlə hüquqi şəxslərə və fiziki şəxsə müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
5. xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 1600,24 manat məbləğində borcu vardır. 6.xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə vergilər üzrə 5166,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,49 manat və İşsizlikdən Sığorta Fonduna 6,05 manat məbləğində borcu vardır.
7. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə ərizədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10581,75 manat məbləğində artıq ödənilmiş vəsaiti mövcuddur.
Birinci instansiya məhkəməsində icraat
8. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 6774,64 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1972-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN **********) vergi və sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2022-ci il tarixə vergilər üzrə 5166,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,49 manat və İşsizlikdən Sığorta Fonduna 6,05 manat, "xxxx" MMC-nin (VÖEN **********) isə yuxarıda qeyd olunan tarixə Dövlət Sosial Müdafiə Fonduna 1600,24 manat olmaqla, ümumilikdə 6774,64 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. dövlət büdcəsinə olan ümumilikdə 6774,64 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) ərizə qismən təmin edilərək “Spika“ Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə 5166,86 manat, Dövlət Sosial Müdafiə Fonduna 1,49 manat, İşsizlikdən Sığorta Fonduna 6,05 manat olmaqla, ümumilikdə 5174,4 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra orqanının rəhbəri, xx xxxxxx 1972-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 1600,24 manat məbləğində borcu olduğundan və eyni zamanda həmin MMC-nin 10581,75 manat məbləğində artıq ödəməsi mövcud olduğundan, vergi ödəyicisinin borc məbləğinin ödənilməsindən yayınma halı öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin icra orqanının rəhbərinin qeyd olunan hüququnun məhdudlaşdırılması üçün əsaslar olmadığından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN **********) borcunun ödənilməsi üçün maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması hissəsində təmin edilməməlidir.
12. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə qismən təmin edilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəni qismən təmin etməklə vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan vergi borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni qismən təmin etməklə, qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. İş üzrə vergi ödəyicisi olan "xxxx" MMC-nin ona aid şəxsi hesab vərəqəsindəki 1600,24 manat məbləğində Dövlət Sosial Müdafiə Fonduna olan sosial sığorta haqları üzrə borcu, onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmənin Maraqlı şəxs ölkədən getmək hüququnu qeyd olunan MMC-yə münasibətdə məhdudlaşdırmaması, mövcud sosial sığorta borcu öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bakı Kommersiya Məhkəməsi vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmuş materialları (sübutları) tam və hərtərəfli araşdırmamış və nəticədə ərizənin tam deyil, qismən təmin edilmişdir. Buna görə də Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-7287/2022 nömrəli qətnaməsi qanuni və əsaslı deyil. Məhkəmə səhvən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində hal-hazırda “Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsi”ndə Dövlət Sosial Müdafiə Fonduna olan 1600,24 manat sosial sığorta haqları üzrə borcunu, digər əvəzləşdirmə müddəti bitmiş vərəqədə mövcud olan artıq ödəmə məbləği ilə avtomatik əvəzləşdirərək, həmin MMC-nin borcunun olmadığını (öz əksini tapmadığını) qeyd etmişdir. Lakin məhkəmənin yanaşması səhv və əsassızdır. Belə ki, adından da göründüyü kimi həmin vərəqədə mövcud olan 10581,80 manat məbləğ “Tələbetmə və əvəzləşdirmə” müddəti bitmiş məbləğdir, yəni onu tələb etmək və ya əvəzləşdirmək olmaz. Vergi Məcəlləsinin 85.5-ci maddəsində qeyd edildiyi kimi vergi ödəyicisi vergi məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin vergi ödəyicisi həmin müddəti ötürmüşdür.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
16. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. - 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. - 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. - 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 17.Qətnamə ərizəçi tərəfindən qismən - ərizənin təmin edilmədiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 saylı qətnaməsi dəyişdirilərək ərizə tam təmin edilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır ki, birinci instansiya məhkəməsi "xxxx" MMC-nin məcburi dövlət sosial sığorta haqqı üzrə borcuna münasibətdə qanuni təmsilçi Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması hissəsində vergi orqanının ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
20. "xxxx" MMC-nin şəxsi vərəqəsindən görünür ki, onun məcburi dövlət sosial sığorta haqqı üzrə DSMF-na xx.xx.2018-ci il tarixdə yazılmış 1600,24 manat (əsas borc 1210,25+389,99 manat peniya borcu) mövcuddur.
21. Birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, vergi ödəyicisinin ərizəsinə əsasən müəyyən etmişdir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 10851,75 manat artıq ödəməsi mövcuddur. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin dövlət büdcəsinə 1600,24 manat borcu olsa da dövlət büdcəsinə artıq ödəməsi olduğundan vergi ödəyicisinin ödəmədən yayınması halı öz təsdiqini tapmır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab edərək qeyd edir ki, vergi ödəyicinin vergilər üzrə artıq ödəməsinin qaytarılması və əvəzləşdirilməsi ilə bağlı ərizənin vergi orqanı tərəfindən təmin edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsi hazırkı icraat çərçivəsində mümkün olmadığından, o cümlədən vergi borclarının DSMF-na olan borclarla əvəzləşdirilməsinə qanunla yol verilmədiyindən mübahisələndirilən qətnamə dəyişdirilərək ərizə "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması hissəsində də təmin edilməlidir.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 saylı qətnaməsi dəyişdirilərək ərizə tam təmin edilməlidir.
24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-7287/2022 saylı qətnaməsi dəyişdirilsin. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin oğlunun ərizəsi təmin edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 6774,64 manat vergi və sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxxxx 1972-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.