Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-39/2020 29.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Abiyeva Kəmalə Nəbi qızından ibarət tərkibdə Orcucova Aysu Əli qızının katibliyi İddiaçıMMC-nin cavabdehlər X7 (İ cavabdeh) və X5 (İİ cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh X6 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı MMC-nin xeyrinə 51.708,59 manat əsas borc, 3625,30 manat cərimə və 30 manat dövlət rüsumunun, cəmi, 55.363,89 manat məbləğində pulun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə MMC ilə X7 arasında 2013-cü il 12 noyabr tarixdə bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin müqavilənin spesifikasiyasına müvafiq miqdarda, keyfiyyətdə, assortimentdə və şərtlərlə satıcı İddiaçı MMC, alıcı X1 qəbul edilməsi anından sonra, malları alıcıya təhvil verməyi, alıcı isə qəbul edib ödəniş etməyi öhdəsinə götürmüşdür. Satıcı tərəfindən 2014-cü il 18 fevral tarixli 625452 nömrəli, 2014-cü il 27 fevral tarixli 625475 nömrəli qaimə fakturalar əsasında müxtəlif növ mallar alıcıya təhvil verilsə də həmin malların əvəzi tam ödənilməmiş, nəticədə onun iddiaçıya 51.708,59 manat məbləğində ödənilməmiş borc qalığı qalmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 1 oktyabr tarixli 2(82)- 3347/2014 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 1 oktyabr tarixli qiyabi qətnamənin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 iyun tarixli 2(82)- 3347/2014 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 1 oktyabr tarixli qiyabi qətnaməsi ləğv olunmuş, iş üzrə icraat təzələnmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 yanvar tarixli 2-2(82)- 2/2019 nömrəli qərardadı ilə X8 cavabdeh qismində mülki məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 yanvar tarixli 2-2(82)- 2/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X2 51.708,59 manat məbləğində əsas borc, 365 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 52.103,59 manat məbləğində pulun tutularaq, iddiaçının hesabına ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək qətnamənin qismən-iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsini və borcun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qətnaməsnin Fuad Əliyevlə bağlı hissəsinin əsaslı olduğunu qəbul edir. X12 ilə bağlı hissəsini əsassız hesab edir . Belə ki, borc müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. Çünki borc məbləğinin ödənilməsi barədə xx.xx.2015-ci il tarixli bildirişə əsasən göndərilmiş pretenziya məktubu Günay Əliyeva tərəfindən qəbul edilmişdir Bununla yanaşı Fuad Əliyev icra qurumuna təqdim etdiyi xx.xx.2017-ci il tarixli izahatında məhkəmə qərarı üzrə borcundan 2900 manatının həyat yoldaşı tərəfindən ödənildiyini və onun adından bu işlərlə həyat yoldaşının məşğul olduğunu qeyd etmişdir. Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2018ci il tarixli və xx.xx.21018-ci il tarixi rəylərinə əsasən müqavilədə olan imza Günay Əliyeva tərəfindən icra edilmiş və Fuad Əliyevin möhürü birbaşa qaydada müqaviləyə vurulmuşdur. Bundan əlavə borc qalığı olan və olmayan qaimə fakturalar Fuad Əliyevin özü ilə yanaşı Elxan Xəlilov adlı şəxs tərəfindən də imzalanmışdır. F.Əliyev icra qurumuna verdiyi xx.xx.2017-ci il tarixli yazılı izahatında onun adından sahibkarlıq fəaliyyətini həyat yoldaşı G.Əliyevanın göstərdiyini qeyd etmişdir. “xxxx” MMC-nin iddiaçıya borcu oldığına görə məhkəməyə müraciət edilərək, ona mal satışı dayandırıldığından həmin MMC-nin direktoru G.Əliyeva öz həyat yoldaşı F.Əliyev adından faktiki olaraq şirkətdən mal almağa başlamış və bu yolla şirkətə maddi ziyan vurmuşdur. Faktiki olaraq cavabdehlər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Bu fakturalara imza edən E.Xəlilov isə G.Əliyevanın xalası oğludur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2-2(103)-301/2019 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-2(102)-385/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı iləBakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 may tarixli 2- 2(103)-301/2019 nömrəli qətnaməsi ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının iştirakının təmin edilməsi üçün məhkəmə kollegiyasının iclasları bir neçə dəfə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеllyаsiyа şikаyətlərinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş mateallarına əsasən müəyyən edilir ki, malların alqı satqısına dair müqavilə xx xxxxxx 2013-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh sahibkar «X10» oğlu arasında bağlanmış və onların möhürü ilə də təsdiq edilmişdir. Həmin müqaviləyə əsasən satıcı 2-ci maddədə göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. İşdə olan qaimə fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən X6 xx xxxxxx 2014-cü il tarixli AEO seriyalı 624884 nömrəli qaimə fakturaya əsasən 43.385,07 manat məbləğində 35 adda mal, xx xxxxxx 2014-cü il tarixli AEO/3 seriyalı 625452 saylı qaiməfaktura ilə 62.282,67 manat məbləğində 62 adda mal, xx xxxxxx 2014-cü il tarixli AEO/3 seriyalı 625475 saylı qaimə-faktura ilə 50.211,81 manat məbləğində 25 adda mal satılmışdır. Qaimə fakturaların hər birinə alıcı və satıcı nümayəndələri tərəfindən müvafiq olaraq “təhvil verdim” və “təhvil aldım” qrafalarında imza edilmişdir. İşdən müəyyən olunur ki, X7 tərəfindən İddiaçı MMC-yə xx.xx.2014-cü ildə 1300 manat, xx.xx.2014-cü il tarixdə 21.575,74 manat, xx.xx.2014-cü il tarixdə 5.000 manat, xx.xx.2014-cü il tarixdə 10.000 manat, xx.xx.2014-cü il tarixdə 5.000 manat, xx.xx.2014-cü il tarixdə 4.000 manat, xx.xx.2014-cü il tarixdə 10.000 manat, xx.xx.2015-ci il tarixdə 2.900 manat, xx.xx.2018-ci il tarixdə 1.500 manat, xx.xx.2018-ci il tarixdə 2.900 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən X6 xx.xx.2014-cü il tarixdə pretenziya qaydasında bildiriş göndərilərək, alqı-satqı münasibətləri çərçivəsində qaimə fakturalar üzrə təqdim edilmiş malların dəyərinin müvafiq ödənişini həyata keçirmədiyi, beləliklə xx.xx.2014-cü il tarixinə İddiaçı MMC-yə 54924,74 manat borc yarandığı qeyd edilmiş, yaranmış 54924,74 manat məbləğində borcun 5 (beş) gün müddətində İddiaçı MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda qanunverciliyə uyğun olaraq məhkəmə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən,alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 598.1 və 598.2-ci maddələrinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da, müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan qaimə-fakturalarla təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur. Kassasiya instansiyası məhkəməsi yuxarıda adı çəkilən qərarında apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən ona istinad etmişdir ki, məhkəmə müqaviləni imzalamış şəxsi - G.İ.Əliyevanı iddiaçı qarşısında (hazırkı məzmunda iddiaya münasibətdə) cavabdeh kimi tanıyaraq onu icraata cəlb etmişdir. G.İ.Əliyevanın cavabdeh qismində icraatda iştirakına apelyasiya instansiyası məhkəməsi tərəfindən də xitam verilməmiş, o, İİ cavabdeh kimi icraatın iştirakçısı olmuşdur. İddiaçı apelyasiya şikayətinə İİ cavabdehin adından yazılmış (borcun etirafı barədə) ərizəni əlavə etmiş, şikayətində həmin cavabdehin əvvəllər də, qanuni təmsilçisi olduğu “xxxx” MMC vasitəsi ilə müqavilə münasibətlərində olduğu, həmin münasibətlərin kəsilməsinin səbəbləri barədə dəlillər irəli sürmüşdür. Lakin şikayətin həmin dəlilləri məhkəmə araşdırmasının predmeti olmamış, şikayətin həmin dəlillərinə münasibət bildirilməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Kollegiya kassasiya məhkəməsinin mövqeyini və işin hallarını nəzərə alaraq aşğıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2018-ci il 21 sentyabr tarixli, 23426 nömrəli rəyinə əsasən 2013-cü il 12 noyabr tarixli alğı-satqı müqaviləsinin 3-cü vərəqəsində “Alıcı” hissəsində “X7” qrafasındakı imza Əliyeva Günay İslam qızı tərəfindən icra edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 23616 saylı ekspert rəyində göstərilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin alıcı qrfasındakı möhür əksi relyef kişədən sənəd üzərinə birbaşa vurulmuşdur. Tədqiqqat təqdim edilmiş xx xxxxxx 21013-cü il tarixli alqı-satqı müqaviləsinin alıcı qrafasındakı imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. İşin hallarından müəyyən olunur ki, müqavilə Fuad Əliyevin adından bağlansa da həmin müqavilə ikinci cavabdeh Günay Əliyeva tərəfindən imzalanmışdır. Müqaviləyə vurulmuş möhür Fuad Əliyevin adına olan möhürlə təsdiqlənmişdir. İş üzrə cavabdeh Fuad Əliyevin məhkəmədə verdiyi izahatından sahibkarlıq fəaliyyəti ilə onun həyat yoldaşının (G.Əliyevanın) məşğul olduğu və möhürünün ümumiyyətlə mövcud olub-olmadığı barədə məlumatının olmaması, möhür mövcud olduğu halda isə onun həyat yoldaşında saxlandığı müəyyən edilmişdir. İşdə olan 2013-cü il 11 oktyabr tarixli etibarnaməyə əsasən Fuad Əliyev tərəfindən X5 onu vergi orqanlarında, banklarda, ƏƏSMM-də və DSMF-da təmsil etməsi ilə bağlı etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh Günay Əliyevanın xx xxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, o, iddiaçıya müraciət edərək bildirmişdir ki, həyat yoldaşı X4 şirkətə 51 min manat borcu var. Cavabdeh sahibkarlıq faəliyyəti ilə məşğul olduğu 2013-cü il tarixində cəmiyyətdən satın aldığı mallarla bağlı borcu olduğununa görə şirkətdən yenidən mal almaq məqəsdilə X4 VÖEN-ni istifadə edərək şirkətdən 51 min manat pul almışdır. Sahibkarlıq obyektini özü işlədirdi və borcun yaranmasına səbəb olan mallar onun göstərişi ilə təhvil alınmışdır. Əliyev Fadın ticarət münasibətinə hər hansı bir əlaqəsi olmamışdır. Sahibkarlıq faəliyyəti dövründə işləri faktiki olaraq özü (Ə.Günay) idarə etmiş və mallara dair onun xəbəri olmadan özü sərəncam vermişdir. İşdə olan cavabdeh X9 rayon İcra Şöbəsinə verdiyi izahatlardan müəyyən olunur ki, G.Əliyeva əvvəllər qanuni təmsilçisi olduğu “xxxx” MMC vasitəsi ilə İddiaçı MMC ilə müqavilə münasibətlərində olmuş və müqavilələr üzrə İddiaçı MMC-yə borcu yaranmışdır. AR MM-in 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. AR MM-in 360-cı maddəsinin (Səlahiyyət verilməyən şəxsin əqd bağlaması) müddəalarına əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin (360.1). Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir (360.2). Beləliklə, işin sadalanan hallarından görünür ki, X8 əvvəllər “xxxx” MMC-nin direktoru qismində iddiaçı şirkətlə müqavilə münasibətləri çərçivəsində borcu yaranmış, nəticədə iddiaçı şirkət tərəfindən MMC-yə malın təqdim edilməsi dayandırıldıqdan sonra G.Əliyeva həyat yoldaşı X4 adına olan VÖEN ilə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamış, malları qəbul etmiş, lakin dəyəri ödənilmədiyindən tələb olunan məbləğdə 51.708,59 manat əsas borc yaranmışdır. Beləliklə, hər iki cavabdehin birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və birgə fəaliyyətləri nəticəsində yaranmış borca münasibətdə məsul şəxs olduqları müəyyən edildiyindən iddia tələbi hər iki cavabdehə yönəlməklə, tələb edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bu əsasdan kollegiya iddiaçının borcun müşətərək qaydada tutulması barədə dəlili ilə razılaşır. İddiaçı həmçinin, apelyasiya şikayətində iddianın rədd edilən hissəsində təmin edilməsini mübahisələndirsə də kollegiya bu mövqe ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı əsas borcla yanaşı 3.625,30 manat cərimə borcunu tələb etmişdir. İşdə olan alqı-satqı müqaviləsinin 5.2-ci maddəsində göstərilmişdir ki, əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3.2, 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1 faizi miqdarında penya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi AR MM-in 467-ci maddəsi məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafeyini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını müqavilənin növünü və müddətini nəzərə alır. Kollegiya əsas borcun 51.708,59 manat olduğunu, borclunun öhdəliyi pozmasında təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada 3,625,30 manat yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasının yolverilməz olduğunu vurğulayaraq hesab edir ki, dəbbə pulunun 365 manat həcmində müəyyən edilməsi yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi baxımından ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, iş üzrə ekspert tədqiqatının dəyəri cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-2/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 və X3 51.708,59 manat məbləğində əsas borc, 365 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 52.103,59 manat məbləğində pul tutularaq, İddiaçı MMC-nin hesabına ödənilsin Ekspert tədqiqatına görə 209,65 manat xərcin 50 manatı İddiaçı MMC-dən, 159,65 manatı isə cavabdehlər X2 və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-2(103)-39/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-39/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver