Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-367/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması və əmlakın qaytarılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsindən (hakim Z.Axundova) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 369000,01 manat məbləğində qalıq borc və ödənişin gecikdirildiyinə görə hesablanmış 16236,00 manat cərimə məbləğinin tutulması, İddiaçı MMC-yə məxsus əmlakların qaytarılması, bu mümkün olmadıqda onların 53650,17 manat məbləğində olan dəyərinin kompensasiya edilməsi, İddiaçı MMC-yə dəymiş 50000,00 manat məbləğində zərərin, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 488916,18 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ”Cavabdeh” MMC-nin xx xxxxxxx 2018-ci il tarixli, AQRO-67/10/18 saylı “Anbarda saxlama” müqaviləsinə əsasən və onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrinə uyğun olaraq göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 444923,12 manat borcu yaranmışdır. Cavabdeh borcdan yalnız 5923,11 manat ödəmiş, qalan 439000,01 manat borcun isə tərəflərin xx.xx.2019-cu il tarixində imzaladığı borcun hissə-hissə ödənilməsi barədə razılaşmasına əsasən həmin borcun xx.xx.2019-cu il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh razılaşmanın şərtlərini pozaraq borclarının hissə-hissə ödənilməsi qrafikinə riayət etməmiş, qrafik üzrə nəzərdə tutulmuş borc məbləğindən yalnız xx.xx.2019-cU il tarixdə 70000,00 manat ödəmiş, qalan 369000,01 manat borcun ödənilməsini isə bu günə qədər təmin etməmişdir. Göründüyü kimi, cavabdeh öz öhdəliklərini pozub, təsdiqlənmiş borclarının qrafik üzrə ödənilməsini təmin etməmişdir. 132/2019 saylı, xx.xx.2019-cu il tarixli məktubla cavabdehə borclarının ödənilməsi barədə pretenziya göndərilsə də, cavabdeh pretenziya məktubunu qəbul etməsinə baxmayaraq, yenə də öz öhdəliklərini bu günə qədər icra etməmişdir. Məhz bu səbəbdən 369000,01 manat borcun cavabdehdən məcburi qaydada tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 44 gün olan müddətdə borcun ödənilmədiyi hər gün üçün cavabdehə 0,1 % cərimə hesablanmışdır. Belə ki, 44 gecikdirilmiş gün üçün cavabdehə 16236,00 manat cərimə hesablanmışdır. Bundan başqa, Cavabdeh MMC İddiaçı MMC-dən müvəqqəti təhvil aldığı Benoplast istehsalı olan 60x40x15 ölçüdə 3151 ədəd, Sarı Metak istehsalı 60x40x14 ölçüdə olan 3602 ədəd, Gürtan istehsalı 60x40x15 ölçüdə olan 1813 ədəd, İran istehsalı 120x100x90 ölçüdə olan 4 ədəd, ümumilikdə 8570 ədəd plastik yeşikləri və 390 ədəd 1,20x1,00 ölçüdə olan taxta padonlarını bu günə qədər geri qaytarmamışdır. Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları “xxxxxxxxxxxxxx” MMC-yə geri qaytarmalı və ya onların 51396,08 məbləğində olan dəyərini ödəməlidir. Əlavə olaraq, Cavabdeh MMC-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı MMC-yə zərər dəymişdir. Zərər əmlakdan məhrum olması ilə bağlıdır və cavabdeh öz əmlakından məhrum olmasaydı, bu günə qədər 50000,00 manat (əlli min manat) gəlir əldə edərdi. Yuxarıdakılara əsasən, Cavabdeh MMC qanunsuz əldə etdiyi əmlakları İddiaçı MMC-yə geri qaytarmalı, bu mümkün olmadıqda, onların dəyərini kompensasiya etməli və əlavə olaraq İddiaçı MMC-yə vurduğu 50000 manat (əllimin manat) zərəri ödəməlidir. Cavabdeh öz öhdəliklərini pozduğuna görə məsuliyyət daşımalıdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 369000,01 manat məbləğində əsas borc, 2000 manat məbləğində cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 manat olmaqla, cəmi 371022,81 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 7,20 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddia üzrə tələbin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının yeşikləri ilə bağlı təqdim edilən sübutları tam və hər tərəfli araşdırmamış, yeşiklərin işə aid olmasını nəzərə almamış və səhvən iddiaçının əmlaklarının (yeşiklərinin) geri qaytarılması tələbini rədd etmişdir. İş üzrə təqdim edilən sənədlərlə göründüyü kimi, "Cavabdeh" MMC "İddiaçı" MMC-dən müvəqqəti təhvil aldığı ƏDV daxil 53650,17 manat dəyərində xurma məhsullarının daşınması üçün nəzərdə tutulmuş yeşik və paddonları bu günə qədər geri qaytarmamışdır. Həmin yeşiklərin iddiaçıya məxsus olmasını təsdiq edən sənədlər və cavabdehin nümayəndəsinə təhvil verilməsi ilə bağlı aktlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin yeşiklərin həqiqətən "Cavabdeh" MMC-nin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi ilə razılaşmayaraq təqdim edilən təhvil-təslim aktlarını sübut kimi qəbul etməmişdir. Belə ki, saxlama müqaviləsinin 02 saylı xx xxxxxxx 2018-ci il tarixli və 06 saylı xx xxxxxx 2018-ci il tarixli əlavələrinə əsasən cavabdehin saxladığı xurma məhsullarının həcmi 174000 yeşik təşkil etmişdir. Xurma məhsullarının böyük həcmində olmasını nəzərə alaraq tərəflərin etibarlıq əsasında şifahi razılaşmasına əsasən köməklik məqsədi ilə müqaviləsiz müvəqqəti cavabdehin istifadəsinə vermişdir. Çünki cavabdehin mülkiyyətində həmin həcmdə xurma məhsullarının saxlanılması üçün yeşiklər heç vaxt olmamışdır. Eyni zamanda "İddiaçı" MMC həmin yeşikləri cavabdehə ümumiyyətlə satmaq və ya hədiyyə məqsədilə verməmişdir ki, hər hansı bir sənəd və ya müqavilə imzalasın. Nəzərə almaq lazımdır ki, İddiaçı MMC həmin yeşikləri tərəflərin şifahi razılaşmasına əsasən etibarlılıq əsasında cavabdehin mallannm yığılması və "İddiaçı" MMC-nin soyuducu anbarlarında saxlanılması üçün cavabdehin müvəqqəti istifadəsinə vermişdir. İstifadəyə verilməsi isə gündəlik böyük həcmdə əməliyyatların aparılmasını (yeşiklərin girişi-çıxışı) nəzərə alaraq sadə aktla cavabdehin təyin etdiyi nümayəndəsinə imza atmaqla rəsmiləşdirilmişdir. Məhkəmə işi araşdırarkən nəzərə almalıydı ki, cavabdeh boş yeşikləri iddiaçıdan təhvil alarkən həmin aktlarda nəqliyyat vasitələrinin nömrələri qeyd olunmuşdur və sonradan dolu yeşiklər eyni nəqliyyat vasitəsində aqroparka gətirilmişdir. Bütün bunlar qeydiyyat kitabçasında mövcüddur. Yəni ki, cəmi 157382 yeşik təhvil verilmiş, onlardan da cəmi 147750 yeşik geri qaytarılmış, qalanı isə qaytarılmamışdır. Cavabdeh apelyasiya şikayətində Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsinin iddianın qismən təmin olunması hissəsində ləğv olunması və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam və hərtərəfli araşdırmamış, qətnamə qüvvədə olan qanunvericilik normalarının pozuntusu ilə qəbul edilməklə düzgün olmayan nəticəyə gəlinmişdir. Məhkəmə qətnaməsindən görünür ki, tərəflər arasında bağlanılmış “borcun hissə-hissə ödənilməsi barədə” xx.xx.2019-cu il tarixli razılaşmanın 1-ci bəndindən görünür ki, qeyd olunan borc məbləği tərəflər arasında imzalanmış xx xxxxxxx 2018-ci il tarixli AQRO-67\10\18 saylı Anbarda saxlama müqaviləsinə əsasən yaranmışdır ki, bu razılaşmanın icrası da həmin Anbarda saxlama müqaviləsinin müddəalarına uyğun həyata keçirilməlidir. Anbarda saxlama müqaviləsinin 6.5-ci maddəsinə əsasən saxlama xidmətlərinin dəyiri anbar sahibinin təqdim etdiyi qaimə-faktura əsasında nağd qaydada anbar sahibinn kassasına ödəmək yolu ilə və ya nagdsız qaydada bank köçürmə yolu ilə mal sahibi tərəfindən ödənilir. Göründüyü kimi ödəniş yalnız anbar sahibinin təqdim etdiyi qaimə-faktura əsasında həyata keçirilir. İş materiallarından görünür ki, iddiaçının cavabdehə qeyd edilən müqavilə üzrə borcu cəmi 324881,95 manat təşkil etmiş və bu məbləğə qaimə-faktura verilmişdir. Qeyd edilən borcdan 75923,11 manat ödənilmişdir. Hazırda cavabdehin iddiaçıya ümumilikdə bu müqavilə üzrə 248958,84 manat borcu qalmışdır. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, hər iki tərəfin verdiyi apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasındakı mübahisə xx xxxxxxx 2018-ci il tarixli, AQRO-67/10/18 saylı “Anbarda saxlama” (podrat) müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehin təqdim etdiyi xurma meyvələrinin saxlanılmasını öhdəsinə götürmüş, cavabdeh isə həmin xidmətlərin dəyərini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq vaxtında və tam ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında görünür ki, xx.xx.2019-cu il tarixdə tərəflər arasında imzalanmış “borcun hissə-hissə ödənilməsi barədə” razılaşmaya əsasən cavabdeh iddiaçıya həmin tarixə qeyd edilən müqavilə üzrə 439.000 manat borcu olduğunu etiraf edərək xx.xx.2019 -cu il tarixdən -xx.xx.2019-cu il tarixədək hər ay 73.000 manat, xx.xx.2019-cu il tarixdə isə 74000,01 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə pretenziya göndərərək müqavilə üzrə yaranmış 369000,01 manat borcun və cərimənin 03 gün müddətində ödənilməsi tələb etmiş, borc ödənilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh xx.xx.2019-cu il tarixdə tərəflər arasında imzalanmış “borcun hissə-hissə ödənilməsi barədə” razılaşmaya əsasən mövcudluğunu etiraf etdiyi 439.000 manat borc məbləğindən 369000,01 manatının ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin borcun və pul öhdəliyinin icrasının gecikdirilməsinə görə müqavilənin 7.3-cü bəndinə əsasən dəbbə pulunun tutulması barədə iddiaçının tələbi məhkəmə tərəfində qanuni və əsaslı olaraq təmin edilmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçıya 248958.84 manat borcu olduğunu təsdiq etmiş, qalan borc məbləği ilə bağlı müqavilənin 6.5-ci bəndinə əsasən qaimə-faktura verilmədiyi üçün həmin borcun ödənilməsinin mümkün olmadığını göstərmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə nəzərdə tutulmuşdur ki, saxlama xidmətlərinin dəyəri anbar sahibinin təqdim etdiyi qaimə-faktura əsasında nağd qaydada anbar sahibinin kassasına ödəmək yolu ilə və ya nağdsız qaydada bank köçürmə yolu ilə mal sahibi tərəfindən ödənilir. İşə apelyasiya qaydasında baxılarkən müəyyən edilmir ki, həqiqətən iddiaçının tələb etdiyi 120041,20 manat borc məbləği ilə bağlı 298622 saylı elektron qaimə cavabdehə xx.xx.2020-ci il tarixdə, hazırkı iş üzrə qətnamə qəbul edildikdən sonra göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli razılaşma ilə təsdiq edilmiş 369000,01 manat qalıq borc üzrə ödənişin müqavilə şərtlərinə uyğun qaimə-faktura əsasında həyata keçirilməsi hazırda heç bir maneə qalmadığından iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsinə dair cavabdehin apelyasiya şikayəti əsassız hesab edilir. İddiaçı apelyasiya şikayətinin tələb hissəsində iddianın təmin edilmədiyi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə iddia tələblərinin təmin edilməsini xahiş etsə də, apelyasiya şikayətinin məzmunundan və iddiaçının nümayəndəsinin izahatlarından görünür ki, iddiaçı iş üzrə qəbul edilmiş qətnaməni İddiaçı MMC-yə məxsus müxtəlif materialdan olan yeşiklərin (taraların) geri qaytarılması və ya 53650,17 manat məbləğində dəyərinin cavabdehdən tutulması barədə tələbin rədd edildiyi hissədə mübahisələndirir. Birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbinin rədd edildiyi hissədə qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı yeşik və taraların dəyərini təsdiq edən gömrük bəyannamələri və vergi hesab fakturalarını məhkəməyə təqdim etsə də, həmin əmlakların Cavabdeh MMC-yə təhvil verilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeşik və taraların təhvil-təslimi aktlarında həmin əmlakların Cavabdeh MMC-nin nümayəndəsinə təhvil verildiyinin qeyd edilməsinə baxmayaraq qeyd olunan aktları imzalamış şəxslərin həqiqətən Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, tərəflərin sonradan bağladığı xx.xx.2019-cu il tarixli “Borcun hissə-hissə ödənilməsi barədə” razılaşmada da bununla bağlı hər hansı göstəriş yoxdur. İddiaçı MMC-yə məxsus yeşik və taraların Cavabdeh MMC tərəfindən qəbul edilməsi öz təsdiqini tapmadığından iddia tələbi həmin taraların qaytarılması və ya dəyərinin tutulması, o cümlədən İddiaçı MMC-yə dəymiş 50000,00 manat məbləğində zərərin cavabdehdən tutulması hissəsində rədd edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinə və işə apelyasiya qaydasında baxılarkən təqdim etdiyi aktlar, o cümlədən taraları təhvil aldıqları iddia olunan fiziki şəxslərin siyahısı, mobil nömrələri barədə təqdim edilmiş cədvəllər geri qaytarılması tələb olunan taraların cavabdehə təqdim edildiyini və hazırda cavabdehdə olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Yeşiklər cavabdehə verilərkən və bir hissəsi geri alınarkən təhvil verilən yeşiklərin sayı barədə hər iki tərəfin səlahiyyətli şəxslərinin imzası və möhürü ilə təsdiq edilmiş akt tərtib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehdə hazırda iddiaçıya qaytarılmamış yeşiklərin mövcud olub-olmadığını işdəki sənədlər əsasında müəyyənləşdirmək mümkün deyil. Buna görə də məhkəmə hesab edir ki, iddianın rədd edildiyi hissədə də məhkəmə qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 14.2.-ci mddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və Cavabdeh apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2 (113)-260/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-367/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-367/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver