Məhkəmə qərarları › İş №2-2(103)-374/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-374/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-374/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndələri X1, Vəkil (vəkil), cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin cavabdeh "Cavabdeh” MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2021 saylı xx.xx.2021-ci il qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "İddiaçı" MMC cavabdeh "Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1 137 531 manat əsas, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 218.669,65 manat cərimə, cəmi, 1.356 200,65 manat borcun və 30 manat dövlət rüsumunun bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqvilə üzrə 20.000 manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, həmçinin, iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, "Cavabdeh” MMC-nin (VÖEN:**********) hesablarına iddia həcmində, yəni 1.356 200,65 manat, bundan əlavə məhkəməyə müraciət edilməsi ilə bağlı olan çəkilən xərclər, vəkillə bağlanan müaqvilə üzrə 20 000 manatın həcmində pul vəsaiti olduqda həbs qoyulması, pul vəsaiti olmadıqda cavabdehin əmlaklarına iddia məbləğinin cəmi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini, eyni zamanda cavabdehin pul vəsaitləri üzərinə həbs qoyulması iddianın təmin tədbirinin cavabdehin daşınar və daşınmaz əmlakları, o cümlədən, əsas vəsaitləri üzərinə həbs qoyulması təmin tədbirləri ilə dəyişdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, Belə ki, məhkəmə cavabdeh təşkilatın fəaliyyət göstərdiyi istehsal fəaliyyətini nəzərə almamışdır. “X5LTD”MMC ölkə ərazisində qida sektorunda işləyən-alkoqolsuz içkilərin iri istehsalçılarındandır. Lakin, məhkəmə tərəfindən cavabdehə məxsus olan və üzərinə həbs qoyulmuş pul vəsaitləri birbaşa istehsal prosesində istifadə edilən və aktiv dövriyyədə olan vəsaitlərdir. Onların üzərinə həbsin qoyulması birbaşa cavabdehin istehsal fəaləiyyətinin iflic olmasına gətirib çıxaracaq. Çünki, xammal tədarükçülərinin ödənişlərinin ödənilməsi birbaşa həmin vəsaitlərdəki bank hesabları üzərindən hərəkətedir. Məhkəmə hazırda sanitar–pendemiya vəziyyətini nəzərə alaraq qida sektonun fəaliyyətinə əngəl yarada biləcək vəziyyətə gətirib çıxarmasının qarşısını almalıdır. Cavabdehin aktiv bank hesabları üzərinə həbsin qoyulması həm kommunal, həm dövlət ödənişlərinin, həm şirkətin dövlət (vergi, gömrük, dsmf) qarşısında olan öhdəliklərinin ödənilməsinə, həmdəişçilərin əmək haqqlarının verilməsində çətinliklər yaradacaq. Əgər iddiaçının niyyəti mübahisəli pul tələbidirsə, niyyət işirkətin vəziyyətini iflic hala gətirmək deyilsə, o zaman həmin tələb həcmində bizə məxsus digər dəyərli əmlaklar üzərinə həbs qoyula bilər. Mülki Prosessual Məcəllənin (“ MPM”) 158.3-cümaddəsində qeyd edilir ki, əmlak üzərinə həbs qoyulması ardıcıllıqla həyata keçirilir. Cavabdehin daşınmaz əmlakı, dəzgahları və istehsalatda istifadə nəzərdə tutulan əsas vəsaitlərinin üzərinə həbsin qoyulması qanunla yolveriləndir. Ona görə də hazırki ərizəyə qoşma şəklində eyni tələb həcmində olan əmlaka dair sənədlər təqdim edilir. Həmin Məcəllənin 161.1-ci maddəsində isə qeyd edilmişdir ki, işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəzedilməsinə yol verilir. Həmin məcəllənin 161.2-ci maddəsinə əsasən iddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəzedilməsi haqqında məsələyə baxmağa mane olmur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndələri isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Məhkəmənin xx.xx.2021-ci il tarixli mübahisələndirilən qərardadından görünür ki, prosessual qanunvericiliyin qeyd olunan normalarına istinadən, məhkəmə, cavabdeh tərəfindən onda olan əmlakın azaldılmasına yönələcək hərəkətlər ola bilməsini və bunun gələcəkdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdehin əmlakı üzərinə “İcra haqqında” qanunun 58.1-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia tələbi həcmində həbs qoyulsun. Birincisi, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 158.1.1 və 158.3-cü maddələri ilə iddianı təmini tədbiri qismində cavabdehə məxsus əmlak üzərinə həbsin qoyulması və həm də hansı ardıcıllıqla həbs qoyulması məsələləri tənzimləndiyi halda, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə hələ yekun məhkəmə qərarı və bununla bağlı icra sənədi mövcud olmadığı halda, “İcra haqqında” Qanunun qeyd olunan 58-ci maddəsinin müddəalarına istinad olunması prosesual hüquq normalarına uyğun hesab oluna bilməz. İkincisi, iddiaçının ərizəsindən göründüyü kimi, iddianı təmin etmə tədbiri qismində iddia tələbi həcmində cavabdehin bank hesablarına həbs qoyulması, pul vəsaiti olmadıqda isə onun əmlaklarına həbs qoyulmasınıməhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq cavabdehin bank hesabında pul vəsaiti mövcud olmadığı təqdirdə, onun digər əmlaklarına həbs qoyulmasında marağı olmuşdur. Lakin iş materiallarından görünür ki, cavabdehin bank hesablarında iddia tələbinin həcminə müvafiq pul vəsaitinə malik olub-olmamasına dair işə subutlar əlavə olunmamış və məhkəmə buna heç bir münasibət bildirməmiş, sonuncunun bank hesabında pul vəsaitinin və ya onun digər əmlaklarının mövcud olub-olmaması araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Cavabdehin hazırkı şikayətindən isə dolayısı ilə belə anlaşılır ki, bank hesabında əmək haqqı və digər məcburi dövlət ödənişləri istisna olmaqla, kifayət qədər pul vəsaiti olmadığından, həbsin qoyulmasını onun digər əmlaklarına, o cümlədən, daşınar və daşınmaz əmlakları üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə buna onun hazırkı şikayətinə MPM-in 269-cu maddəsinin tələbləri qaydasında baxarkən belə diqqət yetirməmişdir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin şikayətinin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, həmin qərardad ləğv edilməli, qeyd olunanlar nəzərə alınmaqla, iddianı təmin etmə tədbiri haqqında ərizəyə yenidən baxılıb qiymət verilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Göstərilənlərə əsasən və MPM-in 363-364, 399, 400, 402-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh "Cavabdeh” MMC-nin şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1201/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş, iddiaçının iddianı təmin etmə tədbirinə dair ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar