Məhkəmə qərarları › İş №2-2(103)-382/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-382/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-382/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «İddiaçı» Şirkətinin Cavabdehnə qarşı «borcun ödənilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə tərəflərin barışıq sazişinin təsdiq olunması barədə ərizələrinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8.612.524,50 Avro məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-580/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsiini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı mərhələsində hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2020-ci il tarixdə aralarında barışıq sazişi imzalandığını bildirərək, həmin sazişin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi F.Həmidli barışıq sazişinin əslini məhkəməyə təqdim edərək, həmin sazişi onda göstərilən şərtlərinə müvafiq olaraq təsdiq olunmasnı məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, tərəflərin ərizələri təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir, tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər arasında xx xxxxxx 2020-ci il tarixində imzalanmış barışıq sazişinin 11 bənddən ibarət olan şərtlərindən görünür ki, həmin şərtlər hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkəmənin qərardadı ilə barışıq sazişinin şərtləri təsdiq olunmalı və həmin qərardadla da birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. MPM-in 191.2-ci və 262.4-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, eyni zamanda, tərəflərə izah edir ki, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi eyni predmet və eyni əsaslar üzrə təkrar onlar tərəfindən məhkəməyə müraciət edilməsinin qarşısını alır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı «İddiaçı» Şirkətinin və Cavabdehnə ərizələri təmin edilsin. «İddiaçı» Şirkəti ilə Cavabdeh arasında xx xxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin:

1. Tərəflər etiraf və təsdiq edirlər ki, Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olan Qalıq Borc 7 912 524,50 Avro məbləğindədir.

2. Cavabdeh (i) öhdəlik götürür ki, o, 7 912 524,50 Avro məbləğində olan Qalıq Borcu aşağıdakı ödəniş cədvəlinə uyğun olaraq aylıq hissələrlə ödəyəcək; və (ii) Qalıq Borcu xx xxxxxxxx 2021-ci il tarixindən gec olmayaraq tam olaraq ödəyəcəkdir. Payment Amount /Ödəniş Məbləği/ 150 000,00 Euro / Avro 512 524,50 Euro / Avro 1 000 000,00 Euro / Avro 1 000 000,00 Euro / Avro 1 200 000,00 Euro / Avro 800 000,00 Euro / Avro 700 000,00 Euro / Avro 800 000,00 Euro / Avro 600 000,00 Euro / Avro 400 000,00 Euro / Avro 300 000,00 Euro / Avro 150 000,00 Euro / Avro 150 000,00 Euro / Avro 150 000,00 Euro / Avro Cəmi: 7 912 524,50 Euro / Avro 3.X2 şərt və müddəalarını nəzərə alaraq, Tərəflər razılaşır ki, İddiaçı Cavabdehdən, hazırkı Qalıq Borc məbləğinə əsasən tərtib olunmuş yuxarıdakı ödəniş cədvəli əsasında müvafiq Ödəniş Tarixinə uyğun Ödəniş Məbləğini qəbul etməyi öhdəsinə götürür. 4.İddiaçı, Alqı-Satqı Müqaviləsinə əsasən Tərəflər arasında mövcud müqavilə münasibətləri çərçivəsində təqdim olunmuş Qaz Sayğaclarına aid hər hansı çatışmazlıqları, qüsurları və/və ya texniki problemləri operativ, lakin X2 2-ci bəndi ilə təsbit olunmuş ödəniş cədvəli üzrə təyin olunan sonuncu ödəniş tarixindən (xx xxxxxxxx 2021-ci il) gec olmayaraq tam aradan qaldırmağa təminat verir.

5. Barışıq sazişinin hər hansı bəndinin pozulması bu saziş üzrə pozuntu hesab olunacaq və məcburi icra üçün əsasdır.

6. X5 əsasında hər hansı bildiriş, Tərəflərin aşağıdakı ünvanlarında göndəriləcəkdir. İddiaçı - “İddiaçı” şirkəti: Ünvanı - 2111 N. Motler Rd.; Liberty Lake, WA 99019, ABŞ Bank rekvizitləri - Bankın adı: İNG Bank , SWİFT BİK: CELLLULL Hesab: LU48 0141 3369 4942 0000 (EUR) Cavabdeh - Azərbaycan Dövlət Neft Şirkətinin Cavabdeh: Ünvanı - AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23 Bank rekvizitləri - Azərbaycan Beynəlxalq Bankı, Sabunçu filialı SWİFT: İBAZAZ2X Müxbir hesab: AZ03NABZ******************** Hesab nömrəsi: AZ72İBAZ******************** VÖEN (bank): ********** Kod: 805573 VÖEN: **********

7. X5, Tərəflərin hüquqlarına, maraqlarına və imkanlarına, eləcə də tətbiq olunan qanunvericiliyə xələl gətirmir, və X2 müddəaları, burada bu barədə xüsusilə qeyd olunmadığı təqdirdə, hər hansı Tərəfin nədənsə imtinası, hər hansı faktın, ifadənin, məktub və ya kommunikasiyanın təsdiqi və ya etirafı kimi şərh edilə bilməz.

8. X2 müddəaları elə şərh edilməlidir ki, onlar tətbiq olunan qanunvericiliyə əsasən qüvvədə olsunlar, lakin, X2 hər hansı müddəası, tətbiq olunan qanunvericiliyə əsasən etibarsız və ya icra edilə bilməyən olarsa, bu müddəa yalnız həmin etibarsızlıq və icra edilə bilməmə həddində etibarsız olacaqdır və digər müddəaların etibarlığına və icra edilə bilməsinə təsir göstərməyəcək.

9. X5, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və qüvvəyə minir. X5 ilə bağlı və ya ondan irəli gələn hər hansı mübahisə və ya iddia, Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir.

10. X4 imzalamaqla, Tərəflər aralarında olan mövcud mübahisə barəsində yuxarıdakı şərtlər əsasında həll etməyə razılaşırlar.

11. X5 3 (üç) nüsxədə Azərbaycan və İngilis dillərində tərtib olunub imzalanmışdır. Tərəflərdən hər biri, X2 bir nüsxəsini özündə saxlayır və üçüncü nüsxə Bakı Apelyasiya Məhkəməsinə təqdim edilir. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-580/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Raqib Qurbanov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar