Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-404/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(113)-1175/2023 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. "xxxx" MMC, "xxxx" MMC və Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ümumilikdə 4220,62 manat məbləğində borcu olması səbəbidən vergi orqanı hazırkı ərizə ilə məhkəməyə müraciət edərək hər iki hüquqi şəxsin icra orqanının rəhbəri, həmçinin fərdi sahibkar olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Maraqlı şəxs dövlət büdcəsinə 22302,08 manat məbləğində artıq ödəməsi olmasını əsas gətirməklə onun qeyd olunan hüququnun məhdudlaşdırılmasını gözlənilən nəticəyə mütənasib hesab etməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna olan 3762,22 manat, İşsizlikdən Sığorta Fonduna olan 159,22 manat, İcbari Tibbi Sığorta Fonduna olan 299,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxxx 1951-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Cəbrayıl rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,07 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 0 manat, İşsizlikdən Sığorta Fonduna 0 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3761,15 manat, İcbari Tibbi Sığorta Fonduna 299,18 manat, İşsizlikdən Sığorta Fonduna 159,22 manat olmaqla, ümumilikdə 4220,62 manat borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********550900 nömrəli, xx.xx.2022-ci il tarixli **********582100 nömrəli, xx.xx.2022-ci il tarixli **********801900 nömrəli, xx.xx.2022-ci il tarixli **********270700 nömrəli, xx.xx.2022-ci il tarixli **********166500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır.
5. Maraqlı şəxs tərəfindən etiraz təqdim edilməmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(113)-1175/2023 saylı qətnaməsi ilə ərizə təmin edilməmişdir.
7. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, fondlara ümumilikdə 4220,62 manat məbləğində borcun mövcud olmasını təsdiq etsə də, Maraqlı şəxs dövlət büdcəsinə 22302,08 manat məbləğində artıq ödəməsi olmasını əsas gətirməklə maraqlı şəxsin qeyd olunan hüququnun məhdudlaşdırılmasını gözlənilən nəticəyə mütənasib hesab etməmiş və Baş İdarənin ərizəsini təmin etməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) mövcud artıq ödəməsi dövlət büdcəsinə olmaqla, həmin cəmiyyət barəsində Baş İdarənin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsi üzrə tələb olunan borc məbləği Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fondunadır. Belə ki, mövcud olan artıq ödəmənin dövlət büdcəsindən müvafiq fondlara əvəzləşdirilməsi mümkün olmamaqla, qanunvericiliklə də belə bir əvəzləşdirmənin həyata keçirilməsi nəzərdə tutulmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinə yazılı izahat təqdim edərək fondlara 4220,62 manat borcu olduğunu, lakin 22302,08 manat artıq ödəmənin olması nəzərə alınaraq borc məbləğlərinin əvəzləşdirilməsi ilə bağlı vergi orqanına müraciət etməsinə baxmayaraq heç bir tədbir görülmədiyini, məktublara belə cavab verilmədiyini bildirmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakları olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
12. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
14. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
15. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
16. Həmin məcəllənin 87.1, 87.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir.
17. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsaslıdır.
20. İş materiallarından müəyyən edilir ki, hazırkı ərizədə ölkədən getmək hüququnun məhdudlaşdırılması istənilən Maraqlı şəxs "xxxx" MMC və "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla yanaşı, həm də fərdi sahibkardır.
21. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqələrindən və vergi borcu barədə elektron çıxarışlardan müəyyən edilir ki, yuxarıda qeyd edilən hüquqi şəxslərin və Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ümumilikdə 4220,62 manat məbləğində borcu mövcuddur.
22. Ərizəçinin tərəfindən borcun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********550900 nömrəli, xx.xx.2022-ci il tarixli **********582100 nömrəli, xx.xx.2022-ci il tarixli **********801900 nömrəli, xx.xx.2022-ci il tarixli **********270700 nömrəli, xx.xx.2022ci il tarixli **********166500 nömrəli bildirişlər göndərilmiş, lakin borcun ödənilməsi təmin edilməmişdir.
23. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən maraqlı şəxsin arqumentini əsaslı hesab edərək qeyd etmişdir ki, "xxxx" MMC-nin fondlara borcu olsa da dövlət büdcəsinə 22302,08 manat artıq ödəməsi mövcuddur. Mütənasiblik (görülən məhdudlaşdırma tədbirinin gözlənilən nəticələrə adekvat olması) prinsipinin gözlənilməsi baxımından maraqlı şəxsin qeyd olunan hüququnun məhdudlaşdırılması gözlənilən nəticəyə mütənasib deyil.
24. Vergi ödəyicisinin vergilər üzrə artıq ödəməsi olmasına baxmayaraq, həmin məbləğin fondlara olan borclarla əvəzləşdirilməsi yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən mümkünsüz olduğundan, ümumilikdə fondlara ödənilməli olan borc məbləğinin isə mütənasiblik prinsipi baxımından kifayət qədər olmasına əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir.
25. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, 87.1.1ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək ərizə təmin edilməlidir.
26. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2- 2(113)-1175/2023 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməli, Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxxx 1951-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Cəbrayıl rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X2 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, e-2-2(113)-1175/2023 saylı qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. Maraqlı şəxs (doğulduğu tarix – xx xxxxxxx 1951-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Cəbrayıl rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov