Məhkəmə qərarları › İş №2-2(103)-376/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-376/2025

11.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-376/2025 11.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlakın qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: əmlakın qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlakın qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3200/2024 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 yanvar 2010-cu il tarixdə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti tərəfindən Cavabdeh ASC-yə RA 106-6+L+T+T+L ALV2 CX UV və RA 106-8SW4 çap avadanlığının alınması ilə bağlı təklif göndərilmişdir.

2. İddiaçı MMC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında bağlanmış 12 mart 2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təşkil edir. Avadanlığın dəyəri ******* avro, müqavilənin ümumi dəyəri (ixrac qablaşdırması, Bakıyadək fraxt və sığorta dəyəri, eləcə də quraşdırma, təlimatlandırma və maliyyələşdirmə dəyəri daxil edilməklə) isə 2689457,12 avro təşkil edir. (2.1-2.2-ci bəndlər). Alıcı satıcıya bu müqavilənin imzalanmasından 10 gündən gec olmayaraq bu müqaviləyə 3 nömrəli əlavədə göstərilmiş nümunə əsasında Azərbaycan Beynəlxalq Bankının bank zəmanətini təqdim edir. (3.3-cü bənd) Alıcının personalına bu müqavilə üzrə tədarük olunan avadanlıqda işin öyrədilməsi müddəti 2 həftə- KBA zavodunda bir həftə və alıcıda maşının quraşdırılması zamanı bir həftə təşkil edir. (15.1-ci bənd) Müqavilə İddiaçı MMC-nin direktoru İlqar Bənnayev tərəfindən imzalanmışdır.

3. Cavabdeh ASC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında bağlanmış 12 mart 2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsinə əsasən müqavilənin predmetini RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təşkil edir. Avadanlığın dəyəri ******* avro, müqavilənin ümumi dəyəri (ixrac qablaşdırması, Bakıyadək fraxt və sığorta dəyəri, eləcə də quraşdırma, təlimatlandırma və maliyyələşdirmə dəyəri daxil edilməklə) isə 2689457,12 avro təşkil edir. (2.1-2.2-ci bəndlər). Alıcı satıcıya bu müqavilənin imzalanmasından 10 gündən gec olmayaraq bu müqaviləyə 3 nömrəli əlavədə göstərilmiş nümunə əsasında Azərbaycan Beynəlxalq Bankının bank zəmanətini təqdim edir. (3.3-cü bənd) Alıcının personalına bu müqavilə üzrə tədarük olunan avadanlıqda işin öyrədilməsi müddəti 2 həftə- KBA zavodunda bir həftə və alıcıda maşının quraşdırılması zamanı bir həftə təşkil edir. (15.1-ci bənd) Müqavilə Cavabdeh ASC-nin direktoru İlqar Bənnayev tərəfindən imzalanmışdır.

4. 14 oktyabr 2011-ci il tarixli qəbul sertifikatına əsasən müəyyən olunur ki, 11 oktyabr 2011 - 14 oktyabr 2011-ci il tarixlərdə Cavabdeh ASC-də “Densitometrik/Spektral idarəetmə” təlimi verilmiş, avadanlıq quraşdırılaraq təlimat verilmişdir.

5. 2012-ci il üçün balansdan çıxarış və 2012-ci il üçün əmlak vergisi bəyannaməsinə əsasən müəyyən olunur ki, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkətinin istehsalı olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı 2012-ci ildə Cavabdeh ASC-nin balansına götürülmüşdür.

6. 12 may 2015-ci il tarixli təhvil – təslim aktında aşağıdakılar qeyd olunmuşdur: İddiaçı MMC borcun əvəzi olaraq Almaniyanın “Koenig & Bauer şirkətindən alınmış RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil verdi”. Akt İddiaçı MMC-nin baş direktoru İlqar Bənnayev və Cavabdeh ASC-nin Müşahidə şurasının sədri Abdulla Əsgərov tərəfindən imzalanmışdır.

7. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ilə İddiaçı MMC arasında bağlanmış 04 iyun 2010-cu il tarixli kredit sazişinin 2.1-ci bəndinə əsasən çank 2589457,12 avro dəyərində akkreditiv açmağı öhdəsinə götürmüşdür, 4.1-ci bəndinin məzmunundan görünür ki, qeyd edilmiş kredit sazişinin təminatı olaraq Bankla Cavabdeh ASC arasında 003/10 saylı ipoteka müqaviləsi və 004/10 saylı sonrakı girov müqaviləsi bağlanmışdır, İddiaçı MMC tərəfindən Almaniyadan alınacaq ******* avro dəyərində ofset çap maşını RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı girov qoyulacaqdır.

8. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı” ASC, İddiaçı MMC (borclu), Cavabdeh ASC (girov qoyan) arasında bağlanmış 04 iyun 2010-cü il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Bank arasında bağlanmış 04 iyun 2010-cu il tarixli kredit sazişinə əsasən 2589457,12 avro məbləğində 93 gün müddətinə açılmış akkreditivin və ona hesablanacaq komisyon haqqının, faizlərin təminatı kimi tərəflər bu müqavilədə müəyyən edilmiş əmlakın sonrakı girovla yüklü edilməsi barədə razılığa gəlmişlər, Cavabdeh ASC-yə məxsus 40 adda daşınar əşya girovla yüklü edilmişdir.

9. Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı MMC arasında bağlanmış olan 12 iyun 2015-ci il tarixli, 04 iyun 2010-cu il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı MMC kredit müqaviləsi üzrə 728.382,62 avro məbləğində əsas borcun 30 oktyabr 2015-ci il tarixinədək qeyd edilmiş cədvələ uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür.

10. İş materiallarına əlavə edilmiş 23 oktyabr 2018-ci il tarixli "xxxx" QSC ilə X7 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 0,7143 ha torpaq sahəsi və üzərində olan 118,7 kv.m olan qeyriyaşayış binası Bankla İddiaçı MMC arasında bağlanmış 04 iyun 2010- cu il tarixli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmişdir.

11. "xxxx" QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bankla İddiaçı MMC arasında bağlanmış 04 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə 768019,30 avro məbləğində pulun İddiaçı MMC-dən tutulması, tutmanın X3 mülkiyyətində olan qeyd edilmiş əmlaka yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. "xxxx" QSC ilə X7 arasında bağlanmış 13 mart 2023-cü il tarixli müqavilədən görünür ki, 04 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun 1453023,99 olması, X3 ipoteka ilə yüklü edilmiş əmlakın qiymətinin ******* manat müəyyən edilməsi, həmin əmlakın borc əvəzi "xxxx" QSC-yə verilməsi, əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat pulun X5 qaytarılması barədə tərəflər razılığa gəlmişlər.

13. İş materiallarına əlavə edilmiş "xxxx" QSC (alıcı) ilə X7 (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ipoteka predmeti olan X5 məxsus olan əmlak 1453023,99 manat borcun əvəzi olaraq alıcının mülkiyyətinə keçmiş və qalıq 300.000 manat məbləğində pul X5 verilmişdir. Bundan sonra "xxxx" QSC və X7 ilkin və qarşılıqlı iddialarından imtina edilmiş və Bakı Kommersiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qərardadı ilə, tərəflərin iddiadan imtina etməsi qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir.

14. xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı MMC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə 04 iyun 2010-cu il tarixli kredit müqaviləsi üzrə ödənişlər aparılmışdır.

15. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 18 iyun 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ASC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında bağlanmış 12 mart 2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsinə əsasən alınmış avadanlıq Cavabdeh ASC tərəfindən 2012-ci ildə idxal edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2689457,12 avro dəyərində RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh ASC-nin qanunsuz sahibliyindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, poliqorafiya sahəsində istifadəsi zəruri olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınının əldə olunması məqsədilə İddiaçı MMC mətbəə avadanlıqlarının satışı fəaliyyəti göstərən Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə müraciət etmişdir. Həmin Şirkət RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınına dair alqı-satqı müqaviləsi bağlamağa hazır olduğunu bildirmiş və bank qarantiyası tələb etmişdir. İddiaçı MMC” MMC də bank qarantiyasını almaq üçün “Azərbaycan Beynəlxalq Bank” ASC-yə müraciət etmiş və həmin qarantiyanı alaraq “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə təqdim etmişdir. xx.xx.2010-cu il tarixdə “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkəti və İddiaçı MMC arasında 10010850 №-li alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, müqavilənin predmeti - RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşını, müqavilə predmetinin ümumi dəyəri 2689457,12 avro (2250000 avro avadanlığın dəyəri, 439457,12 avro maliyyələşmə) məbləğində müəyyənləşdirilmişdir. İddiaçı MMC və “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkəti arasında bağlanmış 10010850 №-li, 04 iyun 2010-cu il tarixli müqavilə üzrə əldə olunmuş RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşının dəyəri “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən satıcı “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) Şirkətinə ödənilmişdir. Qlobal East-VVest” MMC və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Nərimanov” Filialı arasında isə 11 №-li, 04 iyun 2010-cu il tarixli kredit sazişi bağlanmışdır. Kredit sazişi üzrə İddiaçı MMC-nin götürdüyü öhdəliklərinin icrasına təminat vermək məqsədilə Cavabdeh ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən 1,58208 ha torpa sahəsi və üzərindəki ümumi sahəsi 6412,1 kv.m. ibarət əmlak komleksi (müəsissə) Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bu barədə tərəflər arasında 04 iyun 2010-cu il tarixdə “Azərbaycan Beynəlxalq Bankı” ASC, Cavabdeh ASC və İddiaçı MMC arasında üçtərəfli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa, 11 №-li, 04 iyun 2010-cu il tarixli kredit sazişi üzrə öhədliklərin icrasının təmini məqsədilə Cavabdeh ASC-yə məxsus daşınar əmlaklar (adları müqavilədə göstərilib) Banka girov qoyulmuş, bu barədə yenə də tərəflər arasında 04 iyun 2010-cu il tarixdə üçtərəfli Sonrakı girov müqaviləsi bağlanmışdır. Mübahisə predmeti olan RA 106- 6+L+T+T+L ALV2 CX UV çap maşının əldə olunması üçün “Azərbaycan Baynəlxalq Bankı” ASC-nin “Nərimanov” Filialı ilə bağladığı 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə öhdəliklər yerinə yetirilmiş, kredit borcunun bir İddiaçı MMC tərəfindən, böyük bir hissəsi isə MMC-nin təsisçisi olan Abdulla Əsgərov tərəfindən, özünə məxsus daşınmaz əmlaklar hesabına ödənilmişdir. Belə ki, “Azərbaycan Baynəlxalq Bankı” ASC-nin “Nərimanov” Filialı və İddiaçı MMC arasında bağlanmış 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə sonuncunun Banka cəmi 768019,30 avro (563589,20 avro əsas borc, 204430,10 avro faiz borcu) yaranmışdır. Sonradan 11 №-li, xx.xx.2010-cu il tarixli Kredit sazişi üzrə İddiaçı MMC-yə qarşı tələb hüququ "xxxx" QSCyə keçmişdir. Həmin borcun ödənilməsinin təminatı olaraq İddiaçı MMC-nin təsisçisi X7, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,7143 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini və digər tikililəri "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, bununla bağlı "xxxx" QSC, ipotekaqoyan X7 və borcalan İddiaçı MMC arasında 23 oktyabr 2018-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. X5 məxsus əmlakların "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olunması barədə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli Reyestrdən çıxarış verilmişdir. Bundan sonra BOKT "xxxx" QSC “X17” MMC və Abdulla Əsgərova qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə “X17” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 563589,20 avro, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 204430,10 avro pulun MMC-dən onun (QSC-nin) xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Abdulla Əsgərova məxsus qeyri-yaşayış sahəsinə yönəldilməsini, bu məqsədlə həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilə biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, qeyri-yaşayış sahəsinin satışdan əldə oluna biləcək pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda isə qalan borcun MMC-nin digər əmaklarına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abdulla Əsgərov da öz növbəsində cavabdehlər “X17” MMC, "xxxx" QSC və Bakı şəhəri 29 saylı Notariat Ofisinə qarşı “əqdlərin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia tələbləri irəli sürmüşdür. Hər iki iddaya dair mülki işə baxılması zamanı ipoteka qoyan Abdulla Əsgərov və "xxxx" QSC arasında “X17” MMC-nin QSC-yə olan borcunun ödənilməsi ilə bağlı 13 mart 2023-cü il tarixdə barışıq müqaviləsi bağlamış, həmin müqavilə Bakı şəhəri 40 saylı Notariat Ofisində təsdiq edilmişdir. Sözügedən barışıq sazişi aşağıdakı şərtlərdən ibarət olmuşdur: 1.1. Bu müqavilə ipoteka saxlayan "xxxx" QSC, ipoteka qoyan Abdulla Əsgərov və borcalan “X17” MMC arasında 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018- ci il tarixdlə 3M-1244 reyestr nömrə ilərəsmilləşdirilmiş ipoteka müqaviləsi üzrə yaranmış borcun əvəzi olaraq Abdulla Əsgərovun mülkiiyyəttində olan ünvan 3 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsi və həmin torpraq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsi və digər tikililərin həmin əmlakın dəyəri ilə borc arasında yaranmış 300000 manat fərq Bank tərəfindən mülkiyyətçiyə ödənilmək şərti ilə daşınmaz əmlakın satılması barədə aşağıdakı kimi razılığa gəlirlər: 2.1. Tərəflər razılığa gəlirlər ki, “X17” MMC-nin "xxxx" QSC-yə olan borcunun xx.xx.2023-cü il tarixə qalığı azərbaycan manatı ekvivalentində 1453023,99 manat məbləğdə təşkil edir və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına və aralarındakı sövdələşməyə əsasən 1.774.000 manata dəyərləndirilmiş ünvan 3 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini və digər tikililəri “X17” MMC-nin borcunun əvəzi olaraq "xxxx" QSC-yə verilsin və "xxxx" QSC tərəfindən əmlakın dəyəri ilə borc arasında yaranmış 300000 manat fərq Abdulla Əsgərova ödənilsin. 2.5. Abdulla Əsgərov "xxxx" QSC tərəfindən 300000 manat pul vəsaitinin ona ödənilməsi şərti ilə mülkiyyətində olan ünvan 3 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri- yaşayış sahəsini və digər tikililəri alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satacağını, "xxxx" QSC isə 300000 manat fərqi Abdulla Əsgərova ödəməyi öhdəsinə götürür. 3. Bu barışıq sazişi 300000 manat məbləğində pul vəsaiti "xxxx" QSC tərəfindən Abdulla Əsgərova ödənildiyi və alqısatqı müqaviləsi bağlandığı andan qüvvəyə minir. “X17” MMC-nin QSC-yə olan borcunun ödənilməsi ilə bağlı Abdulla Əsgərov və "xxxx" QSC arasında bağlanmış həmin müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün Əsgərov Abdulla və "xxxx" QSC arasında xx.xx.2023cü il tarixdə AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə, Abdulla Əsgərov mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 118,7 kv.m olan qeyriyaşayış sahəsini ******* manata "xxxx" QSC-yə satmışdır. Müqavilə üzrə "xxxx" QSC tərəfindən Abdulla Əsgərova ödənilməli olan 1.774.000 manat, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023cü il tarixli 3M-131 reyestr nömrə ilə rəsmilləşdirilmiş müqavilə üzrə və Bakı şəhəri 29 saylı Notariat Ofisi tərəfindən xx.xx.2018-ci il tarixdə 3M-1244 reyestr nömrə ilə rəsmilləşdirilmiş ipoteka müqaviləsi ilə “X17” MMC tərəfindən "xxxx" QSC-yə ödənilməmiş qalan 1.453.023,99 manat məbləğində pulun qarşılığı olaraq Abdulla Əsgərovun mülkiyyətində olan ünvan 3 ünvanda 0,7143 ha torpaq sahəsində yerləşən torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,7 kv.m olan qeyri-yaşayış sahəsini Bankın mülkiyyətinə keçirməsi müqabilində əmlakın dəyəri ilə borc arasında yaranmış 300.000 manat fərq notariusun depozit hesabı vasitəsi ilə Abdulla Əsgərova verilmişdir. Göründüyü kimi “X17” MMC-nin "xxxx" QSC-yə olan kredit borcu Abdulla Əsgərovun ******* qiymətləndirilmiş və kreditin təminatı olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakları hesabına ödənilmişdir. Abdulla Əsgərov və "xxxx" QSC arasında bağlanmış və Bakı şəhəri 40 saylı Notariat Ofisində 3M-131 reyestr nömrə ilə rəsmilləşdirilmiş barışıq sazişi əsasında həm "xxxx" QSC, həm də Abdulla Əsgərov müvafiq olaraq ilk və qarşılıqlı iddialarından imtina etmişlər. Göründüyü kimi, “X17” MMC, “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə bağladığı xx.xx.2010-cu il tarixli kredit sazişinə əsasən aldığı borc hesabına hazırda tərəflər arasında mübahisə predmeti olan RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınını əldə etmişdir. Sonradan isə “X17” MMC-nin həmin kredit sazişi üzrə yaranmış borcu, Abdulla Əsgərova məxsus daşınmaz əmlaklar hesabına ödənilmişdir. 2010-cu ildə 2689457,12 avro dəyərində EAST-VVEST” MMC tərəfindən əldə “edilmiş və mülkiyyət hüququ ilə MMC-yə məxsus olan sözügedənən avadanlıq Cavabdeh ASC tərəfindən geri qaytarılmamış, əksinə, bu günədək Cavabdeh ASC tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. Hazırda da həmin çap maşını Cavabdeh ASC-yə aid, ünvan 2 ünvanda yerləşən mətbəədə cavabdeh tərəfindən istifadə edilməkdədir.

18. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, X10 19 avqust 2005-ci il tarixdən 21 oktyabr 2015-ci il tarixə kimi Cavabdeh ASC-nin direktoru işləmişdir. Eyni zamanda İ.T.Bənnayev 24 noyabr 2009-cu il tarixdən “X17” MMC-də direktor müavini işləmiş, sonradan isə direktoru olmuşdur. Cavabdeh ASC mətbəə işi ilə məşğul olduğundan 2010cu ildə yeni avadanlıq alınmasına zərurət yaranmış, 12 mart 2010-cu il tarixdə RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına dair Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti ilə razılıq əldə olunaraq həmin tarixdə alqı – satqı müqaviləsi bağlanmışdır. Lakin sonradan İ.T.Bənnayev reallıqda Cavabdeh ASC üçün alınan avadanlığın rəsmləşdirilməsini özünün direktor müavini olduğu, əslində sənədləri direktor kimi imzaladığı “X17” MMC adından aparmışdır. Baxmayaraq ki, nə həmin dövr, nə də sonrakı dövrlərdə “X17” MMC heç vaxt mətbəə işi ilə məşğul olmamışdır. “X17” MMC-yə aid 24 noyabr 2009-cu il tarixli dövlət reyestrindən çıxarışdan da görünür ki, qanuni təmsilçi X8r. Nizamnaməyə əsasən də qanuni təmsilçilik funksiyasını direktor həyata keçirir, əqdlərin bağlanması da onun səlahiyyətindədir. Bundan başqa 24 fevral 2015-ci il tarixdən İ.T.Bənnayev “X17” MMC-nin qanuni təmsilçisi kimi çıxış etmiş və 12 iyun 2015-ci il tarixdə Cavabdeh ASC-nin Müşahidə Şurasının sədri Abdulla Əsgərovla akt tərtib olunmuş, həmin akta əsasən çap avadanlığı və ona aid sənədlər borcun əvəzi olaraq “X17” MMC-dən Cavabdeh ASC-nin mülkiyyətinə təhvil verilmişdir. Bundan başqa 14 oktyabr 2011-ci il tarixli “Avadanlığın spektral ölçmə və idarəetmə sisteminin qəbul aktı” da Cavabdeh ASC-yə aiddir və həmin dövrdə İ.T.Bənnayev tərəfindən təsdiq edilmişdir. Kredit sazişi üzrə bütün ödənişlər Cavabdeh ASC tərəfindən aparılsa da, İ.T.Bənnayev hər 2 şirkətdə rəhbər şəxs olmasından sui – istifadə edərək bütün ödənişləri düşünülmüş şəkildə “X17” MMC-nin adından rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə və sonrakı dövrlərdə “X17” MMC-nin belə bir maliyyə dövriyyəsi olmamışdır. Belə ki, 11 may 2010-cu il tarixdə 8000 manat, 18 iyun 2010-cu il tarixdə 5236 manat, 15 fevral 2011-ci il tarixdə 29513 manat, 30 iyun 2011-ci il tarixdə 22400 manat, 27 sentyabr 2011-ci il tarixdə 14080 manat, 23 oktyabr 2012-ci il tarixdə 42280 manat, 06 mart 2013-cü il tarixdə 344587 manat, 12 iyun 2013-cü il tarixdə 14590 manat, 28 iyun 2013-cü il tarixdə 7302 manat, 23 avqust 2013-cü il tarixdə 422000 manat, 13 mart 2014-cü il tarixdə 463078 manat və 15 oktyabr 2015-ci il tarixdə 82920 avro “X17” MMC-yə məxsus pul vəsaitləri “X17” MMC-nin adından rəsmiləşdirilmişdir.

19. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 3200/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq İddiaçınə verilməsi qət edilmişdir.

20. Qətnamə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin həlli üçün qeyd edilmiş mübahisəli çap avadanlığının kimə məxsus olması müəyyən edilməlidir. Bunun üçün də, tərəflərin təqdim etdikləri sübutlar müqayisəli şəkildə tədqiq edilməlidir. İddiaçı tərəf çap avadanlığının pulunun məhz Azərbaycan Beynəlxalq Bankı ASC-nin akkreditivi üzrə ödənildiyini, qeyd edilmiş kredit sazişi üzrə bütün ödənişlərin İddiaçı MMC tərəfindən ödənildiyini bildirir. İş materiallarında Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə iki eyni məzmunlu, eyni tarixli müqavilə həm İddiaçı MMC ilə, həm də Cavabdeh ASC ilə mövcuddur. Ona görə də, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə bağlanmış olan alqı-satqı müqaviləsinin predmetini təşkil edən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının pulunun kim tərəfindən verilməsi müəyyən edilməlidir. İddiaçı tərəf Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağlanmış xx.xx.2010-cü il tarixli kredit sazişi üzrə açılmış akkreditivə istinad edərək, pulun həmin kredit sazişi üzrə Bank tərəfindən “Koenig & Bauer AG şirkətinə köçürüldüyünə və kredit sazişi üzrə də, bütün ödənişlərin İddiaçı MMC tərəfindən ödənilməsinə istinad edir. Cavabdeh tərəf isə, pulun “Koenig & Bauer AG şirkətinə Cavabdeh ASC tərəfindən ödənilməsi və yaxud köçürülməsi barədə sənədi məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı MMC arasında bağlanmış kredit sazişinin 4.1-ci bəndinin məzmunundan da göründüyü kimi bank tərəfindən pul məhz İddiaçı MMC tərəfindən Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkətindən RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınması üçün ayrılmışdır. Qeyd olunan hal isə, o nəticəyə gəlmək üçün əsas verir ki, həqiqətən də, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG Şirkətinə pul məhz İddiaçı MMC-yə Bank tərəfindən ayrılmış akkreditiv hesabına ödənilmişdir. Belə ki, sonradan Bank İddiaçı MMC-dən qeyd edilmiş müqavilə üzrə pulun qaytarılmasını məhkəmə qaydasında tələb etmişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, çap avadanlığının alınmasına sərf olunmuş vəsait məhz İddiaçı MMC-yə aid olmuşdur. Bundan başqa cavabdeh tərəf çap avadanlığının ilk gündən Cavabdeh ASC-yə məxsus olduğunu qeyd etsə də, "xxxx" ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş 12 iyun 2015-ci il tarixli akta istinad edərək avadanlığın borcun əvəzi olaraq İddiaçı MMC tərəfindən, Cavabdeh ASC-yə təhvil verildiyini bildirir. Qeyd edilmiş aktdan görünür ki, İddiaçı MMC borcun əvəzi olaraq Almaniyanın “Koenig & Bauer şirkətindən alınmış RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil verdi”. İddiaçı tərəf isə buna etiraz edərək, tərəflər arasında ümumiyyətlə hər hansı bir borc münasibətlərinin olmadığını, qeyd edilmiş əqdin əhəmiyyətsiz olduğunu bildirir. Məhkəmə hazırlıq iclasında Cavabdeh ASC-nin nümayəndəsindən tərəflər arasında hər hansı bir borc münasibətlərinin olub-olmaması soruşulmuş, cavabdeh tərəf “məlumatlı deyiləm” məzmunlu cavab vermişdir. Ancaq sonrakı iclaslarda belə, tərəflər arasında hər hansı bir borc münasibətlərinin mövcud olmasına dair sənədi təqdim edə bilməmişdir. Cavabdehin etirazının akta istinad etməsi barədə dəlili belə, cavabdehin birinci dəlili olan avadanlığın onlara aid olması halını da təkzib etmiş olur. Ona görə də, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 12 iyun 2015-ci il tarixli akt özü-özlüyündə etibarsız olmaqla, uydurma bir əqddir. Belə ki, qeyd edilmiş aktda tərəflər arasında borc münasibətlərinin olmasına istinad edilsə də, tərəflər arasında ümumiyyətlə borc münasibəti olmamışdır. X7 İddiaçı MMC-nin təsisçisi və payçısıdır. Çap avadanlığının alınması ilə bağlı bağlanmış kredit sazişi üzrə qalıq 728382,62 avro məbləğində pul məhz İddiaçı MMC-nin təsisçisi olan X3 əmlakı hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən Türkiyə Respublikasından göndərilən ərizədən görünür ki, o, 04 iyun 2010-cu il tarixli kredit sazişi üzrə bütün məbləğin onun şəxsi vəsaiti və əmlakları vasitəsi ilə, İddiaçı MMC-nin adından edildiyini bildirmişdir. Eyni məzmunlu ərizə həmçinin, İddiaçı MMC-nin direktoru X10 tərəfindən də göndərilmişdir. Cavabeh tərəf də, bank hesabından çıxarışlar təqdim edərək, 04 iyun 2010-cu il tarixli kredit sazişi üzrə pulların Cavabdeh ASC-nin bank hesabından nağd qaydada çıxarılaraq, Bənnayev İlqara verildiyini, sonuncunun isə götürüdüyü pulları kredit sazişi üzrə ödənildiyini və İddiaçı MMC-nin özünün ödəməyə maliyyə vəsaitinin olmadığı qeyd edir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı ASC-yə aid hesabdan çıaxrışlardan görünür ki, müştəri kimi İddiaçı MMC göstərilmişdir və ödəniş edildiyi tarixlərdə “əməliyyatın təsviri” qrafasında İddiaçı MMC-nin adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, İddiaçı MMC ilə Bank arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə, xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2011-ci il tarixli, xx.xx.2012-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, müştərinin adı məhz İddiaçı MMC qeyd edilmişdir. Bundan başqa da, qeyd edilmiş ödəniş qəbzlərinin tarixi, cavabdeh tərəfindən təqdim edilən hesabdan çıxarışlardakı nağd pulun götürülməsi ilə bağlı tarixlər müqayisə edildikdə, görünür ki, nağd pulun verilməsi ilə, borcun ödənilməsi ilə bağlı tarixlər üst-üstə düşməməklə yanaşı, kifayət qədər aralı tarixlərdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh tərəfin bildirdiyi kredit sazişi üzrə pulun məhz Cavabdeh ASC-nin pulu ilə ödənilməsi və pulun da, Bənnayev İlqarın Cavabdeh ASC-dən nağd qaydada götürərək ödəməsi dəlili inandırıcı deyildir. Belə ki,cavabdeh tərəf ancaq bu fikirləri səsləndirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlar isə bu nəticəyə gəlmək üçün əsas verir ki, RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığın alınmasına sərf olunmuş 2689457,12 avro məbləğində vəsait məhz İddiaçı MMC tərəfindən ödənilmişdir və qeyd edilmiş avadanlıq ona məxsusdur. Hal-hazırda isə, qeyd olunan avadanlıq hər hansı bir qanuni əsas olmadan cavabdehdədir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Müliki Məcəlləsinin 152.1, 157.2, 337, 340-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlillərinə görə, əvvəla, məhkəmənin baxış iclası cəmi1 dəfə (xx.xx.2024) keçirilmişdir, həmin iclasda da qətnamə qəbul edilmişdir. Cavabdeh hüquqi şəxsin yeganə hüquqşünas işçisi məhkəmənin bütün hazırlıq iclaslarında iştirak etmiş, məhkəmə baxışında iştirakı üzrlü səbəbdən mümkün olmadığından, bununla əlaqədar şirkətin qanuni təmsilçisi (baş direktor) adından məhkəməyə rəsmi məlumat verilmiş, iclasın təxirə salınması xahiş edilmişdir. Göründüyü kimi, işə baxan məhkəmə çəkişmə prinsipini pozmuşdur. İddiaçı avadanlığın geri tələbi haqqında iddiasını, əsasən bu cür əsaslandırmışdır ki, o, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti ilə xx.xx.2010-cu il tarixli,10010850 saylı alqı-satqı müqaviləsi bağlamışdır və həmin müqaviləyə, eləcə də iş materiallarına əlavə edilmiş kredit, ipoteka, girov müqavilələrinə istinad edərək, çap avadanlığının pulunun məhz “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin akkreditivi üzrə ödənildiyini, qeyd edilmiş kredit sazişi üzrə bütün ödənişlərin İddiaçı MMC tərəfindən ödənildiyini bildirir. Bu xüsusda qeyd edilməlidir ki, çap avadanlığını 2010-cu ildə aldığını iddia edənin həmin avadanlığın geri qaytarılması haqqında 2024-cü ildə, yəni 14 il sonra məhkəmədə iddia qaldırması, bu illər ərzində bircə dəfə də olsun pretenziya irəli sürməməsi və bununla bağlı hər hansı sübut təqdim edə bilməməsi, iddiaçının mülki hüquq subyekti olaraq vicdanlı olmadığının (nəzərə almaq lazımdır ki, iddiaçının tələbləri işin həqiqi halları ilə uyğun gəlmir, həmçinin tərəfimizdən təqdim edilən mötəbər sübutlarla tam şəkildə təkzib olunur) əyani göstərcisidir. Məhkəmə öz qətnaməsində (29-cu bənd) aydın şəkildə göstərir ki, iş materiallarında Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə iki eyni məzmunlu, eyni tarixli müqavilə həm İddiaçı MMC ilə, həm də Cavabdeh ASC ilə mövcuddur. Bu fakt isə, iddiaçının sözügedən müqaviləyə istinad etməsinin hər hansı sübuti əhəmiyyətinin olmadığını göstərir. Əksinə, həmin müqavilənin, eyni zamanda illər öncə “105” çap avadanlığının alqı-satqısı ilə bağlı “Koenig & Bauer AG” şirkəti ilə Cavabdeh ASC arasında bağlanmış müqavilənin mövcudluğu, bundan əlavə, mübahisə predmeti olan RA106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının satıcı alman şirkəti tərəfindən birbaşa Cavabdeh ASC-yə təhvil verilməsi kimi konkret hüquqi faktlar, çap avadanlığının iddiaçıya mənsub olması kimi əsassız bir iddianı təkzib edir, avadanlığın tam mülkiyyət hüququ ilə cavabdehə məxsus olduğunu deməyə əsas verir. Qətnamədən (30-cu bənd) də göründüyü kimi, məhkəmə işin qanuni və ədalətli həlli üçün, məcbur qalaraq, digər tərəfdən isə haqlı olaraq Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə bağlanmış olan alqı-satqı müqaviləsinin predmetini təşkil edən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının pulunun kim tərəfindən verilməsi halını müəyyən etməli olmuşdur. Lakin, çox təəssüf ki, məhkəmə yanlış qənaətə gəlmiş, təqdim edilmiş bilavasitə və dolayı sübutları düzgün təhlil etməmiş, lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə, işin əsl mahiyyəti üzrə ədaləti məhkəmə araşdırması aparmadan, iddiaçının təqdim etdiyi bankla bağlı müqavilələr və ödəniş qəbzləri ilə kifayətlənərək, avadanlığın pulunun iddiaçı tərəfindən ödənildiyi qənaətinə gəlmişdir. Avadanlığının pulunun kim tərəfindən verilməsi halının dəqiq müəyyən edilməsindən ötrü cavabdeh tərəfindən yazılı qaydada xx.xx.2024-cü il tarixli təqdim edilmiş əsaslı vəsatət (iddiaçının 2010-2015-ci illər üzrə maliyyə hesabatlarının (vergi hesabatlarının) məhkəməyə təqdim edilməsi haqqında) əsassız olaraq təmin edilməmişdir. Belə ki, cavabdeh, ilk olaraq iddiaya etirazında aşkar surətdə bildirmişdir ki, X10 reallıqda Cavabdeh ASC-nin fəaliyyəti üçün ASC tərəfindən alınan 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının rəsmiləşdirilməsini özünün direktor müavini olduğu, əslində isə sənədləri direktor kimi imzaladığı İddiaçı MMC adından aparmış, yuxarıda təsvir edilən müqavilə ilə birəbir eyni olan müqaviləni, əlaqəli bütün yazışmaları, kredit, akkreditiv və sair müqavilələri İddiaçı MMC adından etmişdir. Baxmayaraq ki, nə həmin dövr, nə də ki sonrakı dövrlərdə heç zaman İddiaçı MMC mətbəə işi ilə məşğul olmamış və mətbəə avadanlığına hər hansı bir aidiyyəti olmamışdır. X10 özünün Cavabdeh ASC-də direktor vəzifəsində, yəni formal olaraq təsis edilmiş, heç bir mətbəə fəaliyyəti olmayan İddiaçı MMC adlı şirkətdə faktiki olaraq direktor vəzifəsində olmasından sui-istifadə edərək, xx.xx.2010-cu il tarixində “Koenig & Bauer” şirkəti ilə RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının alınmasına dair alqı-satqı müqaviləsini əvvəl Cavabdeh ASC direktoru kimi, sonra isə "xxxx" MMC-nin direktoru kimi imzalamış və həmin sənədə "xxxx" MMC-nin möhürü vurulmuşdur. Həriki şirkətdə rəhbər şəxs olması və müvafiq sənədləri özünün rəsmiləşdirməsi səbəbindən özlüyündə cinayət tərkibi yaradan bu kimi əməllərin baş verməsi faktı uzun illər gizlədilmişdir. Kreditin götürülməsindən əvvəl və kreditin ödənilməsi üzrə bütün ödənişlər faktiki olaraq Cavabdeh ASC tərəfindən edilmişdir. X2 hər iki şirkətdə rəhbər şəxs olmasından sui-istifadə edərək bütün ödənişləri düşünülmüş şəkildə Cavabdeh ASC adından deyil, "xxxx" MMC adından rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə və ondan sonrakı dövrlərdə İddiaçı MMC-nin belə bir maliyyə dövriyyəsi olmamışdır. Ümumiyyətlə, İddiaçı MMC adlı şirkətin maliyyə vəsaiti olmamış, hər hansı bir avadanlıq alınması üçün zərurəti olmamış, sifarişləri olmamış və RA106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığı istismar edəcək işçiləri (mütəxəssisləri) olmamışdır. Bütün bu qeyd olunanlar İddiaçı MMC-nin bütün dövr ərzində mövcud olmuş aktiv müqavilələri, işçi sayı, maliyyə dövriyyəsi, aktiv və passivlərin təhlili ilə öz təsdiqini tapır. Cavabdeh ASC-yə məxsuspul vəsaitləri Azərbaycan Beynəlxalq X1 tərəfindən hər iki şirkətdə rəhbər şəxs olmasından sui-istifadə edilməklə "xxxx" MMC-nin adından rəsmiləşdirilmişdir və həmin sənədlərin (mədaxil qəbzlərinin) əsilləri hal-hazırda da Cavabdeh ASC-dədir. Bundan əlavə, cavabdehin müvafq dövrü əks etdirən və məhkəməyə sübut qismində təqdim edilən bank hesablarından çıxarış sənədlərindən də görünür ki, İlqar Bənnayevin öz adına şəxsən olanlar da daxil olmaqla, külli miqdarda pul vəsaitləri CavabdehASC-nin bank hesablarından məxaric edilmişdir. Birinci instansiya məhkəməsində vəsatət verilmişdir ki, ödəniş məsələsi ilə yanaşı, mülahizədə iddiaçı avadanlığın gömrük rəsmiləşdirilməsinin onun adına aparıldığını (bunu təsdiq edən heç bir sübut yoxdur), avadanlığın hüquqi şəxs kimi onun balansında olmasını (avadanlığın müvafiq akt əsasında cavabdehə verilməsinə münasibət bildirərkən) bildirmişdir. Həqiqətən də avadanlıq iddiaçının adına rəsmiləşdirilib və balansında olmuşdursa, bu, iddiaçının mühasibat uçotunda aktivləri, bankdan götürülən kredit borcu isə öhdəlikləri sırasında göstərilməli idi. Bundan əlavə, iddiaçının sözügedən ödənişləri öz hesabına icra etməsi, həmin ödənişlərin mənbəyi, aktiv sahibkarlıq fəaliyyəti olmuşdursa pul dövriyyəsi, gəliri, mal-material alışı, digər avadanlıqları, əmlakları, işçiləri haqqında məlumatları, əməkhaqqı xərcləri, sözügedən avadanlığa görə əmlak vergisi, eləcədə digər vergi və məcburi ödənişləri və s. illik və maliyyə (vergi) hesabatlarında öz əksini tapmalı idi. Odur ki, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması və düzgün hüquqi qiymətləndirilməsi baxımından qeyd olunan məlumatların əldə edilməsi zəruri və qaçılmazdır. Buna görə də məhkəmədən İddiaçı MMC-nin 2010-cu ilin 01 yanvar tarixindən 2016-cı ilin 01 yanvar tarixinədək olan dövrü əhatə edən illik və maliyyə (vergi) hesabatlarının təqdim edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu verilməsi xahiş olunsa da, bu qanuni və əsaslı vəsatəti təmin etməmiş, şifahi olaraq bildirmişdir: “bəllidir ki, İddiaçı MMC-nin aktivləri mövcud deyildir”. Bu isə hakimin ədalətsiz mühakimə etməsinin bariz nümunəsidir. Cavabdeh tərəfindən məhkəməyə Cavabdeh ASC ilə İddiaçı MMC arasında tərtib edilmiş12 iyun 2015-ci il tarixli akt təqdim edilmişdir. Qeyd edilən aktdan görünür ki, İddiaçı MMC borcun əvəzi olaraq Almaniyanın “Koenig & Bauer”şirkətindən alınmış RA 106- 6+L+T+T+L ALV2 CX UV çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil vermişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli akt özü-özlüyündə etibarsız olmaqla, uydurma bir əqddir. Belə ki, qeyd edilmiş aktda tərəflər arasında borc münasibətlərinin olmasına istinad edilsə də, tərəflər arasında ümumiyyətlə borc münasibəti olmamışdır. Məhkəmənin aktla bağlı hüquqi mövqeyi tamamilə qanunsuz və əsassızdır. Belə ki, müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Sözügedən aktı mötəbər sübut kimi qəbul etməyən və onun etibarsızlığını (əhəmiyyətsizliyini) iddia edən tərəf (İddiaçı MMC), 2015-ci ildə həmin aktda “təhvil verən” kimi çıxış edir, aktı imzalayan səlahiyyətli şəxs isə, o zaman və hazırda qanuni təmsilçi olan və iddiaçını məhkəmədə təmsiledən nümayəndəyə etibarnamə verən İlqar Bənnayevdir. Yəni, qeyd olunanlardan da göründüyü kimi, 2015-ci ildə avadanlığın təhvili ilə bağlı iradə ifadəsini və hüquqi niyyətini əks etdirərək aktı imzlayan və möhürlə təsdiqləyən şəxs, üstündən 9 il keçdikdən sonra, 2024-cü ildə həmin aktdan məlumatsız olduğunu və aktın etibarlı olmadığını bəyan edir. Digər tərəfdən, Cavabdeh ASC adından təhvil alan qismində həmin aktı imzalayan şəxs həm o zaman, həm də indi "xxxx" MMCnin təsisçisi (iddiaçı hüquqi şəxsin ali idarəetmə orqanı olan ümumi yığıncağında təmsil olunan və qərar verən şəxs) X6r. Bu keçən 9 il ərzində həmin akt tərəflərdən hər hansı biri tərəfindən, xüsusən də hazırki iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmiş, əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranmamış, etibarsızlığın (əhəmiyyətsizliyin) təsbiti üçün məhkəmədə iddia qaldırılmamışdır. Belə olan halda isə iddiaçının məhkəmə iclası zamanıcavabdeh tərəfindən təqdim edilən akta etibarsız adı ilə yanaşması, sui-istifadə halı olmaqla vicdanlılıq prinsipinə ziddir. Məhkəmənin hər hansı bir qanuni qüvvədə olan məhkəmə aktı olmadan özbaşına olaraq qanuni aktı əhəmiyyətsiz əqd sayması, iddia tələbinin əsaslanmadığı bir əqd üzrə araşdırma aparmağa çalışması, aktın məzmununa varmağa çalışması və borcun nədən ibarət olduğunu müəyyən etməyə cəhd göstərməsi kimi davranışları, iddia tələbindən kənara çıxmaqla məhkəmə icraatına dair vəzifəsinin aşılmasıdır. Belə ki, məhkəmə yalnız müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində əqdin etibarlı olub-olmadığını təsbit edə bilər. Hazırki iş üzrə isə iddiaçının iddia tələbinin məhkəmənin əhəmiyyətsiz hesab etdiyi əqdlə (aktla) hər hansı bağlılığı yoxdur, avadanlığın geri tələbinə dair (olmayan) subyektiv hüququ həmin əqdə (akta) bağlı deyil. İşə baxan məhkəmə, iş üzrə faktiki halları ümumiyyətlə araşdırmamışdır. Ümumiyyətlə "xxxx" MMC adlı şirkətin maliyyə vəsaitinın olmaması, hər hansı bir avadanlıq alınması üçün zərurəti olmaması, sifarişlərinın olmaması və RA 106- 6+L+T+T+LALV2 CX UV çap avadanlığı istismar edəcək işçilərinin (mütəxəssislərinin) olmaması, balansında belə bir avadanlığın olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz iddianın əsaslandığı xüsusatlarla eynilik təşkil edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

26. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

28. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il Qərar: “Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur.”

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməli, iddia təmin olunmamalıdır.

34. Tələbin mahiyyətini əmlakın qanunsuz sahiblikdən alınaraq geri qaytarılması təşkil etdiyindən işin halları hüquqi əsas olaraq Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri baxımından araşdırılmalıdır. Həmin normanın məzmununa görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi üçün məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiası (lat. vimdecere– sözündəndir və zor tətbiq edəcəyini elan etmək mənasını verir) mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədən kənar tələbidir. Mülkiyyətçinin vindikasiya iddiası ona görə müqavilədənkənar iddia hesab edilir ki, onun mülkiyyət hüququ, tələb olunan əmlakla bağlı onunla müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs tərəfindən pozulur.

36. Beləliklə hazırda irəli sürülmüş iddianın bu hüquqi əsasla təmin olunması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - əmlak cavabdehin sahibliyində olmalıdır; - cavabdehin əmlak üzərində sahibliyi qanunsuz olmalıdır.

37. 2-ci şərtin (əmlak cavabdehin sahibliyində olmalıdır) mövcudluğu işin mübahisələndirilməyən halıdır, yəni, əmlak cavabdehin sahibliyindədir.

38. Mübahisənin əsasını da məhz 1-ci və 3-cü şərtlər, yəni, əmlakın mülkiyyətçisinin iddiaçı və ya cavabdeh olması və cavabdehin əmlak üzərində sahibliyi qanunsuz olub – olmaması təşkil edir.

39. Mübahisə predmeti olan daşınar əmlak alqı – satqı müqaviləsi əsasında əldə edilmişdir. Alqı – satqı müqaviləsinin anlayışını özündə əks etdirən Mülki Məcəllənin 567ci maddəsinə əsasən bu müqaviləyə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur.

41. Hüquq nəzəriyyəsində bu təsnifat müqavilənin bağlanmış hesab edilməsi anına görə müəyyənləşdirilir. Belə ki, konsensual müqavilələrdə tərəflər müqavilənin şərtləri barədə tam razılığa gəldikdə müqavilə bağlanmış hesab olunur, real müqavilərdə isə tərəflərin razılığa gəlməsi kifayət deyil, bunun üçün tərəflər müəyyən hərəkətləri də yerinə yetirməlidir. Başqa formada ifadə etsək, konsensual müqavilələrdə müqavilənin bağlanma anı ilə icra olunma anı üst – üstə düşür, real müqavilələrdə isə müqavilə bağlanılır, tərəflərin öhdəlikləri yaranır və bu öhdəliklər yerinə yetirildiyi vaxt müqavilə icra olunmuş hesab edilir.

42. Mülki Məcəllədə alqı – satqı müqaviləsinə verilən anlayışa əsasən qeyd edilməlidir ki, müqavilənin icrasının başa çatması üçün aşağıdakı öhdəliklər icra olunmalıdır: - satıcı əşyanı alıcının mülkiyyətinə verməlidir; - alıcı əşyanı qəbul etməlidir; - müəyyənləşdirilmiş pul məbləği (qiyməti) ödənilməlidir.

42. İddiaçının əsaslandığı hallar ondan ibarətdir ki, müaqavilə alıcı ilə onun arasında bağlanmışdır, əmlakın dəyəri bank tərəfindən ödənilmişdir, ödənilən pul vəsaitinin qaytarılması ilə bağlı öhdəliyin bank qarşısında üzərinə götürən tərəf odur, banka ödənilən pul vəsaiti onun tərəfindən ödənilmişdir, ödənilməyən pul vəsaitinin qaytarılması ilə bağlı bank tərəfindən iddiaçıya qarşı tələb irəli sürülmüşdür və həmin tələb iddiaçı hüquqi şəxsin təsisçisinin əmlakı hesabına təmin edilmişdir.

43. Banka aparılan ödənişlərin iddiaçı tərəfindən aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir, bu hissədə mübahisələndirilən xüsusat ondan ibarətdir ki, cavabdeh həmin məbləğin onun vəsaiti hesabına ödənilməsini iddia edir. Lakin mübahisələndirilən bu xüsusat hazırkı mübahisə üzrə əhəmiyyət kəsb etmir, belə ki, mübahisənin mahiyyəti əmlakın qaytarılması ilə bağlıdır.

44. Müəyyən olunur ki, satıcı - Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG” şirkəti ilə həm İddiaçı MMC, həm də Cavabdeh ASC ilə bağlanmış eyni məzmunlu, eyni şəxs tərəfindən bağlanmış müqavilələr mövcuddur. Buna görə də hazırkı situasiyada müqavilələrin şərtləri istiqamətindən hər hansı bir nəticəyə gəlinməsi mümkün deyildir və müqavilə üzrə öhdəliklərin hansı hüquqi şəxsə münasibətdə icra olunması araşdırılmalıdır.

45. Alıcı ilə tərəflərin hər ikisi arasında müqavilə imzalansa da, iş materiallarından müəyyən olunur ki, alıcı tərəfindən RA 106-6+L+T+T+L ALV2 CX UV və RA 106-8SW4 çap avadanlığının alınması ilə bağlı təklif 12 yanvar 2010-cu il tarixdə məhz Cavabdeh ASC-yə göndərilmiş, avadanlıq iddiaçı ilə bağlanmış müqaviləyə əsasən deyil, Cavabdeh ASC ilə Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG (Кениг и Бауэр АГ) şirkəti arasında bağlanmış 12 mart 2010-cu il tarixli, 10010850 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən 2012-ci ildə idxal edilmiş (Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 18 iyun 2025-ci il tarixli məktubu), 11 oktyabr 2011 - 14 oktyabr 2011-ci il tarixlərdə Cavabdeh ASC-də “Densitometrik/Spektral idarəetmə” təlimi verilmiş, avadanlıq quraşdırılaraq sonuncuya təhvi verilmiş (14 oktyabr 2011-ci il tarixli qəbul sertifikatı) və 2012-ci ildə Cavabdeh ASC-nin balansına götürülmüşdür. Qeyd olunan hallar iddiaçıya münasibətdə mövcud deyildir.

46. Beləliklə, 45-ci bənddə göstərilən hallar onu təsdiq edir ki, alqı – satqı müqaviləsi üzrə öhdəliklərin icrası məhz cavabdehə münasibətdə həyata keçirilmişdir, yəni, satıcı - Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG” şirkəti avadanlığı alıcı Cavabdeh ASC-nin mülkiyyətinə vermiş və sonuncu əşyanı qəbul etmişdir.

47. Hazırkı mübahisənin mahiyyəti müqavilənin etibarsızlığı ilə bağlı olmasa belə, hər 2 tərəflə bağlanmış müqavilələr mövcud olduğundan məhkəmə kollegiyası bu müqavilələrə qiymət verərək qeyd edir ki, 28 və 29-cu bəndlərdə qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş mövqe də ondan ibarətdir ki, iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Hazırkı işin halları da ondan ibarətdir ki, müqaviləyə qədərki danışıqlar cavabdehlə aparılmış (alıcı tərəfindən RA 106-6+L+T+T+L ALV2 CX UV və RA 106-8SW4 çap avadanlığının alınması ilə bağlı təklif 12 yanvar 2010-cu il tarixdə məhz Cavabdeh ASC-yə göndərilmişdir), əmlak Cavabdeh ASC-yə təhvil verilmiş, onun tərəfindən qəbul edilmişdir və bütün hallarda bu proseslərə İddiaçı MMC tərəfindən etiraz edilməmiş, pretenziya irəli sürülməmişdir.

48. Qeyd olunduğu kimi alqı – satqı müqaviləsinin icrasının başa çatması üçün 2 şərt (satıcı əşyanı alıcının mülkiyyətinə verməlidir, alıcı əşyanı qəbul etməlidir) cavabdehə münasibətdə yerinə yetirilmişdir, 3-cü şərt (müəyyənləşdirilmiş pul məbləği (qiyməti) ödənilməlidir) iddiada istinad olunan əsas haldır və birinci instansiya məhkəməsi də məhz bu hala istinad edərək iddianın təmin olunması ilə bağlı nəticəyə gəlmişdir.

49. Birinci instansiya məhkəməsi qiymətləndirmə apararkən digər şərtlərə əhəmiyyət verməyərək qeyd etmişdir ki, “... göründüyü kimi, iş materiallarında Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə iki eyni məzmunlu, eyni tarixli müqavilə həm "xxxx" MMC ilə, həm də Cavabdeh ASC ilə mövcuddur. Ona görə də, Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG şirkəti ilə bağlanmış olan alqısatqı müqaviləsinin predmetini təşkil edən RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığının pulunun kim tərəfindən verilməsi müəyyən edilməlidir.” (qətnamənin 29-30cu bəndləri).

50. Yuxarıda qeyd olunduğu kimi banka aparılan ödənişlərin iddiaçı tərəfindən aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. Ödənişlərin iddiaçı tərəfindən aparılması hazırkı mübahisə baxımından o halda əhəmiyyət kəsb edə bilərdi ki, bu ödənişlər alıcıya ödənilsin, yəni, alqı – satqı müqaviləsinin icrasının bu şərti alıcıya münasibətdə həyata keçirilsin. Lakin işin halları ilə təsdiq olunur ki, avadanlığın dəyəri satıcıya bank tərəfindən ödənilmişdir, yəni, iddiaçı ilə alıcı arasında ödəniş aparılması ilə bağlı birbaşa hər hansı bir proses həyata keçirilməmişdir ki, məhkəmə kollegiyası bu halı müqavilə üzrə alıcı qarşısında götürülmüş öhdəliyin iddiaçı tərəfindən həyata keçirilməsi qiymətləndirsin. Alıcının marağı avadanlığın dəyərinin ödənilməsi ilə bağlı olmuş və bu pul vəsaitinin ödənilməsi bank tərəfindən həyata keçirilmişdir.

51. Məhkəmə kollegiyası işin hallarının şərh edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, mübahisə predmeti olan əmlaka dair alqı – satqı müqaviləsi üzrə öhdəliklərin icrası məhz cavabdehə münasibətdə həyata keçirildiyindən, yəni, satıcı - Almaniya Fedarativ Respublikasının “Koenig & Bauer AG” şirkəti avadanlığı alıcı Cavabdeh ASC-nin mülkiyyətinə verdiyindən və sonuncu əşyanı qəbul etdiyindən hazırkı iddianın təmin olunması üçün iddiaçının əmlakın mülkiyyətçisi olması və cavabdehin əmlak üzərində sahibliyinin qanunsuz olması şərtləri mövcud olmadığından iddia təmin edilə bilməz.

52. 12 may 2015-ci il tarixli təhvil – təslim aktına münasibətdə qeyd olunmalıdır ki, həmin aktın məzmunu bundan ibarətdir ki, İddiaçı MMC borcun əvəzi olaraq çap avadanlığını və ona aid hissələri Cavabdeh ASC-nin mülkiyyətinə təhvil vermişdir. Lakin həmin əmlak 2012-ci ildən cavabdehin balansında olmuşdur. Buna görə də əmlakın mülkiyyətçisi Cavabdeh ASC olduğundan akt hazırkı mübahisə baxımından əhəmiyyət kəsb etmir. Birinci instansiya məhkəməsi tərəfindən həmin akt üzrə borc münasibətlərinin olub –olmaması ilə bağlı araşdırma aparılması, borcun mövcudluğu ilə bağlı sübutetmə yükünün cavabdehin üzərinə qoyluması barədə gəlinən mövqe də əsassızdır. Əgər həmin akta əsasən əmlakı təhvil verən şəxs İddiaçı MMC-dirsə, təhvil vermənin səbəblərini əsaslandırmaq da əmlakı təhvil alanın deyil, təhvil verənin üzərindədir. Bu akt üzərində qiymətləndirmə aparılsa belə, həmin əmlakın məhz cavabdehə məxsus olmasını rəsmiləşdirilməsini təsdiq edən sübut kimi qiymət verilə bilər. Həmçinin, qeyd etmək lazımdır ki, bu akt hazırkı iddia üzrə eyni mövqedən çıxış edən şəxslər – həmin vaxt İddiaçı MMC-nin baş direktoru İlqar Bənnayev və Cavabdeh ASC-nin Müşahidə şurasının sədri Abdulla Əsgərov tərəfindən imzalanmışdır.

53. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz olmuşdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia rədd edilməlidir.

54. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3200/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3200/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlakın qanunsuz sahiblikdən alınaraq qaytarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxsləprə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar