Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-385/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” ilkin, eyni zamanda, Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “cərimənin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair” qarşılıqlı - iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2671/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında imzalanmış 27.12.2018-ci il tarixli müqavilənin ləğv edilməsi və cavabdehdən 817,60 manat əsassız varlanma məbləği, o cümlədən, 399.220,26 manat maddi ziyan, habelə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 400.067,86 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh MMC də birinci instansiya məhkəməsində işə baxılarkən , qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin iddia üzrə cavabdeh İddiaçı MMC-dən 27.12.2018-ci il tarixli distributorluq müqaviləsi üzrə gecikdirilmiş məbləğdən 43.777,00 manat cərimə və 235.279,92 manat məbləğində əldən çıxmış fayda şəklində maddi zərərin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2671/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə hər iki tərəfin iddia tələbləri rədd edilmişdir. İlkin iddiaçı İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin, qismən, ləğv edilməsini, qarşılıqlı iddiaya münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmasını və ilkin iddiaya münasibətdə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuzdur. İddia tələbini rədd edərkən MPM-nin 77-ci maddəsinə istinad etmiş və iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübutların, o cümlədən, ilkin iddia tələbini rədd edərkən vurulmuş zərərin həcminin hesablanma qaydası barədə məhkəməyə təqdim edilməməsinə istinad etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi tərəflər arasında imzalanmış müqavilənin 7.1-ci bəndinə və mövcud işgüzar adətlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 01.05.2020-ci il tarixli sifariş sənədi təqdim edilmiş və 2020-ci ilin may ayından etibarən aylıq sifariş həcmləri göstərilməklə 1 il ərzində malların çatdrılmasını özündə əks etdirən sifariş tələbi cavabdehin diqqətinə çatdırılmışdır. Sifariş sənədinin qəbul edilməsi barədə poçt qəbzi də iş materiallarına əlavə edilmişdir. Cavabdeh tərəfindən bu sifariş planına (sənədinə) qarşı hər hansı şifahi və ya yazılı (o cümlədən, email vasitəsilə elektron) qaydada etiraz bildirilməmiş, hətta malların bir qisminin çatdırılması təmin edilmişdir. Malların bir qisminin 19.05.2020-ci il tarixində çatdırılması barədə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş elektron qaimə fakturalar da iş materiallarına əlavə edilmişdir. Bu elektron qaimə fakturalarda iddiaçıya münasibətdə mallara aid alış qiymətləri öz əksini tapmışdır. Bununla yanaşı iddiaçı cavabdehdən topdan satın aldığı malları müxtəlif şəxslərə satmışdır ki, bu ticarət əməliyyatları barədə elektron qaimə fakturalar da məhkəməyə təqdim edilmişdir. Nəticədə iddiaçı tərəfindən verilmiş ümumi sifariş məbləğini əks etdirən sənəd , malların alış və satış qiymətlərini əks etdirən elektron qaimə fakturalar, o cümlədən sifarişin icra edilmiş və icra edilməmiş hissələri barədə bütün lazımı məlumat və sənədlər tərəfimizdən məhkəməyə təqdim edilmişdir. İddia məbləği məhz bu sənədlər əsasında hesablanmışdır. Obyektiv və ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədilə tərəfimizdən məhkəməyə 24.11.2020-ci il tarixli ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edilmiş və vurulmuş zərərin həcminin dəqiqləşdirilməsi məqsədilə ekspert qarşısında sual qoyulması xahiş edilmişdir. Lakin birinci instansiya məhkəməsi AR MPM-nin 97.1-ci maddəsini pozaraq vəsatəti təmin etməmişdir. Nəticədə iddia məbləği ekspertiza qaydasında müəyyən edilməmişdir. Bununla yanaşı iş materiallarında olan sənədlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin İddiaçı MMC-nin nümayəndəsi C.Hətəməov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi Vəkil onunla razılaşmamış, əsassız olduğuna görə rədd olunmasını və qətnamə ilə hüquqi yardıma görə çəkilən 4130 manat xərcin İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ilkin İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı ilkin İddiaçı MMC-nin apellyasiya şikayəti həddində yoxlanılmalıdır. Onun apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, tərəflər arasında imzalanmış distribyutorluq müqaviləsinin 7.1-ci bəndinə və mövcud işgüzar adətlərə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə 01.05.2020-ci il tarixli sifariş sənədinin təqdim edildiyini mübahisələndirərək qeyd edir ki, 2020-ci ilin may ayından etibarən, aylıq sifariş həcmləri göstərilməklə, 1 il ərzində malların çatdrılmasını özündə əks etdirən həmin sifariş sənədinin poçt vasitəsilə cavabdehə çatdırılmasına və sonuncu tərəfindən bu sifariş sənədinə hər hansı qaydada etiraz bildirilmədiyinə istinadən cavabdeh distribyutorluq müqaviləsi üzrə üzərinə götürdüyü .hdəliyini pozmuş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri razılaşmır. İş materiallarına əlavə olunmuş tərəflər arasında bağlanmış 27.12.2018-ci il tarixli distributorluq müqaviləsindən görünür ki, təchizatçı distributorun bu müqavilənin 1 saylı Əlavəsində müəyyən edilmiş malların paylanması üçün Azərbaycan Respublikası ərazisi üzrə eksklüziv distributor təyin edir, distributor isə həmin təyinatı qəbul edir. Həmin müqavilənin 7.1-ci bəndi ilə tərəflər arasında aşağıdakılar razılıaşdırılmışdır:
1. Tərəflər arasında imzalanmış spesifikasiya malların distribyutora çatdırılması üçün əsasnaməni təşkil edir.
2. Distribyutor hər ayın 10-dan gec olmayaraq növbəti (ardınca gələn) 12 ay üçün Sifariş sənədi göndərməlidir.
3. Sifariş sənədində hər ay üçün lazım olan malların çeşidi və miqdarı göstərilməlidir.
4. Malların miqdarı, adı, qiyməti, ödəniş və çatdırılma şərtləri sifariş sənədində göstərilməlidir.
5. Sifariş sənədi təchizatçıya faks və ya email vasitəsilə göndərilə bilər. Təchizatçı Sifariş sənədi əsasında Spesifikasıyanı tərtib etməli və onu imzalayaraq faks və ya email vasitəsilə distribyutora göndərməlidir. 6.Distribyutor spesifikasiyanı aldıqdan sonra 1 iş günü ərzində onu imzalamalı və təchizatçıya geri göndərməlidir. Təchizatçı tərəfindən qəbul edilmiş, distribyutorun möhürü vurulmuş və səlahiyyətli şəxs tərəfindən imzalanmış spesifikasiya tərəflərin təchizat şərtləri üzrə razılaşmasının sübutu olacaqdır. Distriyutorluq müqavilənin 7-ci bəndinin qeyd olunan şərtlərindən göründüyü kimi, ən azından, distribyutor sifariş sənədini hazırlayıb təchizatçıya çatdırmalı, təchizatçı isə həmin sifariş sənədi əsasında spesifikasiya hazırlayıb distribyütora qaytarmalı, sonuncu da həmin spesifikasiyanı imzalayıb möhürlədikdən sonra yenidən onu təchizatçıya göndərməli və yalnız bundan sonra, yəni, təchizatçı tərəfindən həmin spesifikasiya qəbul edilib təsdiqləndikdən sonra yalnız tərəflərin hər biri üçün öhdəlik yarada bilən sənədə sğtatusunu alır. İş materiallarına əsasən isə müəyyən olunur ki, distribyutor (iddiaçı) tərəfindən müqavilənin qeyd olunan bəndinin ilkin şərtinə əmələ olunaraq istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədi təchizatçıya(cavabdehə) çatdırılsa da, müqavilənin həmin bəndinin yerdə qalan digər şərtlərinə onun tərəfindən əməl olunmamışdır. Əslində, müqavilənin qeyd olunan 7-ci bəndinin şərtləri baxımından, iddiaçının özünün də qeyd etdiyi kimi, 01.05.2020-ci il tarixli sifariş sənədinə cavabdeh təchizatçı münasibət bildirilməməsi onu göstərir ki, sonuncu yəni, təchizatçı (cavabdeh) həmin sifariş sənədini qəbul etməmiş, onu təsdiqləməmişdir. Mülki Məcəllənin 409.1-ci maddəsinə əsasən 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Həmin Məcəllənin 409.3-cu maddəsinə əsasən əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə göndərdiyi mübahisələndirilən sifariş sənədi sonuncu tərəfindən aksept olunmamış, iddiaçıya geri qatarılmamış və o, cavabdehin aksept olunmuş sifariş sənədini almamışdır. Deməli, həmin sifariş sənədi qüvvəyə minməsi və tərəf üçün öhdəlik yaratması istisna olunur. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin sifariş sənədinə istinadən cavabdehə qarşı hazırkı ziyan tələbi əsaslı sayıla bilməz. İddiaçının istinad etdiyi 01.05.2020-ci il tarixli sifariş sənədinə əsasən malların bir qisminin cavabdeh tərəfindən ona göndərildiyini və bununla bağlıona müvafiq 19.05.2020-ci il tarixində elektron qaimə də verildiyini bildirən dəlillərinə gəldikdə isə, onun istinad etdiyi bu hal, yəni adı çəkilən bbir qisim malların heç də 01.05.2020-ci il tarixdə göndərilmiş sifariş sənədinin icrasından irəli gəldiyini deməyə əsas vermir. Birincisi, ona görə ki, 01.05.2020-ci il tarixli sifariş sənədinin cavabdehə çatdırıldığı 12.05.2020-ci il tarixindən sonra, sifariş olunan malların dərhal hazırlanıb bir həftə ərzində göndərilməsi və həmin malların ona çatrılması və ödəniş üçün 19.05.2020-ci il tarixində elektron qaimə göndərilməsi zaman baxımından heç də ağlabatan deyil. Həm də nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən həmin sifariş sənədinin göndərilməsi cavabdeh tərəfindən distribyutorluq müqaviələsinə onun 13-cü bəndinə müvafiq olaraq xitam verməsi barədə bildirişini aldıqdan sonrakı dövrə təsadüf edir. İkinci bir tərəfdən işə əlavə olunmuş adıçəkilən elektron qaimənin üzərində 01.05.2020-ci il tarixli sifariş sənədi ndən irəli gəldiyini təsdiq edə bilən göstəricilər (rekvizitlər) də mövcud deyil. Üçüncü bir tərəfdən, cavabdehin iddiaçının apellyasiya şikayətinə etirazından görünür ki, istinad olunan 19.05.2020-ci il tarixli elektron qaimədə təsbit olunan mallar 01.05.2020-ci il tarixli sifarişin verilməsindən əvvəl,2020-ci ilin mart ayında Almantyadan sifariş veilən və aprel ayının sonunda Gürcüstan sərhəddindən keçərək iddiaçıya göndərilən mallardır. Ən azından cavabdehin etirazının bu dəlilləri iddiaçı tərəfindən təkzib olunmamış, bununla bağlı əks arqumentlərini məhkəməyə bildirməmiş, müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə də ilkin iddiaçının cavabdeh tərəfindən müqavilə öhdəliklərini pozduğunu mübahisələndirilən dəlillərinin həqiqiliyi sübuta yetirilmir. Mülki Məcəllənin 443.1-ci maddəsinin isə tələbindən isə görünür ki, öhdəliyini icra etmədiyi halda borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Belə olan halda, iddiaçının vurulmuş ziyana görə cavabdehdən 399.2020, 26 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlı hesab oluna bilməz. İddiaçı tərəfindən həm də iddia ərizəsində və ona əlavə lunmuş sənədələrdə ödənilməsini tələb etdiyi həmin məbləğin nədən alındığını, haradan əmələ gəldiyini əsaslandırıcı sübutlarla təhlil etməmişdir. Beləliklə də cavabdehin distribyutorluq müqaviləsi üzrə öhdəliklərini pozmasının sübuta yeirrilmədiyi və istinad edilən ziyan məbləğinin nədən toplanması əsaslandırılmadığı halda, iddiaçının məhkəmə ekspertizası təyin olunması zəruriliyini vurğulayan dəlilləri də əsassız hesab edilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbindəndə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). İddiaçının, əsassız varlanma kimi cavabdehdən, 817,60 manat məbləğində pulun tutulması tələbinə gəldikdə isə işə əlavə olunmuş təchizatçı tərəfindən 28.04.2020-ci il tarixdə ona ünvanlanmış, distribyutorluq müqaviləsinə xitam verilməsi haqqında bildirişindən görünür ki, həmin ( 817,60 manat) pul məbləği göndərilmiş mallara görə 163.521,51 manat əsas borcun vaxtında ödəmədiyindən həmin müqavilənin 10.1-ci maddəsinə əsasən gecikdirməyə görə görə əsas borcdan hər gün üçün 0,5% dərəcə ilə hesablanmış cərimə məbləğidir. Belə olan halda, yəni, iddiaçının cavabdehə olan həmin börcun ödənilməsini gecikdərməsi və sonuncu qarşısında öhdəliyini pozmasını qəbul edərək, könüllü şəkildə ödədiyi həmin cərimə məbləği - əsassız varlanmaının obyekti kimi qiymətləndliriə bilməz. Çünki, Mülki Məcəllənin 1091.2-ci maddəsinin tələbindən isə görünür ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yuxrıda qeyd olunanlardan isə göründüyü kimi, mübahisələndirilən 817,60 manat məbləğində cərimənin ödənilməsinin təchizatçı (cavabdeh) tələb olunması müqavilə şərtlərindən irəli gələn bir öhdəlikdir. Mülki Məcəllənin 465.1-ci maddəsindən də görünür ki, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Göründüyü kimi, iddiaçının əsassız varlanma ilə bağlı pul tələbinin əsassız olduğu da sübuta yetirilir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə İddiaçı MMC-nin iddia tələblərinin rədd olunmasını faktlar-nöqteyi nəzərindən qanuni və mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından hesab edir ki, həmin qətnamə iddiaçının formal mülahizələrə görə ləğv edilə bilməz, ilkin iddia tələbinə münasibətdə dyişdirilmədən saxlanılmalıdır. MPM-in 121.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından, məhkəmə kollegiyası cavabdeh tərəfin hazırkı apellyasiya mərhələsində ona göstərilmiş hüquqi yardıma görə çəkilmiş 4.130,00 manat məbləğində xərcin əsassız olaraq ona qarşı iddia qaldırmış və birinci instansiya məhkəməsinin mahiyyəti üzrə düzgün olan qətnaməsindən apellyasia şikayəti vermiş, ilkin İddiaçı MMC-dən tutulmasını ağlabatan hesab edir. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi - Cavabdeh MMC ilə Capital Legal Services” MMC arasında 11 oktyabr 2017-ci il tarixdə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilədən, həmin müqaviləyə əlavə razılaşmaya (09.03.20210-ci il tarixli), 17.03.2021-ci il tarixli ödəniş tapşırığına, 01.04.2021-ci il tarixli köçürmə sənədinə, habelə, ƏDV sub-uçot hesabına köçürmənin aparılması haqqında 31.03.2021-ci il tarixli bildirişdən görünür ki, hazırkı mərhələdə Bakı Apellyasiya məhkəməsində baxılan 2-2(103)-385/2021 saylı iş üzrə cavabdehə göstərilən hüquqi xidmət haqqı xərci - ƏDV daxil, 4130 (3500+630) təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2671/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardıma görə 4130 (dörd min yüz otuz) manat məbləğində xidmət haqqı xərci Cavabdeh MMC-nin xeyrinə İddiaçı MMC-dən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova