Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-408/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil və nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilk, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İB tərəfindən artıq hesablanmış 303.000 manat borcun silinməsi, qazın dayandırılması nəticəsində İddiaçı MMC-yə dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə ******* manatın, ümumilikdə ******* manat vəsaitin Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk İddiaçı MMCnin Cavabdeh İB-yə qarşı ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh İB-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı təbii qazdan istifadəyə görə yaranmış 262359,47 manat borcun və 30 manat məbəğində dövlət rüsumunun məcburi qaydada tutularaq Birliyin bank hesabına ödənilməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi və zərərin əvəzinin ödənilməsi barədə ilkin iddiasının rədd edilməsi, Cavabdeh İddiaçınə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddiasının təmin edilərək 262359,47 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqli iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspertiza keçirilmiş, ekspert tərəfindən məhkəmə tərəfindən qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, qaz tənzimləyicisinin qaz sayğacından sonra quraşdırılması layihələndirmə normaları və işçi layihəyə uyğun deyil. Məhkəmə rəyi ona görə nəzərə almamışdır ki, ekspert tərəfindən məhkəmənin “tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdə qazdan daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi, səbəb olursa artıq hesablanmış sərfiyyatın nə qədər təşkil etməsi” soruşulsa da, ekspert bu suala qeyri-müəyyən cavab vermişdir. Əgər rəydə məhkəmə üçün hər hansı qeyrimüəyyənlik var idisə, o zaman iş üzrə təkrar ekspertiza keçirilməli, ekspertlər məhkəmə iclasında dindirilməli idi. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, dəymiş ziyan və əldən çıxmış fayda tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddianı təmin etmə tədbiri görülərək iddiaçının qaz təchizatının dayandırılması Cavabdeh İB-nə qadağan edilmiş, lakin buna baxmayaraq qaz təchizatı dayandırılmış, Cavabdeh İB İXMnin 528-1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə olunmuşdur. İstixanaya qazın verilişi dayandırıldığından iddiaçı alternativ isitmə vasitələrindən istifadə etmiş, əlavə xərclər çəkmiş, istixanada məhsuldarlıq aşağı düşmüş, pomidor ştilləri yanmışdır. Dəymiş ziyanın həcmi ilə bağlı mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edilən müətəxəssis rəyinə qətnamədə ümumiyyətlə qiymət verməmiş, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutları səthi araşdırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-2(113)-18/2021 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilmiş, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək, 262.359,47 manat qalıq borcu silinmiş, qarşılıqlı iddia rədd edilmiş, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmiş, cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 manat ekspertiza xərcinin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-74/2022 saylı qərarı ilə iddiaçı və cavabdehin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 23 sentyabr tarixli, 2-2(103)-800/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin təmin edilərək, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apelysasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - “25 yanvar 2018-ci il tarixli, Akx-2/559 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə görə, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - Abonent saldosuna görə, cavabdehin iddiaçıya 05 iyun 2020-ci il tarixə olan borcu 262.359,47 manat təşkil edir. - Bakı Regional Qazın Satışı Departamentinin İddiaçı MMC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli bildirişində 15 gün müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tərəflərindən təmin olunması, əks təqdirdə müəssisənin qaz təchizatının dayandırılacağı qeyd olunmuşdur. - Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair xx.xx.2018-ci il tarixli, 000263 saylı akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Zirə istixanasında "xxxx" QSC tərəfindən xx.xx.2018-ci il tarixdən texniki baxış keçirilmiş və qaz tənzimləmə qurğularının sazlanmasının yerinə yetirildiyi qeyd olunmuşdur. - Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyinə görə, “Qaz təchizatı layihələndirmə normaları” 2.12-1 AzDTN-nin 7.14 bəndinin tələblərinə və Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus istixanaya qaz təchizatı üçün verilmiş texniki şərtə və işçi layihəsinin cizgilərinə əsasən, qaz tənzimləyicisinin qaz sayğacından əvvəl quraşdırılmalı olduğu, həmin qaz tənzimləyicinin qaz sayğacından sonra quraşdırılması qeyd olunan layihələndirmə normalara və işçi layihəsnə uyğun olmadığı, “İton, TZ/FLUXİ trubin qaz sayğacı, Quraşdırma və istismar təlimatı”nda göstərilən tələbləri nəzərə aldıqda, qaz kəmərlərində qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması, həmin sayğacların sonradan artıq xətalarla işləməsi, yəni qazın sərfiyyatınln düzgün hesablanmasına gətirə biləcəyi qeyd olunmuşdur. İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış “Kubuş” markalı qazanların maksimal saatlıq qaz sərfiyyatlarını və işləmə rejimini nəzərə aldıqda, həmin markalı 4 ədəd suqızdırıcı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatı 262.500 kub.m. təşkil edir. İddiaçı MMC abonentin saldosundan görünür ki, 2018-ci ilin yanvar ayı üçün qazın sərfi 357.372 kub.m., (artıq hesablanmış sərfiyyat 65.938 kub.m.), 2018-ci ilin noyabr ayı üçün qazın sərfi 367.588 kub.m. (artıq hesablanmış sərfiyyat 105.088 kub.m.), 2018-ci ilin dekabr ayı üçün qazın sərfi 577.892 kub.m. (artıq hesablanmış sərfiyyat 315.392 kub.m.), 2019-cu ilin yanvar ayı üçün qazın sərfi 397.477 kub.m. (artıq hesablanmış sərfiyyat 134977 kub.m.), 219-cu ilin fevral ayı üçün qazın sərfi 416.391 kub.m. (artıq hesablanmış sərfiyyat 153.891 kub.m.), 2019-cu ilin mart ayı üçün qazın sərfi 417.784 kub.m. (artıq hesablanmış sərfiyyat 155.284 kub.m.), 2019-cu ilin aprel ayı üçün qazın sərfi 322.613 kub.m. (artıq hesablanmış sərfiyyat 60.113 kub.m.), 2019-cu ilin noyabr ayı üçün qazın sərfi 519.268 kub.m. (artıq hesablanmış sərfiyyat 256.768 kub.m.), 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 351.894 kub.m. (artıq hesablanmış sərfiyyat 89.394 kub.m.), 2020-ci ilin yanvar ayı üçün qazın sərfi 363.528 kub.m. (artıq hesablanmış sərfiyyat 101.028 kub.m.), 2020-ci ilin fevral ayı üçün qazın sərfi 340.748 kub.m. (artıq hesablanmış sərfiyyat 78.248 kub.m.) hesablanmışdır. Göstərilən tarixlər üçün İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış 4 ədəd “Kubuş” markalı qazanların bir ayda istifadə edilə bilən maksimal qaz sərfiyyatından (262.500 kub.m.) MMC-nin saldosundan 2018-ci ilin yanvar ayından 2020ci ilin fevral ayına qədər qış mövsümlərinin soyuq ayları üçün göstərilmiş sərfiyyatlardan 1.516.121 kub.m. məbləğdə qaz sərfiyyatı artıq hesablanmışdır. Kollegiya işin sadalanan hallarını, apelyasiya şikayətinin dəillərini və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi borcun silinməsi hissəsində ilkin iddianın rədd edilməsi nəticəsinə gələrkən yanız ekspert rəyinə əsaslanmış və qeyd etmişdir ki, “... ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olmasına, qaz sərfiyyatının real ölçüdən artıq göstərilməsinə səbəb ola bilməsi sualına qeyri – müəyyən cavab vermişdir. Bundan sonra ekspert tənzimləyicinin qaz sayğacından sonra qoyulması səbəbindən sayğaca istehlak olunan təzyiqdən daha artıq təzyiqdə qazın daxil olması nəticəsində artıq hesablanmış vəsaitin hesablanması istiqamətində araşdırma aparmamış, hesablamalarını su qızdırıcı qazanların aylıq maksimal qaz sərfiyyatı ilə əsaslandırmışdır. Halbuki, hazırkı mübahisənin mahiyyətini məhz qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılmaması nəticəsində artıq hesablamanın aparılması təşkil edir. Bundan başqa, ekspert rəyinin təsviri hissəsində istilikxanada 7 ədəd su qızdırıcı qazanın olması göstərilsə də, hesablama 4 ədəd qazanın maksimal aylıq sərfiyyatı hesablanaraq artıq qaz sərfiyyatının olduğu qeyd olunmuşdur. Ekspert hesablamaların 7 deyil, 4 qazana görə aparılmasını “baxışda iştirak etmiş Natiq Zaxarzadənin deməsinə görə” fikri ilə əsaslandırmışdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 174.2-ci maddəsinə əsasən, sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Kollegiya bildirir ki, məhkəmə tərəfindən mübahisənin hallarına münasibət bildirilərkən yalnız müvafiq ekspert rəyinin qeyri-müəyyənliyini və ziddiyyətli halları sadalanmış, “formal həqiqət” prinsipinə uyğun olaraq iş materiallarında olan və tərəflərin təqdim etdiyi sübutlar üzrə qiymətləndirmə aparmamış, həmin sübutlar əsasında mövqeyini əsaslandırmadan ilkin iddianın təmin edilməməsi nəticəsinə gəmişdir. İşdən aydın olduğu kimi, hazırki kommersiya mübahisəsi üzrə ilkin iddiaçı tərəfindən qaz sərfiyyatı ilə bağlı artıq borcun hesablanmasına əsas kimi qaz tənzimləyicisinin yerinin cavabdeh orqan tərəfindən dəyişdirilmiş olması göstərilir. Belə olan halda, iş üzrə ədalətli nəticənin əldə edilməsi üçün ilk öncə qaz tənzimləyicisinin yerinin Cavabdeh İB tərəfindən dəyişdirilib-dəyişdirilmədiyi, bu dəyişdirmə baş verdiyi təqdirdə qaz sərfiyyatına təsiri dəqiq müəyyən edilməlidir. Qeyd edilən ziddiyyətli hala münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Ekspert rəyindən görünür ki, iddiaçıya məxsus obyektin sayğacı Cavabdeh İB-nin Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin Zirə-3 saylı X1raşdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sayğacın yerləşdiyi stansiyaya giriş-çıxış imkanı məhdud olduğundan sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməli olduğuna dair Cavabdeh İB tərəfindən xx.xx.2018-ci il tarixli bildiriş göndərildikdən sonra tənzimləyicinin yerinin dəyişdirildiyini iddiaçı yalnız dolayı sübutla, yəni qaz sərfiyyatında artımın baş verməsi ilə sübut edə bilərdi. Belə ki, İddiaçı abonent saldosundan görünür ki, mübahisələndirilən dövrlə əvvəlki ilin eyni ayları müqayisə edildikdə qaz sərfiyyatında artım müşahidə edilir. Belə ki, 2017-ci ilin noyabr ayı üzrə iddiaçının qaz sərfiyyatının məbləği 52330,40 manat, 2018-ci ilin noyabr ayında isə 73517,60 manat, 2017-ci ilin dekabr ayında 65687,60 manat, 2018-ci ilin dekabr ayında isə 115578,40 manat, 2018- ci ilin yanvar ayında 71474,40 manat, 2019-cu ilin yanvar ayında 79495,40 manat, 2018-ci ilin fevral ayında 40123 manat 2019cu ilin fevral ayında isə 83278,20 manat, 2018-ci ilin mart ayında 52481,80 manat, 2019cu ilin mart ayında 83556,80 manat, 2018-ci ilin aprel ayında 35876 manat, 2019-cu ilin aprel ayında isə 64522,60 manat, 2018-ci ilin oktyabr ayında 4008 manat, 2019-cu ilin oktyabr ayında 23063,20 manat olmuşdur. İşin hallarından və müvafiq ekspert rəyindən də görünür ki, hazırki mübahisənin faktiki halları nəzərə alınan zaman iddiaçıya mxsus müəssissənin qaz sərfiyyatındakı artımın tənzimləyicinin yerinin dəyişdirilməsi ilə bağlı olması, dəyişdirildiyi halda qaz sərfiyyatına hansı həcmdə təsir göstərməsini müəyyən etmək qeyri-mümkündür. Belə ki, ekspert rəyində tənzimləyicinin sayğacdan sonra yerləşdirilməsinin qazın təzyiqinin həddən artıq çox olduğu təqdirdə sayğac üzrə aparılan sərfiyyatın hesablanmasında yalnışlığa səbəb ola bilmə ehtimalı qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən sualların cavablandırılması cari zamanda deyil, yalnız mübahisələndirilən dövr üzrə yerində baxış keçirilməsi ilə mümkün ola bilərdi. İşin cari halları üzrə bu sual üzrə dəqiq cavabın əldə edilməsi mümkün görünmür. Belə olan halda, sadalananları nəzərə alan kollegiya hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş texniki şərtdə iddiaçıya məxsus obyektin qaz tənzimləyicisinin sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulduğu halda texniki şərtdə dəyişiklik edilmədən istehlakçıdan qaz tənzimləyicisinin sayğacdan sonra quraşdırılmasının tələb edilməsi, əks halda qaz təchizatının dayandırılacağına dair Cavabdeh İB tərəfindən göndərilmiş xəbərdarlıq, o cümlədən qaz sərfiyyatında müşahidə olunan kəskin artım və işin digər müəyyən edilmiş halları qaz tənzimləyicisinin yerinin Cavabdeh İB tərəfindən dəyişdirilmiş olmasına dəlalət edir. Bundan başqa iş materiallarından və ekspert rəyindən müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus istixanada quraşdırılmış qaz cihazlarına baxış keçirilərkən istixananın içərisindəki qazanxanada 4 ədəd yox, məhz 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırıldığı müəyyən edilmişdir. İddiaçının qaz sərfiyyatında müşahidə edilmiş artımın İddiaçı MMC-yə məxsus istixananın qazanxanasında, ona verilmiş texniki şərtdə 4 ədəd qazan quraşdırılması nəzərdə tutulduğu halda, 7 ədəd “Kubuş” markalı TSSKG tipli qazanların quraşdırılması ilə əlaqədar olub-olmadığı da müəyyən edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə İddiaçı MMC-yə məxsus istixananın qazlaşdırılmasına dair işçi layihə, müəssisədə quraşdırılmış qazanlara aid fotoşəkillər və vidoe görüntü təqdim edilmişdir. Qeyd edilən dəlillərin araşdırılması zamanı, həmçinin MMC-nin nümayəndəsinin izahatından müəyyən olmuşdur ki, müəssisədə quraşdırılan qazanlardan 4-ü işlək vəziyyətdə olmaqla, həm qaz həm də dizellə işləmək imkanına malik qazanlardır. Digər 3 qazan isə işlək vəziyyətdə olmamaqla, ehtiyat məqsədli saxlanılıb, yalnız dizellə işləyən avadanlıqlardır. Belə ki, həmin qazanların işlək vəziyyətdə olması üçün onlara müvqafiq qurğular əlavə edilməlidir. Göründüyü kimi, mübahisəli dövr üzrə qeydə alınan qaz sərfiyyatı borcunun yalnız işlək vəziyyətdə olan 4 ədəd qazanın sərfiyyatı üzrə hesablanmış olması iş materialları ilə müəyyən edilir. Məhkəmə işin qeyd edilən hallarını, iş üzrə verilmiş ekspert rəyinə əsasən İddiaçı qaz işlədicilərinin aylıq maksimal sərfiyyatının 262500 kub metr olduğunu nəzərə alaraq müəyyən edir ki, mübahisəli dövr üzrə (2018-ci ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək) ilk iddia üzrə iddiaçıya məxsus obyektdə sayğacın qaz tənzimləyicisinin yerinin dəyişdirilməsi ilə əlaqədar qaz sayğacı faktiki istehlak edilmiş sərfiyyatdan daha artıq sərfiyyat qeydə aldığından hər ay 262500 kub metrdən artıq qeydə alınmış, cəmi ******* kub.metr qaz sərfi ilə əlaqədar hesablanmış 274.387 manat (1371935/1000x200 manat) əlavə borc silinməlidir. Məhkəmə mühəndis – texniki ekspertizasının 10 fevral 2021-ci il tarixli, 10/3359 saylı rəyində ekspert qaz tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar mübahisəli olmayan dövr - 2018-ci ilin yanvar ayı və 2020-ci ilin fevral ayı üçün də artıq sərfiyyat hesablayaraq İddiaçınə artıq hesablanmış sərfiyyatın ümumilikdə 1.516.121 kub metr olduğunu qeyd etdiyindən məhkəmə hesab edir ki, mübahisəli olmayan aylar üçün ekspert tərəfindən hesablanmış sərfiyyat (65938 m3+78248m3 ) nəzərə alınmamalıdır. İddiaçıya artıq hesablanmış sərfiyyatın məbləği məhkəmə tərəfindən ekspert rəyi əsas götürülməklə, 274387 manat müəyyən edilsə də, abonent saldosuna əsasən, iddiaçının 05 iyun 2020-ci il tarixə olan qalıq borcunun məbləği cəmi 262359,47 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə qismən ləğv edilərək ilk iddia 262359,47 manat məbləğində borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə borcun silinməsi tələbi rədd edilməli, o cümlədən işin faktiki halları əsas götürülməklə, qeyd edilən məbləğdə borcun İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətindən tutulması hissəsində qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddia tələbinin “qazın dayandırılması nəticəsində dəymiş 418200 manat maddi zərərin, qazın dayandırılması səbəbindən məhsuldarlığın azalması nəticəsində 402993 manat əldən çıxmış faydanın, qazın dayandırıldığı müddətdə alternativ yanacaq vasitəsi kimi istifadə olunmuş dizelin dəyəri olan 30000 manatın, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 1000 000 manat ziyanın tutulması” hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “... iddiaçı tərəfindən məhkəməyə real zərər kimi qiymətləndirdiyi məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu təsdiq edən rəsmi sənədlər, əldən çıxmış fayda kimi tələb etdiyi məbləğlə bağlı adi mülki dövriyyə şəraitində əvvəlki dövrlərdə nə qədər gəlir əldə etməsi, məhz cavabdehin təqsiri üzündən bu gəlirləri əldə edə bilməməsi ilə bağlı sübutlar təqdim olunmalı idi. Lakin qeyd olunan xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır və buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissələrdə də rədd edilməlidir.” AR MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə hesab edir ki, İddiaçı MMC-yə məxsus istixananın qaz təchizatı dayandırıldığından qaz əvəzinə dizeldən istifadə olunması bildirilsə də, həmin dizel sərfiyyatını təsdiq edən sənədlər təkrar apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilməmiş, şikayətə əlavə edilməmişdir. Həmçinin, istixana qaz əvəzinə dizel yanacağından istifadə olunmaqla qızdırıldığından əkilmiş pomidor ştillərinin müəyyən hissəsinin sıradan çıxması və məhsuldarlığın azalması ilə qaz təchizatının dayandırılması arasında səbəbli əlaqə müəyyən olunmadığından, müəssisənin işgüzar nüfuzunun zədələnməsi halı da məhkəmə araşdırması zamanı təsdiqini tapmır. Beləliklə, yuxarıda sadalananları nəzərə alan, məhkəmə kollegiyası hesab edir ki, ilkin İddiaçı MMC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021- ci il tarixli e-2-2(113)- 1685/2021 nömrəli qətnaməsi qismənqarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməli, ilk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək 262359,47 manat qalıq borc silinməli, Cavabdeh İddiaçınə qarşı 262359,47 manat borcun tutulması barədə qarşılıqlı iddiası rədd edilməli, qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-385, 392 və 402-406cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin edildiyi və borcun silinməsi barədə ilk iddia tələbinin rədd edildiyi hissədə ləğv edilsin. İlk iddia borcun silinməsi hissəsində qismən təmin edilərək 262.359,47 manat (iki yüz altmış iki min üç yüz əlli doqquz manat qırx yeddi qəpik) qalıq borc silinsin. Cavabdeh İddiaçınə qarşı 262.359,47(iki yüz altmış iki min üç yüz əlli doqquz manat qırx yeddi qəpik) manat borcun tutulması barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə ilk iddianın rədd edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Cavabdehndən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə 200 (iki yüz) manat ekspertiza xərci tutulsun. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-408/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-408/2022
10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver