Məhkəmə qərarları › İş №2-2(103)-367/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-367/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-367/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndələri Nümayəndə və Vəkil1, cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı “X1 ve Ticaret Limited” şirkətinin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Teymur Əhmədov adına "xxxx" QSC (“Alıcı”) ilə “X1 ve Ticaret Limited” şirkəti (“Satıcı”) arasında imzalanmış 1 noyabr 2019 tarixli 241019 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Alıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları almağı, satıcı həmin malları satmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı cavabdeh "xxxx" QSC-yə müqavilə və müqaviləyə əlavələrə uyğun olaraq malların təhvil verildiyini, lakin cavabdeh tərəfindən 50339,79 ABŞ dolları qalıq məbləğinin ödənilmədiyini bildirmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “X1 ve Ticaret Limited” şirkəti cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 50339,79 ABŞ dollarının, 5033 ABŞ dolları faiz borcunun və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 400 manat haqqın, ümumilkdə 55.372,79 ABŞ (əlli beş min üç yüz yetmiş iki ABŞ dolları, yetmiş doqquz sent) vəsaitin tutularaq iddiaçı “X1 ve Ticaret Limited” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 12.1-ci maddəsinə əsasən müqavilə ilə bağlı bütün mübahisələr Bakı şəhərində yerləşən məhkəmələrdə baxılmaq üçün təqdim olunmalıdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “X1 ve Ticaret Limited” şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malların alqı-satqısına dair razılığa gəlmişlər. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alqı-satqı dövriyyəsi 994934,87 ABŞ dolları müəyyən edilmişdir. Bu müqavilə bağlandığı müddətdən cavabdeh tərəfindən xx.xx.2019 - 99.493,43 ABŞ dolları, xx.xx.2019 - 198.986,97 ABŞ dolları və xx.xx.2020 - 300.000,00 ABŞ dolları, cəmi 598480,46 ABŞ dolları ödənişlər edilmişdir. İddiaçı tərəfindən isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavədə qeyd edilən qiymətlər əsasında 159814,96 ABŞ dolları məbləğində malları alıcıya təhvil vermişdir. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “X1 ve Ticaret Limited” şirkəti arasında razılaşmaya əsasən bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə alqısatqı müqaviləsi bağlanılmışdır. Həmin əlavə 2-yə əsasən satıcı əlavə 1-də alıcıya razılaşdırılmış qalan mallara görə güzəştlər tətbiq etmişdir. Həmin güzəştlərə əsasən satılması nəzərdə tutulan qalan malların ümumi qiyməti tərəflər arasında 638.666,98 ABŞ dollarına enmişdir. Beləliklə xx.xx.2020-ci il tarixdən tərəflər arasında ümumi dövriyyə 159814,96 ABŞ dolları (Əlavə 1) və 638666,98 ABŞ dolları (Əlavə 2) ilə birgə 798.481,94 ABŞ dolları müəyyən edilmişdir. Ümumi qiymət arasında fərq 200001,48 ABŞ dolları qalmışdır. Bu fakt müqaviləyə əlavə 2-nin 4-cü bəndində öz əksini tapmaqla tərəflərin özləri tərəfindən də rəsmi olaraq təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə 150.000 ABŞ dolları ödəniş etmişdir. Beləliklə, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixə ümumi olaraq 748.480,46 ABŞ dolları məbləğində ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və əlavələrə əsasən iddiaçı bütün malları cavabdehə təqdim etsə də müqavilə üzrə qalan 50.339,79 ABŞ dolları bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Halbuki bütün mallar cavabdehə təhvil verilmişdir. Buna dair gömrük bəyannamələri işə əlavə edilmişdir. Müqavilə əsasında qalıq borcun ödənilməsi məqsədi ilə pretenziya ərizəsi göndərilmiş, mediasiyada iştirak barədə təklif edilmiş, lakin nəticə olmamışdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “X1 ve Ticaret Limited” şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən müqavilənin tərkib hissəsi olan əlavə 1-in “ödəniş şərtləri” bölməsindəki qeydə əsasən alıcı qalan 10% hissəni mal Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra ödənilməlidir. İş materiallarından da göründüyü kimi malların çatdırılmasına baxmayaraq bu günədək 50.339,79 ABŞ dolları heç bir səbəb göstərilmədən ödənilməmiş olaraq qalmaqdadır.

5. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir

6. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386, 442, 443.1, 445.7, 448.1, 567 və 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddia tələbinin əsası kimi məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə ümumilikdə 732.920,19 ABŞ dolları məbləğində malların cavabdehə göndərilməsi təsdiq olunur. xx.xx.2020-ci il tarixdən tərəflər arasında ümumi dövriyyə 159814,96 ABŞ dolları (Əlavə 1) və 638666,98 ABŞ dolları (Əlavə 2) ilə birgə 798481,94 ABŞ dolları müəyyən edilmişdir. Buna dair bütün sübutlar təqdim edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə iş materillarına əlavə edilən 13 ədəd gömrük Bəyannaməsində ödənilən rəqəmlərin cəmindən müəyyən olunur ki, 798481,94 ABŞ dolları məbləğində mal təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli, **********7868662 saylı Gömrük Bəyannaməsində malın dəyəri 95394,70 ABŞ dolları olduğu halda, həmin Gömrük Bəyannaməsinin tərcümə edilmiş siyahısında cəmi 38594,70 ABŞ dolları qeyd edilmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixli, 9 5509 2178 0401 0525 saylı Gömrük Bəyannaməsində malın dəyəri 27354,98 ABŞ doları olduğu halda həmin Gömrük Bəyannaməsinin tərcümə edilmiş siyahısında cəmi 18254,98 ABŞ dolları qeyd edilmişdir. Göründüyü kimi gömrük bəyannamələrinin əslləri iddia ərizəsində qeyd edilən məbləğlərlə eynilik təşkil edir. Tərcüməçi tərəfindən rəqəmlər köçürülərkən rəqəmləri düzgün köçürmədiyindən, məhkəmə tərəfindən isə yalnız tərcümə edilmiş bəyannamələrdəki rəqəmlər hesablandığından yekun nəticədə fərq yaranmışdır. İddiaçı tərəfindən təqdim edilən Gömrük Bəyannamələrindəki rəqəmlər əsas götürülməli, sübut kimi qəbul edilərək ona əsasən hesabat aparılmalıdır. İddia tələbi tam sübuta yetirildiyindən tələb olunan məbləğə görə də faizlər hesablanaraq cavabdehdən tutulmalıdır. Теуmur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Alqı-satqı Müqaviləsinə əsasən Müqavilənin tərkib hissəsi olan Əlavə 1-in “Ödəniş şərtləri” bölməsindəki qeydə əsasən Alıcı qalan 10% hissəni mal Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra ödənilməlidir. İş materiallarından da göründüyü kimi malların çatdırılmasına baxmayaraq bu günədək 50339,79 ABŞ dolları heç bir səbəb göstərilmədən ödənilməmiş olaraq qalmaqdadır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 2 il müddətinə illik beş faizlə hesablanmış 5033 ABŞ dolları (50339,79/100*5=2516,98*2il=5033 ABŞ dolları) məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh və iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə olan pul məbləğlərinin ödənilməsi iddiaçı tərəfindən təqdim olunmuş rəsmi sənədlər əsasında aparılmışdır. Həmin sənədlərin düzgünlüyünə və həqiqiliyinə görə də cavabdeh deyil, məhz iddiaçı məsuliyyət daşımalıdır.

11. Həmçinin, məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 9 9358 3600 0786 8662 saylı və xx.xx.2020-ci il tarixli, 9 5509 2178 0401 0525 saylı Gömrük Bəyannamələrinin tərcümə edilmiş variantlarında səhvlərə yol verilməsi göstərilmişdir. Bu işin yeni halı olmaqla birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçı tərəfindən irəli sürülməmiş və araşdırmanın predmeti olmamışdır. X2 tərcüməyə məruz qalmamışdır. Yalnız tərtibində texniki xarakterli səhvlərə yol verilmişdirsə də, həmin səhvlər qanunla müəyyən olunmuş qaydada və buna səlahiyyətli olan gömrük orqanı tərəfindən aradan qaldırılmalıdır.

12. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı olan cavabdeh heç vaxt müqavilə üzrə öz öhdəliyinin icrasından birtərəfli qaydada boyun qaçırmamış, əksinə müqavilə üzrə öz öhdəliyini vicdanla yerinə yetirməyə çalışmışdır. Bu mənada müqavilə üzrə satıcının təqdim etdiyi bütün ödəmə sənədlərinin, həmin sənəddə nəzərdə tutulan qaydada tam icrasını təmin etmişdir. Bu baxımdan, digər maliyyə sənədləri ilə yanaşı, cəmiyyətə daxil olmuş xx.xx.2020-ci il tarixli, 9 9358 3600 0786 8662 saylı və xx.xx.2020ci il tarixli, 9 5509 2178 0401 0525 saylı Gömrük Bəyannamələri də orada nəzərdə tutulmuş qaydada tam icra olunmuşdur.

13. xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə olan pul məbləğlərinin ödənilməsi zamanı iş üzrə iddiaçının təqdim etdiyi Gömrük Bəyannamələri və digər maliyyə sənədləri əsasında ödəmələr cavabdeh tərəfindən aparılmışdır. Həmin maliyyə sənədlərinin düzgünlüyünə görə müqavilə üzrə alıcı olan cavabdeh heç bir məsuliyyət daşımır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

20. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiyanın həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

30. Teymur Əhmədov adına "xxxx" QSC (“Alıcı”) ilə “X1 ve Ticaret Limited” şirkəti (“Satıcı”) arasında imzalanmış 1 noyabr 2019 tarixli 241019 nömrəli alqı-satqı müqaviləsinə əsasən Satıcı satır, Alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavədə göstərilən tərkibdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları alır.

31. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən Müqavilənin ümumi məbləği müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstərilib. Əlavələrdə göstərilən qiymətlər dəyişilməz olaraq qalır.

32. Həmin müqaviləyə əlavə 1-də ümumi məbləğ 994.934,87 ABŞ Dolları müəyyənləşdirilmiş, ödəniş şərtləri isə aşağıdakı şəkildə şərtləşdirilmişdir: məbləğin 10% avans qismində, 20% 2019-cu ilin noyabr ayın sonuna kimi, 60% alıcının nümayəndəsi yükün istehsal yerində yükü göndərilməyə hazır olduğunu görüb təsdiq etdikdə, qalan 10% hissəni mal Azərbaycan gömrüyünə çatdırıldıqdan sonra ödəniləcək.

33. Həmin müqaviləyə xx.xx.2020-ci il tarixli əlavə 2-yə əsasən 159.814,96 ABŞ dolları məbləğində mallar təhvil verilmişdir.

34. Əlavə 2-nin 2-ci və 3-cü bəndlərinə əsasən bu Əlavənin imzalanma anına Alıcı Satıcıya 598480.46 ABŞ dolları pul ödəyib, Satıcı isə 159814.96 ABŞ dolları qiymətinə Satıcıya mal verib. Avansdan qalıq məbləğ 438665.5 ABŞ dolları təşkil edir. Bu müqavilə üzrə qalan mallara Alıcı endirim edir və qalan malların həcmi və qiyməti aşağıdakı cədvəldə göstərilib.

35. Əlavə 2-nin 4, 5 və 6-cı bəndlərində qeyd edilmişdir ki, bununla belə, Müqavilənin ümumi dəyəri 798481.94 ABŞ dolları təşkil edir. Bu Müqavilə üzrə Alıcı tərəfindən ödənilən pul ilə (598480.46 ABŞ dolları) Müqavilənin ümumi qiyməti arasında 200001.48 ABŞ dolları fərq qalır. Tərəflər razılaşırlar ki, Alıcı həmin fərqin 75 % hissəsini. Yəni 150 000 ABŞ dolları pulu bu Əlavə imzalandıqdan sonra 3 iş günü ərzində Satıcıya ödəyəcək, Satıcı isə həmin Malı bu ödənişi aldıqdan sonra 7 iş günü ərzində FCA İstanbul (İncoterms2020) şərtləri əsasında Alıcıya təqdim edəcək. Qalan pul Mal tam olaraq Azərbaycan gömrük ərazisinə çatdırıldıqdan sonra 3 iş günü müddətində ödəniləcək.

36. Müqaviləyə 2 saylı Əlavədən görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən ödənilən pul ilə müqavilənin ümumi qiyməti arasında 200001.48 ABŞ dolları fərq qalmasını tərəflər öz imzaları ilə razılaşdırmışlar. Hazırda da nə müqavilə, nə də müqaviləyə əlavələr, eyni zamanda malların təqdim edilməsi mübahisələndirilmir.

37. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, göstərilənlərə əsasən həmin əlavə imzalandıqdan sonra cavabdeh tərəfindən ödənişlərin tam olaraq həyata keçirilibkeçirilmədiyi aydınlaşdırılmalıdır.

38. “X1 ve Ticaret Limited” şirkəti tərəfindən tərtib edilmiş, 241019 nömrəli müqaviləyə əsasən təhvil verilmiş avadanlıq və materialları haqqında arayışda ümumi məbləğin 798 481,94 ABŞ dolları olduğu, xx.xx.2019-cu il tarixdə 99 493,43 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 198 986,97 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 300 000,00 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 150 000,00 ABŞ dolları ödənişin həyata keçirildiyi, ümumi ödənilmiş məbləğin 748 480,40 ABŞ dolları, qalıq məbləğin isə 50 001,54 ABŞ dolları olması qeyd edilmiş, arayış “X1 ve Ticaret Limited” şirkətinin direktoru tərəfindən imzalanmışdır.

39. Cavabdeh həm apellyasiya şikayətinə qarşı təqdim etdiyi etirazında, həm də məhkəmə iclaslarında nümayəndənin verdiyi izahatlardan müəyyən edilir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi halı təsdiq edərək cavabdehə 732.920,19 ABŞ dolları məbləğində malın göndərildiyini, lakin onlar tərəfindən 748 480,46 ABŞ dolları ödəniş həyata keçirildiyini, onlara sadəcə 4 hesab-fakturanın təqdim edildiyini, xx.xx.2020ci il tarixli hesab-fakturanın onlara təqdim edilmədiyini bildirmişdir.

40. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş gömrük bəyannamələrindən görünür ki, xx.xx.2020-ci il tarixli 9 7176 4012 1357 6435 saylı bəyannaməyə əsasən 23 151,27 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 8497 9677 0897 1723 saylı bəyannaməyə əsasən 24 831,85 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 1473 1452 0882 4212 saylı bəyannaməyə əsasən 24 831,85 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 5675 8886 1941 6669 saylı bəyannaməyə əsasən 87 000 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 7273 4319 5164 3027 saylı bəyannaməyə əsasən 20 634,38 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 2270 3936 0130 3405 saylı bəyannaməyə əsasən 20 634,38 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 2123 4894 6394 4911 saylı bəyannaməyə əsasən 22 883,68 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 9758 4502 4714 4665 saylı bəyannaməyə əsasən 23 204,34 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 3958 3600 0786 8662 saylı bəyannaməyə əsasən 95 394,70 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 4862 1263 0390 0705 saylı bəyannaməyə əsasən 14155,56 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 5509 2178 0401 0525 saylı bəyannaməyə əsasən 27354,98 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 0571 9242 2130 1845 saylı bəyannaməyə əsasən 405 143,20 ABŞ dolları dəyərində, xx.xx.2020-ci il tarixli 9 4791 9826 0145 9249 saylı bəyannaməyə əsasən 9600,00 ABŞ dolları, ümumilikdə 798 820,19 ABŞ dolları dəyərində mal cavabdehə göndərilmişdir.

41. İddiaçı tərəfindən 1 nömrəli, xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən 99493,49 ABŞ dolları, 2 nömrəli, xx.xx.2019-cu il tarixli hesab-faktuaya əsasən 198986,97 ABŞ dolları, 3 nömrəli, xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən 300000 ABŞ dolları, 4 nömrəli, xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən 150000 ABŞ dolları, 5 nömrəli, xx.xx.2020-ci il tarixli hesab-fakturaya əsasən 50001,54 ABŞ dolları pulun ödənilməsi barədə cavabdehə hesab fakturalar göndərilmişdir.

42. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesab-fakturaların üzərinə vurulmuş bank ştamplarından görünür ki, xx.xx.2019-cu il tarixli 01 nömrəli hesabfakturaya əsasən ödəniş xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli 02 nömrəli hesabfakturaya əsasən ödəniş 25.12.201-cu il tarixdə, xx.xx.2020-ci il tarixli 03 nömrəli hesabfakturaya əsasən ödəniş xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixli 04 nömrəli hesabfakturaya əsasən ödəniş xx.xx.2020-ci il tarixdə həyata keçirilmişdir. Ümumilikdə cavabdeh tərəfindən 748 480,40 ABŞ dolları dəyərində pul ödənilmişdir. Bu halı hər iki tərəf qəbul edir və mübahisələndirmir.

43. Sonuncu 50 001,54 ABŞ dolları dəyərində olan xx.xx.2020-ci il tarixli 05 saylı hesab-faktura üzrə ödənişin həyata keçirilməsinə dair iş materiallarında hər hansı sənəd mövcud deyil.

44. Kollegiya qeyd edir ki, göndərilmiş malların dəyərini müəyyən edən gömrük bəyannamələri ilə ödənilmiş məbləğ arasındakı fərq 50 339,79 ABŞ dolları təşkil edir. Hansı ki, iddiaçı iddia tələbində həmin məbləği tələb edir. Lakin, nəzərə alınmalıdır ki, tərəflər arasında imzalanmış müqaviləyə 2 saylı əlavəyə əsasən ödənilməli məbləğ 200001,48 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin 150 000 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixdə ödənilmiş, qalan 50001,54 ABŞ dolları isə ödənilməmiş qalmışdır.

45. Hesab-fakturaların hansı formada göndərilməsinə münasibətdə isə kollegiya qeyd edir ki, bu barədə iddiaçı tərəfindən bütün hesab fakturaların elektron poçt vasitəsilə göndərilməsinə dair elektron poçt ünvanından çıxarış təqdim edilmiş, eyni zamanda məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirlən məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən gətirilmiş komputerdə yazışmalara baxış keçirilmişdir.

46. Təqdim olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, iddiaçı tərəfindən sonuncu, yəni 5 nömrəli hesab-faktura xx.xx.2020-ci il tarixdə cavabdehə göndərilmiş, həmçinin sonuncu Tırın xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına daxil olduğu qeyd edilmişdir.

47. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı tərfindən sonuncu, yəni xx.xx.2020-ci il tarixli 05 nömrəli hesab-faktura üzrə ödənilməli olan 50001,54 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən ödənilmədiyindən həmin hissədə iddia tələbi təmin edilməlidir.

48. Məhkəmə kollegiyası iddiaçının tələbinin 5033 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq əsaslandırmışdır.

49. Mülki Məcəllənin həmin maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

50. Həmin maddədə illik beş faiz məbləğin hesablanması imperativ qaydada müəyyənləşdirilmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə 2 saylı Əlavədə qalan 50001,54 ABŞ dolları məbləğin Mal tam olaraq Azərbaycan gömrük ərazisinə çatdırıldıqdan sonra ödəniləcəyi qeyd edilmişdir.

51. İş materiallarından isə görünür ki, sonuncu Tır Azərbaycan Respublikası ərazisinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı 2 il üçün 50339,79 ABŞ dollarına görə 5033 ABŞ dolları faiz məbləği hesablamışdır.

52. Kollegiya qeyd edir ki, iddia tələbi qismən 50001,54 ABŞ dollarının tutulması hissəsində təmin edildiyindən, iddia tələbi faiz borcunun tutulması hissəsində də qismən təmin edilməli, cavabdehdən 5000 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

53. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 187 manat, cəmi 587 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

54. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsi ləğv olunmalı, iddia tələbi qismən təmin edilməli, cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-dən 50001,54 ABŞ dolları əsas borcu, 5000 ABŞ dolları faiz borcu, 587 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1 ve Ticaret Limited” şirkətinə ödənilməlidir.

55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı “X1 ve Ticaret Limited” şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 19 dekabr tarixli e-2-2(113)-5331/2022 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-dən 50001,54 ABŞ dolları əsas borcu, 5000 ABŞ dolları faiz borcu tutularaq iddiaçı “X1 ve Ticaret Limited” şirkətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 587 manat dövlət rüsumunun əvəzi cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-dən tutularaq iddiaçı “X1 ve Ticaret Limited” şirkətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar