Məhkəmə qərarları › İş №2-2(103)-406/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-406/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-406/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı cavabdehdən müqaviləyə dair xidmət haqqının tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2218/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən (hakim Z.Pirverdiyev) iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehə qarşı cavabdehdən 1.514.350,30 manat məbləğində əsas borc, 295.131,15 manat faiz məbləği, 6000 manat məbləğində hüquqi yardım xərcləri, 310 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 1.815.821,45 manat məbləğində pulun və məhkəmə mübahisəsi ilə əlaqədar hüquqi yardım göstərən şirkətə ödənilməli olan iddiaçıya ödəniləcək vəsaitin 8% məbləğində qonorar məbləğin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2218/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X2" Trestindən əsas borc üzrə 276.045,42 manat və 280.000 ABŞ Dolları ödənildiyi gün Azərbaycan manatı məzənnəsi ilə, 10.295,16 manat faiz məbləği, 1264 manat məbləğində hüquqi yardım xərcləri, 130 manat vəkil ilə bağlanmış müqaviləyə dair xidmət haqqı tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu məbləğinin 12,64 manat məbləğinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "X2" Trestindən tutularaq İddiaçınə ödənilməsi, qalan 17,36 manat məbləğin isə İddiaçınə aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişlər. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 30.06.2021-ci il tarixə təxirə salınmış, məhkəmə iclasında iştirak edən tərəflərin nümayəndələri barışıq sazişini məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 2218/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2218/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-2218/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Trest Bakı Kommersiya Məhkəməsinin qətnaməsi üzrə boşdayanma ilə bağlı 280.000 ABŞ dollar məbləğində əsas borcu 01.07.2021-ci il tarixdən başlayaraq, aşağıdakı siyahı üzrə ödəyəcəkdir: 01.07.2021 – 100.000 ABŞ dolları 01.08.2021 – 100.000 ABŞ dolları 01.09.2021 – 80.000 ABŞ dolları

2. Trest Bakı Kommersiya Məhkəməsinin qətnaməsi üzrə 10.000 manat faiz məbləğini 01.07.2021-ci il tarixədək ödəyir.

3. ərəflər öz apelyasiya şikayətlərini geri götürürlər.

4. Bu sazişdə nəzərdə tutulmayan və ya tənzimlənməyən hər hansı bir məsələ tərəflər arasında mövcud olan müqavilələrin müvafiq müddəalarına uyğun olaraq şərh ediləcək və tənzimlənəcəkdir.

Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar