Məhkəmə qərarları › İş №2-2(103)-390/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-390/2021

18.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-390/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 Məmməd oğlu, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə İlkin iddia üzrə İddiaçı MMC-nin ilkin iddia üzrə Cavabdeh MTK-ya qarşı borcun ödənilməsi, müqaviləyə əlavənin etibarsız hesab edilməsi və avadanlıqların qaytarılması tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı müqaviləyə əlavənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası və iddiaçı Maraqlı şəxs MMC-nin Cavabdeh MTK-ya qarşı avadanlıqların qaytarılması və zərərin ödənilməsi tələbinə dair iddiasına dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin iddiaçı Maraqlı şəxs MMC-nin məhkəmənin e-2-2(113)-1811/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar işin göndərilməsi barədə müraciətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1811/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi İddiaçı MMC-nin İlkin iddia qismən təmin edilərək Cavabdeh MTK-dan 386.247,24 manat məbləğində əsas borc, 20.000 manat məbləğində dəbbə pulu, cəmi 406.247,24 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət olunmuş, ilkin iddia qalan hissədə, habelə Cavabdeh MTK-nın və Maraqlı şəxs MMC-nin iddia tələblər rədd edilmişdir. Həmin qətnamədən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə xx.xx.2021-ci il tarixinə məhkəmə iclası təyin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx xxxxxx 20121-ci il tarixcli ərizə (məktub) ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəməyə daxil olması ilə əlaqədar işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil3 işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. İddiaçı Maraqlı şəxs MMC-nin nümayəndəsi (vəkili) Z.Niftəliyev isə həqiqətn birinci instansiya məhkəməsinə apellyasiya şikayəti verdiyini bildirərək, işin həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri, müraciəti və iş materiallarını araşdırıb belə hesab edir ki, iş baxışdan çıxarılmalı və iddiaçı Maraqlı şəxs MMC-nin apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələyə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və MPM-nin 363-364, 395, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş baxışdan çıxarılsın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1811/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı Maraqlı şəxs MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar iş materialları həmin məhkəməyə göndərilsin . Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar