Məhkəmə qərarları › İş №2-2(103)-400/2025

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2-2(103)-400/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-400/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinov sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı pul tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə əlavə qətnamənin qəbul edilməsi barədə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 20887 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 154 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Dövlət Sığorta Kommersiya Şirkətindən əmlaka dəymiş zərərə görə 28394 manat məbləğində sığorta ödənişinin, 2500 manat məbləğində dəbbə pulunun, hüquqi yardıma görə 400 manat məbləğin və ödənilmiş 154 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-258/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) 6098 (altı min doxsan səkkiz) manat 18 (on səkkiz) qəpik məbləğində sığorta ödənişi, vəkil xərclərinin əvəzi olaraq 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-258/2025 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi və hazırki apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 92 (doxsan iki) manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 400 (dörd yüz) manat xidmət haqqının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(103)-400/2025 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-258/2025 nömrəli qətnaməsi sığorta məbləği hissəsində dəyişdirilsin, cavabdehdən 14.069,99 manat sığorta ödənişi və 110,7 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi,qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin nəticə hissəsində vəkil xərcləri və dövlət rüsumu ilə əlaqədar məsələ həll edilməmişdir. Bu səbəbdən, iş üzrə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar vəkil xərci haqqında məsələ həll edilməmiş, lakin dövlət rüsumu ilə bağlı məsələyə münasibət bildirilərək 110,7 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 229.1 və 229.1.3-ci maddələrində isə təsbit olunmuşdur ki, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Bu baxımdan kollegiya hesab edir ki, vəkil xərci ilə əlaqədar əlavə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 229-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Ərizə qismən təmin edilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat vəkil xərci cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən (Ləğv prosesindədir) tutularaq İddiaçı MMC-yə ödənilsin. Əlavə qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar