Məhkəmə qərarları › İş №2-2(103)-375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-375/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-375/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-841/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından (hakim Aytən Əliyeva) İddiaçı MMC tərəfindən verilmiş şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə yaranmış 10535 manat əsas borc məbləğinin, 5.267 manat məbləğində cərimə dəbbə pulunun, 4.000 manat manat məbləğində əldən çıxmış fayda haqqının, 6.25% məbləğində hesablanmaqla 658 manat məbləğində bank uçot dərəcəsinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin bank və ya digər kredit hesablarındakı pul vəsaiti üzərinə iddia tələbi həddində həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-841/2021 saylı qərardadı ilə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-841/2021 saylı qərardadının ləğv edilərək, iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdi. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-841/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-841/2021 saylı qərardadı xx.xx.2021-ci il tarixdə tərəflərə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmiş, həmin qərardaddan şikayət isə iddia tərəfindən xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə göndərilmişdir. Göründüyü kimi, qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3.-cü maddəsinin tələbini nəzərə almadan şikayətin qaytarılması barədə qərardad qəbul etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2 (113)-841/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-841/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. İş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar