Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-413/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Məhdud Məsuliyyəli Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4168/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı öz tərəfindən müqavilənin müddəti dövründə alıcının yazılı tələbi ilə anbardan istehsalda işlənən xammal materialları ilə onu təmin edi, alıcı təhvil aldığı mal müqabilində qaimə fakturasına əsasən göndərilmiş vəsaiti Azərbaycan Respublikasının manatı ilə hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürür. Ödəniş mal alıcının ünvanına çatdırıldıqdan sonra satıcının təqdim edəcəyi hesab fakturaya əsasən 3 gün ərzində həyata keçiriləcəkdir. Alıcı təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirilməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0.1% miqdarında dəbbə pulu tərtib edilir. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 01 nömrəli müqavilə üzrə 22.112,80 manat məbləğində ödənilməmiş pulun və 6.636,01 manat məbləğində cərimə (dəbbə) pulunun, cəmi 28.748,81 manat borc məbləğinin, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, o, həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək “Alıcı”nın yazılı tələbində qeyd olunan malları cavabdehə təhvil vermişdir. Sözügedən malların Cavabdeh MMC-yə təhvil verilməsi elektron qaimə-faktura ilə təsdiq edilir. Lakin Cavabdeh MMC malların dəyərini iddiaçıya ödəməməklə üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə şərtlərinə görə Cavabdeh MMC hesab faktura təqdim edildikdən sonra 3 gün ərzində sifariş olunmuş malın dəyərini İddiaçı MMC-nin bank hesabına ödəməli olduğu halda, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Alıcı”nın yazılı tələbi üzrə satılmış malların dəyərini, yəni 39.073,10 manat məbləğində borcu, öhdəliyin icrası müddəti başa çatanadək tam şəkildə ödəməmişdir. Cavabdeh məbləğin bir qismini ödəsə də, sonradan ödəmədiyindən danışıqlar əsasında yaranmış borc məbləğindən biraz da ödəniş etmiş və hazırda 22.112,80 manat borcu qalmışdır. Həmin pul məbləğinin ödənilməməsi İddiaçı MMC-nin mülki dövriyyədə iştirakına maneələr yaradır və çətinləşdirir. Müqavilə üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün cavabdehə elektron qaimə faktura göndərilmiş, həmin borcun ödənilməsi üçün dəfələrlə whatsapp vasitəsi ilə məktublar yazılmış, lakin buna baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Bundan başqa, cavabdehin nümayəndəsi ilə yaradılmış telefon əlaqələri zamanı ödəniş etmək üçün vaxt verilməsini istəmişlər. xx.xx.2021-ci il tarixli müqaviləyə görə “Alıcı” təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0,1% miqdarında dəbbə pulu tərtib edilir. Belə olan halda ödənişin gecikdirildiyi 291 gün üçün cərimə məbləği 6636,01 manat təşkil edir.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4168/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 22.112,80 manat məbləğində əsas borc, 1.105,60 manat məbləğində cərimə (dəbbə) pulu olmaqla cəmi 23.218,40 borc məbləği və mediasiya xərclərinin əvəzi olaraq 200 (iki yüz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsindən başqa yalnız cavabdehin ödənişləri həyata keçirməsinə dair elektron qaimələr təqdim edilmişdir. Lakin, iddiaçıya ödənilməli olan məbləğlər həm elektron qaimə ilə, həm də nağd qaydada verilmişdir. Eyni zamanda sübutlar siyahısında nə qiymətlərin razılaşdırılması protkolları, nə də təhvil-təslim aktları yoxdur. Yəni iddiaçı özünün malları cavabdehə verib-vermədiyini, verdiyi təqdirdə hansı miqdarda mal verdiyini və həmin malın dəyərini təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş elektron qaimənin ləğvinə dair sənəd onu göstərir ki, iddiaçı tərəfindən malların miqdarı razılaşmaya uyğun olmamışdır, buna görə də elektron qaimədə qeyd edilən məbləğlər malın miqdarına mütənasib olmadığına (malın miqdarı az, lakin məbləğ çox olduğuna görə) ləğv edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 01 saylı alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
18. Cavabdehin mübahisələndirdiyi hal həmin müqavilə üzrə təhvil verilmiş malların miqdarı və dəyəri ilə bağlıdır.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
20. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 741720 saylı EBBY seriyalı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 39073,10 manat təşkil edən mallar (**********-korobka) təqdim edilmişdir.
21. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 3664,56 manat məbləğində ödəniş edilmişdir.
22. 13.07.2022-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 2295,74 manat məbləğində ödəniş edilmişdir.
23. 12.08.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 9000 manat məbləğində ödəniş edilmişdir.
24. 22.11.2022-ci il tarixli, 01 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən 741720 saylı EBBY seriyalı elektron qaimə üzrə İddiaçı MMC-yə 2000 manat məbləğində ödəniş edilmişdir.
25. Göründüyü kimi cavabdeh tərəfindən 16.960,03 manat məbləğində ödəniş edilmiş, 22.112,80 manat isə qalıq borcu qalmışdır.
26. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə malların təqdim edilməsi və ödənilməli olan borc məbləği təqdim olunmuş sübutlarla – elektron qaimə və satılmış mallara görə cavabdeh tərəfindən həmin elektron qaimə-faktura üzrə edilmiş qismən ödənişlərlə təsdiqini tapdığından iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 22.112,80 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
27. Cərimənin tutulmasına dair qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə görə “Alıcı” təhvil aldığı mal müqabilində gərəkli ödənişi 30 gün ərzində yerinə yetirməzsə, gec ödənilən məbləğ əsas alınmaqla və bu məbləğə əlavə edilmək şərti ilə 0,1% miqdarında dəbbə pulu tələb edə bilər.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, işin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğu, həmçinin cavabdehin müqavilə üzrə cəmi ödəmədiyi məbləği və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 1105,60 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
29. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə borcun bir qismini nağd qaydada ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cəmi 39.073,1 manat dəyərində malların təhvil verilməsi isə cavabdehin etiraz etmədiyi və qismən ödəniş etdiyi elektron qaimə ilə təsdiq olunur. Bu hallar təsdiq edir ki, tərəflər arasında olan işgüzar münasibətlər, yəni malların təhvil verilməsi elektron qaimə əsasında həyata keçirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, apellyasiya şikayətində elektron qaimənin ləğvinə dair sənədin əlavə edilməsi göstərilsə də, belə bir sənəd təqdim edilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4168/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov