Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-371/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi (vəkil) Cavabdeh2, üçüncü şəxsin nümayəndələri X6, X7 iştirakı ilə, İddiaçı “X2” İctimai Birliyinin Cavabdeh1nə (üçüncü şəxs-Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi) qarşı «müqavilə bağlananadək audiovizual əsərlərin cavabdeh tərəfindən nümayişinin qadağan edilməsi, aidiovizual əsərlərin göstərilməsinə görə qonorarın və işgüzar nüfuza vurulmuş ziyanın iddiaçının xeyrinə cavabdehdən tutulması» tələbinə dair kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-128/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2” İB Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddinın dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə “hüquqların qorunması iddiaçıya həvalə olunmuş audiovizual əsərlərdən istifadəyə dair iddiaçı ilə müqavilə balananadək həmin audiovizual əsərlərin cavabdeh tərəfindən nümayişinin qadağan edilməsi, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin nümayişinə görə xx xxxxxx 2015-ci il tarixdən x xxxx 2016-cı il tarixədək hesablanmış qonorarın müəlliflərə ödənilməli olan 2.496,35 manat qonorarın, həmçinin x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2017-ci il tarixədək hesablanmış 848,98 manat qonorarın, hüquqları iddiaçıya (“Salnamə” və “Yaddaş” studiyalarına) məxsus filmlərin istifadəsinə görə xx xxxxxx 2015-ci il tarixdən x xxxx 2016-cı il tarixədək hesablanmış 2.750 manat qonararın, x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2017-ci il tarixədək hesablanmış 1.400 manat qonararın, ümumilikdə 7.496,33 manat qonararın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi, işgüzar nüfuza vurulmuş zərərə görə cavabdehdən iddiaçının xeyrinə 10.000 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddianın əsvaslarına görə iddiaçı birlik “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq yaradılmışdır. Həmin Qanunun 42-ci maddəsində göstərilən funksiyaları yerinə yetirir, eləcə də Qanunun 43-cü maddəsində göstərilən vəzifələri daşıyır. Həmin Qanunun 41-ci maddəsinin 2-ci bəndinin 4- cü hissəsinin tələblərinə uyğun olaraq əmlak hüquqlarını kolektiv əsasda idarə edən təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq müqavilələr əsasında və ya təşkilatlara üzv olaraq verirlər. Belə ki, bir sıra studiyalar və studiyalarda istehsal olunan filmlərin müəllifləri - rejissor, ssenarist, operator, rəssam və bəstəkarlar öz hüquqlarının idarə olunması, qorunması və müdafiəsi məqsədi ilə iddiaçıının kollektiv idarəçiliyinə vermişlər. “xxx” Tele-Radio Şirkəti fəaliyyətə başladığı 2013-cü ildən etibarən iddiaçının dəfələrlə rəsmi və qeyri-rəsmi müraciətlərinə baxmayaraq «Azərbaycan filmlərinin qanuna zidd olaraq hüquq sahibləri ilə, həmçinin, iddiaçı ilə müqavilə bağlamadan və müəllif qonararı ödəmədən, hüquqların qorunmasını kollektiv idarəçilik təşkilatı olan iddiaçıya vermiş studiyaların, müəlliflərinin - rejissorların, ssenaristlərin, operatorların, rəssamların və bəstəkarların müəllifi olduğu filmləri televiziya kanalında nümayişini həyata keçirir və bu hərəkətləri ilə “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun 12-ci, 15-ci, 30-cu, 41-ci və 42-ci maddələrinin tələblərini pozaraq müəlliflərə və müstəsna hüquq sahiblərinə maddi ziyan vurur. Odur ki, həmin Qanunun 47-ci maddəsinə uyğun olaraq mülki məsuliyyətə cəlb edilməlidir. Birlik 12.02. 2015-ci il tarixdə cavabdehə yolladığı məktubda audiovizual əsərlərin qanuna uyğun istifadəsinin təmin olunmasını xahiş edərək məktuba hüquq sahibləri ilə müqavilə layihələrini və hüquqlar Gildiyaya məxsus audiovizual əsərlərin siyahısını əlavə edərək, cavabdehə audiovizual əsərlərin qanuni əsaslarla istifadəsinə dair əməkdaşlıq təklif etmiş, lakin bu təklif cavabsız qalmışdır. x xxxx 2016-cı il tarixli məktubla ünvanlanmıh hesablar üzrə cavabdeh öz efirində nümayiş etdirdiyi “Azərbaycanfilm” kinostudiyasına məxsus filmlərin istifadəsinə görə xx xxxxxx 2015-ci il tarixdən x xxxx 2016-cı il tarixədək hesablanmış 13.868,60 manat qonorarı, hüquları Gildiyaya (“Salnamə” və “Yaddaş” studiyalarına) məxsus filmlərin istifadəsinə görə xx xxxxxx 2015-ci il tarixdən x xxxx 2016-cı il tarixədək hesablanmış 2.750 manat qonorarı ödəməmişdir. İddiaçı ilə “Azərbaycanfilm” kinostudiyası arasında bağlanmış müqaviləyə əsasən kinostudiya hüquq sahibi kimi əldə etdiyi gəlirin 18%-ni müəllif qonarının ödənilməsi üçün iddiaçının hesabına ödəyir. Beləliklə əsərləri qeyri-qanuni istifadə edib, hüquq sahibinə qonorarı ödəmədiyindən həmin məbləğdən müəlliflərə ödənilməli olan 2.496,35 manat məbləğ ödənilməmiş qalmışdır. Azərbaycan filmlərinin hüquq sahibləri ilə, həmçinin ölkə ərazisində audiovizual əsərlər sahəsində yeganə kolektiv təşkilat olan iddiaçı ilə müqavilə bağlamadan və icazə almadan “CBC” tele-radio kanalı tərəfindən nümayiş etdirilməsi və heç bir qonorar ödənilməməsi hüquq sahiblərinin, həmçinin əsər müəlliflərinin “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Qanunu ilə qorunan hüquqların pozulması deməkdir. Bundan başqa, Azərbaycan filmlərini nümayiş etdirməklə və heç bir qonorar ödəməməklə müəlliflərin hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən iddiaçının işgüzar nüfuzuna ciddi xələl gətirmişdir ki, bu da iddiaçının Mülki Məcəlləsinin 23-cü və 1097-ci maddələri ilə qorunan hüquqlarının pozulmasıdır. Bu halda hüquqi şəxslərin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-128/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların qorunması iddiaçı “X2” İB-yə həvalə olunmuş audiovizual əsərlərdən istifadəyə dair iddiaçı ilə müqavilə bağlananadək cavabdeh “X3” MMC tərəfindən həmin əsərlərin yayımı (nümayişi) qadağan edilmiş, iddia qalan hissədə təmin edilməmişdir İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qonararın və işgügar nüfuza vurulmuş zərərin ödənilməsi hissəsində iddianın təmin edilməməsi hissəsində qətnamə qanunsuz və əsassızdır. İddiaçı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 15.1, 15.4, 30.1-ci maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Nazirlər kabientinin 466 saylı Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14,77, 385-ci maddələrinin müddəalarına istinadən hesab edir ki, qətnamə qonararın və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2019-cu il tarixli 2-2(103)-604/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi vurulmuş maddi zərərin ödənilməsinin rədd edilməsi hissəsində qismən ləğv olunmuş, iddia, həmin hissədə qismən təmin olunmuş, “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan filmlərin nümayişinə görə 1775,79 qonararın cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 91/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamə qismən qonorarın hesablanması hissəsində ləğv edilmiş və iş bu hissədə yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Tacəddin və üçüncü şəxsin nümayəndəsi F.Əlizadə birinci instansiya məhkəməsinin qətnaməsinin qonarar hissəsində ləğv olunaraq, «Azərbaycanfilm» kinstudiyasının filmlərinin nümayişinə görə cavabdehdən 1775 manat məbləğində qonararın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Cavabdeh2 qonararın hesablanmasının rədd olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşıdırb belə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, cavabdehdən iddiaçının xeyrinə «Azərbaycanfilm» kinostudiyasının filmlərinin nümayişinə görə 1735 manat tutulmalıdır. Belə ki, Ali Məhkəmə qərarında apellyasiya məhkəməsinin qətnaməsi qonararın hesablanması hissəsində ləğv edərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində göstərir ki, «iddiaçı cavabdehdən, ümumilikdə 7.496,33 manat qonarar tələb etsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında iddia tələbi – 1.775,79 manat (9.865,50x18:100) manat hissədə (sadə riyazi hesablama ilə) sübut olunmuşdur»… Aydın olmur ki, burada göstərilən riyazi hərəkətdə bölünən 9.865 manat məbləği nəyi ifadə edir. İddiaçı Birldik iddia ərizəsində «Azərbaycanfilm» kinostudiyasının istehsalı olan filmlərin nümayişieə görə xx.xx.2015-xx.xx.2016-cı il tarixlər üçün qonorar əvəzi 2.496,35 manat, xx.xx.2016-xx.xx.2017-ci il tarixlər üçün isə cəmi, 848,98 manat məbləğləri tələb etmişdir.» MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə baxan məhkəmə üçün məcburidir. Məcəllənin qeyd olunan göstərişləri qaydasında, 2015-2017-cı illərdə qeyd olunan dövrlər üzrə cavabdeh tərəfindən nümayiş olunduğu iddia olunan «Azərbaycanfilm» kinostudiyasının filmlərinə görə qonararın məbləği işdə olan sübutalara, o cümlədən, “xxx” Telekanalının proqramlarından çıxarışlar yenidən araşdırıldıqda aşağıdakılar müəyyən olunur. Cavabdeh, «Azərbaycanfilm» kinostudiyası filmlərini idarə etmə hüququ iddiaçıya məxsus olduğunu nəzərə almadan, onunla müqavilə bağlamadan və müəllif qonararı ödəmədən, mübahisələndirilən dövrlərdə aşağıdakı filmləri telekanalında nümayiş etdirmişdir. 2015-ci ildə ayrı-ayrı günlərdə nümayiş olunan filmlər: -«Fəryad» (vaxtı: 79ʹ) – 1 dəfə; -«Uzaq sahillərdə» (nümayiş vaxtı: 89ʹ) - 4 dəfə; -«Şərikli çörək» (67ʹ 50ʺ) – 1 dəfə ; -«Arşın mal alan»( 91ʹ06ʺ) - 4 dəfə; -«Qaynana» (76ʹ 30ʺ) – 1 dəfə; -«Gün keçdi» (86ʹ 10ʺ) – 2 dəfə -«Qorxma mən səninləyəm» (147ʹ 33ʺ) - 2 dəfə; -«Ögey ana» (81ʹ21ʺ) – 1 dəfə; - «Bəxtiyar» (97ʹ) – 1 dəfə – (cəmi 17 dəfə) 2016-cı ildə ayrı-ayrı günlərdə nümayiş olunan filmlər: -«Fəryad» (vaxtı: 79ʹ) – 1 dəfə; -«Gün keçdi» (86ʹ 10ʺ) – 1 dəfə -«Uzaq sahillərdə» (nümayiş vaxtı: 89ʹ) - 2 dəfə; -«Şərikli çörək» (67ʹ 50ʺ) – 4 dəfə ; -«Arşın mal alan»( 91ʹ06ʺ) - 1 dəfə; -«Qaynana» (76ʹ 30ʺ) – 2 dəfə; -«Qorxma mən səninləyəm» (147ʹ 33ʺ) - 1 dəfə; -«Bəxtiyar» (97ʹ) – 2 dəfə; -«Dağlarda döyüş» (75ʹ 17ʺ) - 3 dəfə; -«Bizim Cəbiş müəllim» (73ʹ43ʺ) – 2 dəfə; -«Nəsimi» (79ʹ) - 1 dəfə; - «Babək» (130ʹ13ʺ) -2 dəfə; - «Atları yəhərləyin» (84ʹ25ʺ) – 2 dəfə; - «İnsan məskən salır» (76ʹ16ʺ) – 5 dəfə; - «Bakıda küləklər əsir» (85ʹ) - 1 dəfə; - «Mən ki, gözəl deyildim» (75ʹ50ʺ) – 2 dəfə; - «Onu bağışlamaq olarmı» (93ʹ50ʺ) - 1 dəfə -«Arşın mal alan»( 91ʹ06ʺ) - 1 dəfə - (cəmi 34 dəfə) 2017-ci ildə ayrı-ayrı günlərdə nümayiş olunan filmlər: -«Qaynana» (76ʹ 30ʺ) – 3 dəfə; -«Şərikli çörək» (67ʹ 50ʺ) – 1 dəfə ; -«Fəryad» (vaxtı: 79ʹ) – 1 dəfə; -«Qorxma mən səninləyəm» (147ʹ 33ʺ) - 1 dəfə; -«Dağlarda döyüş» (75ʹ 17ʺ) - 2 dəfə; -«Ögey ana» (81ʹ21ʺ) – 2 dəfə; -«Gün keçdi» (86ʹ 10ʺ) – 1 dəfə -«Arşın mal alan»( 91ʹ06ʺ) - 2 dəfə - (cəmi 13 dəfə) “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmlak hüquqlarını kollektiv əsasda, idarə edən təşkilatlar öz səlahiyyətlərinə uyğun olaraq lisenziya verilən hallarda istifadəçi ilə qonorarın məbləğini və başqa şərtləri razılaşdırır. İddiaçı birliyin işdə olan nizamnaməsinin 2.3-cü bəndində də məhz birliyin qanunun qeyd olunan tələbinə müvafiq funksiyası nəzərdə tutulur. Qanunun qeyd olunan normasına və birliyin nizamnaməsinin sözügedən müddasına müvafiq olaraq X1 xx xxx 2014-cü il tarixdə müəllif qonararının minimum Tarifləri qəbul edilərək təsdiq olunmuşdur. Həmin Tariflərin 1.1-ci bəndi ilə - bütün «TV» kanallara yayım dairəsindən asılı olmayaraq, 1 saat bədii filmiş 1 dəfə yayımına və 24 saat ərzində təkrar etmək hüququna görə müəllif qonorarının minimum məbləği 125 manat müəyyənləşdirilmişdir. MPM-in 218.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin verdiyi tələbləri üzrə qətnamə çıxarır. İddiaçı birliyin işə əlavə olunmuş, 2015-2017-ci illərdə «xxx» Telekanalında nümayiş olunan filmlərə görə sonuncuya təqdim olunan hesablara əsasən tərtib olunmuş cədvəldən görünür ki, yalnız yuxarıda göstərilən hissəsində filmlərin nümayişi sübutlərla (proqramm məlumatları ilə) təsdiq olunur. Adıçəkilən cədvəlin göstəricilərinə əsasən müəyyən olunur ki, 2015- ildə 17 dəfə nümayiş olunan filmlərin, 2016-cı ildə 24 dəfə nümayiş olunan filmlərin 1 saatı - 100 manat, həmin ildə 8 dəfə nümayiş olunan, habelə, 2017-ci ildə 13 dəfə nümayiş olunan filmlərin 1 saatı isə 125 manat olmaqla, hər filmin vaxtına görə qonarar məbləğləri hesablanmışdır. Qeyd olunan sübutlarla əhatə oluan 2015, 2016, 2017-ci illərdə 64 (17+34+13) dəfə nümayiş olunan filmlərin cədvəl göstəricilərinin qarşılıqlı təhlil olunmaqla hesablama aparıldıqda, nümayiş oldunduğu sübut olunan filmlərə görə ödənilməli olan qonararın ümumi məbləği 9.640,62 manat, o cümlədən: 2015-ci ildə 17 dəfə nümayiş olunan filmlər üzrə - 2646,86 manat, 2016-cı ildə 34 dəfə nümayiş olunan filmlərə görə -3.767,25 manat, 2017-ci ildə 13 dəfə nümayiş olunan filmlərə görə - 3225,51 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı “X2” İctimai Birliyi ilə ”Azərbaycanfilm” kinostudiyası arasında bağlanmış müqavilənin 4.1-ci bəndinin şərtinə görə kinostudiya hüquq sahibi kimi əldə etdiyi gəlirin 18 %-ni müəllif qonararının ödənilməsi üçün iddiaçının hesabına ödəyir. İşin qeyd olunan hallarından isə göründüyü kimi, cavabdehin qeyri-qanuni yayımladığı mübahisəli audiovizual əsərlərə (filmələrə) görə hesablanan 9.640,62 manat qonrar məbləğinin 18 faizini, yəni 1.735,31 manat məbəlğində qonorarı hüquq sahibi iddiaçı quruma ödəməmiş, bu səbəbdən mülliflərə də qonarar ödənilməiş qalmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, 2015, 2016, 2017-ci illərdə qeyd olunan filmlərin nümayişinə görə 1735 manat m qonorar məbləğində vurulmuş ziyanın əvəzi cavabdezdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək yekunda belə qənaətə gəlir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-128/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı və «Azərbaycanfilm» kinostudiyasının qeyd olunan filmlərinin nümayişinə görə cavabdehdən iddiaçının xeyrinə 1.735,00 manat qonararın tuluması qət olunmalıdır. MPM-in 384.0.2-ci maddəsinin tələbindən də görünür ki, apellyasiya instansiya məhkəməsi qətnaməni qismən ləğv edə bilər və müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-128/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilsin. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərin nümayişinə görə 1.735,00 (bir min yeddi yüz otuz beş) manat qonarar məbləği Cavabdeh1ndən tutularaq iddiaçı “X2” İctimai Birliyinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-371/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-371/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver