Məhkəmə qərarları › İş №2-2(103)-379/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-379/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-379/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar (Açar sözlər: "müqavilə üzrə yaranmış borcun ödənilməsi" tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Aftandil oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib, razılaşdırılmış müddətlərdə malın haqqını satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış qiymət 11.50 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması, 3.4-cü bənddə isə ödənişin alıcı tərəfindən nağd formada həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

3. 2019-cu il 28 oktyabr tarixli Təhvil-təslim aktına əsasən satıcı tərəfindən alıcının direktoru Qanuni nümayəndə 2315,34 ton həcmində, 26.626,41 manat dəyərində mal təhvil verilmişdir.

4. İşdə olan qaimələrə əsasən satıcı tərəfindən qiyməti 11.50 AZN olmaqla 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 41.320 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 41.330 kq, 2019-cu il 10 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019 cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 42.140 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 43.460 kq, 2019-cu il 9 mart tarixli ******* saylı qaimə faktura ilə 43.440 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.620 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 40.430 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.830 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 41.000 kq, 2019-cu il 8 mart tarixli ******* saylı qaimə faktura ilə 42.480 kq, 2019-cu il 8 mart tarixli ******* qaimə faktura ilə 42.310 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.770 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.740 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 43.640 kq, 2019-cu il 7 mart tarixli ******* saylı qaimə faktura ilə 42.720 kq, 2019-cu il 6 mart tarixli ******* saylı qaimə faktura ilə 43.960 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.250 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 41.050 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 41.250 kq, 2019-cu il 5 mart tarixli ******* saylı qaimə faktura ilə 40.720 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 41.880 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 40.310 kq, 2019-cu il 3 mart tarixli ******* saylı qaimə faktura ilə 42.910 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.210 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura il 41.590 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.980 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 41.170 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 42.640 kq, 2019-cu il 2 mart tarixli ******* saylı qaimə faktura ilə 40.370 kq, 2019-cu il 28 fevral tarixli ******* saylı qaimə faktura ilə 44.340 kq material təhvil verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 26.616,41 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı tərəfindən alıcıya tikinti mallarının (şeben) satılması ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər satıcı tərəfindən vaxtında icra olunmuşdur. Son bir neçə ay ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq, verilən vədlərə vaxtında əməl olunmamış, nəticədə cavabdehin icra olunmamış öhdəliyi yaranmışdır. Hazırda cavabdehin müqavilə üzrə iddiaçıya 26.626,41 manat borcu vardır. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra edərək borcunu ödəməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh yenə də öhdəliyinin icrasından yayınmışdır. Eyni zamanda, 2019-cu il 28 oktyabr tarixində cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin akta əsasən cavabdeh həmin tarixə 26.626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 16.428,32 manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim A.Əliyeva).

8. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına istinad etmiş, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı alqı-satqı müqaviləsı üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçının təhvil verdiyi mallar üzrə cavabdehin borcu yaranmışdır. Belə olan halda, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

9. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442, 443.1, 448.1, 567, 600.1, 600.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- “MPM”) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Məhkəmə iş materiallarında olan və yalnız Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzası ilə imzalanmış tərəzi çekləri və qaimə fakturaları nəzərə almışdır. Halbuki, iş materiallarında təxminən 10.000 manat dəyərində başqa tərəzi çekləri və qaimə fakturalar da mövcuddur. Ekspert rəylərindən göründüyü kimi həmin imzalar Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə məxsus deyildir. Lakin, məhkəmə nəzərə almamışdır ki, müqavilə Qanuni nümayəndə ilə fiziki şəxs kimi deyil, hüquqi şəxs olan Cavabdeh MMC ilə bağlanmışdır. Belə olan halda digər tərəzi çekləri və qaimə fakturalarda olan imzaların Cavabdeh MMC-nin işçilərinə məxsus olub-olmaması aydınlaşdırılmalı idi. Ekspertlərin də müəyyən etdiyi kimi, həmin tərəzi çekləri və qaimə fakturalar bir neçə eyni şəxs tərəfindən imzalanmışdır. Cavabdeh ümumiyyətlə mal təhvil almadığını bildirərək, hətta iddiaçını onun direktorunun faksimile imzasını və təhvil-təslim aktını saxtalaşdırmaqda ittiham edir. Lakin, nədənsə bu faktla (guya onun faksimile imzasının saxtalaşdırılması faktı) bağlı bu günə qədər heç bir hüquq mühafizə orqanına müraciət etməmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, cavabdeh özü təxminən 2 ilə yaxın müddətdə birinci instansiya məhkəməsini aldatmış, Nümayəndə2 Ağaddin oğlunun guya Cavabdeh MMC-nin hüquqşunası olmasına dair 02 fevral 2020-ci il tarixli əmr və əmək müqaviləsi təqdim edərək, Nümayəndə2 Cavabdeh MMC-nin işçisi olması görüntüsü yaratmış və bütün bu müddət ərzində Nümayəndə2 məhkəmədə şirkəti təmsil edərək, cəmiyyətin adından yazılı etirazlar və vəsatətlər belə vermişdir. Lakin, cavabdeh məhkəməyə öz işçisi kimi təqdim etdiyi Nümayəndə2 Ağaddin oğlu ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 49-cu maddəsinə müvafiq olaraq elektron informasiya sistemində qeydiyyata aldırmamış və bununla da məhkəməni aldatmışdır. Eyni hərəkəti cavabdeh iddiaçıya qarşı da etmişdir. Belə ki, Əhməd adlı şəxsi öz işçisi kimi təqdim edərək, iş materiallarında olan 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktını ona verməyimizi xahiş etmiş, onun vasitəsilə imzalayıb, sonra bizə geri qaytaracağını bildirmişdir. Məhkəmə araşdırması aparılan dövrdə isə həmin aktda imzanın cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tək işləmədiyini və işçilərinin olduğunu, əksər işçilərini rəsmiləşdirmədiyini bildirmişdir. Belə olan halda məhkəmə 2019 cu ildə şirkətdə hansı şəxslərin çalışdığını aydınlaşdırmalı və onların imzalarının təqdim edilən tərəzi çekləri və qaimə-fakturalarda olub-olmamasını müəyyənləşdirməli idi.

11. Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Həqiqətən də 27 fevral 2019-cu il tarixdə cavabdeh ”Malik-N“ Məhdud Məsuliyyətli Cəmiyyətinə tikinti mallarının (şeben) satılması ilə bağlı iddiaçı ilə arasında alıq-satqı müqaviləsi bağlanmışdır. Lakin iddiaçı öz öhdəliklərini yerinə yetirməmiş, mal material verməmiş, buna görə də hər hansı pul tələb edilə bilməzdi. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında hesablaşma nağd şəkildə hər 10 gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması nəzərdə tutulmuşdur. Müqavilənin 3.4-cü bəndində qeyd edilmişdir ki, ödəniş alıcı tərəfindən nağd formada həyata keçirilməlidir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi qaimələrdə və tərəzi çeklərində malların kim tərəfindən, hansı təşkilata, kimə, hansı ünvana verildiyi qeyd edilməyibdir. Həmçinin, tərəzi çeklərinin və qaimə-fakturaların bir hissəsində “təhvil aldı” yerində imza başqa şəxslər tərəfində imzalanmış və yaxud birbaşa yerinə yetirilməmiş, imzamın əksi olan faksimile klişe vasitəsilə icra edilməsi ekspertiza rəyində qeyd edilmişdir. Halbuki dəfələrlə məhkəmədə direktor izahında və çıxışlarında faksimile klişe sifariş etmədyini, bundan xəbərsiz olduğunu göstərmişdir. Məhkəməyə iddiaçı tərəfindən sübut kimi təqdim edilən 28 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktı məqsədli şəkildə iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Aktın saxta olduğu və tərəfimdən imza edilmədyi ekspertiza rəyində öz əksini tapmışdır. İddia ərizəsinə ilkin olaraq təhvil-təslim aktı əsasında tələblər qoyulsa da ona etirazımı bildirərək onu imza etmədiyimi bildirdikdən sonra qaimə fakturalar sonradan saxtalaşdırılaraq məhkəməyə təqdim edilmişdir. Mallar təhvil verilsəydi, təhvil-təslim aktı qeyri-şərtsiz imzalanardı və möhürlə təsdiq edilərdi.

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2 2(103)-1112/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən iddianın təmin edildiyi hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun tutulması hissəsində iddia rədd edilmiş, qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər- R.Qurbanov və E.Nağıyeva).

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir.

14. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 2019- cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

15. Bundan başqa, cavabdehin direktoru faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

16. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. 23. Məhkəmə gəldiyi nəticəni MM-in 331.3-cü maddasinə, MPM-in 77.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 20 aprel tarixli 2-2(102)-236/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 1 dekabr tarixli 2-2(103)-1112/2021 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir ( məruzəçi hakimİ.Dadaşov, hakimlər B.Məmmədli və B.Qəribov).

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli 2-2(103)-623/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Birinci instansiya məhkəməsinin qətnaməsi– iddia qismən təmin olunan-cavabdehdən 16.428,32 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək eyni hissədə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-mərukzəçi hakim- V.Məmmədov, hakimlər E.Həsənov və A.Hüseynov).

Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 yanvar tarixli 2-2(102)-12/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2 2(103)-623/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (məruzəçi hakim K.Abıyeva, hakimlər V.Həsənov və E.Şamayev).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Proses iştirakçılarının izahatı:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etdi.

Apellyasiya baxışının hədləri:

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iddiaçı və cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

31. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

36. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, nə birinci instansiya məhkəməsinin qətnaməsindən, nə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən hansı sübutlara əsasən iddianın şərti olaraq iki hissəyə bölündüyü, məhz faksmilə klişe ilə imzalanmış sənədələrə əsasən cavabdehə təhvil verilmş malların dəyərinin 16.428,32 manat təşkil etdiyi aydın deyil. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı hər hansı əsaslandırmanı o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan-10.198,09 manat təşkil etməsini göstərməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, işdə olan sübutlar MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməklə, iddia olunan pul məbləğinin hansı hissəsi ilə bağlı sübutlarda imzanın ümumiyyətlə cavabdehə məxsusluğunun təsdiq edilməməsi, hansı hissədə isə faksmilə ilə imzalanması müəyyən edilməli və iddia tələbinə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tələbinə uyğun olaraq hüquqi qiymət verilməlidir.

38. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İşin mübahisəsiz halı bundan ibarətdir ki, tərəflər arasında 27 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilə əsasında cavabdehə tikinti malları (şeben) satmağı, cavabdeh isə 11,50 manatdan dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndində malların təhvil alınandan və təhvil-əslim sənədləri rəsmiləşdiriləndən sonra alıcının satıcıya qarşı keyfiyyət və kəmiyyət barədə iddia vermək hüququ olmadığı, 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılacağı nəzərdə tutulmuşdur.

41. İddiaçı həmin müqaviləyə əsasən cavabdehə 26.626,41 manat dəyərində mal təhvil verildiyini, lakin dəyərinin ödənilmədiyini iddia etmiş, sübut olaraq məhkəməyə xx.xx.2019-cu il tarixli “Təhvil-təslim aktı”, tərəzi çekləri, “Qaimə-faktura” adlı sənədlər təqdim etmişdir.

42. Cavabdeh isə alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal təqdim edilmədiyini, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki imzaların Cavabdeh direktoruna məxsus olmadığını bildirərək iddiaya etiraz etmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 oktyabr 2020-ci il tarixli, 4/773 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, mülki işin 41-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktında “Təhvil aldı” hissəsində İmza qrafasındakı imza – Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 may 2021-ci il tarixli, 5/367 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, ş materiallarında olan 06 may 2021-ci il tarixli, 5/367 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, Tədqiqata təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (işin vərəqi 78,88,90,92,94,98,110,112,118,122,134) tərəzi qəbzlərində olan imzalar, xx.xx.2019-cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki manatdan altdaki imza, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalardakı “təhvil verdi” qrafasında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (işin vərəqi 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan xx.xx.2019- cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza xx.xx.2019-cu il tarixli ******* nömrəli,xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli 001318 nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə- fakturalarının “Təhvil aldı” qrafasında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalarının cədvəlinin aşağı sağ küncündə olan imzalar faksmile klişe vasitəsilə icra edilmişdir.

44. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2021-ci il tarixli, 4/447 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki,xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 42), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 44), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 46), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 48), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.49), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.50), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.51), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v.52), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.53), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.54), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.56), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 58), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 60), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 62), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 64), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 66), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 68), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.70), xx.xx.2019cu il tarixli tərəzi qəbzində (i.v.72), xx.xx.2019-cu jl tarixli tərəzi qəbzində (j.v.76), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.80), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.82), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.84), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.86), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.96), xx.xx.2019- cu il tarixli tərəzi qəbzində (i.v. 100), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 102), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.104), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 106), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 108), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v.114), xx.xx.2019-cu il .tarixli tərəzi qəbzində (i.v. 116) (2 ədəd imza), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 120), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 124) (1-ci imza), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 126), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 128), xx.xx.2019-cu il tarixli tərəzi qəbzində (i.v. 130), xx.xx.2019-cu il nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə fakturalarında olan imzalar, xx.xx.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturasının “Təhvil aldı” qrafasındakı 1-ci imza, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli (iş vərəqi 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, xx.xx.2019-cu il tarixli (işin vərəqi 124) tərəzi qəbzində olan iki imzadan altdaki imza - Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

45. Birinci instansiya məhkəməsi iddianı qismən-16.428,32 manat hissədə təmin etmiş, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddianın rədd edilməsi hissəsində də qətnamə düzgün əsaslandırılmamışdr. Belə ki, birinci instansiya məhkəməsinin faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar olmadığından, iddianın rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ümumilikdə düz olsa da, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsi ilə bağlı hər hansı əsaslandırmanı o cümlədən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandığı müəyyən edilməyən tərəzi çekləri və qaimə fakturalara əsasən təhvil verilmiş malların dəyərinin qalan-10.198,09 manat təşkil etməsini göstərməmişdir.

46. Ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın – Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin tərəf Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən həmin imzadan istifadə etdiyini qəbul etmədiyindən faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyi sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

47. Faksimile imza ilə təsdiq edilmiş digər sənədlərlə bağlı Kollegiya qeyd edir ki, cavabdehin tərəf Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etməməklə inkar edir. Belə olan halda faksimile imzanın cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyi sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşür. İddiaçı isə bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

48. Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə yeni apellyasiya baxışı zamanı verdiyi izahatında əvvəlki məhkəmə instansiyalarında mövqeyini müdafiə edərək cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar etmiş, həmin işçiləri tanımadığını bildirmişdir. İş materiallarındakı tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, məhkəmə kollegiyası tərəfindən yeni apellyasiya baxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Cavabdeh MMC-nin işçiləri barədə sorğu verilmiş, həmçini n MMC tərəfindən həmin orqana kağız daşıyıcıda ünvanlanmış sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur. yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən “əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumat təqdim edilmiş, məlumatdan görünür ki, sorğu edilən dövrdə MMC-də hüquqşünas vəzifəsində Nümayəndə2 işçi işləmişdir. kağız daşıyıcıda sənədlər mövcud olmadığından təqdim edilməmişdir. Yəni belə bir şəxslərin cavabehin işçiləri olmaları da təsdiqini tapmır.

49. Dövlət Statistika Komitəsinə də müvafiq sorğu ünnvanlanmış, sonuncunun xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh MMC 18 yanvar 2019cu ildən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmasına baxmayaraq qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır.

50. Göründüyü kimi, faksimile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalarin kim tərəfindən imzalandığı və imzalamış şəxslərin cavabdehin əməkdaşları olduğu barədə işdə sübutlar yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblrinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir.

51. Qeyd edilən normanın tələbindən aydın olur ki, faksimile imza ilə müqavilənin və ya hər hansı digər sənədin təsdiq edilməsi o zaman etibarlı hesab oluna bilər ki, müqavilə tərəfləri arasında bu barədə razılaşma olsun. Faksimile imzanın əl ilə icra edilən imzaya bərabər hüquqi qüvvəyə malik olması barədə qanunvericilikdə hər hansı norma mövcud deyil.

52. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

53. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

54. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

55. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

56. Beləliklə, bu klişenin ümumiyyətlə cavabdehə ona məxsus olduğunu, onun tərəfindən sifariş edildiyini qəti inkar edilməklə həmin işçiləri tanıması təsdiqini tapır, o cümlədən həmin şəxslərin onun tapşırığı ilə hərkət etmələri də sübuta yetirilmir. Belə ki, işdə olan tərəzi qəbzlərinin üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Cavabdeh MMC-nin işçiləri barədə sorğu verilən soğuya əsasən müəyyən edildiyi kimi, Cavabdeh MMC-nin bir nəfər ştat üzrə işçisi (hüquqüşünas) olmuş, yəni belə bir şəxslərin cavabehin işçiləri olmaları da təsdiqini tapmamışdır. Bununla yanaşı digər işin halalrı və iş materialları ilə də cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması və icra edilməməsi halı təsdiqini tapmır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli e-2-2(113)-75/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar