Məhkəmə qərarları › İş №2-2(103)-365/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-365/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-365/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı lizinq müqaviləsi üzrə borcun tutulmasına dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli 2- 2(113)-415/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.06.2008-ci il tarixli 13-LA nömrəli müqavilə üzrə 27263 manat gecikdirilmiş borc, 68241,69 manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 96254,69 manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 24.06.2008-ci il tarixli 13- LA nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) texniki avadanlığı lizinqə götürmüşdür. Daha sonradan tərəflər arasında 29 iyul 2013-cü il tarixdə 13-LA/18 nömrəli, 24.06.2008-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə D- 13-LA nömrəli Razılaşma bağlanmışdır. Razılaşmanın 2-ci bəndinə əsasən bu razılaşmanın 13-LA nömrəli 24.06.2008-ci il tarixli müqavilənin tərkib hissəsi olduğu razılaşdırılmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin 24.06.2008-ci il tarixli 13 LA/18 nömrəli müqavilənin tərkib hissəsi olan 24.06.2008-ci il tarixli 13-LA nömrəli razılaşmaya dair maliyyə arayışının tərtib edildiyi 15.09.2021-ci il tarixə müqavilə üzrə 27263 manat gecikdirilmiş borcu və 68241,69 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borc ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli 2-2(113)-415/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 27263 manat əsas borc, 1500 manat cərimə, hüquqi yardıma görə ödənilmiş 350 manat və 400 manat mediasiya xərci olmaqla, cəmi 29513 manat məbləğində pulun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işin materiallarına əlavə edilən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə qarşı 30 may 2013-cü il tarixində 2 saylı Bakı şəhəri İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış ASC/2-1449 saylı, “Müqavilənin ləğvi, texnoloji avadanlığın saz vəziyyətdə geri qaytarılması və pul məbləğinin tələbi barədə” iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx"ASC 24 iyun 2008-ci il tarixli, 13- LA/12 nömrəli müqavilənin müddətinin 01 aprel 2013-cü il tarixində başa çatmasına, lakin Cavabdeh MMC tərəfindən sözügedən müqaviləyə əlavə edilən qrafik üzrə ödənişlərin müqavilə müddəti bitənədək icra edilməməsinə istinad edərək yuxarıda göstərilən iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinin məzmunundan açıq aydın görünür ki, yuxarıda göstərilən müqavilə üzrə 01.04.2013-cü il tarixinə ödənilməmiş əsas borc məbləği 21.963,0 manat məbləğində olmuşdur. 01.04.2013-cü il tarixdən keçən müddət ərzində 24 iyun 2008-ci il tarixli, 13-LA/12 saylı müqavilə üzrə ödənişlərini davam etdirməklə "xxxx" ASC-yə əsas borc üzrə ümumilikdə 16.760 manat məbləğində pul vəsaitinin ödənilməsi təmin edilmişdir. Həmin pul vəsaitlərinin ödənilməsini təsdiq edən müvafiq bank sənədləri, eləcə də kassa mədaxil qəbzləri hazırkı işin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 17 avqust 2020ci il tarixli Fərmanı ilə"xxxx"ASC-nin hüquq və vəzifələri keçirilmiş hazırkı iş üzrə iddiaçı yuxarıda göstərilən xüsusatları, eləcə də müvafiq halı təsdiq edən bank və kassa sənədləri üzrə həyata keçirilmiş ödənişləri nəzərə almadan CavabdehMMC-yə qarşı əsas borc üzrə 27.263 manat məbləğində iddia irəli sürmüş və bu məbləğə dair cərimə hesablamışdır. Hesab edirlər ki, Cəmiyyətin iddiaçı Agentliyə yuxarıda sözü gedən müqavilə üzrə əsas borcu 5.203 manat məbləğindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti ilə razı olmadığını bildirirək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli 2-2(113)-415/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddia tələbinin təmin edilən hissəsində yoxlayaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 24.06.2008-ci il tarixli, 13-LA nömrəli müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh MMC arasında "xxxx" ASC-yə məxsus süd və süd məhsullarını emal edən texnoloji avadanlığının lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, lizinq verən qiyməti 67704 manat olan bu Müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən süd və süd məhsullarını emal edən texnoloji avadanlığı (bundan sonra- Texnoloji avadanlıq) dəyəri lizinq ödəniş qrafıkinə (2 nömrəli əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 5 (beş) ilə lizinqə verir. Texnoloji avadanlıq süd emalı zavodu ünvan 1 ünvanında quraşdırılacaqdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, lizinq alan texnoloji avadanlığın dəyərinin 20 %-ni təşkil edən 13541 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 54163 manat məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 24.06.2008-ci il tarixli, 13-LA nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 29 iyul 2013cü il tarixli, D-13-LA nömrəli razılaşmadan görünür ki, 13-LA nömrəli 24 iyun 2008-ci il tarixli müqavilənin müddəti 2013-cü ilin İİİ rübündən başlayaraq 2 (iki) il müddətinə artırılmaqla yeni ödəniş qrafiki tərtib edilmiş, razılaşma 13-LA nömrəli 24 iyun 2008-ci il tarixli müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, ,suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş materiallarında olan 15.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh MMC-nin D-13-LA nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 27263 manat, hesablanmış cəriməyə görə 68241,69 manat olmaqla, ümumilikdə 95504,69 manat məbləğində borcu vardır. Maliyyə arayışına əsasən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin məbləği 25200 manat təşkil etmişdir. Lizinq müqaviləsi üzrə sonuncu ödəniş qrafikindən (Əlavə 2) görünür ki, lizinq müqaviləsi üzrə ödənişlər 2018-ci ilədək tam həyata keçirilməli idi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddia tələbinin hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti bitdiyi halda üzərinə götürdüyü öhdəliyə tam riayət etməmiş və müqavilə üzrə borcu tam ödəməmişdir. İddiaçı tərəfindən tələb olunan borc məbləğinin ödənildiyi sübut edilmədiyindən məhkəmə iddianı əsas borcla bağlı hissədə tam, cərimə ilə bağlı hissədə MPM-nin 467-ci maddəsinə əsasən qismən təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində cəmi 16760 manat ödəniş həyata keçirildiyini qeyd edərək əsas borc qalığının 5203 manat olduğunu qeyd etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışında qeyd edilənlərə əsasən cavabdehin həyata keçirdiyi ödəniş 16760 manat deyil, 25200 manat olmuşdur. Ödənilməli olan ümumi borc məbləğindən 25200 manat çıxıldıqda cavabdehin qalıq borcunun 5203 manatdan artıq olduğu müəyyən olunur. Buna görə də qalıq borcun məbləğinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair apellyasiya şikayəti əsassız hesab edilir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Öhdəliyin icrası gecikdirildiyindən iddiaçının xeyrinə müqavilənin 4.2-ci bəndinə əsasən dəbbə pulu tutulması hissəsində də qətnamə qanuni və əsaslı hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli 2-2(113)- 415/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 21.01.2022-ci il tarixli 2-2(113)-415/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar