Məhkəmə qərarları › İş №2-2(103)-401/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-401/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-401/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdeh X3 və işdə iştirak etməyən X4 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxxxxxxxx 2019-cu il tarixli e-2- 2(81)1149/2019 saylı qərardadından işdə iştirak etməyən X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: xxxx «xxxx» MMC cavabdeh X5 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X3 “xxxx" MMC-yə malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 1283.58 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 4738.22 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 3607.67 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3536.20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 3484.35 manat məbləğində borcun, cəmi 16 650.02 manat məbləğində dəbbə pulunun, xx.xx.2019-cu il tarixli müqavilə üzrə malların dəyərinin ödənilməməsinə görə yaranmış 39148.62 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 1957.43 manat pulun, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 100 000 manat məbləğində pulun, 30 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq xxxx MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xxxx eyni zamanda iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ sahəsi, 76 V/8 nömrəli bağ sahəsinin və ** HF *** dövlət qeydiyyat nişanlı Fiat Doblo minik markalı, ** MU *** dövlət qeydiyyat nişanlı Sens TF55YO yük markalı, ** TL *** dövlət qeydiyyat nişanlı X9 markalı, 99MA542 dövlət qeydiyyat nişanlı SENS TF55YO yük markalı, 10SU069 qeydiyyat nişanlı Mercedes Benz C 280 markalı, ** TK *** dövlət qeydiyyat nişanlı Fiat Doblo markalı, 99MA521 dövlət qeydiyyat nişanlı ZAZ SENS TF55YO yük markalı, 99EF542 dövlət qeydiyyat nişanlı X12 markalı avtomobillərin üzərinə iddia tələbi həddində həbs qoyulması, həmin əmlakın satılması və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxxxxxxxx 2019-cu il tarixli e-2- 2(81)1149/2019 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, yekun məhkəmə aktı qəbul edilənədək, cavabdeh X3 mülkiyyətində olan ** HF *** dövlət qeydiyyat nişanlı Fiat Doblo minik markalı, ** MU *** dövlət qeydiyyat nişanlı Sens TF55YO yük markalı, ** TL *** dövlət qeydiyyat nişanlı X9 markalı, 99MA542 dövlət qeydiyyat nişanlı SENS TF55YO yük markalı, 10SU069 qeydiyyat nişanlı Mercedes Benz C 280 markalı avtonəqliyyat vasitələrinin başqa şəxslərin adına özgəninkiləşdirilməsi və hər hansı formada yüklü edilməsi cavabdeh X5 qadağan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-114/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, malların dəyərinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 20 manat dəbbə pulu cəmi 100 manat məbləğində dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 32068,62 manat məbləğində əsas borc və onun qaytarılmaması nəticəsində yaranmış 1603,43 manat (əldən çıxmış fayda), hüquqi xidmətə görə ödənilmiş 1000 manat, dövlət rüsumu kimi ödənilmiş 6,84 manat cəmi 34778,89 manat məbləğində pul cavabdeh X2 tutularaq xxxx MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə iştirak etməyən X7 ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxxxxxxxx 2019-cu il tarixli e-22(81)-1149/2019 nömrəli qərardadının 90TL573 dövlət qeydiyyat nişanlı, X9 markalı avtomobillə bağlı tətbiq olunmuş iddia təmin etmə tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-114/2020 saylı qərardadı ilə həmin ərizəyə şikayət kimi baxılmış və şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında X7 şikayəti müdafiə etdi, cavabdeh X8 da şikayətlə razı olduğunu bildirdi. xxxxnın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyən X4 ərizəsinə münasibət bildirməmiş və həmin ərizəyə Mülki Prosessual Məcəllənin 162-ci maddəsinə uyğun (iddianı təmin etmənin ləğv olunması) baxmalı olduğu halda, həmin Məcəllənin 269-cu maddəsinə uyğun qərardaddan verilmiş şikayət kimi baxaraq, şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi, qeyd olunan maddədə apellyasiya instansiyası məhkəməsinin qərardadın əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilmişdir. Qərardadın əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, şikayətin qərardadın ləğvinə yönəlib-yönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qərardadın əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir, birincisi şikayətin qərardadın tam ləğvinə yönəlməməsi, ikincisi mübahisənin predmetinin bölünməz olmaması məcmu halda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin istisna olması qərardadın əsaslılığının tam yoxlanılması üçün əsasdır. Qeyd olunan iki şərtdən hər hansı birinin, yəni şikayətin qərardadın tam ləğvinə yönəlməsi və mübahisənin predmetinin bölünməz olması birinci instansiya məhkəməsinin qərardadının əsaslılığının apellyasiya qaydasında tam yoxlanılması üçün əsasdır. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın təmin tədbiri barədə ərizə qismən təmin olunmuş, cavabdeh X8 həmin qərardadla razılaşmayıb ondan şikayət vermiş və şikayətdə qərardadın qismən deyil, bütövlükdə ləğv edilib, iddianın təmin tədbiri barədə ərizənin bütövlükdə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli e-2-2(103)-781/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxxxxxxxx 2019-cu il tarixli e-2-2(81)-1149/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardad qanuni qüvvəyə minmişdir. Qeyd olunan halları və “M. İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2017-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadına işdə iştirak etməyən X4 şikayəti əsasında yenidən apellyasiya qaydasında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinin tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxxxxxxxx 2019-cu il tarixli e-2- 2(81)1149/2019 saylı qərardadından işdə iştirak etməyən maraqlı şəxs X7 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İşdə iştirak etməyən X7 tərəfindən verilmiş ərizəyə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar