Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-392/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı lizinq obyektinin qaytarılması və pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 1244/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı yük yəhərli dartıcı və **-ZJ-*** “Semi Trailer” tentli furqon yarımqoşqunu Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı MMC-nin xeyrinə 01 noyabr 2018-ci il tarixli 1801/0478 saylı lizinq müaviləsinə əsasən 15419 (on beş min dörd yüz on doqquz) manat əsas lizinq borcu, 13590 (on üç min beş yüz doxsan) manat vaxtı keçmiş faiz borcu, 69817 (altmış doqquz min səkkiz yüz on yeddi) manat hesablanmış penya olmaqla, cəmi 98826 (doxsan səkkiz min səkkiz yüz iyirmi altı) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 387 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(113)-1244/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan **-JS-*** dövlət qeydiyyat nişanlı “DAF” markalı yük yəhərli dartıcı və **-ZJ-*** “Semi Trailer” tentli furqon yarımqoşqunu Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı MMCyə qaytarılması, cavabdehlər Cavabdeh1 və X2 İddiaçı MMC-nin xeyrinə 01 noyabr 2018-ci il tarixli, 1801/0478 saylı lizinq müaviləsinə əsasən 15419 (on beş min dörd yüz on doqquz) manat əsas lizinq borcu, 13590 (on üç min beş yüz doxsan) manat vaxtı keçmiş faiz borcu, 69817 (altmış doqquz min səkkiz yüz on yeddi) manat hesablanmış penya olmaqla, cəmi 98826 (doxsan səkkiz min səkkiz yüz iyirmi altı) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 387 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi e-2-2(113)-1244/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə hesab etmişdir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, cavabdeh-lizinq alan Cavabdeh1 fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat” bölməsindən Cavabdeh1nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsinin (VÖEN) olması, vergi uçotuna alınması müəyyən edilmir. Tərəflər arasında bağlanan müqavilədə də bununla bağlı hər hansı məlumat yoxdur. Məhkəmənin gəldiyi qənaətə əsasən hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır. Eyni zamanda məhkəmənin qənaətinə əsasən hazırkı iş üzrə cavabdeh olan zamin X3 fərdi sahibkar statusuna malik olması işin hazırkı məhkəmədə baxılması üçün əsas ola bilməz. İddiaçı MMC cavabdehlərə qarşı eyni tələblə bağlı ilkin olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi e-2(001)- 5005/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə də iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, İddiaçı MMC hüquqi şəxsdir və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Cavabdeh X1 fəaliyyəti ilə məşğul olan (VÖEN:********** -aktiv) fiziki şəxs arasındadır. Odur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermişdir. Bununla da, məhkəmə daxil olmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aidiyyət qaydaları pozulduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göründüyü kimi, məhkəmələr arasında fikir ayrılığı yaranmışdır və bu hal iddiaçını məhkəmə müdafiəsi hüquqlarından məhrum edir. Məhkəmənin qərardadı maddi və prosessual hüquq normalarının, o cümlədən ədalətli məhkəmə araşdırılması prinsipinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, e-2-2(113)-1244/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2-2(103)-392/2024 nömrəli qərardadı ilə şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Hazırkı halda mübahisələndirilən qərardadla iddia ərizəsi məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarıldığından birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeni nəzərə alaraq şikayəti baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməli idi. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin KKnın 27 fevral 2024-cü il tarixli, 2-2(103)-392/2024 nömrəli qərardadı ləğv edilməli, Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 1244/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: Bakı Apellyasiya Məhkəməsinin KK-nın 27 fevral 2024-cü il tarixli, 2-2(103)-392/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 1244/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-392/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-392/2024
13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver