Məhkəmə qərarları › İş №2-2(103)-387/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-387/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-387/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-500/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən 4724,20 manat borc, hüquqi yardıma görə 500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-500/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MMC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında xx xxxx 2018-ci il tarixli, 2018/02 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı MMC-nin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühasibləri tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmiş üzləşmə aktına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixə İddiaçı MMC-yə 4724,20 manat borcu vardır. İddiaçı bildirir ki, müqaviləyə əsasən malların satışı həyata keçirilsə də, cavabdeh tərəfindən müqavilə tam icra olunmamış və alıcının satıcıya 4724,20 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Cavabdehin səlahiyyətli nümayəndələrinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, borc məbləği ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəflər arasında bağlanan müqavilənin 1.1, 1.3 və 2.1-ci bəndinin şərtlərini kobud şəkildə pozaraq malları, onların çeşidlərini, qiymətlərini və digər məsələləri cavabdehlə qabaqcadan razılaşdırmamışdır. Malların təhvil-təsliminin yerinə yetirilməsi, bunun üçün tərəflərin səlahiyyətli şəxslərinin vəkalətlərinin (xüsusilə də cavabdehin) olub-olmadığına diqqət yetirilməmişdir. Bununla da iddiaçı müqaviləyə əhəmiyyətli dərəcədə lazımi qaydada əməl etməmişdir. Həmin müqaviləyə görə (4-cü maddə, 4.1-ci bənd) ödəmə təchiz olunan malın qiyməti malın təhvil-təslimi barədə akt imzalandıqdan sonra tərəflərin razılaşmasına uyğun müəyyən edilə bilər. Göründüyü kimi malların təhvil-təslimi müqavilədə göstərilən qaydada aparılmadığından, qiymətlər razılaşdırılmadığından və iddiaçının öz mülahizəsinə görə tələb edildiyindən ödəmə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında malların alqı-satqı müqaviləsi bağlanılmış və müqaviləyə əsasən iddiaçı cavabdehə müqavilədə nəzərdə tutulmuş əşyaları təhvil vermiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya ödəmək vəzifəsini tam olaraq yerinə yetirməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdehin dəlilləri isə əsassızdır və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, İddiaçı MMC-nin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mühasibləri tərəfindən imzalanmış və müəssisələrin möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə təsdiq olunur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə mallar təhvil verilmiş, qiymətlər razılaşdırılmış və qalıq borc 4724,20 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-500/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar