Məhkəmə qərarları › İş №2-2(103)-41/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-41/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-41/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə; İddiaçı Cavabdeh ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "Cavabdeh" ASC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli MXD-08314 nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesblanmış 4104 manat borcun silməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə xx xxxx 2017-ci il tarixdə "Cavabdeh" ASC-nin əməkdaşlarının imzası ilə birtərəfli qaydada MXD-08314 nömrəli akt tərtib olunmuşdur. Aktın hansı şəraitdə və harada tərtib edilməsindən iddiaçının xəbəri olmamışdır. Yalnız 2017-ci ilin sonlarında məlum olmuşdur ki, həmin akt əsasında 4104 manat cərimə borcu yazılmışdır. Bildirirlər ki, 130250 nömrəli müaqvilə kodu əsasında fəaliyyət göstərsəkdə sözügedən aktın tərtib edildiyi dövrdə ümumiyyətlə obyektdə su xətti olmamışdır. Obyektə məxsus su xətti yol çəkilişi zamanı kəsilmişdir. Tərtib edilən aktda da həmin nüanslar göstərilmişdir. Bütün bunlarla əlaqədar dəfərlərlə rayon su idarəsinə və "Cavabdeh" AS C-yə şifahi və yazılı müraciət etsələrdə hec bir tədbir görülməmişdir. "Cavabdeh" ASC-nin əməkdaşları qanunsuz və əsassız tərdib edilən akt bardə məlumat vermedən 4104 manat cərimənin hesablanması barədə və ən əsası obyektdə su olmadığı halda bu hesabatı nəyə görə aparması və 5 ay sonra bildirməsi qanunun kobud surətdə pozulmasıdır. Qeyd olunanlara əsasən "Cavabdeh" ASC tərəfindən hesblanmış 4104 manat borcun silməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qaydada qoşulmaqla haqqı ödənilmədən qanusuz istifadəsini aşkarlaması faktını sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun AR Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab edilməsi barədə gəldiyi nəticə də tamamilə qanunsuz və əsassızdır.Belə ki, Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatı sisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir. Əməkdaşlarımız tərəfindən iddiaçının su təchizatı sisteminə baxış keçirilməsi onun sahibkarlıq fəaliyyətinin və ya təsərrüfat fəaliyyətinin yoxlanması olmadığından bu baxış sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə tələbin heç bir hüquqi əsası yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Seymur Bağırov apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirdi ki, qeyd edilmiş pozuntu ilə bağlı video görüntü təqdim edə bilməsə də, həmin pozuntunun fotoşəkilləri mövcuddur. Göstərilənlərə əsasən şikayətin təmin edilməsinin və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsinin və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərələrin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan; - İddiaçı Bakı ş., Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 436,0 kv.metrdən ibarət qeyri yaşayış sahəsinə AR DƏK X1 İdarəsi tərəfindən verilmiş obyektlərin texnikiiqtisadi göstərişlərinə dair Texniki Pasport əldə etmişdir. - İddiaçı fərdi sahibkardır, - vergi uçotu orqanının adı Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti, -VÖEN ********. - İddiaçı tərəfindən mübahisələndirilən MXD-08314 saylı inventar aktından görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Mehdiabad qəsəbəsində yerləşən İddiaçı məxsus “Vüsal” şadlıq sarayının su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, obyektin su xətti yol çəkilişi zamanı kəsilmişdir. Anbardan çıxan su xəttinin diametri d=20 mm təşkil edir. Akt yalnız "Cavabdeh" ASC-nin nümayəndələri tərəfindən imzalanmış, obyektin nümayəndəsi Həsənxanov Hacı akta imza etməkdən imtina etmişdir. - “Qeyri qanuni istifadə nəticəsində itirilmiş su hesabatına” əsasən 12 ay ərzində çirkaba görə 2.052 m3 miqdarında 2.052,00 manat dəyərində tullantı suların axıdılması xidmətindən, 2052 m3 miqdarında 2.052,00 manat dəyərində saf sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş ziyan müəyyən edilmişdir. - Abonent haqqında məlumatdan görünür ki, 2017-ci ilin iyun ayına ümumilikdə 4.104,00 məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisə obyektdə baxış keçirilməsi nəticəsində iddiaçıya məxsus obyektin anbarından çıxan su xəttinin diametri d=20 mm-lik borunun aşkar olunması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus obyektin anbarına daxil olan yox, ağzı bağlanmış, istifadəsi qeyri mümkün olan anbardan çıxan xətt aşkar edilmiş, nəticədə 4.104,00 manat borc yazılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Göründüyü kimi, hazırkı mübahisə obyektdə sayğacdan keçməyən su xəttində istifadəyə görə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesabladığı 4104 manat manat borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "Su təchizatı və tullantı suları haqqında" qanunun 30-cu maddəsinə görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərəin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh ASC-yə məxsus su borusuna qeyri-qanuni su xətti ilə qoşularaq sudan istifadə edilməsi faktı müəyyən edilməmişdir. Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş Aktda İddiaçı törədmiş mülki hüquq pozuntusunun halları, sənədlərə istinadən bu halları təsdiq edən (video) digər məlumatlar göstərilməlidir. Zəruri məlumatlar nə yoxlama aktında, nədə ki ona edilən əlavələrdə əks olunmadığı üçün, İddiaçı törətmiş mülki hüquq pozuntusu kimi hər hansı konkret faktı tövsif etmək iş üzrə mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, tələb yazılı sübutlara (sənədlərə) işarə edilməsini özündə ehtiva etməlidir. Belə ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1 maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. - 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatının birinci iclasında cavabdehin nümayəndəsi pozuntu ilə bağlı video görüntünün olduğunu bildirsə də, son məhkəmə iclası zamanı həmin görüntünün olmadığını qeyd etmişdir. Belə ki, cavabdeh orqan xx.xx.2017-ci il tarixli aktın qəbul edilməsi üçün əsas olmuş pozuntu halın mövcud olduğunu təsdiq edən hər hansı sübut işmateriallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi cavabdeh tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Yəni, hazırki iş üzrə cavabdeh qeyd edilmiş aktın tərtibinə səbəb olmuş hərəkətlərin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid etməsə də, qanunvericiliklə “araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar” hamısı məhz vahid məlumat reyestrində qeydə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-978/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar