Məhkəmə qərarları › İş №2-2(103)-399/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-399/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-399/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi və inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-485/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İşin halları:

1. İddiaçı MMC və Nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli MAS- 4312 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən muzdla lizinq alanın müvəqqəti sahibliyi və istifadəsinə verilməsinin lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektini zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv olması, itirlməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. 5.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə, həmçinin cinayət və ya inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. 10.5-ci bəndinə əsasən lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərini yerinə yetirməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyektinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanı tam həcmdə ödəməkdən azad etmir. Bu zaman lizinq verənə faktiki daxil olmuş və lizinq verən tərəfindən lizinq ödənişlərinin həyata keçirilməsi və ya bu müqavilə üzrə lizinq alanın digər öhdəliklərinin yerinə yetirilməsi kimi hesab edilmiş ödənişlər heç bir halda geri qaytarılmır.

2. xx.xx.2021-ci il tarixli MAS-4312 saylı daxili lizinq müqaviləsinə Əlavə № 1 və xx.xx.2021-ci il tarixli Əlavə № 2-dən məlum olur ki, “Khazar LX” markalı 14.950 manat məbləğində avtomobil X2 təhvil verilmişdir.

3. xx.xx.2021-ci il tarixli MAS-4312 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən məlum olur ki, X3 və İddiaçı MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli MAS-4312 saylı daxili lizinq müqaviləsi üzrə X3 bütün öhdəliklərini Cavabdeh ötürmüş, sonuncu öhdəlikləri qəbul etmişdir.

4. Cavabdeh və X3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından məlum olur ki, “Khazar LX” markalı 77PC732 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 2491/2024 saylı qətnaməsindən məlum olur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh 01 sentyabr 2021-ci il tarixli MAS-4312 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 fevral 2024-cü il tarixə 1009.40 manat gecikdirilmiş əsas, 545.28 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 180.32 manat dəbbə pulu olmaqla, cəmi 1735 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 100.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında “Samand LX” markalı 77PC732 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ümumilikdə 4469,25 manat yekun ödəniləcək məbləğ hesablanmışdır.

7. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” protokoldan məlum olur ki, ** PC *** dövlət qeydiyyat nişanlı avtomobil 12 oktyabr 2023-cü il tarixdə DİN BDYPİ “Siqna” İdarəsində saxlanca qəbul edilmişdir.

8. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X7 barəsində tərtib edilmiş EQ15438155 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ10295464 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ9228172 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ9368099 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ9474298 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ12498814 nömrəli protokol üzrə 32 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ1229993 nömrəli protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ12429511 nömrəli protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ9551678 nömrəli protokol üzrə 64 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ11243562 nömrəli protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X8 barəsində tərtib edilmiş EQ12298466 nömrəli protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh barəsində tərtib edilmiş EQ9495946 nömrəli protokol üzrə 64 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh barəsində tərtib edilmiş EQ9495949 nömrəli protokol üzrə 64 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X7 barəsində tərtib edilmiş EQ14995421 nömrəli protokol üzrə 16 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X7 barəsində tərtib edilmiş EQ15070534 nömrəli protokol üzrə 80 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X7 barəsində tərtib edilmiş BNA2305727 nömrəli protokol üzrə 18 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Ruslan Zülfüqarov barəsində tərtib edilmiş BNA1941334 nömrəli protokol üzrə 18 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh barəsində tərtib edilmiş BNA2258545 nömrəli protokol üzrə 18 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh barəsində tərtib edilmiş BNA2282670 nömrəli protokol üzrə 18 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh barəsində tərtib edilmiş BNA2157173 nömrəli protokol üzrə 18 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Samid Abdullayev barəsində tərtib edilmiş EQ16841309 nömrəli protokol üzrə 36 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Samid Abdullayev barəsində tərtib edilmiş EQ16851880 nömrəli protokol üzrə 45 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Samid Abdullayev barəsində tərtib edilmiş EQ17264457 nömrəli protokol üzrə 45 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Samid Abdullayev barəsində tərtib edilmiş EQ17164710 nömrəli protokol üzrə 9 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən Samid Abdullayev barəsində tərtib edilmiş EQ17164716 nömrəli protokol üzrə 9 manat vəsait ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 4469,25 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 906 manat məbləğində pul vəsaiti və ödənilmiş 73,76 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazimi qaydada icra etmədiyi üçün ona qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə tərəfimizdən müraciət etmişdir. Məhkəmənin 27 may 2024-cü il tarixli e- 2(001)-2491/2024 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) İddiaçı MMC-nin iddası təmin edilərək lizinq obyekti olan “Khazar SD” markalı, 77-PC732 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1735 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 14 iyun 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4469,25 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Həmçinin lizinq obyetkti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar AR DİN DYP və BNA tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin protokollara görə də ümumilikdə 906 manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarma təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 747.1, 748-1.8, 748-1.12, 748-7.1, 748-7.11, 1096.1, 1097.1, 1099.1-ci maddələrinə istinad edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-485/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 182 (bir yüz səksən iki) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, İddiaçı MMC və X3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli MAS-4312 saylı daxili lizinq müqaviləsinə əsasən “Khazar LX” markalı 77PC732 dövlət qeydiyyat nişanlı avtomobil sonuncuya lizinqə verilmiş, daha sonra yuxarıda qeyd edilən tərəflər və Cavabdeh arasında imzalanmış müqavilə ilə X2 müqavilə üzrə aid bütün öhdəliklər Cavabdeh ötürülmüşdür. İddiaçı qeyd edilən lizinq obyektinin daha sonra istifadəyə yararsız formada ona təhvil verildiyini, bununla bağlı olaraq lizinq obyektinə vurulmuş zərərin, eyni zamanda nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğunu iddia etdiyi müddət ərzində hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimə məbləğlərinin geri qaytarılmasını tələb etmişdir. İddia tələbinin birinci hissəsi avtomobilin təmir-bərpa xərclərinə görə 4469,25 manat maddi ziyanla bağlıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qeyd edilən hissədə sübuta yetirilmir. Belə ki, iddiaçı avtomobilə vurulmuş zərərin hazırki iş üzrə cavabdeh tərəfindən həyata keçirildiyini və həmin avtomobilin 14 iyun 2024-cü il tarixdə şirkətə təhvil verildiyini qeyd etmişdir. Bununla belə iş materiallarından lizinq obyektinin cavabdehə hansı tarixdə təhvil verildiyi aydın olsa da, onun hansı tarixdə geri qaytarıldığı, eyni zamanda geri qaytarılarkən hansı formada təhvil alındığı öz təsdiqini tapmır. Çünki iş materialları ilə 12 oktyabr 2023-cü il tarixində lizinq obyektinin DYP-nin saxlancına verilməsi qeyd olunsa belə, iddiaçının iddia tələbində istinad etdiyi qüsur aktı isə sonrakı tarixdə, 24 iyun 2024-cü il tarixində tərtib edilmişdir. Eyni zamanda həmin qüsur aktı özü də birtərəfli qaydada tərtib edilmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən ona məxsus lizinq obyektinə 4469,25 manat maddi ziyan dəyməsi bildirilmiş, lakin həmin ziyanın cavabdehin hərəkətləri nəticəsində olmasına dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının iddia tələbinin qeyd edilən hissəsində sübut olaraq istinad etdiyi sənədləri avtomobilin saxlanca qəbulu və qüsur aktı sənədidir ki, həmin hallar da iddiaçının iddia tələbinin əsaslı hesab edilməsi üçün kifayət etmir. Bundan başqa iddiaçı iddia tələbində inzibati xəta haqqında protokollara görə ödənilmiş 906 manat məbləğində pul vəsaitinin də geri qaytarılmasını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində nəqliyyat vasitəsinə hesablanmış cərimələr, eyni zamanda onların ödəniş qəbzləri təqdim edilmişdir. Lakin qeyd edilən protokollardan yalnız beşi, yəni EQ9495946 nömrəli, EQ9495949 nömrəli, BNA2258545 nömrəli, BNA2157173 nömrəli və BNA2282670 nömrəli protokollar Cavabdeh barəsində tərtib edilmiş, digər protokollar isə başqa şəxslər barəsində tərtib edilmişdir. Belə olan halda məhkəmə həmin 5 protokol üzrə olan ödənişləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli və 182 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Çünki cavabdehin məsuliyyət daşıdığı inzibati xətaya görə İddiaçı MMC tərəfindən qeyd edilən 5 protokol üzrə cəmi 182 manat cərimə məbləği ödənilməklə, cavabdehin yerinə yetirməli olduğu ictimai vəzifə icra olunduğundan, nəticədə iddiaçının MM-in 1090.3-cü maddəsinə əsasən həmin məbləğin geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 73,76 manat dövlət rüsumunun 30 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

13. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən, zəzərin cavabdehdən tutulmaması hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazimi qaydada icra etmədiyi üçün ona qarşı “lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə tərəfimizdən müraciət etmişdir. Məhkəmənin 27 may 2024-cü il tarixli e- 2(001)- 2491/2024 saylı qətnaməsi ilə (hakim E.Mustafayev) İddiaçı MMC-nin iddası təmin edilərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1735 manat məbləğində borcun tutulması qət edilmişdir. Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən lizinq obyekti olan avtomobili cavabdeh şirkətə qaytarmalı olduğu halda qaytarmamışdır. Daha sonra lizinq obyekti olan avtomobilin 12 oktyabr 2023-cü il tarixdən Siqnal İdarəsinin duracağında saxlanıldığı müəyyən edilmiş və 14 iyun 2024-cü il tarixdə Siqnal idarəsinin duracağından götürülərək şirkətin duracağına yerləşdirilmişdir. Avtomobil şirkətin duracağına yerləşdirildikdən 10 gün sonra 24 iyun 2024-cü il tarixdə servis mərkəzinə aparılaraq baxış keçirilmiş və avtomobilə 4469,25 manat zərər dəydiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, avtomobilin 12 oktyabr 2023-cü il tarixdən lizinq obyektinin DYP-nin saxlancına verilməsi qeyd olunsa belə, iddiaçının iddia tələbində istinad etdiyi qüsur aktı isə sonrakı tarixdə, 24 iyun 2024-cü il tarixdə tarixdə tərtib edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə avtomobil duracağa yerləşdirilmiş və 24 iyun 2024-cü il tarixdə qüsur aktı tərtib edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsini və əlavə olunmuş sənədləri ətraflı araşdırmadığı üçün sonda yanlış nəticəyə gəlmişdir. Halbuki lizinq obyekti olan avtomobil şirkətin duracağına yerləşdirildikdən qısa müddət sonra qüsur aktı tərtib edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi Mülki Məcəllənin 748-1.8-ci, 748-7.1-ci maddələrini və “Daxili Lizinq” müqaviləsinin 4.4.1-ci, 4.4.2-ci, 5.1-ci, 10.5-ci bəndlərinin tələbini nəzərə almamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 748-1.8-ci lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının apellyasiya şikayəti qətnamənin qismən –avtomobilə dəymiş zərərin cavabdehdən tutulması tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməsinə, həmin hissədə iddianın təmin edilməsinə yönəldilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə, yəni avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın rədd edilməsi hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə, yəni avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 23.Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında daxili maliyyə lizinq müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Birinci nəqliyyat vasitəsi İddiaçı MMC ilə X3 arasında imzalanmış xx.xx.2021ci il tarixli MAS-4312 saylı daxili lizinq müqaviləsi üzrə X2 lizinqə verilmiş, sonradan xx.xx.2021-ci il tarixli MAS-4312 saylı öhdəliklərin ötürülməsi barədə müqavilə ilə nəqliyyat vasitəsi hazırki iş üzrə cavabdehə təhvil verilmiş və sonuncu adıçəkilən lizinq müqaviləsi üzrə R.Zülfüqarovun bütün öhdəliklərini qəbul etmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-2491/2024 saylı qətnaməsi ilə lizinq obyektinin Cavabdeh alınaraq mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Hazırda iddiaçı mübahisəli nəqliyyat vasitəsinin təhvil verildikdən sonra yararsız vəziyyətdə olduğunun aşkarlandığını iddia edir və lizinq obyektinin təmir-bərpa olunması üçün tələb olunan 4469,25 manat pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

24. İddianın avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq pul tutulması hissəsi bağlı kollegiya qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini lizinq obyekti olan avtomobilə mübahisəli hüquq münasibətlərində lizinq alan olan cavabdehin istifadəsində və sahibliyində olduğu dövrdə maddi zərər vurulması və belə olan halda cavabdehin Mülki Məcəllənin 748-7.1-ci və 748-1.8-ci maddələrinin tələbləri baxımından həmin zərərə məsuliyyət daşımalı olması ilə əsaslandırmışdır. Göründüyü kimi həmin tələb mahiyyət etibarilə zərərin əvəzinin ödənilməsi barədə müqavilədənkənar tələb olmamaqla lizinq alan tərəfindən lizinq müqaviləsi nəzərdə tutulmuş öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə dəymiş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Odur ki, məhkəmə tərəfindən birinci növbədə avtomobilə zərər vurulmasının avtomobilin lizinq müqaviləsinə əsasən lizinq alanın istifadəsində və sahibliyində olduğu dövrdə baş verib-verməməsi araşdırılmalıdır. 25.Hazırkı halda iş materiallarından görünür ki, mübahisəli avtomobil 12 oktyabr 2023-cü il tarixdən DİN BDYPİ Siqnal İdarəsinin duracağında yerləşdirilmiş və duracağa qəbul edilərkən tərtib edilmiş protokolun “nəqliyyat vasitəsində əzilmiş hissələr” qrafasında hər hansı qeyd aparılmamışdır. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə 24 iyun 2024-cü il tarixdə aparılmışdır. 26.Bununla yanaşı iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatından müəyyən edilir ki, lizinq obyekti olan avtomobilin cərimə duracağına yerləşdirilməsi məhz lizinq verənin müraciəti əsasında lizinq alana verilmiş etibarnamənin müddətinin bitməsi ilə bağlı olmuşdur. Avtomobilin məhz iddiaçının müraciəti əsasında DİN BDYPİ tərəfindən saxlanmasını nəzərə alsaq iddiaçının avtomobili yalnız 14 iyun 2024-cü il tarixdə, yəni duracağa yerləşdirildikdən 8 ay sonra cərimə duracağından götürməsi barədə dəlilləri inandırıcı görünmür. 27.Göründüyü kimi avtomobil 12 oktyabr 2023-cü il tarixdən etibarən cavabdehin sahibliyində olmadığı halda avtomobilin qiymətləndirilməsi 8 ay sonra həyata keçirilmiş, belə olan halda həmin qiymətləndirmə rəyi əsasında avtomobilə dəymiş zərərin lizinq obyektinin məhz lizinq alanın istifadəsində və sahibliyində olduğu dövrdə vurulması barədə əsaslı nəticəyə gəlmək mümkün deyildir. 28.Odur ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin ödənilməsi hissəsində iddianı rədd etməkdə haqlı olmuşdur. 29.Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 30.Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 31.Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-485/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar