Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-36/2020 08.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı, hakimlər Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Rəfail oğlunun, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin və sair tutulması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(81)-216/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(81)- 216/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən xx xxxx 2017-ci il tarixli "Daşınmaz əmlakın icbari sığortasına dair" AZ********** nömrəli Şəhadətnaməyə əsasən 99.000 manat sığorta ödənişi və xx xxxx 2017-ci il tarixli "əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair" 048292 nömrəli Şəhadətnaməyə əsasən 220.500 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri 220 manatın 50 manat hissəsi iddiaçı “xxxx” MMC-dən, 170 manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim A.Oruczadə). Həmin qətnamədən narazı qalan iddiaçı və cavabdeh apelyasiya şikayətləri vermişdir. İşin halları: İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli daşınmaz əmlakın icbari sığortasına dair AZ********** nömrəli şəhadətnaməyə əsasən 100.000 manat sığorta məbləğinin və xx xxxx 2017-ci il tarixli əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair 048292 nömrəli şəhadətnaməyə əsasən 225.000 manat sığorta məbləğinin, qətnamənin icra olunduğu günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx xxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortasına dair” AZ********** nömrəli Şəhadətnaməyə əsasən sığortalı “xxxx” MMCnin sığorta haqqı ödənişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, XırdalanBinəqədi şossesi 6 ünvandakı qeyri-yaşayış sahəsi 100.000 manat sığorta məbləğində sığortalanmışdır. Eyni zamanda xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli Şəhadətnaməyə əsasən sığortalı “xxxx” MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 6 ünvandakı daşınar əmlakları ümumilikdə 225.000 manat sığorta məbləğində sığortalanmışdır. Bu daşınar əmlaklardan: mebel və ticarət avadanlıqları 30.000 manat, ticarət malları 15.000 manat, xam mal 45.000 manat və digər avadanlıqlar isə 135.000 manat olmaqla sığortalanmışdır. xx xxxx 2018-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 6 ünvanda “xxxx” MMC-yə məxsus “Panda” boya istehsalı sahəsində yanğın baş vermiş və nəticədə istehsalat sahəsi 800 kv. m. sahədə içərisində əmlaklarla birlikdə yanğının təsirinə məruz qalmışdır. Dərhal bu barədə sığortaçıya məlumat verilmiş və eyni zamanda müvafiq dövlət orqanları məlumatlandırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin istintaq idarəsinin baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən aparılmış araşdırma nəticəsində xx xxxxxx 2018-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, istehsalat sahəsində yanğının baş verməsi səbəbi istehsal sahəsinin daxilindəki elektrik qurğularında yaranmış qəzalı hal olmuşdur. Təyin edilmiş müvafiq ekspertizalar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli 16474 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 6 ünvanda “xxxx” MMC-yə məxsus “Panda” boya istehsalı sahəsində yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir bərpa işlərinin ümumi dəyəri hazırkı bazar qiymətinə uyğun olaraq 185791 manat təşkil etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli 16474 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 6 ünvanda “xxxx” MMC-yə məxsus “Panda” boya istehsalı sahəsində olan malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği nəzəri hesablama yolu ilə 646877 manat təşkil etmişdir. Lakin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin istintaq idarəsinin baş müstəntiqi mayor Cəmaləddin İdrisov tərəfindən aparılmış araşdırma nəticəsində xx xxxxxx 2018-ci il tarixində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da göstərildiyi kimi, 18 adda avadanlıqların alınma sənədləri – qaimə, faktura və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil Rəfail oğlu apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, çıxışında göstərmişdir ki, məhkəmə iddia tələbinin təmin edildiyi hissəsinə münasibətdə maddi hüquq normalarını düzgün tətbiq edərək tamamilə qanuni və ədalətlə nəticəyə gəlsə də, «qətnamənin icra olunduğu günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən tutulması hissəsində» düzgün nəticəyə gəlməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki; «iş materiallarında iddiaçının sığorta ödənişinin alınması üçün cavablehə hansı tarixdə müraciət etməsi, həmçinin, sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlərin sonuncusunun hansı tarixdə cavabdehə daxil olması barədə məlumatlar olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə olan halda bu hissədə iddia tələbi təmin edilə bilməz». Nümayəndə və vəkil qeyd etdi ki, qətnamədə, sığorta hadisəsinin baş verməsi kimi, sığortaçı tərəfindən sığorta ödənişini sığortalıya ödəmək istəyi işin mübahisəsiz hallarındandı. Yəni, sığortaçı sığortalı tərəfindən sığorta tələbinin vaxtında verilməməsi əsasını bildirməmiş və yalnız sığorta məbləği ilə bağlı fikir ayrılığının olmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinin mənasına görə sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsi iiçün əsas sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbidir. Cavabdehə isə sığorta tələbi verildiyindən sığortaçı şifariş olaraq sığorta məbləğindən xeyli az miqdarda sığorta ödənişini etmək niyyətini iddiaçıya bildirmişdir ki, iddiaçı bu təklifi qanunsuz hesab edərək məhkəməyə müraciət etmişdir.Cavabdehə dərhal sığorta hadisəsi barədə məlumat verildiyi günün səhərisi yəni, 14 iyun 201-cİ il tarixində «xxxx» MMC-niıı ofisində «xxxx”nın əməkdaşlarına sığorta tələbi və onların tələb etdikləri digər sənədlər təqdim edilmişdir, cavabdeh isəşifahi olaraq tələbinə etirazda göstərdikləri sığorta ödənişini etmək istəklərini iddiaçıya bildirdirmişdir. Bu halda işin mübahisəsiz hallarından ibarətdir. Cavabdeh isə sığorta tələbini aldığı halda nə sığorta ödənişi etmiş nə də ki, sığorta ödənişindən imtina etmişdir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Kollegiyasının 2-2(81)-216/2019 saylı xx.xx.2019- cıı il tarixli qətnaməsini iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edib, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, çıxışında göstərmişdir ki, tərəflər arasında bağlamış xx.xx.2017-ci il tarixli müqavilə əsasında “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli Şəhadətnamə tərtib edilmişdir. Sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta məbləği 225.000 manat müəyyən edilmişdir. Sığorta müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Müqaviləyə əsasən şərtsiz azadolma yanğın riskləri münasibətində hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2%-i, lakin minimum 200 AZN müəyyən edilmişdir. Sığorta predmetini şəhadətnamədə göstərilən ünvanda yerləşən sığortalının şəxsi mülkiyyətində olan və ya onun məsuliyyət daşıdığı bütün daşmar əmlak təşkil edir. Sığorta müqaviləsinin xüsusi şərtləri kimi Qismən sığorta müəyyən edilmişdir. Qismən sığorta şərtlərinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən (sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyəri) az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. Sığortalı MMC sığorta şəhadətnaməsini, müvafiq sığorta qaydalarını, yaddaş vərəqini aldığını, onlarla tanış olduğunu, bütün şərtlərlə, o cümlədən Qismən sığorta şərti ilə razı olduğunu qeyd etmiş, şəhadətnamədəki məlumatların düzgünlüyünü imzası ilə təsdiq etmişdir.İddiaçı-Sığortalı MMC-yə məxsus boya istehsalı sahəsində xx.xx.2018-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar FHN X5 tərəfindən təhqiqat aparılmış və xx.xx.2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir.Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 195 saylı xx.xx.2019-cu il tarixli rəyi ilə iddiaçıya məxsus “Panda” boya istehsalı sahəsində yanğın qüsurlarının aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri bazar qiymətlərinə uyğun olaraq təqribən 185.791 manat müəyyən edilmişdir.Mərkəzin 854 saylı xx.xx.2019cu il tarixli rəyi ilə həmin sahədə 300 kv.m. sahədə baş vermiş yanğın nəticəsində təqdim edilmiş məlumatlara əsasən 52 adda malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği nəzərə hesablama yolu ilə təxminən 646.877,98 manat müəyyən edilmişdir. 18 adda avadanlıqlar barədə i kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı.Sığortaçı təşkilatın sifarişi əsasında iddiaçı MMC-nə məxsus ümumi sahəsi 1402 kv.m. olan “Panda” boya zavodunda xx.xx.2018-ci ildə daşmar əmlakların qiymətləndirilməsi aparılmış və daşmar əmlaklara (avadanlıqlar, mebel və ticarət avadanlıqları, ticarət malları, xammal və materiallar) dəyən ümumi zərər 2.114.969 manat müəyyən edilmişdir. Həmçinin, eyni ünvandakı əmlak kompleksində xx.xx.2018-ci ildə qiymətləndirilmə aparılmış və obyektin bazar dəyəri 2.363.060 manat müəyyən edilmişdir.X7 məxsus Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 6 ünvanındakı əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 1402 kv.m., torpağın ümumi sahəsi 0.424 kv.m.-dir. İşin faktiki halları ondan ibarətdir ki, Binəqədi rayonu Xırdalan-Binəqədi şossesi 6 ünvanında X3 mülkiyyətində olan, “xxxx” MMC-yə məxsus boya istehsalı sahəsi xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-də “Daşınmaz əmlakın icbari sığortasına dair” Şəhadətnaməyə əsasən icbari qaydada, “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” Şəhadətnaməyə əsasən qismən sığorta növündə könüllü qaydada sığortalanmışdır. Ümumi sahəsi 1402 kv.m. qeyri-yaşayış sahəsinin 300 kv.m. hissəsində, “xxxx” MMC-yə məxsus “Panda” boya istehsalı sahəsində xx.xx.2018-ci il tarixdə yanğın baş vermişdir. Baş vermiş yanğınla bağlı sığortaçı tərəfindən qiymətləndirmə aparılmış, daşınmaz əmlaka dəyən zərər 2.363.060 manat, daşmar əmlaka dəyən zərər 2.114.969 manat müəyyən edilmişdir.“Daşınmaz əmlakın icbari sığortasına dair” Şəhadətnaməyə əsasən sığorta məbləği 100.000 manat müəyyən edildiyindən, zərərin məbləğindən asılı olmayaraq, azadolma məbləği 1000 manat çıxılmaqla qalan 99.000 manat məbləğində pul icbari sığorta qaydalarına əsasən məhkəmə tərəfindən sığortaçıdan sığortalının xeyrinə tutulmuşdur. İddiaçı Sığortaçı təşkilat tərəfindən bu hissədə məhkəmənin qətnaməsi mübahisələndirilməmişdir.İşin mübahisələnməyən halıdır ki, tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” Şəhadətnaməyə 'əsasən sığortalı “xxxx” MMC “Qismən sığorta” şərti ilə razı olduğunu təsdiqləmişdir. Həm Mülki Məcəllənin tələblərində, həm Sığorta şəhadətnaməsinin Xüsusi şərtlər bölməsində, həm də sığortalının imza edərək tanış olub razılaşdığı “Əmlakın yanğın və digər əlavə risklərdən sığortasının” əsas Qaydalarının şərtlərində birmənalı olaraq göstərilmişdir ki, qismən sığorta halında sığortaçı sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində zərərin əvəzini ödəyir.Mübahisənin ilkin tərəfi ondan ibarətdir ki, sığortalıya məxsus “Panda” boya istehsalı sahəsində olan daşmar əmlaklar ümumiyyətlə tam məhv olmamışlar. Əsas dəlil ondan ibarətdir ki, ümumi sahəsi 1402 kv.m. olan qeyri-yaşayış sahəsinin 300 kv.m. olan hissəsində olan daşmar əşyaların bir qismi baş vermiş yanğın nəticəsində yararsız hala düşmüşdürsə, bu heç bir halda sığortalıya məxsus sığortalanmış daşmar əşyaların tam məhvi kimi qiymətləndirilə bilməz. Sığortalıya məxsus 300 kv.m. ərazisi olan boya istehsalı sahəsində sığorta predmetini təşkil edən bütün daşmar əmlakların tam məhv olmaması həm məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza rəylərində, həm də sığortaçının sifarişi ilə keçirilmiş qiymətləndirmə rəylərində öz əksini tapmışdır. Bundan başqa hadisədən sonra çəkilmiş fotoşəkillər də bu xüsusatları təsdiq edir. Belə olan halda, işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində qismən sığortalanmış əmlakın tam məhv olmasını qeyd etməsi işin faktiki hallarının tam araşdırılmaması və məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmaması söyləməyə əsas verir.Digər tərəfdən, qanunvericilik bu maddədə sığortaçı təşkilatın üzərinə qismən sığortalanmış əmlakın tam məhv olması halında olsa belə sığorta məbləğinin ödənilməsi öhdəliyini sığortaçı təşkilatın üzərinə qoymur. Yəni, normadakı bu tələb heç bir halda imperativ (məcburedici) göstəriştələb kimi qəbul edilə bilməz. Maddənin mətnində “sığorta məbləği bütünlüklə ödənildikdə” müddəası səlahiyyətverici norma olmaqla, sığortaçı təşkilatın seçim hüququnun olduğunu tanıyır. Həmçinin, bu norma sığorta predmetinin qalıqlarına olan hüququn sığortaçı təşkilata keçməsi şərtini tənzimləyir. Bu da heç bir halda sığorta məbləğinin tamödəmək öhdəliyinin sığortaçı təşkilatın üzərinə qoyulması kimi qiymətləndirilə bilməz.Bununla yanaşı, nümayəndə və vəkil bildirdi ki, həm Məhkəmə Ekspertiza Mərkəzinin 854 saylı xx.xx.2019-cu il tarixli rəyi, həm də Sığortaçının sifarişi əsasında keçirilmiş xx.xx.2018-ci il tarixli daşınar əmlakların qiymətləndirilmə rəyi baş vermiş yanğın hadisəsi nəticəsində sığorta predmetlərinə dəyən zərəri “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” Sığorta müqaviləsinə əsasən müəyyən edilmiş sığorta məbləğindən qatqat yüksək müəyyən etmişdir. Qeyd edilən Sığorta müqaviləsi qismən sığorta şərti ilə bağlandığından və müqavilənin tərəfləri bunu qabaqcadan razılaşdırdıqlarından, dəyən zərərin əvəzi sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödənilməlidir.Tərəflər arasında imzalanmış “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsinin Qismən sığorta şərtinə, həmçinin “Əmlakın yanğın və digər, əlavə risklərdən sığortasının” Əsas Qaydalarının 8.1-ci bəndinə əsasən, sığortaçının sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində zərərin əvəzini ödəmək öhdəliyi, bu məbləğin sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərindən az olduğu hallarda da əmələ gəlir. Bu da ona imkan verir ki, sığortalanmış əmlakın dəyəri sığorta hadisəsi baş verdiyi zamanda da müəyyən edilsin və bu sığorta dəyəri sığorta məbləğindən yüksək olduqda, zərərin əvəzi sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödənilsin. Nümayəndə və vəkil hesab etmişdur ki, “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli Şəhadətnaməyə əsasən baş vermiş sığorta hadisəsi nəticəsində dəyən zərərin əvəzi qismində sığorta ödənişi, bu şəhadətnamədə müəyyən edilmiş sığorta məbləğinin (225.000 AZN) sığortaçının müəyyən etdiyi qiymətləndirmə rəyinə əsasən müəyyən edilmiş sığorta dəyərinə (2.114.969 AZN) olan nisbətində və sığorta məbləğinin 2 % məbləğində azadolma məbləği sığortaçının zərər məbləğindəki payından çıxılmaqla, sığortalıya ödənilməlidir.Düstur aşağıdakı kimi hesablanır: 1) 2.114.969 / 225.000 = 9.4 - sığorta məbləğinin sığort dəyərinə olan nisbəti; 2) 225.000 / 9.4 = 23.936; - nisbət nəzərə alınmaqla sığortaçınınzərər məbləğindəki payı; 3) 23.936 - (225.000 x 0.02 %) = 19.436 - azadolma məbləği çıxıldıqdan sonar ödənilməli sığorta ödənişi. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cı il tarixli 2-2(81)- 216/2019 saylı qətnaməsini qismən - “ “xxxx” ASC-dən xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli şəhadətnaməyə əsasən 220.500 manat sığorta ödənişinin “xxxx” MMCnin xeyrinə tutulması ” hissəsində ləğv edilməsini, iddia tələbini ləğv edilmiş hissədə qismən təmin edilməsini və “xxxx” ASC-dən xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli şəhadətnaməyə əsasən 19.436 manat sığorta ödənişinin “xxxx” MMC-nin xeyrinə tutulması ” barədə yeni qətnamə qəbul edəsiniz. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək, hər iki apellyasiya şikayətlərinin təmin edilməməsi nəticəsinə gəlir. “xxxx” MMC ilə “xxxx” ASC arasında BA-717857nömrəli xx.xx.2017-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası“ Şəhadətnaməsinə əsasən „xxxx“ MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi 100.000 manat dəyərində sığortalanmışdır. Sığorta haqqı- 332,15 manat, azadolma məbləği isə 1000 manat təşkil etmişdir. Sığorta müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. “xxxx” MMC ilə “xxxx” ASC arasında BA-717857nömrəli xx.xx.2017-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası“ Şəhadətnaməsinə əsasən „xxxx“ MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi 100.000 manat dəyərində sığortalanmışdır. Sığorta haqqı- 332,15 manat, azadolma məbləği isə 1000 manat təşkil etmişdir. Sığorta müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş siyahıya əsasən “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə mebel və ticarət avadanlıqları- 30.000 manat dəyərində, ticarət malları-15.000 manat dəyərində, xammal- 45.000 manat dəyərində, digər avadanlıqlar-135.000 manat dəyərində sığorta olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 tərəfindən təqdim olunmuş iddiaçıya məxsus “Panda” boya istehsalı sahəsində xx xxxx 2018-ci il tarixdə baş vermiş yanğınla əlaqədar toplanmış 0055 saylı təhqiqat materialından görünür ki, Fövqəladə Hallar Nazirliyi X5nin baş müstəntiqi, mayor X1 xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən “xxxx” MMC-yə məxsus “panda” boya istehsalı sahəsində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İstintaq zamanı aparılmış əməliyyat tədbirləri nəticəsinə müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində “xxxx” MMC-yə tikinti üzrə 185791 manat, əmtəə üzrə 1.545.485,98 (bir milyon beş yüz qırx beş min dörd yüz səksən beş manat 98 qəpik) manat, cəmi 1.731.276,98 (bir milyon yeddi yüz otuz bir min iki yüz yetmiş altı manat 98 qəpik) manat maddi ziyan dəymişdir. Hadisənin baş verməsinə səbəb istehsalat sahəsinin daxilindəki elektrik qurğularında yaranmış qəza halı olmuşdur. İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli 37 nömrəli məktubla X6 Palatasına müraciət edilərək sığorta hadisəsi barədə sığortaçı “xxxx” ASCyə dərhal məlumat verildiyi, lakin heç bir ödəniş edilmədiyi, sığortaçı “xxxx” ASC tərəfindən sığorta məbləğinin ödənilməsi üçün lazimi tədbirlər görülməsi xahiş edilmişdir. İş üzrə araşdırma zamanı təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 195 saylı xx xxx 2019-cu il tarixli məhkəmə tikinti-texnika ekspertizası rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi şossesi 3 ünvanda yerləşən “xxxx” MMC-yə məxsus “Panda” boya istehsal sahəsi təmir olunduğu müəyyən olunmuşdur. Lakin ilkin ekspertizanın məlumatlarına əsasən “Panda” boya istehsalı sahəsində yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 185.791,0 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzinin 864 saylı xx xxxx 2019-cu il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizası rəyində qeyd edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi şossesi 3 ünvanda yerləşən “xxxx” MMC-yə məxsus “Panda” boya istehsalı sahəsində 300 kv.metr sahədə baş vermiş yanğın nəticəsində təqdim edilmiş məlumatlara əsasən 52 adda malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği nəzəri hesablama yolu ilə təxminən 646.877,98 manat müəyyən edilmişdir. 18 adda avadanlıqlar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar “xxxx” ASC-nin sifarişi əsasında qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib edilmiş 1360 saylı xx.xx.2018- ci il tarixli rəydə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi 6-da yerləşən “Panda” boya zavodunda yanğın nəticəsində dəymiş ziyana görə daşınar əmlakın bazar qiyməti 2.114.969 manat olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin sifarişi əsasında qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib edilmiş 098 saylı qiymətləndirmə rəyində qeyd edilmişdir ki,obyektin sahəsinin qiymətləndirilməsində müqayisəli yanaşma metodundan istifadə edilmiş, müqayisəli yanaşma metodu əsas götürülərək və hazırki təmir vəziyyəti və bazar riski nəzərə alınaraq binanın və torpaq sahəsinin ümumi bazar dəyəri 2.363.060 manat qiymətləndirilmişdir. Obyekt qiymətləndirilərkən onun yanğın hadisəsi baş vermədən əvvəlki vəziyyəti nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə üzrə iddiaçının tələbi həm daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə, həm də daşınar əmlakın yanğın və digər əlavə risklərdən sığortası müqaviləsi üzrə sığorta ödənişlərinin həyata keçirilməsi ilə bağlıdır və həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 926, 933, 934-cü maddələri və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 15.3.1, 24.1.5ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi olduğu halda sığorta ödənişi həyata keçirilir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır . Qanunun 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir . Qanunun 24.1.5-ci maddəsinə əsasən zərərçəkənin bu Qanunla müəyyən edilmiş hallarda və qaydada sığorta ödənişi almaq hüququ vardır. İşin mübahisəsiz hallarından görünür ki, xx xxxx 2018-ci il tarixdə iddiaçıya məxsus və cavabdeh tərəfindən sığortalanmış “Panda” boya istehsalı sahəsində yanğın hadisəsi baş vermiş və hadisə cavabdeh tərəfindən sığorta hadisəsi kimi qəbul olunmuşdur. İşin mübahisəli halı sığorta ödənişinin məbləği ilə bağlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilkin olaraq sığortalanmış daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəymiş ziyana görə ödənilməli olan sığorta ödənişinin məbləği müəyyənləşdirilməlidir. Cavabdehin nümayəndəsi xx.xx.2017-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası“ Şəhadətnaməsi üzrə sığortalanmış daşınmaz əmlakın real bazar dəyərinin 2.363.060 manat, lakin sığorta şəhadətnaməsi ilə sığorta məbləğinin 100.000 manat olduğunu, dəymiş ziyanın qismən olduğunu qeyd edərək, müvafiq nisbətdə -14500 manat həcmində sığorta ödənişini ödənilməli olduğunu qeyd edir. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış hallarından məhkəmə ekspertiza rəyindən, iş materiallarında olan cinayət işinin başlanılması rədd qərarından göründüyü kimi, yanğın nəticəsində daşınmaz əmlaka dəymiş ziyan 185791,0 manat müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 41.1-ci bəndinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Həmin Qanunun 20.1.-ci bəndinə görə əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində 100.000 manat məbləğində sığortalanmış obyektə 185791,0 manat ziyan dəydiyindən, sığorta ödənişi sığorta məbləği həddində azadolma məbləği çıxılmaqla 99.000 manat həcmində həyata keçirilməlidir. Bundan əlavə, cavabdehin nümayəndəsi “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsinə əsasən “xxxx” MMC-yə məxsus daşınar əmlakların 225.000 manat məbləğində “xxxx” ASC-də yanğın hadisəsindən və digər əlavə risklərdən sığorta edildiyini, bu zaman qismən sığorta şərtinin sığorta şəhadətnaməsində nəzərdə tutulduğunu, sığortalının qismən sığorta şərti ilə razı olduğunu, sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərinin 2.363.060 manat məbləğində olduğunu, yəni sığorta məbləğinin sığorta dəyərindən az olduğunu, qismən sığorta şərti tətbiq edilməklə sığorta ödənişinin 41.000 manat həcmində həyata keçirilməli olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərlə bağlı bildirirqeyd etmişdir ki, “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsində qismən sığorta şərti nəzərdə tutulmuşdur. Qismən sığorta : əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən(sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyəri) az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. Qismən sığorta ilə bağlı müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896- cı maddəsində nəzədə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. Lakin Mülki Məcəllənin 896.2-ci maddəsinə nəzər yetirildikdə görünür ki, sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənilir. İşin araşdırılmış hallarından göründüyü kimi, yanğın baş vermiş obyektdəki bütün daşınar əmlaklar tam məhv olmuşdur. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından da aydın görünür.Belə ki, həmin qərarın təsviri hissəsində də istehsalat sexi içərisindəki xammal, hazır məhsullar və avadanlıqların məhv olduğu, sexin sağ və sol tərəflərində yerləşən hazır məhsulların saxlanılması anbarlarındakı hazır məhsulların yanğının təsirinə məruz qaldığı qeyd edilmişdir. Həmçinin, həmin qərarda hadisə nəticəsində “xxxx” MMCnə əmtəə üzrə 1545485,98 manat ziyan dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Cavabdeh tərəfindən təqdim edilmiş qiymətləndirmə rəylərinə əsasən“xxxx” MMC-yə məxsus “Panda” boya zavodunda yanğın nəticəsində dəymiş ziyana görə daşınar əmlakın bazar qiymətinin 2.114.969 manat olduğu,binanın və torpaq sahəsinin ümumi bazar dəyərinin 2.363.060 manat olduğu qeyd edilmişdir. Belə olan halda cavabdehin mövqeyi yanğın nəticəsində obyektdə olmuş daşınar əmlakların tam məhv olmaması ilə bağlıdır.Birinci instansiya məhkəməsibi həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Belə ki, Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir (Mülki Məcəllənin 925.1-ci maddəsi). Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir (Mülki Məcəllənin 925.2ci maddəsi).Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır (Mülki Məcəllənin 925.3-ci maddəsi). İşin məhkəmə araşdırması zamanı cavabdeh sığorta şirkəti olaraq onun sifarişi əsasında həyata keçirilmiş qiymətləndirmə rəylərinin sığortalıya təqdim edilməsi, onlar arasında rəylə bağlı razılıq olub-olmaması barədə sübut təqdim edə bilmədiyindən, məhkəmə həmin rəyləri mötəbər sübut kimi qəbul etmir. Əksinə iş materiallarından göründüyü kimi, həm yanğın hadisəsi ilə əlaqədar aparılmış istintaq zamanı alınmış ekspert rəyləri ilə, həm də məhkəmə araşdırması zamanı təyin edilmiş ekpertiza üzrə verilmiş həm tikinti-texniki, həm də əmtəəşünaslıq ekspertiza rəyləri ilə yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyərinin 185791 manat təşkil etdiyi, yanğın nəticəsində təqdim edilmiş məlumatlara əsasən 52 adda malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləğinin nəzəri hesablama yolu ilə 646877,98 manat olduğu, 18 adda avadanlıqların alınma sənədləri olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadığı qeyd edilmişdir. Belə olan halda işin araşdırılmış halları ilə yanaşı qiymətləndirərək birinci instansiya məhkəməsi məhkəmə ekspertiza rəylərini mötəbər sübut kimi qəbul edir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “xxxx” MMC-yə məxsus boya sexində sığortalanmış əmlaklar sığorta hadisəsi nəticəsində tam məhv olduğundan MM-nin 896.2- ci maddəsinin tələblərinə əsasən sığorta ödənişi sığorta məbləği həddində şərtsiz azadolma məbləği çıxılmaqla tam ödənilməlidir. Yanğın hadisəsi baş verdiyindən şərtsiz azadolma məbləği sığorta məbləğinin 2% həcmində - (225000x0.02) 4500 manat nəzərdə tutulmuşdur. İddia tələbi BA-717857 nömrəli xx.xx.2017- cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası“ Şəhadətnaməsi üzrə 100.000 manatdan şərtsiz azadolma məbləği 1000 manat çıxılaraq 99.000 manat, 048292 saylı xx.xx.2017-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsi üzrə 225.000 manatdan şərtsiz azadolma məbləği 4500 manat çıxılaraq 220500 manat sığorta ödənişlərinin cavabdehdən tutulması hissəsində əsaslı hesab edərək təmin edilməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MM-nin 896.2-ci maddəsinin mənasına görə qismən sığorta halında əmlakın tam məhv olması nəticədində sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində sığortaçıya məxsusdur, bununla bağlı isə cavabdehin hər hansı bir tələbi olmadığından Məhkəmə həmin halı araşdırmır. İddiaçının iddia tələbi həmçinin, qətnamənin icra olunduğu günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulun tutulması ilə bağlıdır. İddia tələbinin bu hissəsinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Sığorta ödənişinin ödənilməsi üçün müddət anlayışı qanunvericiliklə tənzimlənir. Qanunvericiliyə əsasən müddət sığorta ödənişinin verilməsi üçün sənədlərin sonuncusunun sığortaçıya daxil olduğu vaxtdan 7 iş günü müəyyən edilmişdir. Lakin iş materiallarında iddiaçının sığorta ödənişinin alınması üçün cavabdehə hansı tarixdə müraciət etməsi, həmçinin, sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlərin sonuncusunun hansı tarixdə cavabdehə daxil olması barədə məlumatlar olmadığı üçün dəbbə pulunun hansı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Belə olan halda bu hissədə birinci instansiya məhkəməsinin qənaətinə görə iddia tələbi təmin edilməməlidir. Həmçinin, işin faktiki hallarından görünür ki, hazırkı halda cavabdeh sığorta ödənişinin həyata keçirilməsindən imtina etməmiş, sığorta ödənişinin məbləği ilə bağlı tərəflər arasında razılaşma əldə edilmədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün ödəniş həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza xərclərinə dair 195 nömrəli və 864 nömrəli bildirişlərdən görünür ki, aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100,0 manat və 120 manat təşkil etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə, ekspert tədqiqatının dəyəri olaraq ümumilikdə, 220 manat məbləğində pulun 50 manat hissəsi iddiaçıdan, 170 manat hissəsi cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməlidir. Məhkəmə xərcləri ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(81)- 216/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(103)-36/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-36/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver