Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-370/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərəflər arasında imzalanmış 09 yanvar 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış 12766 manat məbləğində pulun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4214/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)- 4214/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə məhkəməyə müraciət etmişdir. Ərizədə qeyd edilmişdir ki, qətnamə poçt vasitəsi ilə göndərilməmiş, san imzada problem olduğu üçün elektron sistemə giriş imkanı olmamış, qətnamə barədə xx.xx.2022-ci il tarixdə məlumatı olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadadı ilə cavabdeh tərəfindən verilmiş ərizə (vəsatət) təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət verib, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadının ləğv edilməsini, müddətin bərpa edilməsi barədə vəsatətlərinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüquqi şəxsin direktorunun asan imzasında problem olması ilə əlaqədar sistemə daxil ola bilməməsini, yalnız xx.xx.2022-ci il tarixdə qətnamə barədə məlumatı olduğunu nəzərə almamış, ərizəni əsassız olaraq təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunda nəzərdə tutulmuş üzürlü səbəblər tərəfin özünün iradəsindən asılı olmayan hallar-ağır xəstəlik, ölkə xaricində olma, qeydiyyat ünvanında yaşamadığı üçün və ya ölkə xaricində yaşadığı üçün məhkəmə prosesi barədə məlumatsız olma və müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Ərizədə prosessual müddətin buraxılmasının üzrlü səbəbi kimi Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən cavabdehin yalnız xx.xx.2022-ci il tarixdə xəbər tutması və asan imza ilə bağlı problemlərin olması göstərilmişdir. Asan imza ilə bağlı problem bir ay ərzində aradan qaldırılması mümkün olan məsələ olduğundan bu hal üzürlü səbəb kimi nəzərə alına bilməz. Bundan əlavə cavabdehə məxsus asan imza ilə bağlı xətanın olmasını təsdiq edən hər hansı sübut nə vəsatətə, nə də şikayətə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4214/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün hər hansı üzrlü hal müəyyən edilməyindən birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4214/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-370/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-370/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver