Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-377/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" X3 cavabdeh (Cavabdeh2) sabit Azərbaycan X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(113)-739/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X5 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X5 Cavabdeh2, Sabit Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 26 saylı notariat kontorunda, sabiq “Azəryolservis”, sabit “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” ilə fiziki şəxs qismində aralarında 01 may 2015-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(113)-739/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" X3 cavabdeh Azərbaycan X1rşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir İddiaçının vəkili Vəkil tərəfindən həmin qətnamədən 08.12.2021-ci il tarixdə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının adından verilmiş apelyasiya şikayəti Vəkil tərəfindən elektron imza ilə imzalanmışdır. Eyni zamanda kağız daşıyıcının scan olunmuş fotoşəkilindən görünür ki, apelyasiya şikayəti kağız daşıyıcıda da Vəkil tərəfindən əl ilə imzalanmış, iş materiallarına həmin şəxsin vəkil orderi və etibarnaməsi əlavə edilmişdir. Lakin "xxxx" X5 tərəfindən Vəkil verilən etibarnamədə etibarnamənin verilmə tarixi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 363.1-ci maddəsinə əsasən bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Apelyasiya şikayətini imzalamış Vəkil verilmiş etibarnamə etibarsız olduğundan onun iddiaçının adından hər hansı sənədi imzalamağa səlahiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.1.-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apelyasiya şikayəti qaytarılır. Bundan başqa iş materiallarını nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, qətnamə iddiaçı "xxxx" X3 iddia ərizəsində qeyd olunan ünvanına poçt vasitəsi ilə göndərilmiş və 12.07.2021-ci il tarixdə təqdim edilmişdir. Sonuncu həmin qətnamədən apelyasiya şikayətini 02.08.2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərmiş, lakin həmin apelyasiya şikayəti kağız daşıyıcıda verildiyinə görə Bakı Kommersiya Məhkəməsinin 19.08.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış və qərardad 20.08.2021-ci il tarixdə iddia ərizəsində qeyd olunan ünvana poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra "xxxx" X3 vəkili Vəkil tərəfindən 19.11.2021-ci il tarixdə elektron qaydada apelyasiya şikayəti verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qərardad ona rəsmi qaydada göndərildikdən 2 aydan çox müddət keçdikdən sonra apelyasiya şikayətini təkrar vermiş, qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(113)-739/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X5 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2-2(113)-739/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X5 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-377/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-377/2022
11.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver