Məhkəmə qərarları › İş №2-2(103)-382/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-382/2024

29.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-382/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6022/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2-2(113)-6022/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Maraqlı şəxs qarşı hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 72550,79 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 360,97 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəylə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-6022/2023 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi qət edilmişdir. Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 6022/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2-2(113)-6022/2023 saylı qərardadı ilə maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs şikayətlə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6022/2023 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6022/2023 saylı qərardadı qanunsuz və əsassızdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, həmçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisində olmamışdır. Bu fakt Maraqlı şəxs məxsus olan Azərbaycan Respublikası xarici pasportunda əks etdirən ölkədən çıxış və giriş tarixlərinin məlumatları ilə öz təsdiqini tapır. Həmin vaxt, Maraqlı şəxs asan imza nömrəsi mövcud olmamışdır. Məhkəmə iclası barədə məlumat Maraqlı şəxs “elektron poçt”, “SMS” və digər vasitələrilə də çatdırılmayıb. Qətnamə qəbul edilən zaman Maraqlı şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuş, qətnamədən məlumatı olmadığından şikayət verilməsi üçün müddət hesablanması prosessual qanunvericiliyin tələblərinə müvafiq hesab edilə bilməz. Qətnamənin qəbul edildiyi vaxt, Ağayev X1 Federasiyasında olmuşdur. Həmin fakt Maraqlı şəxs xarici pasportunda əks olunmuşdur. Onun nə belə bir məhkəmə işindən, nə də qəbul edilmiş məhkəmə qətnaməsindən xəbəri olmuşdur. Məlumatı olduqdan sonra qətnamədən apellyasiya şikayəti verdiyi halda, məhkəmə tərəfindən apellyasiya şikayətində qeyd edilənlər nəzərə alınmadan geri qaytarılmışdır. Buna görə də hesab edir ki, məhkəmə verilmiş apellyasiya şikayətini mümkün hesab edərək, Bakı Apellyasiya Məhkəməsinə göndərməlidir. Maraqlı şəxs məhkəmə iclasında iştirakı təmin edilmədən onun əleyhinə qətnamənin qəbul edilməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin aşkar şəkildə pozulmasını təsdiq edir. xx.xx.2023cü il tarixində ölkə xaricinə səfər etmək məqsədilə hava limanında olan zaman Maraqlı şəxs ölkədən gedişi ilə bağlı məhdudiyyət qoyulduğu barədə məlumat verilmişdir. Daha sonra məlum olmuşdur ki, ölkədən getmək hüququ Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6022/2023 saylı qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnaməni xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-dən əldə etmişdir. Buna görə də, qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət ötürülməmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8-ci maddələrinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdə maraqlı şəxsə rəsmi qaydada verilmiş hesab olunduğundan və mülki prosessual qanunvericiliyə əsasən müddətin hesablanmasının sonrakı gündən başlanmasını nəzərə aldıqda, apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, maraqlı şəxsin həmin qətnamədən şikayət vermə müddətinin son günü qeyri-iş günü nəzərə alınmaqla xx.xx.2023-cü il tarix olmuşdur. Maraqlı şəxs isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə məhkəməyə vermişdir. Göründüyü kimi maraqlı şəxs məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maraqlı şəxs məxsus olan Azərbaycan Respublikası xarici pasportunda əks etdirən ölkədən çıxış və giriş tarixlərinin məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, həmçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisində olmamışdır. İş materiallarında olan sms xəbərdarlıqda da məhkəmə iclası barədə məlumatın Maraqlı şəxs çatdırılmadığı müəyyən edilir. Maraqlı şəxs tərəfindən SOCAR-a ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 29 dekabr 2023-cü il tarixində ölkə xaricinə səfər etmək məqsədilə hava limanında olan zaman ona ölkədən gedişi ilə bağlı məhdudiyyət qoyulduğu barədə məlumat verilmişdir. Araşdırmaları zamanı məlum olmuşdur ki, ölkədən gedişinə məhdudiyyət, dolayısıyla SOCAR-a məxsus olan və 2020-2022-ci illər arasında Baş İcraçı Direktoru kimi çıxış etdiyi "xxxx" MMC-nin vergi borcu ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-6022/2023 nömrəli qərarına əsasən tətbiq edilmişdir. Qeyd etmək istəyir ki, təqribi olaraq bir il yarımdan uzun müddətdir ki, o sözügedən müəssisədə fəaliyyət göstərmir və ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Buna baxmayaraq müəssisənin qanuni təmsilçisi kimi adı dövlət reyestrindən hələ də çıxarılmamışdır. Uzun müddətdir ki, ayrıldığı müəssisənin vergi borcundan dolayı ölkədən çıxış hüququnun məhdudlaşdırılması hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnir. Onun "xxxx" MMC-nin qanuni təmsilçisi kimi adının reyestrdən çıxarılmasında köməklik edilməsini xahiş etmişdir. Göründüyü kimi maraqlı şəxs məhkəmə iclası barədə və yekun məhkəmə aktı barədə məlumatı olmamış, elektron kabinetə yerləşdirilsə də, həmin vaxt maraqlı şəxs ölkədə olmadığı üçün sms xəbərdarlıq çatmamış, yalnız xarixi ölkəyə səfər zamanı qeyd olunan qətnamədən məlumatlı olmuş və apellyasiya şikayəti vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, maraqlı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 6022/2023 saylı qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 6022/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, e-2-2(113)-6022/2023 saylı qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6022/2023 saylı 16 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar