Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-366/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6934/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6934/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı QSC-nin iddia ərizəsi cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməməsi əsası ilə iddiaçıya geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pretenziya məktubu xx.xx.2022-ci il və iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə qarşı tərəfə VÖEN üzərindən onlayn vergi kargüzarlığı vasitəsi ilə də göndərilmişdir. Eyni zamanda adı çəkilən iddia ərizəsinin surətinin Cavabdeh MMC-nin hüquqi ünvanı üzrə ünvan 1i, habelə cavabdeh şirkətin bu ünvanda fəaliyyət göstərmədiyini sübut edən sənədlərin geri qaytarılması barədə “skan” edilərək PDF formada “vahid elektron məhkəmə sisteminə” yerləşdirilmişdir. Bundan başqa iddia ərizəsinin əsli skan edilməklə xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin VÖEN-ə bağlı İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin “Elektron Karguzarlıq” kabinetinə də yerləşdirilərək yüklənmişdir. Bundan başqa, iddia ərizəsini skan versiyası hazırda ölkə hüdudlarından kənarda olduğu söylənilən (öz sözlərindən) cavabdeh şirkətin qanuni təmsilçisi olan (direktoru) X2 istifadə etdiyi elektron poçt ünvanına göndərilmiş, habelə onun telefon nömrəsinə də göndərilmişdir. “Vahid elektron məhkəmə sisteminə” PDF formada yüklənən elektron yazışmalardan sübut olunduğu kimi, cavabdeh şirkətin direktoru Kərim Vəliyav pretenziya məktubuna, mediasiya barədə təklifə habelə iddia ərizəsinə dair öz fikirlərini (iddianın etirafı və s.) söyləmiş və bu proseslərdən tam məlumatlıdır. İddia ərizəsinin geri qaytarılması, hüquqi şəxs olan “X5” Qapalı Səhmdar Cəmiyyətinin qanunla qorunan hüquq və azadlıqlarının, habelə məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmışdır Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində isə göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Lakin iddia ərizəsinə MPM-in 150.2-ci maddəsinə riayət edilməsi barədə sənəd əlavə edilməmişdir. Belə ki, işin hallarından müəyyən edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin elektron kabinetinə deyil, poçt vasitəsilə göndərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddəsində isə təsbit olunmuşdur ki, hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsini icraata qəbul etməmişdir. Şikayətin dəlillərinə dair kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin elektron kabinetinə deyil, poçt vasitəsilə göndərilmişdir. Hazırki şikayətə əlavə olunan pretenziya məktubu isə xx.xx.2023-cü il tarixdə, yəni hazırda mübahisələndirilən qərardad qəbul edildikdən təxminən 2 ay sonra cavabdehin elektron kabinetinə göndərilmişdir. Həmçinin kollegiya qeyd edir ki, hətta iddiaçı iddia ərizəsi verilən vaxt pretenziya məktubunu “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin elektron kabinetinə göndərmiş olsaydı belə, iddia ərizəsi icraata qəbul edilə bilməzdi. Çünki mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları həmin sənədlərin təkcə göndərilməsini deyil, həmçinin iddia ərizəsinə əlavə edilməsini məcburi şərt kimi nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6934/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-366/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-366/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver