Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-371/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X20 Cəmiyyətinə, Bakı şəhər Səbail Rayon İcra şöbəsinə və Cavabdeh4 qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsinin, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X5, üçüncü şəxs X10, nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X20 Cəmiyyətinə, Bakı şəhər Səbail Rayon İcra şöbəsinə və Cavabdeh4 qarşı qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qeyri-yaşayış binasının təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4462/2023 nömrəli qətnaməsindən "xxxx" ASC, Cavabdeh4 və üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2021-ci il tarixli 409 saylı açıq hərracın keçirilməsi barədə bildirişdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hərracı xx.xx.2021-ci il tarixə təyin edilmişdir.
2. 026896 və 026898 saylı xəbərnamələrdən görünür ki, bildiriş xx.xx.2021-ci il tarixdə "xxxx" ATSC-yə göndərilmiş və xx.xx.2021-ci il tarixdə bildirişin qəbulundan imtina olunmuşdur.
3. xx.xx.2021-ci il tarixli YP seriyalı 85 saylı “Hərracın nəticələrinə dair yekun Protokol”dan və eyni tarixli “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (Bayıl bazarı) Cavabdeh4 464.000 manata almışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsi, 6 saylı ünvanda yerləşən əmlak 740.2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına (paylı) qeydiyyata alınmışdır. Lakin “X4 Mərkəzi” MMC-nin YP-85 saylı, xx.xx.2021-ci il tarixli hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1567,8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Cavabdeh4 ərizəsinin icrasından imtina edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-607/2023 saylı qətnaməsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma yönəldilmiş İddiaçı X23 cəmiyyətinin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyriyaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İlk iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2 Bank Olmayan Kredit X20 Cəmiyyətinə, Cavabdeh3nə və Cavabdeh4 qarşı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Səbail Rayon İcra və probasiya şöbəsinin xx.xx.2021- ci il tarixli sifariş məktubu əsasında "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinin, hərracın nəticələri haqqında YP №85 saylı protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh2 BOKT ASC ilə "xxxx" ASC arasında xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə 33 faiz dərəcəsi olmaqla 100.000 manat və 12 ay müddətinə 33 faiz dərəcəsi olmaqla 5000 manat plastik kart krediti verilmişdir. xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi üzrə isə 60 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla 300.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 BOKT ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1-ci və 2- ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi onun xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra isə, xx.xx.2008-cı il tarixli 1 saylı, 237/08/PB saylı kredit müqaviləsinin təminatı kimi həmin ipoteka müqaviləsinə xx.xx.2008ci il tarixli 1 saylı əlavə imzalanmışdır. Cavabdeh2 BOKT ASC "xxxx" ASC-yə qarşı Bakı Kommersiva Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı 58780,79 manat əsas, 35812,71 manat faiz və 3348,04 manat cərimə olmaqla, cəmi 97941,54 manat və xx.xx.2008-ci il tarixli 237/08/PB saylı kredit müqaviləsi isə 299703,91 manat əsas, 62136,68 manat faiz, 4178,61 manat dəbbə pulu olmaqla, cəmi 366.019,20 manat pulun tutulmasını, kredit müqaviləsi üzrə tələbin "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin 100.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, İş Ne e-2-2(113)-298/2020 saylı qətnaməsi ilə Cavabdeh2 BOKT ASC-nin iddia tələbi qismən təmin edilərək qeyri-yaşayış sahəsinin dəyəri 100.000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi hissəsində təmin edilməyərək qeyri-yaşayış sahəsinin 320.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılması barədə qətnamə qət edilmişdir. Məhkəmə çəkişməsinin tərəfi olaraq "xxxx" ASC-nin xəbəri olmadan qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, iş e-2-2(113)-298/2020 saylı icra vərəqəsi icra olunması üçün Səbail rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Səbail rayon İcra və probasiya şöbəsi “X4 Mərkəzi” MMC-yə 23873/2021- 16-23/696 xx.xx.2021-ci il tarixli sifariş məktubu ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 298/2020 saylı icra vərəqəsində göstərilmiş borcun tutulması üçün likvid qiyməti 320.000 manat müəyyən edilməklə "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1- ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılmasını təşkil etməsini xahiş etmişdir. Hərracın nəticələrinə dair YP seriyalı 85 saylı yekun protokoldan görünür ki, ipoteka predmeti olan "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsi “X4 Mərkəzi” MMC tərəfindən keçirilmiş 03 mart 2021-ci il tarixli açıq hərracda Cavabdeh4 tərəfindən alınmışdır. “X4 Mərkəzi” MMC “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC hərrac keçirərkən ipoteka qoyan tərəf kimi Cəmiyyətə hərracın keçirilməsinə dair bildiriş göndərməmişdir. Buna görə də hərraca çıxarılan mülkiyyətin sahibi "xxxx" ASCnin hərracın keçirilməsindən xəbəri olmamışdır. Hərracı keçirən təşkilat hərracın keçirilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydaları pozmuş, hərracın keçirilməsi ilə bağlı ipoteka qoyana müvafiq qaydada bildiriş göndərməyərək qanunla qoyulmuş hüquqlarını məhdudlaşdırılmışdır. “X4 Mərkəzi” MMC tərəfindən təqdim edilən hərracın keçirilməsinə dair sənədlərdən görünür ki, "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair keçirilən hərrac 03 mart 2021-ci il tarixinə təyin edilmişdir. Hərracın keçirilməsinə dair bildiriş hərrac mərkəzi tərəfindən güya 12 fevral 2021-ci il tarixində MPS Meqa Post Service kuryer xidmətinə təqdim edilmişdir. MPS Meqa Post Service kuryer xidmətinə aid 026898 saylı qəbzdən görünür ki, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsinə dair ünvan 5 ünvanına göndərilən bildirişin yer aldığı məktub 16 fevral 2021-ci il tarixində imtina olunaraq alınmamışdır. Hərracın keçirilməsinə dair bildirişin yer aldığı hər hansı bir məktub və ya sənəd ‘'Səbail Bazar” ASC-nin ünvan 4 ünvanına daxil olmamışdır. MPS Meqa Post Service kuryer xidmətinə aid 026898 qəbzdən görünür ki, həmin qəbzi qəbul edən kuryerin imzası həmin qəbzin üzərində yer almamaqdadır. İmzası olmayan kuryer xidməti işçisinin gətirmiş olduğu məktubun hüquqi nöqteyi nəzərdən hüquqi qüvvəsi yoxdur. Təhvil verilən qəbzdə öz imzası olmayan bir kuryer xidməti işçisinin həmin məktubu göndərilən ünvana çatdırılması təbii olaraq şübhə döğurur. Bununla yanaşı, həmin MPS Meqa Post Service kuryer xidməti hərracın keçiriləcəyi vaxta dair bildirişi, eyni zamanda, cavabdehlərdən Cavabdeh2 BOKT ASC-yə də çatdırılması üçün qəbul etmişdir. Həmin 02689-4 saylı bildirişdə xidmət göstərən kuryerin imzası yer almaqdadır. “X4 Mərkəzi” MMC hərracın keçirilməsinin qabaqcadan xəbər verilməsi müddəti barədə də kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, MPS Meqa Post Service kuryer xidmətinin qəbzindən görünür ki, kuryer çatdıracağı sənədi 12 fevral 2021-ci il tarixində qəbul etmişdir. xx.xx.2021-ci il tarixində guya imtina olundu yazısı ilə geri qaytarmışdır. Hərrac isə 03 mart 2021-ci il tarixində təşkil edilərək keçirilmişdir. Hərracın keçirilməsi barədə bildirişin göndərilmə tarixi ilə hərracın keçirildiyi 03 mart 2021-ci ıl tarixi arasında cəmi 18 gün vaxtın olduğu müəyyən edilir. Göründüyü kimi, təşkilatçı “X4 Mərkəzi” MMC hərracın keçirilməsindən 30 gün qabaq mülkiyyət sahibi olan "xxxx" ATSC və xəbər verməməklə qanunvericiliyin tələbini kobud surətdə pozmuşdur. Bununla yanaşı, “X4 Mərkəzi” MMC hərracın keçirilməsinin vaxtını, yerini müəyyən edən bildirişi MPS Meqa Post Service kuryer xidməti ilə göndərməklə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarını pozmuşdur. Belə ki, həmin Qaydaların 9.21-ci maddəsində göstərilir ki, hüquqi şəxsə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri (sifarişli poçt göndərişləri istisna olmaqla) etibarnamə əsasında poçt obyektində hüquqi şəxsin səlahiyyətli nümayəndəsinə verilir. Burda qəribə olan bir xüsus isə ondan ibarətdir ki, MPS Meqa Post Service kuryer xidməti “Xəzəryani ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən "xxxx" ASC-yə göndərilən sənəd 12 fevral 2021-ci il tarixində qəbul etməsinə baxmayaraq 16 fevral 2021- ci il tarixində “imtina olundu” yazısı ilə geriyə gətirmişdir. Burdan görünür ki, kuryer sənədi qəbuldan 4 gün sonra göndərilən ünvana gəlmiş və güya həmin ünvanda sənədin qəbul edilməsindən imtina olunmuşdur. Bütün bu qanun pozuntuları əsasında hesab edir ki, iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixində keçirilən hərrac etibarsız hesab edilməlidir.
8. Cavabdeh4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 4 ünvanında 1- ci və 2-ci mərtəbədə yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Cavabdeh4 təhvil verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra və probasiya şöbəsi “X4 Mərkəzi” MMC-yə 23873/2021-16-23/696 saylı xx.xx.2021-ci il tarixli sifariş məktubu ilə müraciət edərək likvid qiyməti 320000 manat müəyyən edilməklə "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılmasının təşkil etməsini xahiş etmişdir. Sifariş məktubunda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 BOKT ASC-nin xeyrinə xx.xx.2008-ci il tarixli, 185/08/PB saylı kredit müqaviləsi üzrə 58780,79 manat əsas, 35812,71 manat faiz və 3348.04 manat cərimə olmaqla, cəmi 97941,54 manat və xx.xx.2008-ci il tarixli, 237/08/PB saylı kredit müqaviləsi isə 299703,91 manat əsas, 62136,68 manat faiz, 4178.61 manat dəbbə pulu olmaqla, cəmi 366019.20 manat pulun tutulmasını və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Tələb, likvid qiyməti 320.000 manat müəyyən edilməklə "xxxx" ASC-yə məxsus ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin, qeyri-yaşayış sahəsi açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməlidir. Hərrac mərkəzi tərəfindən qüvvədə olan qanunvericiliyə əsasən mətbuatda elan dərc edilmiş, həmin elana əsasən göstərilən obyektin ilkin satış qiyməti 320000 manat qeyd edilməklə hərrac mərkəzi tərəfindən 03 mart 2021-ci il tarixli açıq hərrac keçirilməsi təyin edilmiş, hərracın sifarişçisinə, borclu şəxsə və tələbkara hərrarın keçirilməsi yeri və vaxtı barədə bildiriş göndərilmiş, Cavabdeh4 hərracda iştirak etmək üçün sifariş vermiş, 03 mart 2021-ci il tarixdə keçirilmiş hərracda ipoteka predmeti 464.000 manata satılmış, bu barədə həmin tarixdə hərracın nəticələrinə dair YPN85 saylı yekun protokol tərtib edilmiş, həmin protokol hərracın sifarişçisi, hərrac mərkəzinin direktoru və qalib Cavabdeh4 tərəfindən imzalanmışdır, daha sonra alqı-satqı müqaviləsi imzalanmışdır. Hərracın keçirilməsi yeri və vaxtı, o cümlədən qanunla tələb olunan digər məsələlər barədə ilkin iddiaçıya bildiriş göndərilmişdir, lakin o, xx.xx.2021-ci il tarixdə bildirişi almaqdan imtina etmişdir. Bu fakt ilkin iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərlə tam sübut olunur. Çünki həmin qəbzlərdən açıq-aşkar görünür ki, hərrac mərkəzi 026898 saylı qəbzdə göndərən qrafasında öz ştampını vurmuşdur. Ştampda mərkəzin tam adı və ünvanı göstərilmişdir. Məktubun ilkin iddiaçı tərəfindən qəsdən alınmamasına və almaqdan imtina etməsinə görə hərrac etibarsız hesab edilə bilməz. Qaydadan məlum olur ki, sifarişli poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilmir. Ümumiyyətlə yalnız qeydiyyatlı poçt göndərişləri etibarnamə əsasında hüquqi şəxsin nümayəndəsinə verilə bilər ki, bu da göndərişin poçt obyektində verilməsinə aiddir. Hazırki mübahisədə isə kuryer xidməti bildirişi poçt obyektində deyil, ilkin iddiaçının ünvanında ona təqdim etməsinə baxmayaraq sonuncu bildirişi almaqdan imtina etmişdir. Təcrübədə kuryer xidmətinin işçisinin həftənin beşinci günləri məktubu alarkən növbəti günlər şənbə və bazar günlərinə düşdükdə növbəti iş günlərində məktubların çatdırılmasına təsadüf olunur. xx.xx.2021-ci il tarixində - həftənin beşinci günündə məktub qəbul edilmiş, xx.xx.2021-ci il tarixində-həftənin ikinci günü məktub ilkin iddiaçının ünvanına aparılmışdır. Göstərilənlərdən aydın olur ki, hərrac qanuni keçirilmişdir və hər hansı qayda pozuntusuna yol verilməmişdir. Qarşılıqlı iddiaçı ipoteka predmetini qanuni keçirilmiş hərracla almış və xx.xx.2021-ci il tarixdə keçirilən hərracda qalib olmuş və həmin tarixdə alqı-satqı müqaviləsi imzalayaraq həmin əmlakı əldə etmişdir. Bu baxımdan qarşılıqlı iddiaçı əldə etdiyi əmlakdan ilkin iddiaçının çıxarılmasını, ipoteka predmetinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Ona görə də ilkin iddiaçı ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbəsində yerləşən 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını qarşılıqlı iddiaçıya təhvil verməlidir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında YP seriyalı 85 saylı protokol, qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsində yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmayan 107,5 kv.metr hissədə etibarsız hesab edilməsi, ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 1460,3 kv.metr, 834,4 kv.metr əsas, 473,4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış binasının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq, Cavabdeh4 təhvil verilməsi qət edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 23873/2021-16-23/696 saylı sifariş məktubu ilə daxil olmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)- 298/2020 saylı icra vərəqəsi üzrə borclu İddiaçı X23 Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının açıq hərracda satılması məqsədi ilə “X4 Mərkəzi” MMC tərəfindən hərrac təşkil edilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, açıq hərracın keçirilmə yeri və vaxtı barədə sifarişçi Cavabdeh3nə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 Bank Olmayan Kredit X20 Cəmiyyətinə və ipoteka qoyan (borclu) İddiaçı X23 Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə 409 saylı bildiriş göndərilmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixdə bildirişi almaqdan imtina etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda sözügedən qeyri-yaşayış sahəsi Cavabdeh4 satılmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə uyğun keçirilmiş, eyni zamanda məhkəmə tədqiqatı zamanı hərracın keçirilməsi qaydasında, o cümlədən hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında YP №85 saylı protokolun etibarsız hesab edilməsi üçün ilkin iddia ərizəsində qeyd edilən əsaslar müəyyən edilməmiş, həmin əsaslar müqavilənin və protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
13. Eyni zamanda məhkəmə ilk iddiaçının hərracın keçirilməsi barədə bildirişlə bağlı gətirdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı X23 Cəmiyyəti hərracın keçirilməsi barədə xx.xx.2021-ci il tarixli bildirişi almaqdan imtina etmişdir, bunu təkzib edən hər hansı mötəbər sübutu ilkin iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
14. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçı əqdin mübahisələndirilməsi ilə bağlı iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-607/2023 saylı qətnaməsindən müəyyən olunur ki, tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567.8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X11 məxsus əmlaka da İddiaçı X23 cəmiyyətinin kredit borcuna görə tutma yönəldilmişdir. Həmin qətnamədən aydın olur ki, hərrac vasitəsi ilə Cavabdeh4 satılmış ümumi sahəsi 1567,8 kv.metr olan qeyri-yaşayış binasının 1460,3 kv.metr (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsi İddiaçı X23 Cəmiyyətinin mülkiyyətində olmuş, qalan hissələr digər şəxslərə məxsus olmuşdur.
16. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, "xxxx" X23 Cəmiyyətinə məxsus olmuş ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 saylı icra sənədinə əsasən keçirilmiş hərrac qaydasında Cavabdeh4 tərəfindən alınmışdır ki, buna görə də məhkəmə hesab edir ki, həmin qeyri-yaşayış sahəsi Cavabdeh4 təhvil verilməlidir.
17. Lakin məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyri-yaşayış binasının 1460,3 kv.metr (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsinin İddiaçı X23 Cəmiyyətinə məxsus olması müəyyən edilmişdir ki, bu halda göstərilən sahə Cavabdeh4 təhvil verilməklə qarşılıqlı iddia qismən təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam olaraq rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə bildiriş İddiaçı ASC-yə çatdırılmadığından tərəf kimi keçirilən hərracda iştirak edə bilməmişdir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). “MPS” Meqa Post Service” kuryer xidmətinin qəbzindən görünür ki, kuryer çatdıracağı sənədi xx.xx.2021-ci il tarixdə qəbul etmiş, xx.xx.2021-ci il tarixdə guya “imtina olundu” qeydi ilə geri qaytarmış, hərrac isə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Göründüyü kimi, hərracın keçirilməsi ilə bildirişin göndərilməsi arasında 18 gün fərq olmuşdur. Bununla yanaşı “MPS” Meqa Post Service” tərəfindən tərtib edilmiş qəbzin surətindən görünür ki, həmin şirkət sürətli poçt xidməti ilə məşğuldur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 2 nömrəli əlavəsində sürətli poçt xidmətlərinin göstərilməsinə müvafiq lisenziya əsasında icazə verilir. Lakin məhkəmə “MPS” Meqa Post Service” sürətli poçt xidmətinin göstərilməsi üçün lisenziyasının olub-olmamasını araşdırmamış, işə başdansovdu yanaşmışdır. “X4 Mərkəzi” MMC-nin daimi fəaliyyəti də 5 ildən azdır. Belə ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Qeyd olunmalıdır ki, məhkəmə qətnaməsində iddia müddətinin ötürüldüyü qeyd olunmuşdur. İlk öncə bildirilir ki, iş üzrə cavabdehlərdən heç biri iddia müddətinin tətbiqinə dair məhkəməyə hər hansı müraciət təqdim etməmişdir. Bununla yanaşı, hərracın nəticələrinə dair protokol xx.xx.2021- ci il tarixdə imzalanmış, 2021-ci ilin aprel ayında isə İddiaçı ASC tərəfindən iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hazırkı vəziyyətdə hansı iddia müddətinin ötürülməsindən söhbət getməsi anlaşılan deyil və bu məhkəmənin qərəzli mövqeyinin nəticəsidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin məntiqsiz olan digər tərəfi isə qətnamədə əmlakın alıcısı tərəfindən ödənilmiş məbləğə qiymət verilməməsidir. Hərracın nəticələrinə görə Cavabdeh4 guya açıq hərrac vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, Əhəd Yaqubov küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi, 1056,8 kv.m əsas, 511 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasını 464000 manata almışdır. Əgər alıcı həmin qiymətə 1567,8 kv.m sahəni alıbsa, deməli qətnamə ilə mübahisəli əmlakın sahəsi azaldıqda artıq ödənilmiş vəsait də alıcıya qaytarılmalı idi. Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən isə belə çıxır ki, alıcı 1460,3 kv.m sahəni də eyni qiymətə almışdır. Bütün bunlar birinci instansiya məhkəməsinin qərəzli və razılaşdırılmış qətnamə qəbul etdiyini deməyə tam əsas verir. Hazırkı vəziyyətdə məhkəmə MPM-in 236-1-ci maddəsinə əsasən icrada dönüş etmək əvəzinə, bilə-bilə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295.1-ci maddəsinə əsasən hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması cinayət məsuliyyətinə səbəb olur və beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hazırkı vəziyyətdə görünür ki, guya mübahisəli əmlakın satışında azı iki nəfər şəxs iştirak etmiş, əmlak ilkin satış qiymətindən 144000 manat baha satıldığına görə azı 15 hərrac addımı olmuşdur. İşə baxan məhkəmə hərracda digər şəxslərin iştirak edib-etməməsini, digər iştirakçıların kimlər olduğunu və həmin iştirakçılar tərəfindən behin qoyulub-qoyulmamasını araşdırmamışdır. “MPS” Meqa Post Service” kuryer xidmətinin qəbzindən görünür ki, kuryer çatdıracağı sənədi xx.xx.2021-ci il tarixdə qəbul etmiş, xx.xx.2021-ci il tarixdə guya “imtina olundu” qeydi ilə geri qaytarmış, hərrac isə xx.xx.2021-ci il tarixdə keçirilmişdir. Göründüyü kimi, hərracın keçirilməsi ilə bildirişin göndərilməsi arasında 18 gün fərq olmuşdur.
20. İlk iddia üzrə Cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsinin qismən qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İlk iddia üzrə Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində çıxarıldığına görə qismən ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsi ilə bağlı açıq hərrac qanuni əsaslarla keçirilmiş, hərraca ümumi sahəsi 1567,8 kv.m. olan qeyri-yaşayış sahəsi çıxarılmış, hərracı udan hüquqlarını müdafiə etdiyi Cavabdeh4 həmin qeyri-yaşayış sahəsini almaq üçün 464000 manat pul ödəmişdir. Nəzərə alınmalıdır ki, Bakı KommersiyamMəhkəməsinin 2-2(113)-4462/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 4 ünvanında yerləşən qeyri- yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və “Hərracın nəticələri haqqında” YP seriyalı 85 saylı protokolun, qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsində yerləşən İddiaçı ASC-nin mülkiyyətində olmayan 107,5 kv.m. hissədə etibarsız hesab ediləndə həmin hissə ilə ödədiyi pulun hüquqlarını müdafiə etdiyim Cavabdeh4 qaytarılması da qət edilməmişdir.
22. Bakı Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti vermək hüququ tanınmış üçüncü şəxs X10 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 2(113)-4462/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı keçirilmiş hərraca dair hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında YP seriyalı 85 saylı protokol, qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsində yerləşən İddiaçıAçıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmayan və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 mülkiyyətində olan hissədə etibarsız hesab edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hərracın 107,5 kv.metr hissədə etibarsız hesab edilməsi barədə qətnamədə qeyd etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-607/2023 saylı qətnaməsi ilə müəyyən olunur ki, tutma yönəldilmiş və cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ümumi sahəsini 1567.8 kv.m göstərmiş, nəticədə qətnamə icra edilərkən cavabdehin mülkiyyətində olmayan, digər şəxslərə, o cümlədən X11 məxsus əmlaka da İddiaçı X23 cəmiyyətinin kredit borcuna görə tutma yönəldilmişdir. Həmin qətnamədən aydın olur ki, hərrac vasitəsi ilə Cavabdeh4 satılmış ümumi sahəsi 1567,8 kv.metr olan qeyri-yaşayış binasının 1460,3 kv.metr (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) hissəsi İddiaçı X23 Cəmiyyətinin mülkiyyətində olmuş, qalan hissələr digər şəxslərə məxsus olmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 19 dekabr 2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “A” tikilisindən 258.4 kv.v ticarət talvar (№52), 28.8 kv.m yeməkxana (№20), 62.1 kv.m anbar talvarı (№44), 28.0 kv.m boş otaq (№42), 18.4 kv.m anbar (№43, 45), 95.3 kv.m ticarət sahəsi (№17, 18, 19, 21, 22, 46, 47, 50, 51) paylı mülkiyyət olaraq X7 məxsusdur. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 19 dekabr 2018-ci il tarixli Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 200.8 kv.m qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququna əsasən X7 məxsusdur. X3 Federasiyasının vətəndaşıdır. 2018-ci ildə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahələrini alaraq mülkiyyətinə keçirmiş və həmin qeyri-yaşayış sahələrinə sahibliyi həyata keçirmişdir. X10 Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4462/2023 saylı, 30 noyabr 2023-cü il tarixli qətnaməsində göstərilən Bakı Kommersiya Məhkəməsinin2-2(113)-298/2020 saylı, 10 dekabr 2023-cü il tarixli qətnaməsindən, xx.xx.2021-ci il tarixli YP seriyalı 85 saylı hərracın nəticələrinə dair yekun Protokolundan məlumatı olmamış, hazırkı birinci instansiya məhkəməsinin qətnaməsi ilə Fəxrəddin Mustafayevin marağına toxunularaq hüquqları pozulmuşdur. Məhkəmənin qətnaməsində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsi, 6 saylı ünvanda yerləşən əmlak 740.2 kv.m olmaqla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına (paylı) qeydiyyata alınmışdır. Lakin “X4 Mərkəzi” MMC-nin YP-85 saylı, xx.xx.2021-ci il tarixli Hərracın nəticələrinə dair yekun protokolunda qeyd olunan əmlakın ümumi sahəsi 1567.8 kv.m olaraq göstərilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Cavabdeh4 ərizəsinin icrasından imtina edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, digər apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
25. İlk iddia üzrə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
26. İlk iddia üzrə Cavabdeh2 BOKT ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
27. Üçüncü şəxs X10 və onun nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
28. İş üzrə digər iştirakçılara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
29. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddə-hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
"İpoteka haqqında” Qanun: 30.1-ci maddə-ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). 30.2-ci maddə-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. 30.3-cü maddə-ipoteka predmeti bu Qanunun 30.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə bir neçə şəxsə keçdikdə ipoteka qoyanın vərəsələrindən (hüquqi varislərindən) hər biri əsas öhdəliyin icra olunmamasına görə ipoteka predmetinin ona keçmiş hissəsi həcmində öhdəlik daşıyır. 42.1-ci maddə-hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
53-cü maddə-iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 209.3.-cü maddə- işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3-cü maddə-tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.6-cı maddə-apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
30. Qətnamə "xxxx" ASC, Cavabdeh4 və X10 tərəfindən mübahisələndirilən hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
31. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin mübahisəsiz hallarından görünür ki, "xxxx" (hazırda ASC) ATSC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X22 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə (Bayıl bazarı) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında tutma yönəldilmiş və əmlak hərraca çıxarılmış,.xx.xx.2021-ci il tarixli YP seriyalı 85 saylı “Hərracın nəticələrinə dair yekun Protokol”dan və xx.xx.2021-ci il tarixli “Hərracın yekun nəticələrinə dair əmlakın alqı-satqısı barədə” müqavilədən görünür ki, "xxxx" ATSC-yə məxsus Bakı şəhəri, Səbail rayonu, X22 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini (Bayıl bazarı) Cavabdeh4 464.000 manata almışdır.
33. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilk iddia ərizəsində hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, hərracın nəticələri haqqında protokolun və qeyri-yaşayış sahəsi ilə bağlı edilmiş bütün hərəkətlərin və onların nəticələrinin etibarsız hesab edilməsi barədə iddiasının əsası kimi göstərmişdir ki, hərrac keçirilərkən ipoteka qoyan tərəf kimi "xxxx" ASC-yə hərracın keçirilməsinə dair bildiriş göndərilməmişdir.
34. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X4 Mərkəzi” MMC tərəfindən hərrac təşkil edilmiş, hərracın keçirilmə vaxtı xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, açıq hərracın keçirilmə yeri və vaxtı barədə sifarişçi Cavabdeh3nə, ipoteka saxlayan (tələbkar) Cavabdeh2 Bank Olmayan Kredit X20 Cəmiyyətinə və ipoteka qoyan (borclu) İddiaçı X23 Cəmiyyətinə xx.xx.2021-ci il tarixdə 409 saylı bildiriş göndərilmiş, lakin İddiaçı X23 Cəmiyyəti xx.xx.2021-ci il tarixdə bildirişi almaqdan imtina etmişdir. Bildirişlərin göndərilməsini təsdiq edən sürətli poçt xidməti olan “Megapostservices” poçt xidmətinin qaimələrinin saxta olduğu və ya həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən sübut edilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, ipoteka qoyana hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərildiyi öz təsdiqini tapdığından “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinin pozuntusu müəyyən edilmədiyi üçün ilk iddianın rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. Həmin bildirişin qəbulundan ipoteka qoyan tərəfindən imtina edilməsi səbəbindən bildirişin çatdırılmaması isə hərracın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
36. "xxxx" ASC apellyasiya şikayətində iddia ərizəsində istiand etmədiyi yeni əsas qeyd edərək, “X4 Mərkəzi” MMC-nin daimi fəaliyyəti 5 ildən az olduğundan “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinin tələbinin pozulması əsası ilə etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 53-cü, 209.3-cü və 372.3-cü maddələrinin tələblərini nəzərə alaraq qeyd edir ki, "xxxx" ASC iddia ərizəsində bu əsasa istinad etmədiyi üçün cavabdeh tərəfin bu dəlillə bağlı öz sübutlarını təqdim etmək imkanı olmadığından, apellyasiya instansiyası mərhələsində isə qanuni əsas olmadan yeni sübutların qəbul edilməsi istisna edildiyindən bu əsas apellyasiya baxışı mərhələsində araşdırma predmeti olaraq qəbul edilə bilməz.
37. İşdəki Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsində istifadədə olan 0,13643 ha torpaq sahəsində yerləşən 6 nömrəli binanın 1-ci və 2-ci mərtəbəsində 1567,8 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətində olmuş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)- 607/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmişdir ki, bu sahənin 107,5 kv.metr hissəsi bankın razılığı ilə "xxxx" ASC tərəfindən X1, satılmış sahə üzərindən ipoteka yüklülüyü götürülmüş və bununla bağlı dövlət reyestrində müvafiq dəyişiklik edilmişdir. Bu əsasla həmin şəxsin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma yönəldilmiş İddiaçı X23 cəmiyyətinin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən binanın 1 və 2-ci mərtəbələrindəki qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündə qalmış sahəsi 1460,3 kv.m (834,4 kv.m əsas, 473,4 kv.m köməkçi sahə) müəyyən edilmişdir.
38. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh4 iddiası X1 hissə çıxılmaqla hərracda əldə etdiyi ünvan 4 ünvanında 1-ci və 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1460,3 kv.metr, 834,4 kv.metr əsas, 473,4 kv.metr köməkçi sahədən ibarət sahənin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq təhvil verilməsi hissəsində təmin edilə bilər.
39. Cavabdeh4 hərracda ümumilikdə 1567,8 kv.m sahəyə görə ödədiyi vəsaitlə bağlı məhkəmə izah edir ki, hərrac zamanı Cavabdeh4 başqa şəxsin mülkiyyətində olan, ipoteka il yüklü olmadığı halda səhvən tutma yönəldilmiş 107,5 kv.metr sahəyə görə ödədiyi vəsaitin ona qaytarılması üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsinin icrasında dönüş edilməsi barədə ərizə ilə MPM-nin 236-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməli olduğundan bu məsələ hazırkı icraat çərçivəsində həll edilə bilməz.
40. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X6 apellyasiya şikayətində qeyd edilmiş hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi və hərracın nəticələri haqqında YP seriyalı 85 saylı protokolun qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbəsində yerləşən İddiaçıAçıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olmayan və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 mülkiyyətində olan hissədə etibarsız hesab edilməsi barədə tələblə bağlı qeyd edir ki, MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. MPM-nin 55.1ci maddəsinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası mərhələsində müstəqil tələb irəli sürülməklə prosesə qoşulmaq qanunla istisna edildiyi üçün üçüncü şəxsin apellyasiya şikayətində qeyd edilmiş bu tələb baxılmaq üçün qəbul edilə və hüquqi qiymət verilə bilməz.
41. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs X6 apellyasiya şikayətinin dəlillərinin araşdırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya xx.xx.2024-cü il tarixli məktubla verilmiş cavaba əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinin “A” tikilisində sahəsi 9,6 kv.m olan 23 saylı qeyri-yaşayış sahəsi X12, ümumi sahəsi 740,2 kv.m olan hissəsi "xxxx" ASC-nin, “A” tikilisində 258,4 kv.m 52 saylı ticarət talvarı, 28,8 kv.m sahəsi olan 20 saylı yeməkxana, 62,1 kv.m sahəsi olan 44 saylı talvar, 28 kv.m sahəsi olan 42 saylı sahə, 18,4 kv.m sahəsi olan anbar, 95,3 kv.m ticarət sahəsi (17, 18, 19, 21, 22, 46,47, 50,51) Bakı şəhəri 32 saylı notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X6 mülkiyyətindədir.
42. X6 apellyasiya şikayəti ilə bağlı apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyətində qalmış 1460,3 kv.m sahəsi olan qeyri yaşayış sahəsində “A” tikilisində yerləşən 196,4 kv.m sahəsi olan 52 saylı talvar, 62,1 kv.m sahəsi olan 44 saylı talvar, 28 kv.m sahəsi olan 42 saylı sahə, 9,7 kv.m sahəsi olan 45 saylı anbar, 8,7 kv.m sahəsi olan 43 saylı anbar, 7,4 kv.m sahəsi olan 19 saylı ticarət sahəsi, 8,4 kv.m sahəsi olan 46 saylı ticarət sahəsi, 9,2 kv.m sahəsi olan 47 saylı ticarət sahəsi, 9,7 kv.m sahəsi 17 saylı ticarət sahəsi və 18 saylı ticarət sahəsi "xxxx" ASC-nin razılıq ərizəsinə əsasən ipoteka hüququ qüvvədə qalmaq şərti ilə 80200 manata X2, bu məbləğin 80.000 manatı "xxxx" ASC-nə 200 manatı İddiaçı ATSC-yə ödənilmişdir.
43. Təqdim edilmiş sübutlardan (alqı-satqı müqaviləsi bağlayarkən təqdim edilmiş ərizələr, müqavilə, çıxarışlar) göründüyü kimi, X14 İddiaçı X23 cəmiyyəti ilə alqı-satqı müqaviləsi bağlayarkən əldə etdiyi qeyri-yaşayış sahələri üzərində bankın ipoteka hüququ saxlanılmış, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən A.Mustafayeva mülkiyyətində olan qeyri-yaşayış sahələrini X7 bağışlamış, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı çıxarışa əsasən X6 Bakı şəhəri, Səbail rayonu, X22 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 200,8 kv.m sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır.
44. Məhkəmə İddiaçı X23 cəmiyyətinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ipoteka hüququ qüvvədə qalması şərti ilə özgəninkiləşdiildiyini nəzərə alaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən yeni mülkiyyətçi ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıdığından X10 mülkiyyətində olan əmlaka tutma yönəldilərək hərrac vasitəsi ilə satışa çıxarılması qanunun tələblərinə zidd olmamışdır.
45. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, Bakı şəhəri, Səbail rayonu, X22 küçəsi, 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin üçüncü şəxs F.Mustafayevin mülkiyyətində olan hissəsinə tutma Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-298/2020 nömrəli qətnaməsi əsasında yönəldilmiş, həmin qətnamə iş materiallarına əlavə edilmiş, X10 qeyd edilən qətnaməni hal-hazıradək mübahisələndirməmişdir.
46. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)- 4462/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı "xxxx" ASC-nin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və üçüncü şəxs X6 apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-4462/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.