Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-413/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehin vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-194/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh qardaş olmaqla vaxtı ilə birgə sahibkarlıq fəaliyəti ilə məşğul olmuş və bu müddət ərzində də, bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. xx.xx.2011-ci il tarixdə tərəflər illər boyu fəaliyətləri nəticəsində qazandıqları əmlakların bölünməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın bəndlərinə əsasən tərəflər Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri - ünvan 1 ünvanında məhəllədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı obyektin Cavabdeh verilərək adına sənədləşdirilməsini; qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirilməsini; qardaşların birgə fəaliyyəti davam edərək alış verişdən əldə edilən vəsaiti (gəliri) fəaliyyətdən kənar məqsədlərə sərfinin yalnız hər ikisinin razılığı əsasında həyata keçirilməsini öhdələrinə götürmələri barədə razılıq əldə etmişlər.
Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (birinci iddia).
2. Həmçinin, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ikinci iddia).
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-211/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir.
5. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1986/2022 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır.
7. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1986/2022 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş ayrılmış və bu hissədə eyni tarixli qətnamə qəbul edilərək, apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4731/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1986/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-211/2021 saylı qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
9. Hazırkı məhkəmə baxışının predmetini sonuncu iki mübahisə təşkil edir.
10. İddiaçı birinci iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh 2012-ci ilin iyun ayında övladının xəstəliyi adı ilə Almaniyaya gedərkən ondan qaytarmaq şərtilə 5000 (beş min) manat pul vəsaiti alaraq Respublikanı tərk etmiş, Almaniyada yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu bildirərək, orada olduğu müddətdə hər ay ona pul göndərməsini xahiş etmiş, nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həll edə biləcəyini söyləmiş, Elşən isə heç-bir narahatçılığın olmadığını, qayıdanda ümumi məbləği və faizləri qaytarmaq şərtilə mütəmadi hər ay 5000 (beş min) manat göndərilməsini istəmişdir. Qardaş olaraq inanıb 2016-cı ilin mart ayına qədər pulun göndərilməsini mütəmadi olaraq hər ay həll etmiş, Elşən pulların bankdan götürüldüyünü və əlavə faiz borcu ödənildiyini bilmişdir. Əvvəllər hər ay 5000 (beş min) manat məbləğində pul vəsaitini "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərmiş, 2014-cü ildə Elşən ona problem yarandığını dedikdən sonra, həmin pulları bir-neçə dəfə gəlibgedərkən nağd şəkildə və sonradan Elşənin planlaşdırılmış fikrinə əsasən hər ikisinə qohum olan X2 adına plastik kart açaraq daha rahat olsun deyə karta ödəmişdir. Bu ödəniş 2016-cı ilin mart ayına kimi davam etmişdir. Sonralar artıq imkan zəiflədiyindən və pulu bankdan götürdüyü üçün faizlər çoxaldığından, tək qaldığı üçün və ona köməyi olmadığından qardaş olsa da belə ona ayrılmış karta pul ödəyə bilməmişdir. Hazırkı tarixə kimi ABŞ dolları ilə faiz ödəyir, bankdan götürdüyü pullar ABŞ dolları ilə olmuş, həmçinin bu müddət ərzində kurs yuxarı qalmışdır.
11. İddiaçı ikinci iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2008-ci il tarixdə eyni məzmunlu müqavilələr bağlayaraq, ünvan 3 ünvandakı 2008-ci il tarixdə tikilməkdə olan 18 mərtəbəli binanın birinci və ikinci mərtəbəsindən ayrı-ayrılıqda 275 kv.metr olmaqla, cəmi 550 kv.metr sahəni ilkin olaraq hər biri 100.000 (bir yüz min) manat və 109.000 (bir yüz doqquz min) manat olmaqla, cəmi 209.000 (iki yüz doqquz min) manat, ümumilikdə isə 418.000 (dörd yüz on səkkiz min) manat onu "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 12 avqust 2008-ci il tarixli, 05L000000738 nömrəli ktredit xətt razılaşması üzrə götürdüyü 600.000 (altı yüz min) ABŞ dolları hesabına ödəməklə həmin sahələri kredit müqaviləsi əsasında almışdılar. 2008-2009-cu il tarixlərində onun tərəfindən həm qardaşı Cavabdeh, həm də öz adına ayrı-ayrılıqda 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat, cəmi 629.430 (altı yüz iyirmi doqquz min dörd yüz otuz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə nağd formada ödəniş etmişdir. Lakin, buna baxmayaraq həmin ödəniş nağd formada Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə deyil, bankda açılmış hesabına ödənilməli idi. Bir müddət sonra, yəni 2009-cu il tarixdə qardaşının qərəzli mövqeyi nəticəsində sözügedən obyektin hamısının onun adına keçirilməsini bildirmişdir. Bu halda ödədiyi pulların onun və 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində öz adına ödədiyi pul vəsaitini isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaytarılması şərtilə razılaşmışdır. X5 Cəmiyyəti arasındakı müqavilə qanunvericiliyin tələbinə əsasən ləğv olunmalı halda, ya da ona aid pul vəsaiti qaytarılmaqla həmin müqaviləyə xitam verilməklə, yəni onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti qaytarılaraq, tam şəkildə yenidən müəyyən şərtlər daxilində Cavabdeh ilə bağlaya bilərdi. Lakin, onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsində qalaraq, Cavabdeh ilə 16 dekabr 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına” dair yeni müqavilə bağlanmışdır. Yəni əvvəlki müqavilənin hansı şərt daxilində ləğv edilməsi ilə əlaqədar onun məlumatı olmamış və ona məlumat verilməmişdir. Bundan sonra o qardaşına inanaraq onun adına olan həmin müqavilə əsasında 2012-ci il tarixdə Almaniya Respublikasında olması ilə əlaqədar heç bir notarial qaydada etibarnamə olmadan Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2017-ci il tarixli 6 nömrəli arayışına əsasən 2011-ci il daxil olmaqla, 2016-cı ilə qədər 340.000 (üç yüz qırx min) manat məbləğində pul ödənildiyinə dair direktor və mühasiblərin imzası ilə rəsmi sənəd təsdiqlənmişdir. Lakin 2010-cu ildə ödənilmiş 65.000 (altımış beş min) manat məbləğində ödəniş həmin arayışda öz əksini tapmamışdır. Əlavə olaraq, 2011-ci ildə qəbzlər əsasında 30.000 (otuz min) manat ödənildiyi halda, arayışda həmin il üçün 10.000 (on min) manat göstərilmişdir. Bu halda onun tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.054.430 (bir milyon əlli dörd min dörd yüz otuz) manat məbləğində ödəniş edilmişdir. Bu pul vəsaiti yuxarıda qeyd edilən bankdan götürülmüş kredit hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir. O, hal-hazırda da həmin banka 2008-ci ildən kredit ödəyir. Bu halda hər iki cavabdeh ona olan qeyd edilən borclarını hazırkı tarixə kimi ABŞ dollarına olan nisbətdə faizlə birlikdə qaytarmalıdırlar.
12. İş Bakı Kommersiya Məhkəməsinin icraatında olduğu dövrdə, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun qaytarılması tələbi ilə bağlı 1.288.937 manat və borcun tutulması tələbi ilə bağlı 3.752.147 manat olmaqla, cəmi 5.041.084 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən göndərilmiş pul vəsaitləri birgə sahibkarlıq fəaliyyətinin nəticəsində əldə olunan pul vəsaitləridir, həmin pulların göndərilməsi və qeyri-yaşayış sahəsinin əldə olunması xx.xx.2011-ci il tarixli razılaşma ilə tənzimlənmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-194/2023 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin vəkili Nümayəndə1 isə apellyasiya şikayətinə eiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
21. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
23. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
27. Belə ki, borcun tutulması barədə birinci iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
28. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
29. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcud olduğu sübut olunmur.
30. Belə ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanılmamışdır.
31. Eyni zamanda, iddiaçının təqdim etdiyi bank hesablarından çıxarışlardan müəyyən edilir ki, Cavabdeh "xxxx" QSC-də olan bank hesabına xx.xx.2012-ci il tarixdə 4030 avro, xx.xx.2012-ci il tarixdə 4880 avro, xx.xx.2012-ci il tarixdə 4905 avro, xx.xx.2012-ci il tarixdə 4880 avro, xx.xx.2012-ci il tarixdə 2300 avro, xx.xx.2012-ci il tarixdə 2445 avro, xx.xx.2012-ci il tarixdə 4800 avro, xx.xx.2013-cü il tarixdə 4555 avro, xx.xx.2013-cü il tarixdə 4805 avro, xx.xx.2013-cü il tarixdə 4900 avro, xx.xx.2013-cü il tarixdə 4800 avro, xx.xx.2013-cü il tarixdə 4750 avro, xx.xx.2013-cü il tarixdə 4200 avro, xx.xx.2013-cü il tarixdə 4640 avro, xx.xx.2013-cü il tarixdə 4620 avro, xx.xx.2014-cü il tarixdə 4665 avro, xx.xx.2014-cü il tarixdə 4660 avro və xx.xx.2014-cü il tarixdə 9165 avro, cəmi 84.000 avro məbləğində pul vəsaiti və X3 "xxxx" ASC-də olan bank hesabına xx.xx.2014-cü il tarixdə 5020 avro, xx.xx.2014-cü il tarixdə 5105 avro, xx.xx.2014-cü il tarixdə 5100 avro, xx.xx.2015-ci il tarixdə 5650 avro, xx.xx.2015-ci il tarixdə 4000 avro, xx.xx.2015-ci il tarixdə 4500 avro, xx.xx.2015-ci il tarixdə 4385 avro, xx.xx.2015-ci il tarixdə 4165 avro, xx.xx.2015-ci il tarixdə 4235 avro, xx.xx.2015-ci il tarixdə 4175 avro, xx.xx.2015-ci il tarixdə 4430 avro, xx.xx.2016-cı il tarixdə 3350 avro, xx.xx.2016-cı il tarixdə 2810 avro, xx.xx.2016-cı il tarixdə 2770 avro, xx.xx.2016-cı il tarixdə 2770 avro, xx.xx.2016-cı il tarixdə 2800 avro, cəmi 65265 avro məbləğində pul vəsaiti köçürülmüşdür.
32. Cavabdeh həmin pul vəsaitlərinin İddiaçı tərəfindən köçürüldüyünü etiraf edir, lakin həmin pul vəsaitlərinin borc olaraq deyil, razılaşmaya əsasən birgə iş birliyi nəticəsində əldə olunan gəlir kimi göndərildiyini bildirir.
33. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə cəmi 149.265 (84.000+65.265) avro məbləğində pul vəsaitinin verilməsi təsdiq olunsa da, həmin pul vəsaitinin məhz borc olaraq verildiyi sübut olunmur.
34. Çünki, iddiaçı bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
35. Həmin pul vəsaitinin başqa əsaslara görə tutulması isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə ziddir.
36. Belə ki, həmin maddədə qeyd olunan “tələblər”ə iddianın əsası da aiddir. Hazırki iş üzrə birinci iddiada irəli sürülmüş iddianın əsasını da borc müqaviləsi təşkil edir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci iddia üzrə irəli sürülmüş borcun tutulması barədə iddia rədd edilməlidir.
38. İddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia ilə bağlı qeyd olunur ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
40. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.
41. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli razılaşma müqaviləsinə görə Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı obyekt Cavabdeh verilərək adına sənədləşdirilir və qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirir.
42. Göründüyü kimi, iddiaçı tərəfindən geri tələb edilən 314.715 manat məbləğində pul vəsaiti müqaviləyə əsasən ödənilmişdir. Bu isə cavabdehin iddiaçının hesabına əsassız varlanmasını istisna edir. Çünki həmin ödənişin müqavilə əsası mövcüddur.
43. Eyni zamanda, həmin pul vəsaitinin müqavilə şərtinə uyğun olaraq ümumi hesabdan deyil, iddiaçının öz hesabından və ya onun bildirdiyi kimi götürdüyü kredit hesabına ödənilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
44. İddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin bağlanması isə Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı qeyri-yaşayış sahəsinin dəyərinin məhz həmin kreditin hesabına ödənilməsini təsdiq etmir.
45. Çünki bununla bağlı sübutlar təqdim edilməmiş, eyni zamanda həmin kredit müqaviləsi üzrə kredit razılaşmalarında kreditin məqsədi kimi “fərdi kiçik kredit” göstərilməşdir.
46. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş ikinci iddia da rədd edilməlidir.
1. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
2. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-194/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn