Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-4/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X2rşı “borcun tutulması, müqavilələrin ləğv edilərək lizinq obyekti olan avadanlıqların kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2-2(82)-354/2017 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh X2rşı “borcun tutulması, müqavilələrin ləğv edilərək lizinq obyekti olan avadanlıqların kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması”na dair iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr xx xxxxxx 2012-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi çıxardığı qətnamədə iddianın hansı əsasdan qismən təmin edilməsini əks etdirən sübutlara əsaslanmamışdır. Məhkəmə qətnaməni əsaslandırarkən cavabdehə xx xxxx 2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqaviləsi ilə lizinqə verilmiş südün emalı və təkrar emalı avadanlığının istifadə edilmədiyi qənaətinə gəlmiş və bu barədə cavabdehin mülahizəsinə əsaslanmışdır. Digər tərəfdən həmin avadanlığın ilkin və qrafik üzrə ödəmələrini xx xxxxxx 2012-ci il tarixli 45- LA/12 nömrəli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45- LA/12 nomrəli müqavilələrlə lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsini və qeyri-müəyyən pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini göstərmişdir. Məhkəmə prosesləri zamanı cavabdehin şəxsi hesabından çıxarış məhkəməyə təqdim edilərək avadanlıqdan istifadə edilmədiyi halda ödəniş qrafiki üzrə müxtəlif dövrlərdə ödənişlər yerinə yetirildiyi məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə buna məhəl qoymamışdır. Hansı əsasla südün emalı və təkrar emalı avadanlığı üzrə ödənilmiş vəsaitlərin digər avadanlıq olan çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsini açıqlamamışdır. Eyni zamanda son illər əzrində həmin avadanlıqlarla bağlı keçirilmiş inventarizasiya aktları məhkəməyə təqdim edilmiş, 2008-ci ildən lizinqə götürülmüş avadanlığın 9 il ərzində “istifadə etmədiyi” halda qaytarmaması və bu barədə müraciət ünvanlamaması barədə verilmiş suallar cavabsız qalmışdır. Südün emalı və təkrar emalı avadanlığına xx xxxx 2017-ci il tarixdə Cəmiyyətin əməkdaşı və Cavabdehnin direktorunun iştirakı ilə baxış keçirilmiş və avadanlığın istifadə olunması barədə akt tərtib edilmişdir. Aktda avadanlığın hal-hazırda sökülmüş vəziyyətdə olduğu, lakin isitifadə edildiyi göstərilmişdir. Burdan bir daha aydın olur ki, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlər yerinə yetirildiyi halda məhkəmə səhv nəticəyə gəlmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli 14-LA/12 nömrəli müqavilə üzrə ödəmələrin digər xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilənin dəyərinə yönəldilməsi barədə məhkəmnin gəldiyi nəticə düzgün deyildir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən öhdəlikləri lazımınca icra edilmədiyi halda Lizinq verən (İddiaçı) Lizinq alanı (Cavabdeh) yazılı sürətdə xəbərdarlıq etməklə, Avadanlığı və onun yerləşdiyi tikilini (binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2-(103)-691/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 2-2(102)-264/18 saylı xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2-(103)-691/17 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş təkrar apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiacı tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehı tərəf apelyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda cavabdeh tərəfindən apelyasiya şikayəti verilmədiyindən, iddiaçının isə apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İşdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (sonuncu dəqiqləşmə ilə) cavabdehdən 1.028.430,0 manat məbləğində əsas borcun, 517.805,0 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarix 04-LA/12 nömrəli, xx xxxxxx 2012-ci ilk tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700,0 manat olan texnoloj avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığı ümumi dəyərindən 520.000,0 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.191.700,0 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx xxxxxx 2017-ci il tarixədək ödəməli olduğu 1.034.100,0 məbləğdən 433.940,0 manat məbləğində ödəniş aparmış və müqavilə üzrə həmin tarixədək 1.071.960,0 manat borc qalmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməsinə və dəfələrə xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyi tam yerinə yetirilməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. İşdəki sənədlərdən görünür ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 04-LA/12 nömrəli, xx xxxxxx 2012ci il tarixli 45-LA/12 nömrəli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə qiyməti 3.711.700,0 manat olan texnoloji avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə texnoloji avadanlığın ümumi dəyərindən 520.000,0 manat məbləğində ilkin ödəniş aparmış, qalan 3.191.700,0 manat məbləği isə lizinq ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 14-LA nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə ümumi dəyəri 1.390.000,0 manat olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı cavabdehə lizinqə verilmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.2-ci bəndinə əsasən lizinq alan texnoloji avadanlığın dəyərindən 287.000,0 (iki yüz səksən yeddi min) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.1 bəndində göstərilir ki, bu müqavilədə göstərəri Texnoloji xətti satan şirkət tərəfindən tam komplektləşdirilmiş, quraşdırılmış və işlək vəziyyətdə bütün sənədlərlə (texniki pasport, istismar təlimatı) birlikdə Lizinq aşara verilməsində iştirak edərək bu öhdəliyin yerinə yetilməsini təmin edir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 45- LA/12 nömrəli müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsi isə həmin müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərtilə ümumi dəyəri 2.321.700,0 manat olan 800 ha sahədə çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqlar (quraşdırılması ilə birlikdə) cavabdehə lizinqə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, lizinqə verilmiş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı quraşdırılmamış, cavabdehə aktla təhvil verilməmiş, həmin avadanlıq alındığı vaxtdan bağlı vəziyyətdə saxlanılaraq ondan istifadə olunmamış, cavabdeh iddia tələbinin südün emalı və təkrar emalı texnoloji xətti avadanlığının geri qaytarılmaqla müqavilənin ləğv edilməsinə dair hissəsini qəbul etmiş və iddianın bu hissədə təmin edilməsinə etirazı olmadığını bildirməklə, lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyindən, həmin avadanlıq üçün ödənilmiş pul məbləğinin Cavabdeh-na lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməsini xahiş etmiş, lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlığın dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmiş, lizinqə götürülmüş əmlak alındığı vaxtdan istifadə olunduğundan, hazırda lizinq əmlakının geri alınması cavabdehə ağır maddi ziyan vurulması ilə yanaşı, lizinq əmlakının tam yararsız hala düşməsi ilə nəticələnməklə, həmçinin lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığından istifadə edilmədiyindən, həmin avadanlıq üçün ödənilmiş pul məbləği CavabdehKFT-na lizinqə verilmiş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməli, əmlakın qalıq hissəsi üçün yeni qrafik tərtib edilməklə həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, cavabdeh tərəfindən lizinqə götürülmüş südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı istifadə edilmədiyindən, həmin avadanlıq üçün pul məbləği qrafiki ödənilməmiş, bu avadanlığın geri qaytarılması və həmin avadanlıq üçün ödənilmiş pul vəsaitinin lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının dəyərinin ödənişinə daxil edilməsi xahiş edilsə də, iddiaçı tərəfindən heç bir tədbir görülməmiş, cavabdeh tərəfindən borc məbləğinin ödəniş qrafikinə əsasən gecikdirilməsi isə onun maliyyə çətinlikləri ilə bağlı olmuşdur. Bununla əlaqədar kollegiya ilk növbədə qeyd edir ki, südün emalı və təkrar emalı avadanlığına xx xxxx 2017-ci il tarixdə Cəmiyyətin əməkdaşı və Cavabdeh-nin direktorunun iştirakı ilə baxış keçirilərək avadanlığın istifadə olunması barədə akt tərtib edilmiş, aktda avadanlığın hal-hazırda sökülmüş vəziyyətdə olduğu, lakin istifadə edildiyi göstərilmiş, beləliklə, həmin avadanlığın istifadə olunduğu və qrafik üzrə ödənişlərin həyata keçirildiyi halda məhkəmə bu avadanlıqların ümumiyyətlə istifadə olunmadığı barədə iş materialları ilə təsdiq olunmayan bir nəticəyə gəlmişdir. Digər tərəfdən kassasiya məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, işə baxmış məhkəmlər tərəfindən isə iddia tələbi qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan südün emalı və təkrar emalı texnoloji avadanlığın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması, avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr xx xxxxxx 2012-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmir məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni qrafik tərtib edilməsi, qalıq borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı-nin iddia tələblərində, avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələr xx xxxxxx 2012-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qrafik tərtib edilməsi barədə hər hansı tələb olmamış, birinci instansiya məhkəməsi belə bir tələb olmadığı halda MPM-nin 218.3cü maddəsinin tələblərini pozaraq irəli sürülməmiş və qanunda müstəsna hal olaraq nəzərə tutulmamış tələblərlə bağlı qətnamə qəbul etmişdir. İş materialllarma əsasən Cavabdeh-nin də avadanlıqlar üçün ilkin ödəniş və qrafik üzrə ödəmələrin xx xxxxxx 2012-ci il tarixli müqavilə və ona edilmiş xx.xx.2014-cü il tarixli, D1-45-LA/12 nömrəli dəyişikliyə əsasən lizinqə götürülmüş çiləmə üsulu ilə dairəvi suvarma sistemi üçün avadanlıqların dəyərinin ödənişinə daxil edilməsi, həmin məbləğlər nəzərə alınmaqla suvarma sistemi üçün qalıq borc üzrə yeni-qrafık tərtib edilməsi barədə hər hansı qarşılıqlı iddia tələbi olmamış, sonuncunun bu məzmunda olan, işin 66-67-ci vərəqlərindəki ərizəsi də qarşılıqlı iddia ərizəsi kimi qəbul edilə bilməzdi. Beləliklə, kollegiya hazırki apelyasiya icraatında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddianı verilmiş tələb həddində-cavabdeh "Cavabdeh” KFT-dən 1.028.430,0 manat məbləğində əsas borcun, 517.805,0 manat məbləğində cərimənin və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.546.265,0 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji adanlıqların və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri alınması həddində baxılıb həll edilməsini zəruri sayır. Azərbaycan Respubikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafıq olaraq lizinq verənin lizinq verəndən (müvafıq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafıq olaraq lizinq alan) tərəfındən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. -748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləğı lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfındən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. - 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. - 748-13.4-cü maddəsinə əsasən lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır. İşin sadalanan hallarından görünür ki, tərəflər arasında bağlanmış lizinqi müqavilələrinə əsasən cavabdeh lizinq ödənişlərinin qrafiki üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, belə olan halda iddiaçının öhdəliyini icra etməyən cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etmək hüququ MM-in sadalanan normalarının tələblərindən eləcə də sözgedən Lizinq Müqavilələrinin tələblərindən irəli gəlmişdir. Kassasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 14-LA/12 nömrəli müqavilə üzrə ödəmələrin digər xx xxxxxx 2012-ci il tarixli, 45- LA/12 nömrəli müqavilənin dəyərinə yönəldilməsi barədə məhkəmələrin gəldiyi nəticə də maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmamış, bu zaman həmin avadanlıqların müxtəlif müqavilələr üzrə cavabdehə lizinqə verildiyi və hər bir müqavilə üzrə də tərəflərin müvafiq və ayrıca öhdəliklərinin müəyyən edildiyi kimi hallar nəzərə alınmamış, faktiki olaraq mübahisə mahiyyəti üzrə həll edilməmişdir. İşə əlavə edilmiş iddiaçının təqdim etdiyi cavabdehin müqavilələr üzrə ödəmələr barədə mülahizəsindən görünür ki, xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli dəyəri 2321700,0 manat olan müqavilə üzrə cavabdeh ilkin ödəniş 233000,0 manat, qrafik üzrə 160000 manat ödəmələr etmiş, müqavilə üzrə xx.xx.2018-ci il tarixə gecikdirilmiş borc 794800,0 manat, həmin tarixə hesablanmış cərimə məbləği isə 435807,0 manat təşkil edir. Eləcə də dəyəri 1390000,0 manat olan xx xxxx 2008-ci il tarixli, 04-LA/12 nömrəli müqavilə üzrə cavabdeh ilkin ödəniş olaraq 287000,0 manat, qrafik üzrə 440940,0 manat ödəniş etmiş, xx.xx.2018-ci il tarixə həmin müqavilə üzrə gecikdirilmiş borc 662060,0 manat, eyni tarixə hesablanmış cərimə məbləği isə 889673,0 manat təşkil edir. Cavabdehin məhkəmə kollegiyasının iclasında təqdim etdiyi tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 04-LA/12 nömrəli müqavilə və xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli müqavilələr üzrə lizinq alan Cavabdeh tərəfindən aparılmış ödənişlərə dair “X1” MMC-nin ekspert rəyində qeyd edilmişdir ki, araşdırılan ödəniş cədvəli və ödəniş sənədlərinə əsasən müəyyən edilir ki, “cavabdeh tərəfindən xx.xx.2008-ci il tarixli 14-AA/12 saylı müqaviləyə əsasən xx.xx.2008-ci il tarixdə 287000 manat olmaqla, xx.xx.2016-cı il tarixədək cəmi 436940 manat, xx.xx.2012-ci il tarixli 45-LA/12 saylı lizinq müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə ilkin olaraq 233000 manat, xx.xx.2018-ci il tarixə kimi isə ümumilikdə 694000 manat ödəniş olunmuşdur. Müqavilələr üzrə qalıq borc məbləğinin müəyyən edilməsinə gəldikdə isə iddiaçı tərəfindən tərtib olunmuş Cavabdeh hesabından çıxarış-qrafikdə ödənişlərin hansı müqaviləyə aid olduğu qeyd edilmədiyinə görə bu sənəd əsasında hər müqavilə üzrə qalıq borc məbləğini müəyyənləşdirmək mümkün olmamışdır. Müqavilədə nəzərdə tutulan cərimə məbləğləri ilə əlaqədar isə bildirilir ki, ödəmə məbləğlərində fərq yarandığı üçün qrafik üzrə hər bir ödənişin tarixi və təyinatı nəzərə alınmaqla yaranan cərimə məbləğləri yenidən hesablanmalıdır. İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödəniş qrafikindən müəyyən olunur ki, cavabdeh xx.xx.2008-ci il tarixdən başlayaraq müxtəlif illər üzrə xx.xx.2018-ci ilədək linziq ödənişləri etmiş, lakin ödənilmiş lizinq ödənişlərinin hansı müqavilə üzrə borcun ödənilməsinə aid edildiyi göstərilməmişdir. Həmin qrafikdə yalnız xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək olan ödəmələrdə məbləğin bəzi hallarda suvarma sistemi texnoloji avadanlığı və bəzi hallarda isə süd zavodu avadanlığının lizinq ödənişləri üçün edildiyi qeyd edilmişdir. İddiaçının nüмayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatda bildirmişdir ki, lizinq alan ödəniş tapşırıqlarında lizinq ödənişlərinin təyinatını-konkret hansı müqavilə üzrə ödəməli olduğu borca aid olduğunu qeyd etmədiyindən ödənilmiş məbləğlər proporsional olaraq hər iki müqavilə ilə nəzərdə tutulmuş borca hesablanmışdır. Beləliklə, iş materiallarından cavabdehin xx.xx.2018-ci ilədək ödədiyi məbləğlərin konkret olaraq hansı lizinq obyektinə görə ödənildiyi, hansı müqavilə ilə nəzərdə tutulmuş borcdan silindiyi müəyyən olunmadığını nəzərə alaraq təkrar apelyasiya baxışı gedişində iş üzrə cavabdeh tərəfin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatəti əsasında kollegiya iş üzrə tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi üçün xx xxxxxx 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur:
1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqviləsi və xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli № L1-45-LA/12) saylı Razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) lizinq alan Cavabdeh tərəfindən ödənilmiş lizinq məbləği nə qədər təşkil edir?
2. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli 14-LA/12 nömrəli lizinq müqviləsi və xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü il tarixli № L1-45-LA/12 saylı Razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) lizinq alan Cavabdeh tərəfindən ödənilmiş lizinq məbləğləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixədək qalıq borc (əsas borc və cərimə) məbləği nə qədər təşkil edir? Еkspertizanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 3323 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş mülki iş materiallarında olan ödənişlərin və cərimələrin hesablanması qrafiki və ödənişləri özündə əks etdirən kassa mədaxil qəbzləri, maliyyə arayışı məlumatlarına əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci ii tarixli 14-LA/12 nömrəli lizinq müqviləsı və xx.xx.2012-ci il tarixli 45-LA/12 nömrəli lizinq müqaviləsi üzrə (həmin müqavilədə dəyişiklik edilməsi barədə xx.xx.2014-cü ü tarixli L1-45-LA/12 saylı Razılaşma və bu razılaşmaya əsasən dəyişdirilmiş ödəniş qrafiki nəzərə alınmaqla) xx.xx.2017-ci İl tarixədək 1609370,00 manat ödəməli oldudu halda 1580940,00 manat ödəniş olunmuş və cavabdehin xx.xx.2017-ci tarixinə İddiaçı-yə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc- 1.028.430,0 manat; cərimə borcu-517.805,0 manat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edərək mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, cavabdehdən əsas borc üzrə 1.028.430,0 manat tutulmalıdır. Tərələr arasında xx xxxxxx 2012-ci il tarixli lizinq müqaviləsinin və xx.xx.2008-ci il tarixli lizinq müqaviləsinin 5.1.5 və 5.2-ci maddələrində göstərilmişdir ki, avadanlıqdan istifadə üçün ödəniş qrafikində nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə avadnalığı və onun yerləşdiyi tikilini(binanı) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə geri götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. Bu halda lizinq alandan götürülmüş avadnalığa və onun yerləşdiyi tikili(bina) ilə birlikdə olan kommunikasiyalardan istifadə hüququ lizinq verənə keçir. Lizinq verən götürdüyü avadanlığı başqa şəxsə lizinqə verə bilər. Həmin müqavilələrin 5.5-ci maddəsinə görə lizinq alan tərəfindən 5.1.5-ci bəndində göstərilən hala yol verildikdə lizinq verən bu müqavilənin 5.2-ci bəndində göstərilənləri həyata keçirir, lizinq alanın borclu olduğu məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. Cavabdeh xx xxxx 2008-ci il tarixli, 04-LA/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli 45- LA/12 nömrəli müqavilələrdə nəzərdə tutulan şərtlərə, habelə yuxarıda sadalanan hüquq normalarına tam əməl etməməsi, nəticədə onun iddiaçı qarşısında məsuliyyətinin yaranması, əsas borcu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməməsi apelyasiya instansiyası məhkəməsinin apardığı araşdırma nəticəsində sübuta yetmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azaldıla bilər. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarı). Qanunverici tərəflər müqavilə bağlayarkən onlara iradə sərbəstliyi (Mülki Məcəllənin 6.1.2-ci maddəsi) vermiş, azad surətdə müqavilə bağlamaqla onun məzmununu müəyyənləşdirməyi (Mülki Məcəllənin 390.1-ci maddəsi) tərəflərin öhdəsinə buraxmışdır. Müqavilə icra olunmadığı halda dəbbə pulu ödənilməsini və dəbbə pulunun məbləğini də tərəflər müqavilə şərtlərində göstərmişlər. Kollegiya tələb edilən cərimə borcuna münasibətdə dəekspert rəyini işin faktiki hallarına uyğun hesab edərək mötəbər sübut kimi qiymətləndirir. Məhkəmə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini, cəriməni öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə cərimənin kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyinı vurğulayaraq cavabdehdən tələb olunan cərimə borcunun azaldılaraq əsas borcun təxminən 10 faizi həcmində, yəni 102.840 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlir. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edərək bu nəticəyə gəlir ki, iddiaçı hazırki halda mübahisələndirilən müqavilələrin ləğv edilməsi, lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığın, eləcə də çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığının saz vəziyyətdə geri qaytarılmasını istər qanunvericiliyin yuxarıda adı çəkilən normaların tələbləri, istərsə də müqavilələrin şərtləri baxımından tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, 200 manat ekspert tədqiqatına görə xərc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-354/2017 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2008-ci il tarixli, 04-LA/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli 45-LA/12 nömrəli və xx.xx.2014-cü il tarixli D1-45- La/12 nömrəli müqavilələr ləğv edilsin. Cavabdeh-dən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 1.028.430 manat, cərimə borcu üzrə 102.840 manat, cəmi 1.131.270 (bir milyon yüz otuz bir min iki yüz yetmiş) manat tutulsun. Lizinq obyektləri olan südün emalı və təkrar emalı texnoloji xətti avadanlığı, çiləmə üsulu ilə dairəvi suvarma sistemi avadanlığı və onların yerləşdiyi tikili (bina) kommmunikasiyası ilə birlikdə saz vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Ekspert tədqiqatına görə 200 manat xərc cavabdeh Cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: AZ 34 CTRE ********************, VÖEN **********, Dövlət Xəzinadarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41NABZ 013601**********3944, SWİFT Bik CREAZ 22) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə