Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-400/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli 2-2(113)-138/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə X1 adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş yuxarıda sadaladığı xx.xx.2013-cü il H220KK13- H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixində H099KK15-H06713 hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixində H03GKR16-H06713 hesab nömrəli müqavilə etibarsız hesab edilməsinə, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə, girov predmeti olan İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 7 saylı evin, 34 saylı mənzilin İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 saylı fərdi yaşayış evin və 0,01479 ha torpaq sahəsinin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, «D» yaşayış sahəsi, 21 saylı evin, 107 saylı mənzilin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh ASCnin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(005)- 1219/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmşdir. İşə Bakı Kommersiya Məhkəməsində baxılan zaman iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, müqavilələr üzrə İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 7 saylı evin, 34 saylı mənzil artıq satıldığından, Cavabdeh ASC-yə həmin mənzilin satışından əldə olunan 132.000 manat ödənildiyindən bu hissəni tələblərindən çıxararaq iddia tələblərini azaldıb, cavabdeh ilə X1 adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş ərizədə sadaladıqları xx.xx.2013-cü il H220KK13-H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixində H099KK15-H06713 hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixində H030KR16- H06713 hesab nömrəli müqavilənin etibarsız hesab edilməsi, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsi, girov predmeti olan İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 saylı fərdi yaşayış evin və 0,01479 ha torpaq sahəsinin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, 21 saylı evin, 107 saylı mənzilinin girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh ASCnin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-138/2024 saylı qərardadı ilə iddia tələblərinin “ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə” dair hissədə iş üzrə icraata xitam verilmişdir. İddiaçılar həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin mövqeyindən çıxış edərək, tərəflərə fərqli yanaşmaqla cavabdehin nümayəndələrinin tələb edilən sənədləri təqdim etməmələrinə məhəl qoymadan qanunsuz qərardad çıxarması ilə Mülki Prosessual Məcəllənin 8.1 və 8.2-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından olan Azərbaycan Kredit Bürosunun xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, iddiaçının iddia ərizəsində əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsini tələb etdiyi kredit müqavilələri üzrə (xx.xx.2013-cü il tarixli H220KK13- H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixli H099KK15-H06713 hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixli H030KR16-H06713 hesab nömrəli müqavilə) borc alan X1 xx.xx.2022-ci il tarixinə icra edilməmiş pul öhdəliyi mövcud deyildir. Göründüyü kimi tərəflər arasında mübahisə artıq aradan qalxmışdır. Çünki iddiaçının silinməsinin tələb etdiyi borclar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, məhkəmə qərardad qəbul edərkən cavabdehin şifahi izahatını deyil, Azərbaycan Kredit Bürosunun xx.xx.2022-ci il tarixli çıxarışını əsas götürmüşdür. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-138/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-400/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-400/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver